Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor


DĠLÇĠLĠYĠN PSĠXOLOGĠYA ĠLƏ ƏLAQƏSĠ



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə8/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   177
Adil Babayev

 
DĠLÇĠLĠYĠN PSĠXOLOGĠYA ĠLƏ ƏLAQƏSĠ 
Fizioloji mənada insanla alı inkiĢaf etmiĢ 
heyvanlar arasında ümumi cəhət çoxdur. BaĢqa canlılar 
özlərindən əvvəlki nəslin «təcrübəsini» mənimsəyə və 
ümumiləĢdirə bilmir, öz əvvəlki nəsillərindən irəli kedə 
bilmir. Təkcə onlar ətraf mühitə uyğunlaĢaraq özlərində 
Ģərti refleks yarada bilirlər. Ġnsan isə, baĢqa canlılardan 
fərqli olaraq, nəinki özündən əvvəlki, hətta özündən 


sonrakı həyat haqqında da təsəvvürə malik olur. Bunun 
üçün insan birinci nevbədə dilinə və təfəkkürünə 
minnətdar olmalıdır. Ġnsanın düĢünmə, dərk etmə və 
danıĢma prosesində iĢtirak edən əsəb sistemi, beyin 
yarımkürələri və s. fiziologiya, düĢünmə prosesindəki 
psixi proseslər, beyin yarımkürələrinin zədələnməsi 
nəticəsində insanın xarakterindəki dəyiĢiklik və nitqinin 
korlanması (afaziya) isə psixologiya ilə dilçiliyi 
əlaqələndirir. 
Dillə nitqin əlaqəsi məsələsi psixologiya ilə 
dilçilik üçün ortaqdır. Yəni «dil ünsiyyət vasitəsi, nitq 
isə ünsiyyət prosesidir» fikri hər iki elm üçün məqbul 
ifadədir. Nitqin xüsusiyyətləri, növləri, dilə münasibəti 
və s. kimi məsələləri psixologiya dilçilikdən götürdüyü 
kimi, dilçilik də nitqin mexanizmi, qəbul edilməsi, 
anlaĢılması, nitqin pozulma səbəbləri, nitq fəaliyyəti və 
s. kimi məsələləri psixologiyadan alır. Görkəmli 
psixoloq N. Ġ. Jinkin belə bir nəticəyə kəlmiĢdir ki, nitqi 
ifadəni tərtib etməzdən əvvəl, xüsusi kodun (təsəvvür, 
surət və sxem) keməyi ilə onun fikri özəyini (skeletini) 
qururuq. Bu, nitq ifadəliliyinin proqramlaĢdırma 
mexanizmidir. Bundan sonra proqramdan (plandan), 
mürəkkəb mexanizmlər qrupundan qrammatik, sintaktik 
quruluĢa, cümləyə keçilir. Sonra lazım olan sözü 
axtarma mexanizmi iĢə düĢür, sintaqmı proqramlaĢdıran 
motor mexanizmi, nəhayət, nitqin səslənməsini 
reallaĢdıran mexanizmlər fəaliyyətə gəlir. Sonra isə nitq 
alınmıĢ olur.
1
Göründüyü kimi, bu çox mürəkkəb 
1
Ümumi psixologiya. Bakı, «Maarif», 1982. soh. 227 – 228 


mexanizmdir. Bos ifadə edilmiĢ cümlənin düĢünülməsi, 
fikir yaranması bura daxil deyilmi? Bu, təfəkkür 
prosesidir. Ġnsanın psixi vəziyyətinin onun nitq 
fəaliyyətinə çox güclü təsiri vardır. Belə ki, mənfi 
emosiyaların təsiri altında insanın psixonitq mexanizmi 
passiv olur. Müəyyən mənada həmin mexanizm 
bağlanır. Adam bildiyi bir Ģeyi do danıĢa bilmir. Bəzən 
isə insan müsbət psixi emosiyaların təsiri ilə, hətta adi bir 
məsələni yüksək, bəlağətli nitqlə, həvəslə danıĢmaq 
istəyir. 
Ġnsanın 
nitq 
fəaliyyəti 
prosesində 
«stimul-reaksiya» tipli elementar fizioloji mexanizmlər, 
habelə yüksək nitq fəaliyyətinə məxsus ierarxik spesifik 
mexanizmlər iĢtirak edir. 
Psixoloji və dilçilik ədəbiyyatında nitqin 
pozulmasının beĢ növünə rast gəlinir. Bunlardan ikisi 
(dinamik və motor) – psixologiya ilə, biri – semantik 
afaziya – dilçiliklə, ikisi isə – afferent motor vo sepsor 
afaziya – fizioloji pozuntularla əlaqədardır. 
Dinamik afaziya
zamanı nitqi düzkün sintaqmlara 
bölmək, cümlədə iĢtirak edən söz və söz birləĢmələrini 
fonetik cəhətdən düzgün qruplaĢdırmaq olmur. 
Beləliklə, nitqin dinamikası pozulur. 
Afferent motor 
afaziyası
zamanı mərkəzdən gələn impulslar pozulmuĢ 
olur, Yəni cümlədə sözlər qrammatik cəhətdən düzgün 
əlaqələndirilmir. Bəzən sözün bir neçə səsim tələffüz 
etsə də, onları birləĢdirə bilmir. 
Bu iki afaziya bilavasitə psixologiyanın obyektinə 
daxildir. 
Afferent motor afaziyası zamanı xəstə səsləri təhrif 
edir, çətin məxrəcli səs asan tələffüz olunan səslərlə əvəz 


edilir. Bu da hissi sinirlərlə, Yəni impulsun hiss 
üzvlərindən mərkəzi əsəb sisteminə verilməsi prosesində 
baĢ verən pozğunluqla əlaqədardır. 
Semantik afaziya
sözlərin düzgün seçilməməsi və 
onların mənaca yerli-yerində iĢlədilməməsi ilə 
əlaqədardır. Bu zaman söz mənaca düzgün iĢlədilmədiyi 
kimi, söz və söz birləĢmələri də mənaca düzkün 
qiymətləndirilmir.
Sepsor afaziya
nitqi düzgün baĢa düĢməməklə 
əlaqədardır; sözün səs tərkibi ilə mənası arasındakı 
əlaqəni bərpa edə bilmir, səslənməyə aludə olub mənaya 
əhəmiyyət vermir və yaxud eyni səsi bir neçə dəfə təkrar 
edir. 
Bütün bunlar dilçiliyi bilavasitə psixologiya ilə 
əlaqələndirir. 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə