Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə9/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   177
Adil Babayev

 
DĠLÇĠLĠYĠN FƏLSƏFƏ ĠLƏ ƏLAQƏSĠ 
Çox vaxt fəlsəfəni bütün elmlərin anası hssab 
edirlər. Bunun məntiqi əsası vardır. Elm ictimai Ģüur 
formasıdır. Ġctimai Ģüur isə məhz fəlsəfi kateqoriyadır. 
Elə bir elm yoxdur ki, onun fəlsəfi əsası olmasın. Müasir 
təbiətĢünaslığın, fizikanın, riyaziyyatın belə fəlsəfəyə 
əsaslandığı molumdur. Dilin, tarixin, düzgün təfəkkürün 
(məntiqin), antroponimikanın və baĢqa elmlərin də ilkin 
tədqiqat obyekti fəlsəfi məsələlər olmuĢdur. Yəni bu 
elmlər də ilk əvvəl fəlsəfənin bir sahəsi olmuĢdur. 
Dilçilik elmi də ilkin inkiĢaf mərhələsində 
fəlsəfənin bir hissəsi kimi meydana kolmiĢdir. Hətta bir 
neçə əsrlik dövrdə yunan dilçiliyi fəlsəfə dövrü 
keçirmiĢdir. Yunanıstanda dil haqqında düĢünmə hələ 


yeni eradan əvvəl VI əsrə aid idi. V – III əsrlərdə isə artıq 
fəlsəfi dilçilik Ģərti mənada formalaĢmıĢdı. Yunan 
filosoflarını maraqlandıran birinci problem dilin kim 
tərəfindən yaradılması məsələsi idi. Dilin mənĢəyi 
problemi fəlsəfənin əbədi mövzusu olan materialist və 
idealist anlayıĢların qarĢılaĢdığı, toqquĢduğu əsas 
nöqtələrdən biridir. Ġdealist anlayıĢa körə, kainat, 
nəbatat, camadat özu allahın iradəsi ilə yarandığı kimi, 
dil do allahın iradəsi ilə yaranmıĢdır. Materialistlər isə 
bunun əksinə olaraq dili bir nəfərin yaradıcılıq məhsulu 
kimi Ģərh etmək fikrindən uzaq idilər. 
Ad, onun mənĢəyi və təbiəti haqqında da idealist 
və materialist baxıĢlar həmiĢə əks qütbdə dayanmıĢlar. 
Dilin 
ictimai 
mahiyyətini 
düzgün 
Ģərh 
edə 
bilmədiklərinə körə idealist filosoflar dilin xarakterini, 
cəmiyyətdəki rolunu, dil faktlarının funksiyasını düzgün 
qiymətləndirə bilmirdilər. Dil və cəmiyyət məsələsində 
idealist filosofların mövqeyi daha tez təkzib edilə bilər. 
Ġdealist fəlsəfi baxıĢa görə, hər bir xalqa (geniĢ mənada 
cəmiyyətə) dili allah bəxĢ etmiĢdir. Elə isə bu qədər dil 
üçün saysız-hesabsız dil vahidini allah hansı arsenaldan, 
nə vaxt və necə vermiĢdir? Bu fikri qəbul etsək, ikinci 
sual meydana çıxacaq ki, bəs onda niyə dillər qohum 
olur? Belə çıxmırmı ki, dillər arasındakı qohumluq 
münasibətləri allah tərəfindən tənzim edilir? Əgər 
belədirsə, deməli allahın müstəqil, bir-birindən fərqli dil 
yaratmağa qüdrəti çatmamıĢdır. Dilin əbədiliyi 
məsələsində də idealist fəlsəfə düzgün mövqe tutmur. 
Ġdealist anlayıĢa görə dünyada allahdan baĢqa hər Ģey 
müvəqqətidir. Təkcə allah əbədi, laĢənk və biməkandır. 
Kainat özü və həyatdakı hər Ģey məhv olub kedəcək. Bu 


fikir dilə də Ģamil edilir. Deməli, nə cəmiyyət, nə də dil 
əbədidir. Bu, yanlıĢ mövqedir. 
Fəlsəfənin əsas qanunları olan kəmiyyət 
dəyiĢmələrinin keyfiyyət dəyiĢmələrinə keçməsi, 
əksliklərin vəhdəti və mübarizəsi, inkarı inkar qanunları 
az və çox dərəcədə dilin özünə də aiddir. Məs. kəmiyyət 
dəyiĢmələrinin keyfiyyət dəyiĢmələrinə keçməsi 
qanununu götürək. Əlamət və keyfiyyətin əĢyada və 
hərəkətdə dəyiĢməsi anlayıĢı dilçilikdə dərəcə 
kateqoriyasının yaranmasına səbəb olmuĢdur. Dərəcə 
anlayıĢı fəlsəfi anlayıĢ olub, əĢyada keyfiyyət və əlaməti 
hərəkətdə (əlamətdə) əks etdirir. Bu əlamətlərin azlıq va 
ya çoxluq – Yəni kəmiyyətcə dəyiĢməsi yeni anlayıĢ, 
yeni keyfiyyət yaradır. 
Ġnkarı inkar qanunu əsasında dil strukturu hələ 
tədqiq edilməmiĢdir. Ümumi dilçilikdə dilin struktur 
elemsntlərinin inkiĢaf prosesində bir-birini inkar etməsi 
və üçüncünün yenidən birinciyə qayıtması və yaxud 
birincinin elementlərinin üçüncüdə təzahür etməsi 
məsələsi tam iĢlənilməmiĢdir. Bu məsələ ilə əlaqədar ilk 
tədqiqatı böyük alman filosofu Hegel aparmıĢdır. Hegel 
özünün «Məntiq» əsərində bu qanunun əsas 
müddəalarım kəĢf etmiĢdir. Marksistlər onun idealist 
baxıĢlarını 
tənqid 
etmiĢ, 
guya 
bu 
qanunu 
materialistcəsinə iĢləyib öz adlarına çıxmıĢlar, əslində 
isə inkarı inkarın Hegel strukturu saxlanılmıĢdır. 
Yuxarıda dediyimiz kimi, dilin özünün inkiĢaf 
prosesində keçirdiyi dəyiĢikliklər və dilin daxili 
quruluĢundakı elementlərin qarĢılıqlı münasibəti inkarı 
inkar qanunu əsasında baĢ verir. Bu qanunun foaliyyət 
prosesindo üç komponent qarĢılıqlı müna- sibotdo olur. 


Birinci – əsas – Yəni müqayisə ediləcək 
keyfiyyətin bazası (buna Hegel tezis deyirdi). 
Ġkinci – həmin əsasla müqayisə edilən, ona qarĢı 
qoyulan komponent (buna Hegel antitezis deyirdi). 
Üçüncü isə ikincinin inkarından doğan, birincinin 
əlamətlərini özündə ehtiva edən sintez. 
Bu üç komponent qarĢılıqlı olaraq münasibətdə və 
vəhdətdədir. Belə ki, ikinci birincini inkar etdiyi halda, 
inkiĢaf nəticəsində üçüncü də ikinçini-inkar edir. Məs. 
tayfa dilləri (tezis) keyfiyyətcə yeni bir faktor olan xalq 
dilinə keçir. Bu keçid pro-sesində xalq dili tayfa dil 
elementlərini inkar edir. Bir çox söz və ifadələr, 
qrammatik morfemlər müxtəlif səbəbdən bir-birini inkar 
edir. Məs. sözlər eyni məzmunda olduğuna görə və 
yaxud müxtəlif tayfa dil elementləri xalq dili üçün 
məqbul görülmədiyinə görə ümumxalq dilinə daxil ola 
bilmir (inkar olunur). 
Ümumxalq danıĢıq dilində hələ tayfa elementləri 
yaĢayır. ĠnkiĢaf nəticəsində xalq özü millətə çevrildiyi 
kimi, onun dili də milli dil səviyyəsinə yüksəlir. 
Aydındır ki, milli dil artıq tayfa dil elementləri əsasında 
deyil, ümumxalq dili əsasında qurulur. Ümumxalq 
danıĢıq və ədəbi dili əsasında yaranan milli dil, xalq 
dilinin bəzi cəhətlərini inkar edir. Yəni inkar edənin özü 
inkar olunur. Lakin ümummilli dil inkiĢaf nəticəsi 
olmasına baxmayaraq, tayfa dili elementlərini də 
saxlayır. Burada fəlsəfənin inkarı inkar qanunu ilə dilin 
analoji inkiĢaf qanunu birləĢmiĢ olur. Yəni ikincini inkar 
edən tamamilə birincidən uzaqlaĢmadığı kimi, milli dil 
do analoji inkiĢaf qanunu əsasında gedərək öz ilkin 
kökündən uzaqlaĢmır, əgər bu qanunlar olmasaydı, 


tarixdə və cəmiyətdə hər dil əvvəlkini inkar edib 
sabitlikdən çıxarar, hər Ģey özgələĢərdi. Eləcə də dil 
inkiĢaf edib dəyiĢərək, əvvəlkini inkar edərək baĢqa bir 
dilə çevrilərdi. 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə