Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə6/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   177
Adil Babayev

 
DĠLÇĠLĠYĠN 
ƏDƏBĠYYATġÜNASLIQLA 
ƏLAQƏSĠ 
Dilçilik bir elm kimi ən çox ədəbiyyatĢünaslıqla 
bağlıdır, hər iki elmin filologiya adlandırılması da 
təsadüfi deyildir, filio – yunanca söz, təlim deməkdir. 
Dar mənada hər ikisi sözü sevirəm mənasını ifadə edir. 
Doğrudan da, bu elmi birləĢdirən birinci əlamət sözdür. 
Yəni həm dilçiliyin, həm də ədəbiyyatĢünaslığın 
xammalı sözdür. Söz, onun iĢlədilməsi, dildəki yeri, ün-
siyyət prosesindəki rolu, fikir müxtəlifliyini təmin 
etməsi və s. bu kimi müĢtərək problemlər bu iki elmi sıx 
Ģəkildə əlaqələn-dirir. Sözü, kəlamı bir vaxtlar yazıçı və 
Ģairlər, mütəfəkkirlər geniĢ mənada dil kimi qəbul 
etmiĢlər. Buna körə də elə böyük Ģair-mütəfəkkir tapmaq 
olmaz ki, o, söz haqqında, kəlam barəsində danıĢmamıĢ 
olsun. Məsələn: 
Çox sözün korpictək qiyməti olmaz,
Az sözün incitək cinsi sorulmaz. 
Son bir hüma quĢusan, Ģərəfli iĢ gör əlbət. 


Az ye, az danıĢ, vermə baĢqasına əziyyət. 
(
Nizamı) 
Mənim könlüm müəllimdir, dizim üstü dəbistani,
O Ģagirdəm ki, öyrəndim sükut ilə əlifbanı... 
Mənim öyrəndiyim ilk söz bu məktəbdə sükut 
oldu, Bəladır dil baĢa, lakin sükut hər dərdin dərmanı. 
(Xaqani) 
Olmayan qəvvasi-bəhri mərifət arif deyil,
Çün sədəf tərkibi-təndir lölöyi-Ģəhvar söz. 
Gər çox istərsən, Fuzuli, izzətin, az et sözü,
Kim çox olmaqdan qılıbdır çox əzizi xar söz. 
(Füzuli) 
Bu üç dahi mütəfəkkirin, söz, geniĢ mənada kolam 
haqqındakı fikirləri tamamilə üst-üstə düĢür. Hər üç 
mütəfəkkirin qənaəti bundan ibarətdir ki, söz insanın ən 
böyük sərvətidir. Amma bu sərvətdən ağılla istifadə 
etmək lazımdır. Bu sərvəti yerli- yersiz tətbiq etmək 
«baĢa bəla» gətirər, adamı hörmətdən salar, baĢqasına 
(dinləyənə) və özünə əziyyət verər. Buna körə də onlar 
sözdən çox məharətlə istifadə etmiĢlər. Sözdən istifadə 
etməyin üsulları çoxdur. Məhz bu üsullar öyrənildikdə 
elmi fikir meydana gəlir ki, dilçiliklə ədəbiyyatĢünaslıq 
bu nöqtədə birləĢir. Məs., üslubiyyatın özünü götürək. 
Bəllidir ki, bədii üslubda hadisələr obrazlı Ģəkildə verilir, 
Obrazlı ifadələr yaratmaq üçün metonimlərden
metaforalardan, sinekdoxalardan istifadə edilməlidir, 
Məs. Mən bismillah deyib dermandan bir qaĢıq ağzıma 
qoymaq istəyəndə axund dedi: – Dayan! 
(Ə.
Haqverdiyev).
Cümlədəki qaĢıq sözünə diqqət 
yetirək. QaĢıq ədəbiyyatĢünas üçün obrazlı ifadə, dilçi 
üçün sinekdoxadır. Yəni qaĢıq həm obraz yaradır, həm 


sinekdoxa kimi: tamın hissəsini bildirir. 
Və yaxud ədəbiyyatdakı cinasları götürək. Məs.: 
Əzizim oyan yeri,
Sevgilim, o yan yeri. 
Min il sellər doldurmaz,
Bir gün qəm oyan yeri. 
Buradakı oyan yeri ədəbiyyatĢünas üçün cinas, 
dilçi üçün omoformdur. 
Dilçiliklə 
ədəbiyyatĢünaslığı 
birləĢdirən 
cəhətlərdən biri də onların tarixinin, geniĢ mənada 
taleyinin çox yaxın olmasıdır. Dilin tarixi elə 
ədəbiyyatın tarixidir və əksinə. Məs.
AĢiq oldur kim, qılır canın fəda cananına,
Meyli-canan etməsin, hər kim ki qıymaz canına. 
(Füzuli) 
Bu kiçik parça həm ədəbiyyatçı üçün, həm də dilçi 
üçün çox böyük material verir. ƏdəbiyyatĢünas 
Məcnunun bu sözləri ilə onun öz eĢqini həyatından belə 
yüksək tutması ilə obrazın daxili aləmini, dünyagörü-
Ģünü, mətanət və dəyanətini aça bildiyi kimi, dilçi də 
buradakı faktları XVI əsr nümunəsi kimi götürüb 
dilimizin o dövrkü vəziyyətini qiymətləndirir, Ģərh edir. 
Elə 
kim
və 
ki
sözlərini götürək. Məlumdur ki, müasir 
dilimizdə ki Ģəkli sabitləĢmiĢdir. Dilimizin əvvəlki 
inkiĢaf dövründə isə kim Ģəkli daha çox iĢlənmiĢdir. Bu 
beytdə hər ikisinin iĢlənməsi dil tarixi üçün dəyərli 
materialdır. Çünki bununla biz sübut edirik ki, XVI əsrdə 
hər iki forma (kim və ki) paralel iĢlənmiĢdir. 
Hər hansı bir bədii parça ədəbiyyat tarixi üçün nə 
dərəcədə əhəmiyyətlidirsə, dil tarixi üçün də o dərəcədə 
əhəmiyyətlidir. 


Bundan əlavə, yüksək ədəbi dil olmadan onun 
bədii üslubu da ola bilməz, bədii üslubsuz isə bədii fikir 
(ədəbiyyat) yarana bilməz. 
Bədii ədəbiyyatı ictimai həyatın güzgüsü hesab 
edirlər. Bu, həqiqətən belədir. Amma ictimai həyatın 
daha Ģəffaf güzgüsü dildir. Yəni ictimai həyatda baĢ 
verən hər hansı hadisə, xalq həyatındakı tərəqqi və ya 
tənəzzül dərhal ədəbiyyatda və dildə öz əksini tapır. 
Beləliklə, dilçiliklə ədəbiyyatĢünaslıq xalq həyatının, 
onun ən böyük nailiyyəti olan milli dilinin və milli bədii 
təfəkkürünün tədqiqi nöqtəsində birləĢirlər. 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə