Bir neçə yan lülə qazımaq üçün sistem.
Çox lüləli qazıma zamanı bir neçə üfüqi lülə , bir və ya bir
neçə məhsuldar laya yerləşdirilir (şəkil 13.12).
Şəkil 13.12. İstismarı artırmaq üçün çoxlüləli qazıma.
Gücdən düşmüş zonalarda (yuxarıdakı şaxələnmə)
çoxlüləli set quyunun məhsuldar layla əlaqə məsafəsini artırır
və laya lazım olan böhran (depresiya) səviyyəsini azaldır. Əsas
332
quyu lüləsindən izolə olunmuş layları açmaq üçün bir neçə yan
lülə qazımaq olar (ortadakı şaxələnmə). Çatlı laylarda bir-
birinin əksi istiqamətində iki yan lülə qazılır, həmin lülələr
çoxlu sayda çatlarla görüşür (aşağıdakı şaxələnmə).
13.4. Çoxlüləli quyuların tamamlanması.
Çoxlüləli
quyuların
tamamlanmasının
beynəlxalq
klasifikasiyası TAML (Complexity Ranking).
Səviyyənin artması ilə mürrəkəblik səviyyəsidə artır.
Səviyyə 1
Əsas quyu lüləsi və yan şaxələrin lülələri qoruyucu
kəmərlə möhkəmləndirilmir və ya hər bir lülədən quyruq
kəməri asılır. Ayrılmaların möhkəmliyi və onun hidravliki
izolyasiyası bütövlükdə ayrılan hissədə süxurun xassələrindən
asılıdır
Səviyyə 2
Əsas quyu lüləsi qoruyucu kəmərlə möhkəmləndirilib, yan
lülə açıq dibə malikdir və ya quyruq kəmərilə (süzgəclə) təmin
olunub. Ayrılan hissə hidravliki izolyasiya olunmayıb.
333
Səviyyə 3
Əsas lüləyə qoruyucu kəmər endirilib və arxası
sementlənib, yan lüləyə qoruyucu kəmər endirilib və arxası
sementlənməyib
(ayrılan
nöqtədə
möhkəmləndirmə
sementlənməmiş mümkündür).
Səviyyə 4
Quyunun əsas və yan lülələrinə qoruyucu kəmər endirilib
və arxası sementlənib (yan lüləyə süzgəcli quyruq kəməri
endirilib)
Səviyyə 5
Quyunun əsas və yan lülələrinə qoruyucu kəmər endirilib
və arxası sementlənib (istismar üçün texnoloji avadanlıqlar
pakerin köməyilə bərkidilir). Ayrılmalar hermetikdir.
334
Səviyyə 6
Əsas lülə ayrılıqda istismar üçün dib ayrılmasına və
avadanlıqların bərkidilməsinə malikdir. Ayrılma hermetikdir.
(Hermetiklik üçün ancaq sementdən istifadə etmək bəs deyil).
Şəkil 13.13. TAML-a görə səviyyələrin mürəkkəbliyi
haqqında daha aşkar görünüş.
335
13.5. Çoxdibli quyuların qazılması.
Çoxdibli neft və qaz quyularının qazılması zamanı
məhsuldar lay içərisində quyu lüləsinin əlverişli uzunluğu artır
və nəticədə, drenaj zonası və süzülmə səthi də böyüyür.
Bəzi hallarda yatağın kəsilişinin aşağı hissəsində quyu
dibinin açıq şəkildə istismarına yol verilir. Bu halda əsas lülənin
məhsuldar lay üzrə bir-birindən kəskin surətdə yana və
müəyyən məsafəyə uzaqlaşmış lülələrin şaxələnməsi nəzərdə
tutulur.
Çoxdibli o quyular adlanır ki, ümumi bir lülənin aşağı
hissəsindən maili və üfüqi quyular şaxələnmiş olsun. Quyu
lülələrinin sayı iki və daha çox ola bilər.
Çoxdibli quyular aşağıdakı tiplərdə olur:
- maili-istiqamətlənmiş şaxəli quyular;
- üfüqi şaxələnmiş quyular;
- radial quyular.
Çoxdibli
quyuların
qazılmasında
standart
qazıma
avadanlıqları istifadə olunur. Bir çox parametrlərə görə
əsasəndə üfüqi istiqamətli lülələrdə kəskin əyintilər olan zaman
müqavimət qüvvələri nəzərə alınmaqla bu texnikanın gücü və
yükqaldırma göstəriciləri təyin olunur. Bu kriteriyaların düzgün
yerinə yetirilməsi qazıma və qoruyucu kəmərlərin normal işini
təmin edir.
Ümumiyyətlə çoxdibli quyular (ÇDQ) aşağıda göstərilən
geoloji şəraitdə qazılır:
- aşağı lay təzyiqli neft yataqlarını istismar etmək üçün;
- yüksək özlülüklü neft olduğu halda köhnə istismar
olunmuş layları istismar etmək üçün;
- təbəqəli məhsuldar laylarda;
- kömür laylarında deqazasiya zamanı
- açıq fontanları və yanğınları söndürən zaman.
336
Çoxdibli quyuların quruluşuna aşağıdakı əsas tələblər
qoyulur:
- əsas quyu lüləsindən şaxələnmiş quyu lülələrinin dibinə
alətin inhirafetdirici hissəsi sərbəst keçməlidir;
- quyu lüləsinin bütün intervallarında maksimum
intensivlikli quyunun əyilməsi imkanı olmalıdır;
-
imkan
daxilində
quyu
lüləsində
geofiziki
və
inklinometrik işlərin görülməsi mümkün olmalıdır.
Əsas lülədən müxtəlif hündürlükdə məhsuldar layın
tavanından, bir-birindən müxtəlif məsafələrdə, müxtəlif əyrilik
radiuslarına malik, lay boyunca şaquli, maili, üfüqi quyular
olmalıdır.
Şaxələnmiş quyu formasının seçilməsi məhsuldar layın
qalınlığından və onun litoloji xarakterindən, lülənin əyrilik
radiusundan
və
lay
təzyiqindən
asılı
olaraq
əyilmə
dərinliyindən, layda mayenin hərəkət rejimindən, lay təzyiqini
saxlamaq üçün tədbirlərdən asılıdır.
Çoxdibli quyu lülələrinin profili və başqa parametrləri
(uzunluğu, lülələrin sayı) aşağıdakı meyarlardan təyin olunur:
- neft layının qeyri-bircinslik həddi;
- layın qalınlığı;
- layın litologiyası;
- kəsilişin dayanıqlığı;
- layda süxurların bərkliyi və onun yayılması.
Çoxdibli quyunun profilinin seçilməsi üçün əsas olaraq
kəsilişin geoloji xarakteristikası, layın işlənməsi və quyunun
istismar şərti, qazmanı aparacaq idarənin texniki-texnoloji
imkanları, quyuların möhkəmləndirmə şərti, quyunun və ayrı-
ayrı lülələrin təmiri və mənimsənilməsi götürülür.
Çoxdibli quyunun profilinin layihələndirilməsi onun aşağı
hissəsindən başlanır: profilin tipi, şaxələnmədə lülələrin sayı və
onların konfiqurasiyası təyin olunur. Texniki imkanlardan asılı
olaraq əsas quyu lüləsinin quruluşu, əlavə lülələrin quruluşları,
337
verilmiş yığılma intensivliklərinə görə əyrilik radiusları,
QKAH-i, onların quyu lülələrdən keçməsi təyin olunur. Bundan
başqa qazıma və istismar borularının əyilmə həddinə görə
diametrləri təyin olunur.
Təbəqəli laylarda yarım maili lülələr 60
0
-dən az olmayan
zenit bucağı altında qazılır və onun lüləsi dalğa formasında ola
bilər (şəkil 13.14).
Şəkil 13.14. Şaquli əsaslı və əlavə lülələrin dalğa şəkilli olan
çoxdibli quyuların profili (təbəqəli məhsuldar layda).
Böyük qalınlıqlı (100 m və daha çox) və ya çoxlaylı
sahələri effektli istismar etmək məqsədilə çoxyaruslu quyuların
(ÇYQ) qazılmasını tətbiq etmək məqsədəuyğundur. Hər bir
yarusda 3 – 4 əlavə lülə qazılır (şəkil 13.15). Yarusların sayı 2 –
3 ola bilər. Onları əsasən yüksək özlülüklü neft yataqlarında
qazırlar.
Şəkil 13.15. Çoxyaruslu quyu profili
338
Çoxyaruslu üfüqi lülələrlə qazıma (şəkil 13.16) qaz papağı
(şapkası) olan böyük qalınlıqlı laylar üçün məsləhət görülə
bilər. Bu halda yuxarı yarus 2 – 4 lüləli qaz papağı (şapkası)
daxilində, aşağı yarus neft layın daxilində qazılır.
Şəkil 13.16. Mümkün tətbiq imkanı.
Dostları ilə paylaş: |