353
1) akustik əlaqə kanalı.
Akustik əlaqə kanalı (AƏK) sistemi quyuda qazıma
məhlulu, qazıma borular kəməri və ya ətraf süxurlar vasitəsilə
yayılan səs titrəyişi istifadə olunur. Bunlara uyğun olaraq onlar
üç növə ayrılır: hidroakustik, akustik-mexaniki və seysmik.
2) hidravliki əlaqə kanalı.
Hidravliki əlaqə kanalı (HƏK) quyudibi telesistem bloku
mayedə kodlaşdırılan ölçülmüş parametrlər mənfi və ya müsbət
təzyiqlər impulsu yaradır.
Cədvəl 14.1.
Əlaqə kanalı
Aparıcı mühit
Məlumat ötürücüsü
Məftil vasitəsilə
ötürmə
Elektrik kabeli,
optiki kabel
Elektrik sahəsi, optik
sistem
Elektromaqnit
Qazıma kəməri
və dağ süxurları
Elektromaqnit sahəsinni
rəqsi
Hidravliki
Qazılan quyuda
maye sütunu
Maye və təzyiqin rəqsi
(titrəyişi)
Akustik
Qazıma kəməri
Qazıma kəmərində balta
və ya zərbə aləti ilə
generasiya olunan rəqs
(səs)
Hidroakustik
(geoseysmik)
Qazılan quyuda
dağ süxurları
Süxurda balta vasitəsilə
yaradılan akustik rəqs
(səs)
Qazıma
məhlulunun sərfi
Qazıma məhlulu
Qazıma məhlulunun
parametrlərinni
dəyişməsi
Fırlanğıcda və ya boruarxası fəzanın yuxarı ağzında
yerləşdirilmiş qəbuledici qurğu, bu siqnalları qəbul edir və
onları kodlaşdırmadan azad edir. Quyudibi blokun qidalanması
354
üçün əsasən akkumulyator, batareya bloku və ya hidravliki
turbində ötürücü ilə quraşdırılmış generatordan istifadə olunur.
HƏK-lı telesistem qazıma məhlulunun keyfiyyətinə
yüksək tələblər qoyur: tərkibində bərk fazanın əsasənda qumun
az olması, qaz olmaması, nasos və başqa mexanizmlərin
işləməsindən yaranan maneələrin aşağı səviyyədə olması.
Məlumatları ötürmək üçün hidravliki əlaqə kanalının
geniş yayılmasına səbəb, onun aşağıdakı üstünlükləridir:
- o təbii əlaqə kanalıdır, belə ki, onda əlaqə kanalı kimi
qazıma kəmərində olan qazıma məhlulu istifadə olunur,
beləliklə əlaqə kanalının yaradılmasına əlavə maliyyə vəsaiti
tələb olunmur;
- əlaqə kanalı böyük məsafələrdə iş qabiliyyətinə malikdir.
3) elektromaqnit (məftilsiz) əlaqə kanalı.
Elektromaqnit əlaqə kanallı telesistemdə (EƏK) quyu
dibindən məlumat dağ süxuru vasitəsilə yer səthinə
elektromaqnit dalğasının köməyilə ötürülür. Quyu cihazlarının
qidalanması, qazıma məhlulu seli ilə hərəkətə gələn
turbogeneratorun köməyilə yerinə yetirilir. EƏK-n tətbiqi üçün,
en kəsikdə duzun və ya elektromaqnit dalğasının keçməsi üçün
pərdə olan duzlu yeraltı suların olması və ya aşağı müqavimətli
xüsusi məhlulun tətbiqi maneə yaradır. Qazıma kəmərində,
“antenna” və “yer” sistemi üçün möhkm izolə olunmuş əlavələr
quraşdırılmalıdır.
Hidravliki
əlaqə
kanallı
sistemlə
müqayisədə
elektromaqnit əlaqə kanalı aşağıdakı üstünlüklərə malikdir:
- abrazivli qazıma məhlulu seli ilə əlaqədə (kontaktda)
oldquda quyudibi alətin hissələrinin etibarlılığının yüksək
olması;
- idarə olunmaqda sadəlik, əks əlaqə imkanı.
Bununla belə elektromaqnit əlaqə kanalı bəzi nöqsanlara
malikdir: geoloji kəsilişin xüsusiyyətlərilə əlaqədar işləmə
məsafəsinin məhdudluğu, qazıma kəməri materialından onun
355
asılılığı, həmçinin də dənizdə və duzlu laylarda iş imkanının
olmaması.
4) məftil vasitəsilə ötürməli əlaqə kanalı.
Məftil vasitəsilə ötürməli əlaqə kanalı digər əlaqə
kanalları qarşısında aşağıdakı üstünlüklərə malidkir.
- maksimum informasiya imkanlı (tezhərəkətli, çoxkanallı,
maneələrə dayanıqlı, əlaqənin etibarlılığı);
- quyudibi elektrik enerjisi mənbəyinin və güclü
ötürücünün olmaması;
- ikitərəfli əlaqə imkanı;
- quyudibi mexanizmlərin (inhirafetdiricinin idarə
olunması) işə düşməsi üçün müəyyən eletkrik gücünün
ötürülmə imkanı;
- hava vurulması və aerizə olunmuş qazıma məhlulu
işləyən zaman istifadə etmək imkanı;
- dağ süxurlarının xüsusi müqavimətindən asılı olmaması.
5) kombinasiyalı əlaqə kanalı.
Kombinasiyalı əlaqə kanalı – quyudibi cihazların yerüstü
qeyd edici və informasiyaları işləmə aparatlarla əlaqə
kanallarının fiziki mənalarına görə müxtəlif növlərinin
birləşməsidir.
Qeyd etmək lazımdır ki, bu və ya digər əlaqə kanallarının
istifadəsi quyuların qazılmasının geoloji-texniki şəraitindən
təyin olunur.
Misal üçün, hidravliki əlaqə kanalının işinin etibarlılığı
qazıma məhlulunun abraziv materiallardan (qum 1-2%-dən çox
olmamalı) təmizlənməsidir, belə ki, sərt hava şəraitində
quyuların qazılması zamanı qazıma məhlulunun təmizlənməsi
müəyyən
çətinliklərlə
üzləşir.
Bundan
əlavə
qazıma
məhlulunun tərkibində qazın olması da hidravliki əlaqə
kanalının tətbiqini məhdudlaşdırır.
Hidravliki və elektromaqnit hidroakustik və məftilli,
elektromaqnit və məftilli kanalların birlikdə istifadəsi müxtəlif
356
telemetrik sistemlərdə mümkündür və üfüqi quyuların qazılması
və istismarı zamanı tele ölçmə sistemlərilə geoloji və texniki
məsələlərin həlli imkanlarını genişləndirə bilər.
Dostları ilə paylaş: |