345
Çoxlüləli quyuların tikinti texnologiyasının üstünlükləri.
-
geoloji-texniki
şəraitinin
mürəkkəbliyindən
asılı
olmayaraq istifadə imkanları;
-
quyu,
sementlənən
quyruq
kəməri
və
ya
sementlənməyən süzgəc-quyruq kəmərinin məhsuldar zonaya
endirilməsilə yan lülə ilə tamamlana bilər;
- eyni vaxtda bir neçə məhsuldar layla işləmək, əgər
onların parametrləri belə fərqlidirsə;
- uzun müddət ərzində quyu lüləsini stabil vəziyyətdə
saxlamaq.
Çatışmayan cəhətlərdən biri bahalı avadanlıqlardan
məcburi istifadə ilə əlaqədar qazımanın qiymətinin yüksək
olmasını qeyd etmək olar.
Çoxlüləli quyuların iqtisadi effektivliyi.
Bir sıra hallarda yeni yatağın kəşfiyyatı zamanı çoxlüləli
quyuların qazılması yüksək sürətlə edilir və az qiymətlə yerinə
yetirilir.
- yatağın kəşfiyyatına lazım olan vaxt azalır;
- işin həcmi 20 – 30% aşağı düşür (avadanlıqların
quraşdırılması və sökülməsi, elektrik və su xəttlərinin
çəkilməsi);
- kəşfiyyatın aparılma üsulu dəyişir, az sayda başlanğıc
quyu tələb olunur;
- avadanlıq və infrastruktur tikililəri az tələb olunur,
yataqda neftçıxarma kompleksinə qulluq edilməsi xərcləri
ixtisar olunur.
Çoxlüləli quyuların tikintisinin iqtisadi effektivliyi,
qazımaya və tamamlanmaya sərf olunan vəsaitin azalması
hesabına təmin olunur, belə ki, çıxarılan neftin həcmi artır.
Kollektorun drenajlıq effektivliyi artır. Az saylı quyu ilə
böyük həcmdə neft məhsulu almaq olur. Kəşfiyyata və
işlənməyə sərf olunan xrəclər az olur.
346
Çoxlüləli quyuların iqtisadi effektivliyini göstərn əlavə
amillər – işləyən quyu lülələri bazasında onların tikinti
imkanıdır. Burada yer səthindən qazıma tələb olunur, ancaq
sonradan şaxələnmə yaratmaq olar.
347
14. Ölçü avadanlıqları
14.1.Müasir quyudibi ölçü cihazları.
Maili-istiqamətlənmiş quyu lüləsinin trayektoriyasına
nəzarət ilə əlaqədar müntəzəm olaraq quyu lüləsinin şaquldan
inhiraf (zenit) və azimut bucaqlarının ölçülməsinin aparılması
lazımdır. Bundan başqa lazım olan istiqamətdə quyudibi aləti
istiqamətləndirici vasitəsilə quyu lüləsi trayektoriyasının
korrektəşdirmək lazım gəlir. Bu ölçülər xüsusi quyudibi
cihazların köməyilə aparılır, ölçülmələrin nəticələri ya cihazın
quyudan çıxarılması ilə və ya quyudibindən yer səthinə
müəyyən fasilələrlə ötürülməsilə aparılır.
Ölçülmələr müxtəlif quyudibi cihazların köməyilə yerinə
yetirilir.
a) şaquldan inhiraf bucağı (zenit bucağı)
- rəqqas tipli cihaz
- akselerometr
b) azimut
- quyudibi kompas
- maqnitometr
- giroskop
- inersiya tipli cihaz
14.2. Standart quyudibi qeyd edən cihazlar.
1. İnklinometr.
2. Bir dəfə işlədilən maqnitometr.
3. Bir neçə dəfə işlədilən maqnitometr.
4. Giroskop.
348
14.2.1.İnklinometr.
Maili-istiqamətlənmiş
quyuların
qazılmasında
quyu
lüləsinin fəzada vəziyyətinə nəzarət etmək məqsədilə əyrilik
bucağını və azimutunu təyin etmək üçün ən sadə ölçü cihazı
inklinometrdir (şəkil 14.1). Yerin ağırlıq qüvvəsindən başqa heç
bir faktor təsir etməyən rəqqas tipli cihaz tətbiq edilir. Bu tip
cihazlar quyuya ya kabel vasitəsilə ya da kəmərə sərbəst
endirilir və sonra quyudan tutucunun köməyilə kabel vasitəsilə
və ya qazıma kəmərinin qaldırılması ilə çıxarılır. Zenit və
azimut bucaqlarının qeyd olunması elektromaqnit təsirilə
komutasiya mexanizmi vasitəsilə yerinə yetirilir.
Şəkil 10.1.İnklinometrin ölçmə uzeli.
1 – komutasiya mexanizmi; 2 – çərçivə; 3 – kompas;
4 – şaqul.
Bu cihazın diametri 58 mm, zenit bucağının ölçmə
intervalı 0-50
0
, azimut bucağının ölçülmə intervalı 0-360
0
-dir.
Xətalar zenit bucağı üçün 0
0
30
ı
, azimut bucağı üçün isə ±4
0
–dir.
349
Dərinlik cihazının idarəolunması məsafədən karotaj kabeli
vasitəsilə aparılır.
14.2.2. Bir və bir neçə dəfə işlədilən maqnitometrlər.
Bir dəfə işlədilən maqnitometr dərinliyin bir nöqtəsində
aşağıdakı parametrləri ölçmək üçün istifadə olunur:
- şaquldan inhiraf bucağını (zenit bucağını)
- yerin maqnit sahəsinə nisbətən quyu lüləsinin azimutunu
(şimal qütb istiqamətinə əsasən).
Bir neçə dəfə işlədilən maqnitometr konstruksiyasına görə
bir dəfə işlədilən maqnitometrlə eynidir, ancaq quyunun bir
neçə nöqtəsində ölçü aparmağa imkan verir. Bu lent rulonunun
və ya elektron yaddaşının köməyilə yerinə yetirilir.
14.2.3.Giroskoplar.
Giroskop – Dəqiqədə 40000 dövr edən həcmi elektrik
mühərrikinin rotorudur (şəkil 14.2). Giroskopdan zenit və
azimut bucaqlarını ölçmək üçün istifadə edilir. Azimut bucağını
ölçən zaman giroskop maqnit kompasdan fərqli olaraq yerin
maqnit sahəsinin təsirinə məruz qalmır. Ancaq giroskopa
titrəmələr və kiçik zərbələr onun işinə təsir edir, ona görə də
onu qazıma kəmərinə endirmək lazımdır və ondan kanatın
köməyilə çıxarmaq lazımdır. Giroskop həmçinində vaxt
qurğusu ilə təchiz olunmalıdır, ona görə ki, giroskop başlanğıc
düzəliş olunmuş vəziyyətdən tədricən öz-özünə üzməyə
başlayır. Ona görədə quyu içərisində olçməni enmə zamanı
aparmaq məsləhət görülür, nəinki qaldırma zamanı.
350
Şəkil 14.2. Quyudibi alətdə çoxlu dəfə işlədilən giroskop.
1 ‒ giroskop üçün mühərrikin yığılması; 2 ‒ nivelirləşdirmə
döndəricisi; 3 ‒ fırladıcı mühərrikin yığımı; 4 ‒ giroxəritə;
5 ‒ varniyer şkalası; 6 – xarici şarnir; 7 ‒ şarnirin daxili dayağı;
8 – şarnirin aşağı xarici dayağı.
Dostları ilə paylaş: |