352
Maneə mənbəyi
↓
Ötürücü → Əlaqə kanalı → Qəbuledici
↓ ↑
Məlumatlar mənbəyi Məlumat istifadəçisi
Şəkil 14.3. Telemetrik sistemin ümumi sxemi
Məlumatlar mənbəyi, ölçülən parametrlərin qiymətləri
haqqında məlumatlar yaradan quyudibi datçikdir.
Ötürücüdə bu məlumatlar müəyyən qayda ilə işlənir və
əlaqə kanalı vasitəsilə ötürmək üçün münasib siqnal formalaşır.
Məlumatların işlənməsi, datçik göstəricilərinin çevrilməsidir,
misal üçün, elektromaqnit sahəsinin proporsional dəyişməsi
onun kodlaşdırılması və modullaşdması.
Əlaqə kanalı – ötürücüdən qəbulediciyə siqnalı ötürmək
üçün istifadə etdiyimiz mühitdir. Bəzən mühiti əlaqə xətti
adlandırırlar. Siqnal ötürülən zaman təhrif oluna bilər və onun
üzərinə maneələr əlavə oluna bilər.
Qəbuledici qəbul olunmuş siqnalı hazır şəklə salır,
maneələri aradan qaldırır və ötürülən siqnalları əvvəlki
vəziyyətə gətirir. Qazıma prosesində quyudibi parametrlərə
nəzarət sistemi əsasən seçilmiş mühitlə xarakterizə olunaraq
əlaqə kanalı ilə təyin edilir,
İnformasiya quyu dibindən yer səthinə kabel vasitəsilə,
quyuda maye sütunu ilə, quyunu əhatə edən dağ süxurları ilə və
nəhayət, qazıma kəməriylə ötürülür. Məlumat ötürücüsü ola
bilər – elektrik və ya elektromaqnit sahəsinin rəqsi (titrəyişi),
mayedə təzyiq titrəyişi, səs, dağ süxurunda fırlanan baltanın və
boru kəmərinin yaratdığı səs, titrəmə, qazıma məhlulunun
keyfiyyətinin dəyişməsi (cədvəl 14.1).
Dostları ilə paylaş: