Çoxdibli quyu quruluşunun xüsusiyyətləri.
Çoxdibli quyu quruluşlarına əsasən üç tələb qoyulur
(şəkil13.17):
- quyu lüləsilə quyu dibinə sərbəst keçid;
- quyu lüləsinin istənilən hissəsində intensiv əyilmə üçün
lazım olan imkana baxılmalıdır;
- qoruyucu kəmərin köməyilə quyunun istənilən
intervalının möhkəmləndirmə imkanı.
Bundan əlavə lülənin tikintisi geofiziki işlərin yerinə
yetirilməsi imkanını təmin etməlidir.
Çoxdibli quyuların tikintisi maili və üfqi qazma
çərçivəsində texnologiyanın bütün imkanlarından istifadə
etməyə imkan verir.
Neft maksimum şaquli istiqamətə yaxın olan lülələrdən
çıxarılır, qalan şaxə lülələri drenaj kanalları kimi istifadə
339
olunur – onlarla neft layın ayrı-ayrı neftli sahələrindən əsas
lüləyə daxil olur.
Yatağın işlənməsi prosesində yüksək məhsuldarlıqlı çatlar
və linzalar qala bilər – belə sahələrdən nefti çoxdibli üfüqi
quyuların qazılması ilə çıxarmaq olar.
Şəkil. 13.17. Çoxdibli quyu.
13.6. Çoxlüləli quyuların qazılma texnologiyası
Çoxlu sayda kollektorlar (mayeləri və qazları toplayıb
aparan kanallar) uzun müddət aşağı məhsuldarlı sayılırdı, belə
ki, bir lüləli qazıma texnologiyası lazımi effektivlik
göstərmirdi. Çoxdibli üfüqi quyuların tikintisi, “sıfırdan”
tikintisi başlayan quyular ilə yox, hətta işləyən quyu lülələri
əsasında bu problemi həll etdi.
Üfüqi
quyuların
texnologiyasından
istifadə
etmək
aşağıdakı məsələləri həll etməyə imkan verir:
- yataqda quyuların sayını azaldır, əsasən də şelfdə
yataqların işlənməsi zamanı, həmçinin quruda da infrastruktur
tikintisini azaldır;
- istismar həcmi artır, layın neftvermə qabiliyyəti artır;
- quyuların sulaşması zəif gedir;
340
- zəif keçiricili, linzaşəkilli yataqları, böyük şaquli çatları
olan laylarla effektli iş;
- lay daxilində sadə və etibarlı təzyiqin saxlanması.
Əgər çoxdibli üfüqi quyuların əyrilik radiusu 190 m-dən
çoxdursa, onda bu radius böyük adlanır. Bu tip quyularda
şaquldan quyu dibinin uzaqlaşması 1500 m -ə çata bilər. Əyrilik
radiusu 60 m-dən 190 m-ə qədər olduqda – orta, burada üfüqi
intervalın optimal uzunluğu 450 m-də 900 m-ə qədər olur.
Kiçik
məsafədə
şaxələnmə
quyunun
yüksək
iqtisadi
göstəricisini artırır, belə ki, lülə lazım olan hissəyə dəqiq düşür.
İstismar olunan layın qalınlığı mümkün qədər böyük
olduqda (100 m-dən böyük) çoxdibli quyuların tikintisi bir neçə
səviyyədə aparıla bilər. Bu texnologiya yüksək özlülüyə malik
neftli laylar üçün tətbiq edilir.
Bu zaman orta səviyyəli şaxələr isti aparıcılar vurmaq
üçün, qalanları neft məhsulunun yığılması üçün istifadə olunur.
Böyük sayda lülənin qazılması ancaq yüksək dayanıqlılığı
olan laylarda icazə verilir. Əgər lay dayanıqlı deyilsə, onda
ancaq bir şaxələnməyə icazə verilir, o da birbaşa laya üfüqi
qazılır.
Hər bir neftçıxarma şirkəti yataqların işlənməsi zamanı
maksimum iqtisadi effektivliyə nail olmağa çaılışır, ona görə də
çoxdibli
quyuların
tikintisi
texnologiyası
həmişə
təkmilləşdirilir.
Yeni fəaliyyətdə olan yataqlarda çoxlüləli quyuların
qazılması.
Bir çox hallarda çoxlüləli qazımanı yeni yatağın
kəşfiyyatında istifadə edirlər. Əgər bu texnologiyanın tətbiqi
məqsədəuyğundursa, onda yuma məqsədlərdə istifadə olunur.
Quyuların
qazılmasının
texniki-iqtisadi
səmərəsini
yüksəltmək üçün qabaqcıl üsullardan biri də çoxlüləli quyuların
qazılmasıdır (şəkil 13.18).
341
Şəkil 13.18. Çoxlüləlili quyuların köməyi ilə qeyri-bərabər
keçiricliyə malik layların açılma sxemi
Bu üsulun mahiyyəti əsas quyu lüləsindən bir və ya bir
neçə əlavə lülənin qazılmasıdır ki, bu da yerin üstündən
bilavasitə həmin məqsəd üçün qazılmalı olan bir neçə quyunun
bir lülə ilə əvəz edilməsi deməkdir. Beləliklə, qazılmış ilk əsas
lülədən dəfələrlə istifadə etməklə, yuxarı məhsuldar olmayan
horizontların qazılmasını və bunun nəticəsində, qazımanın
həcmini ixtisar etmək mümkündür.
Məhsuldar layın tavanına qədər adi quyu qazılır, sonra
əsas lülədən məhsuldar laylara müxtəlif istiqamətlərdə şaxəli
formada lülələr qazılır (şəkil13.19). İlk əvvəl ən böyük layihə
inhirafı olan lülə qazılır. Sonrakı lülələr ardıcıl olaraq ondan
aşağıdan yuxarıya qazılır.
Əgər məhsuldar lay dayanıqsız süxurlardan təyin
olunubsa onda bir ədəd üfüqi quyu ilə laya daxil olurlar.
Bundan sonra çoxdibli quyu qazılır və onu qoruyucu kəmərlə
ən yuxarı lülənin kəsildiyi yerə qədər möhkəmləndirirlər.
342
Şəkil 13.19. Məhsuldar layın üstündən şaxələnmiş lüləli
çoxlüləli quyu profili:
1-əsas lülə, 2-əlavə lülə, 3-neft layı.
Bircinsli layda çoxdibli quyuların lülələri təzyqli rejim
zamanı layın qalınlığı hissəsinin ortasında, qravitasion rejimli
laylarda aşağı hissədə yerləşdirilir. Bircins laylarda optimal
debit almaq üçün dörd ədəd əlavə lülə qazılması kifayət edir.
Şəkil 13.20. Şaquli əsaslı quyu profili:
1-əsas lülə, 2- üfüqi lülə, 3-neft layı.
343
Əvvəllər avadanlıqlar təkmilləşdirilmədiyindən imkanlar
məhdud idi, indi isə qazma texnologiyası etibarlı və
yoxlanılmışdır – ondan hər yerdə istifadə edirlər.
Şəkil 13.21. Çox lüləli quyu
Çoxlüləli qazmanın sürətlə inkişafı bir də onunla izah
olunur ki, iri gücdən düşmüş laylarda böyük həcmdə neft
məhsulları mümkün iri boşluqlarda dağ süxurlarında yerləşir.
İndiki istismarda olan yataqların əksər hissəsi – çoxlu
izolə olunmuş boşluqlarda, onlara adi birlüləli quyularla daxil
olmaq çox mürəkəbdir və iqtisadi cəhətdən məqsədəuyğun
deyil. Bu zamna çoxlüləli quyular bir lülə vasitəsilə neft eyni
vaxtda bir neçə boşluqdan çıxartmağa imkan verir.
Çoxlüləli texnologiya ilə quyuların tikintisi aşağıdakı
üstünlüklərə malikdir:
- ümumi işin qiyməti azalır, belə ki, əvvəlcə qazıma işçi
dərinliyə qədər aparılır və ondan sonra üfüqi şaxələnmə əlavə
olunur;
- bir özüldən çıxarılan neftin həcmi artır, iqtisadi
səmərəlilik artır;
- bir neçə lülənin olması böyük sahədə istismar
kollektoruna imkan verir;
344
-
böyük
dəqiqliklə
hazırki
ehtiyat
həcmini
qiymətləndirmək olar.
Çoxlüləli quyuların tətbiqi həmçinin marqinal yataqların
işlənməsini əlverişli edir:
- yer səthində quyuların az olması, bunun hesabına ətraf
mühitə mənfi təsirlər azalır;
- qazma məhlulu və şlam kiçik həcmdə utilizə olunur.
Dəniz özüllərində qazıma üçün çoxlüləli texnologiyaya
praktiki olaraq alternativ yoxdur – quyuların başlanğıc sayı
məhduddur və effektivliyin artırılmasına ancaq əlavə lülə
şaxələnməsilə əldə etmək olar.
13.7. Çoxlüləli quyuların tikintisinin texnologiyası.
Çoxlüləli quyuların layihələndirilməsi böyük ölçülü və
mürəkkəb layihədir. Bu səbəbdən başlanğıc hissədə kollektorun
keçiriciliyinin diqqətlə qiymətləndirilməsi aparılır. Çoslüləli
quyuların qazılmasının məqsədəəyuğun olmasını göstərən
kollektorun əsas xarakteristikaları:
- kollektorda karbohidrogenlərin yığılma izolyasiyası;
- bir şaquli və üfüqi quyuların istifadəsinə imkan
verməyən linza formalı kollektor;
- kollektorda çoxlu təbii çatlar və ya ancaq bir istiqamətdə
lazımi keçiricilik;
- sulaşma ilə işləmə - bu halda əsas qurtarmış quyunu su
vurucu kimi istifadə edirlər; onda şaxələr məhsuldar olacaq (əks
variant da mümkündür, yəni yan lülələr təzyiqi saxlamaq üçün
istifadə olunur);
- neft çıxarılan özüllərdə nəzərdə tutulan quyuların
miqdarı, gözlənilən effektivlikdə işləmə aparmağa imkan
vermir.
Dostları ilə paylaş: |