328
Böyük və orta radiuslu quyuları qazıyan zaman əyrilik
intensivliyi QKAH-nin quyu divarı ilə toxunan üç elementilə,
balta, baltaüstü stabilləşdirici və quyudibi mühərrikin üstündə
yerləşən birinci stabilləşdirici ilə təyin edilir.
Kiçik radius üzrə quyu əyilən zaman quyu divarı ilə
toxunan bütün elementlər quyudibi
mühərrikin zərəsindən
(şarnirindən) aşağıda yerləşməlidir. Bu zərə (şarnir) əyrilik
intensivliyinə təsir etmədən quyudibi mühərrikin böyük
intensivliyə malik olan hissədən sərbəst keçidini təmin edir.
Zərənin(şarnirin) quruluşu qazıma kəmərinin fırlanmasına və
qazıma şəraitinə hesablanıb (şəkil 13.10).
Şəkil 13.9. Yan lülənin şaquli profili.
329
Şəkil 13.10. Əyriliyi kiçik radiuslu olan quyunun qazılması
üçün QKAH.
13.3. Yan lülələrin qazılması üçün elastiki (tez əyilən)
boruların tədbiqi.
Yan lülələrin qazılması zamanı elastiki boruların istifadə
olunması yeni bir texnologiyadır (şəkil 13.11).
Elastiki
boruların ən effektli tədbiqi quyuda böhran (depresiya) rejimini
saxlamaqla nasos kompressor borularından (NKB) yan lülənin
qazılmasıdır. Elastiki borular aşağı lay təzyiqli quyunun
vəziyyətinə operativ nəzarət etməyə imkan verir. Borunun
qaldırılmasına və quyunun dayandırılmasına
ehtiyac olmur
buda yeni texnologiyanın cazibadarlığını artırır.
Elastiki boru ilə qazıma üçün yeni QKAH quyunun
trayektoriyasına nəzarət keyfiyyətini yaxşılaşdırır və iş
effektivliyini artırır.
VİPER sistemi adlanan belə bir QKAH elektrik enerjisini
və məlumatları ötürmək üçün yerin səthilə əlaqə yaradan kabel
330
kanalı vardır və özündə QKAH-ni döndərən avadanlıq və bucaq
ölçülməsi üçün telesistem daxil edir. Layda böhran (depresiya)
yaratmaqla qazıma zamanı hava və ya azotla köpükləmiş
qazıma məhlulu ilə yerinə yetirilir, onda məlumatları hidravliki
kanal vasitəsilə ötürmək mümkün olmur və o zaman onu kabel
kanalı ilə əvəz edirlər.
Şəkil 13.11. Elastiki boru kəmərli VİPER sistemi.
Hidravliki kanalla müqayisədə kabel kanalı məlumatların
ötürülmə sürətinin bir neçə tərtib artırır
və yer səthindən bütün
datçikləri idarə etməyə imkan verir. VİPER sisteminin daha bir
üstün cəhəti elastiki boru ilə qazıma effektivliyini artırır.
QKAH-nin üstündə yerləşən elektrik mühərriki baltada
fırlanmanı artırır və quyu trayektoriyasına fasiləsiz və dəqiq
nəzarətini yerinə yetirir.
331
Fasiləsiz yavaş fırlanma quyu trayektoriyasını hamarlayır
və quyu divarında QKAH-nin sürtünməsinə sərf olunan itkini
azaldır, buda quyunu böyük inhirafla qazımağa imkan verir.
VİPER sistemi – kabel əlaqə kanallı QKAH-dir, o özündə
inklinometrik
məlumatları,
təbii
qamma
şualanmasını,
temperatur və təzyiqi ölçmək üçün cihazları, həmçinində
dövran keçiricili inhirafetdiricili quyudibi mühərrik, QKAH-ni
fasiləsiz
fırlatmaq
və
istiqamətləndirmək
üçün
qurğu
yerləşdirir. Quyudibindən məlumatlar və quyudibinə əmrlər
kabel vasitəsilə ötürülür.
Dostları ilə paylaş: