Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi ci IL tarixi saylı əmri ilə təsdiq edilmişdir


ƏQLİ TƏHSİL VƏ ELMİ DÜNYAGÖRÜŞÜN FORMALAŞDIRILMASI



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə17/51
tarix26.09.2017
ölçüsü1,28 Mb.
#1570
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   51

 

ƏQLİ TƏHSİL VƏ ELMİ DÜNYAGÖRÜŞÜN FORMALAŞDIRILMASI 

 

Şəxsiyyət  formalaşdırmağın  mühüm  və  əsas  tərkib  hissələrindən  bir  də  əqli təhsil  və  bu əsasda elmi 

dünyagörüş  formalaşdırılmasıdır.  Əqli  təhsil  vasitəsilə  insanlar  təbii    və  ictimai  hadisələrin  baş  vermə 

qanunauyğunluqlarını  dərk  edirlər.  Onların  beynində  maddi  aləmin,  obyektiv  gerçəkliyin  elmi  mənzərəsi 

yaradılır. Bu yolla insanlara təbiət, cəmiyyət və insan təfəkkürü haqqında zəruri biliklər verilir. Bu biliklər 

istehsal prosesi ilə əlaqələndirilir. Beləliklə də böyüyən nəsl dərk olunmuş obyektiv gerçəklik qanunlarından 

cəmiyyətin  və  şəxsiyyətin  xeyrinə  istifadə  yollarını  öyrənirlər.  Əqli  təhsil  sistemli  şəkildə  də  tədris 

müəssisələrində  aparılır.  Böyüyən  nəsl  müxtəlif  fənlərin  tədrisi  prosesində  müxtəlif  təbiət  hadisələrinin 

mahiyyətini öyrənir, öyrənilmiş biliklərə müvafiq bacarıq və vərdişlərə yiyələnirlər. Əqli təhsilin aşağıdakı 

vəzifələri mövcuddur: 

-

 

böyüyən nsli bilik, bacarıq və vərdişlərlə silahlandırmaq; 



-

 

əhsil alanların zehni bilikləri və intellektual səviyyələrini inkişaf etdirmək;  



-

 

zehni əmək mədəniyyəti formalaşdırmaq;  



-

 

əqli biliklərə müstəqil yiyələnmə bacarıqları formalaşdırmaq; 



-

 

böyüyən nəsldə, bütün  təhsil alanlarda özüntəhsilə maraqlar yaratmaq;  



-

 

təhsil alanları istehsalın elmi əsasları ilə tanış etmək; 



-

 

elmi məlumatlara şüurlu münasibət formalaşdıraraq yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək; 



-

 

mənəvi zənginlik yaratmaqla, elmi dünyagörüş  formalaşdırmaq. 



Elmi məlumatlara yiyələnmiş hər bir adam quruculuq işində daha fəal iştirak edir, öz fəaliyyyətini elmi 

əsaslar  üzərində  qurmağa  çalışır,  yaradıcılıq  göstərir.  Bu  həmçinin  müasir  mürəkkəb  istehsal  prosesinin, 

inkişaf etmiş sənayeyə əsaslanan cəmiyyətin öz vətəndaşlarına verdiyi tələblərdir. Yəni cəmiyyət əqli təhsil 

qarşısında mövcud sənayeni idarə edə biləcək, xalq təsərrüfatının müxtəlif sahələrində çalışa biləcək yüksək 

intellektual səviyyəyə malik şəxsiyyətlər yetişdirmək tələbi qoymuşdur.  

Əqli təhsil mənəvi zənginlik yaratmaqla əxlaqi saflığın da əsasını qoyur. Biliklərə yiyələnmə prosesin 

də insanlar həm də nəcib əxlaqi keyfiyyətlərə yiyələnirlər. Bu prosesdə insanların özünə, öz gücünə inam 

yaranır, bu inam isə təşəbbüskarlıq və yaradıcılıq meyllərinin yaranmasına səbəb olur.  

Əqli təhsil zehni qabiliyyətlərin, idrak proseslərinin, xüsusən də təfəkkürün inkişafına imkan yaradır. 

Daha  doğrusu,  əqli  təhsil  prosesi  insanların  psixi  proseslərinin  inkişaf  etdirilməsinin  əsas  vasitəsidir. 

Biliklərə yiyələnmə birbaşa idrak prosesidir. Materialların mənimsədilməsi zamanı təhlil tərkib, müqayisə 

kimi təfəkkür əməliyyatlarında istifadə edilir ki, bu da idrakı inkişaf etdirir. Hər  yeni öyrədilən materialın 

əvvəlki məlumatlarla əlaqələndirlməsi, anlayışlar yaradılması, təfəkkürlə yanaşı hafizəni də  inkişaf etdirir. 

Material  ixtiyari  və  davamlı  diqqət  əsasında  öyrənilir.  Diqqətin  uzun  müddət  öyrənilən  obyekt  üzərində 

cəmləşdirilməsi onu həm də inkişaf etdirir, materialı mənimsəmə, dərk etmə, öyrənmə arzusu, meyli iradi 

gərginlik,  özünü  məcburetmə  əsasında  baş  verir  ki,  bu  da  iradəni  möhkəmləndirir  və  inkişaf  etdirir. 

Mənimsənilmiş materialın şərhi, başqalarına çatdırılması nitqi inkişaf etdirir və s. Göründüyü kimi biliklərə 

yiyələnmə insanlarda psixi hadisələri, idrak proseslərini səmərəli şəkildə inkişaf etdirir.  

Biliklərə  yiyələnərkən  böyüyən  nəsil  və  ümumiyyətlə  öyrənənlər  təbiət,  cəmiyyət  və  insan 

təfəkkürünün inkişaf qanunları haqqında düzgün elmi məlumatları mənimsəyirlər.  

Təbii  və  ictimai  hadisələrin  baş  vermə  səbəblərini  öyrənirlər.  Bu  isə  onlarda  elmi  dünyagörüş 

formalaşdırmağın  əsasını  qoyur.  Elmlərə  yiyələnmiş  insanlar  nadanlıq  və  xurafatdan  uzaq  olur,  təbiət  və 

cəmiyyət  hadisələrinə  obyektiv,  real  münasibət  bəsləyirlər.  Elmi  dünyagörüşə  malik  olan  hər  kəs  onun 

ətrafında  baş  verən  hadisələri  təhlil  edə  bilir,  siyasi-ictimai  hadisələrə  düzgün  qiymət  verirlər.  Elmi 

dünyagörüş  şəxsin  tutduğu  mövqe  və  vəziyyətdən  asılı  olmayaraq,  mövcud  cəmiyyətə,  ətraf  aləm 

hadisələrinə obyektiv elmi münasibətlər sistemidir. Bu münasibətlər insanların baxışları və əqidəsi şəklində 

təzahür  edir.  İnsanların  ətraf  aləm  hadisələrinə  ilk  münasibətləri  baxışları  kimi  çıxış  edir.  Bu  baxışlar 

getdikcə  insanların  davranış  və  hərəkətlərində  möhkəmlənərək  əqidəyə  çevrilir.  Baxışların  yaranması  və 

təzahüründə  intellektual  səviyyə  əhəmiyyətli  yer  tutur.  Beləki,  intellektual  səviyyəsi  yüksək  olan  insanlar 

ictimai-siyasi  və  təbiət  hadisələrinə  elmi  nöqteyi-nəzərdən,  elmi  əsaslara  istinad  edərək  yanaşır.  Bu  isə 

onlarda elmi baxışlar formalaşmasına səbəb olur.  

Dünyagörüş biliklər əsasında yaranır, lakin bilik deyildir. Bu inanılmış biliklərin həyata keçirilməsidir.  

Dünyagörüş elmi biliklərlə yanaşı özündə əqidə, baxış və davrınışı da birləşdirir. Elm, baxışlar, zəruri 

əxlaqi  hərəkət  və  davranışlar  vəhdət  halında  dünyagörüş  yaradır.  Vahid  və  hərtərəfli  dünyagörüşə  malik 

şəxslər isə bütün hadisələrə istər təbiət istərsə də cəmiyyət hadisələrinə eyni obyektiv mövqedən yanaşır.  

Hadisələrə  yanaşma  tərzinə  görə  müxtəlif  dünyagörüşlər  mövcud  olmuşdur.  Mütərəqqi-mürtəce; 

materialist-idealist; metafizik-materialist və s.  



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə