Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi ci IL tarixi saylı əmri ilə təsdiq edilmişdir



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə20/51
tarix26.09.2017
ölçüsü1,28 Mb.
#1570
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   51

xüsusi  dərslərdə,  həm  də  idman    oyunlarında,    bu  məqsədlə  keçirilən    sinifdənkənar  tədbirlər    vasitəsilə 

həyata  keçirilir.  Bu  iş  həmçinin  sistemli  və  xüsusi    hazırlıq  kimi  hərbi  –  əsgəri    xidmətlərlə    də  həyata 

keçirilir. Hərbi – əsgəri xidmət zamanı gənclər əməli zəruri döyüş bacarıq və  qabiliyyətlərinə  yiyələnirlər. 

Həm də  onlara vətənin      siyasi  müdafiəsinə aid nəzəri  məlumatlar verilir, müxtəlif  tədbirlər və siyasi 

biliklər vasitəsilə vətənə məhəbbət  formalaşdırılır. 

Hərbi    vətənpərvərlik    tərbiyəsinə  mədəniyyət  müəssisələri,  məktəbdən  kənar  uşaq  tərbiyə  

müəssisələrində də xüsusi yer verilir. Məktəbdən kənar uşaq tərbiyə  müəssisələrində müxtəlif hərbi – idman 

oyunları,  yarışları  vasitəsilə  yeniyetmə  və  gənclərə  həm  əməli  hərbi    vərdişlər,  hərbi    strategiya,  taktika 

öyrədilir,  həm  də    onlarda  bu  oyunlar  prosesində  əzmkarlıq,  prinsipallıq,  siyasi  sayıqlıq,  dözümlülük, 

cəldlik, çeviklik kimi keyfiyyətlər yaradılır və tərbiyə olunur. Bu keyfiyyətlər isə  vətənpərvərlik, vətənin 

müdafiəsi üçün zəruri və vacib əxlaqi  keyfiyyətlərdir.   

Hərbi  vətənpərvərlik  tərbiyəsi sahəsində  mədəniyyət müəssisələrində də xüsusi işlər görülür, tədbirlər 

keçirilir,  fəaliyyət    göstərir.  Belə  ki,  bu    müəssisələrdə    dövrü  olaraq  əhali  arasında  mülki  müdafiə  

tədbirləri, dövrün aktual siyasi  hadisələriinin təhlilinə həsr olunmuş müxtəlif tədbirlər (disput, müzakirələr, 

mühazirələr, vətən  qəhramanları, milli  qəhramanlarla görüş və s.) keçirilir. Bu  tədbirlərin  keçirilməsində 

məqsəd  insanların – vətəndaşların malik olduğu hərbi bilikləri təkrar etdirmək, yeni silah  növləri və ondan 

qorunma üsulları barədə anlayışlar yaratmaq, özünü və  ailəsini  kütləvi, və s. silahlardan müdafiənin yeni 

üsullarını  öyrətməkdən  ibarətdir.  Belə    tədbirlər  vasitəsilə    insanlar    fövqaladə  vəziyyətlərdə  yerinə  

yetirməli  işlər,  səmərəli  və  ağıllı  müdafiə  tədbirləri  ilə  tanış    olurlar.  Bunlar  isə  onlarda  milli  sayıqlıq, 

ictimai  mülkiyyətə  şüurlu  münasibət  və  s.  bu  kimi  zəruri  hərbi  vətənpərvərliyə  aid  keyfiyyətləri  daha  da  

möhkəmləndirir.  

Əməyə  və  əmək    adamlarına  şüurlu  münasibət  də  əxlaq  tərbiyəsində    əsaslı  yer    tutur.    Əmək 

tərbiyəsinin sosial–ictimai tərəfini  insanların əmək  fəaliyyətinin əsasını vətənin xeyrinə şüurla çalışması; 

əməyi birinci və əsaslı yaşayış vasitəsi kimi dərk etməsi; bütün əmək növlərinə məhəbbət və  hörmət, şüurlu 

fəaliyyət  növü  seçmək  və  s.  təşkil  edir.  Əvvəlcə  evdə,  sonra  isə  məktəbdə    müxtəlif  fəaliyyət  növləri  ilə 

məşqul  olan  hər  bir  insan  belə  bir  qənaətə  gəlməlidir  ki,  həyatda  hamı  hər  hansı  bir  əmək  fəaliyyəti  ilə 

məşqul    olmalı,  xalq  təsərrüfatının  bu  və  ya  digər    sahəsində    çalışmalıdır.  Bu  tələb  hər  bir  insan  üçün 

məcburi həyati tələbdir.  

Əməyə  şüurlu  münasibət    tərbiyəsi  dedikdə  hər  kəsin  öz  əmək  fəaliyyətinə  vicdanla  yanaşması,  

doğruculuğu, düzlüyü, işində yaradıcılığı nəzərdə  tutulur.  

İşinə vicdanla yanaşmaq həmçinin hər kəsdən fəaliyyət zamanı ciddi cəhd, dözümlülük, hövsələ  tələb 

edir.  Əməyə  düzgün    münasibətin    ictimai  –  əxlaqi  cəhətini  düzgün      peşə  seçmə    təşkil  edir.  Bu  isə 

insanların əməyə şüurlu münasibəti ilə  bağlıdır. Müasir  xüsusi sahibkarlıq  dövründə əməyə belə  şüurlu 

münasibət, imkan, maraq və  bacarıqdan  asılı olaraq  peşə seçmə  xüsusilə vacibdir. Tərbiyə  olunanların 

diqqəti  özünün  fiziki  və  intelektual  səviyyəsinə  yönəldilməli,  hər  kəs  özünün  malik  olduğu  fiziki  və  əqli 

imkanlarını  obyektiv  qiymətləndirməsi  bacarmalıdır.  Peşə  seçməyə  də  məhz  bu  imkanlar  baxımından 

yanaşılmalıdır.  Hər  kəs  elə  peşə  seçməlidir  ki,  həmin  peşə  ilə  həm  özünə,  həm  də  cəmiyyətə  fayda  verə 

bilsin. Çünki  Sovetlər birliyi dövründə peşə seçmə nisbətən  şablon və marağın nəzərə  alınmaması şəklində 

həyata keçirdi.        

Məsələn  orta    ümumtəhsil  məktəblərini    bitirən  hər  kəs    mütləq  ali  məktəbə  daxil  olmalı  idi.  Bu  

münasibətə ictimai rəy çox güclü idi. Ona görə də orta məktəbi bitirən hər bir gənc mütləq ali məktəbə daxil 

olmağa  çalışırdı. Burada ön planda ali məktəbə daxil  olma gedirdi. Seçilmiş sahədə faydalı əmək isə arxa 

plana keçirdi. Bu isə  istehsalatda  durğunluq  yaranmasına, əmək  məhsuldarlığının aşağı  düşməsinə səbəb 

olurdu.  

Əxlaq tərbiyəsinin mühüm komponentlərindən biri də  intizamlıdır. İntizam tərbiyəsi əxlaq tərbiyəsinin  

qiymətli, əhəmiyyətli və vacib  keyfiyyətidir. Belə ki, intizam insanın bütün fəaliyyətinin ilk  göstəricisidir. 

Ona  görə  də  hələ  tərbiyənin  ilk  mərhələsində  onun  səmərəli  şəkildə  formalaşmasına  ciddi  fikir  verilir. 

İntizam  yaşından asılı olmayaraq  hər kəsin özünün–özünə rəhbərliyi,  fəaliyyətinin  şüurlu  istiqamətidir. 

Humanizm  mühüm  əxlaqi  keyfiyyətdir.  Bu,  başqa  insanlara,  onların  əməyi,  fəaliyyəti,  şəxsiyyətinə 

hörmət üzərində qurulur. Şəxsiyyətin hərtərəfli inkişafı  şərtlərindən biri də  humanistlikdir.  

Humanizm dedikdə həm də başqa insanların  xoşbəxtliyi uğrunda  mübarizə, onların istedad, bacarıq və 

yaradıjclıq    qabiliyyətlərinin  üzə  çıxarılması,  inkişafı  üçün  şərait    yaratmaq,  insanlar  arasında  səmimi 

münasibətlər yaratmaq da başa düşülür. Humanist  münasibətlər bütün insanlara ictimai mövqeyindən asılı 

olmayaraq bərabər hüquqlu şəxslər kimi baxmaq: insanların ehtiyaclarına diqqətli olub onlara kömək etmək: 

insanların qəlbinə dəyməmək – onlara qarşı diqqətli olmaq; başqalarını anlamaq, başa düşmək bacarığı və 

hövsələsi;  zəifləri  müdafiəyə  hazır  olmaq  və  s.  daxildir.  Bu  münasibətlər  insanların  bütün  həyat  boyunca 

onlara  aşılanmalıdır.    Humanizmin  əsasını  başqalarına  hörmət  və  qayğıkeşliklə  yanaşmaq  təşkil  edir. 



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə