Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi ci IL tarixi saylı əmri ilə təsdiq edilmişdir



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə23/51
tarix26.09.2017
ölçüsü1,28 Mb.
#1570
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   51

varsa,  onda  tərbiyə  olunanda    həmin  istiqamətdə  daha    səmərəli  iş  aparmalı,  onun  qabiliyyətinin  inkişafı 

üçün geniş  şərait  yaradılmalıdır. 

4. Tərbiyə olunanların yaş  xüsusiyyətləri nəzərə alınmalıdır. 

Tərbiyənin  bütün  sahələrində  olduğu  kimi  estetik  tərbiyədə  də  tərbiyə  olunanların  ümumi  fiziki, 

psixoloji,  intellektual  inkişafına  istinad  edilməlidir.  Bu  prinsip  istər  təlim,  istərsə  də  tərbiyənin  bütün 

sahələrində istinad edilən əsas prinsipdir. 

Bütün bu prinsiplərə riayət  zamanı tərbiyə olunanın ahəngdar inkişafı diqqət mərkəzində  olmalıdır. 

Həyata keçirilən bütün tərbiyəvi tədbirlər məhz bu  məqsədə  xidmət  etməlidir. 

İnsanların,  böyüyən  nəslin  estetik    tərbiyəsinin    müvəffəqiyyəti,  müəyən  mənada,  məktəblə  ailənin 

əlbir  işindən də asılıdır.Bu isə  valideyn və müəllimlərin özlərinin estetik mədəniyyətinin yüksəldilməsini 

tələb edir. 

Estetik  tərbiyənin bu prinsipləri sistemli  təlim  tərbiyə müəssisələrində  rəhbər tutulmaqla yanaşı, həm 

də  məktəbdən kənar  tərbiyə müəssisələrində, mədəniyyət müəssisələrində aparılan estetik tərbiyə  işlərində  

də rəhbər tutulur. Ümumiyyətlə, bu prinsiplər estetik  tərbiyə ilə məşğul olan bütün  sahələrdə, o cümlədən  

pedaqoji  gerçəkliyin bütün sahələrində də  riayət edilən əsas  və  başlıca  prisipdir. 

Estetik  tərbiyənin  bir çox vasitələri mövcuddur. Bunların içərisində: a) insanların təbiətlə əlaqəsi; b) 

ictimai-sosial həyat; v) əmək fəaliyyəti mühüm yer tutur.       

İnsanların  gözəlliklə,  təbiətlə əlaqəsi nəticəsində onlarda gözəl hisslər baş qaldırır, təbiətə vurğunluq 

əmələ gəlir. Bu  işdə təbiətə ekskursiyalar, yaşıllaşdırma işində iştirak etmək və s.  əhəmiyyətli yer tutur. 

Təbiət, onun  gözəlliyi  özü uşaq  və yeniyetmələri  gözəlliyi  sevdirir.     

Estetik  tərbiyənin  iknci vaitəsi insanların sosial həyatıdır. Abadlaşdırılmış şəhər və kəndlər, onların 

gündən-günə  gözəlləşdirilməsi,  yaraşıqdı  binalar  tikilməsi  və    istirahət  kuşələrinin    salınması  insanlar 

arasında  gözəl, mehriban ünsiyyət yaradır, onları həyatı daha da gözəlləşdirməyə  ruhlandırır, yaradıcılıq 

qabiliyyətlərini inkişaf  etdirməyə  sövq edir. 

Estetik    tərbiyənin  vasitələri  içərisində  əmək  mühüm  yer  tutur.  İnsan  öz  əməyinin    nəticəsindən, 

cəmiyyətə  verdiyi xeyrdən zövq alır. 

Estetik  tərbiyə metodlarına: 

a) estetik bilgilərin  verilməsində istifadə edilən təlim metodları;  

b) estetik zövq və estetik  baxışların tərbiyə edilməsində istifadə edilən  tərbiyə metodları; 

v) estetik  yaradıcılığın özünə məxsus olan spesifik metodlar daxildir. 

Birinci  qrupa  şifahi  şərh,  müsahibə,  illustrasiya  və  demonstrasiya,  izah  və  s.;  ikinci  qrupa  söhbət, 

müzakirə, disput, ədəbi-bədii gecələr və s.; üçüncü qrupa isə estetik fəaliyyətin təşkili  metodikası daxildir. 

Məsələn,  rəssam  olmaq  istəyirsə  şəkil  çəkmə  qaydaları,  naturanı  görə  bilmək,  fırçadan,  qələmdən  və  s. 

istifadə  öyrədilir.  Rəqqasəyə  rəqs  elempentləri,  musiqiyə  uyğun  hərəkət  etmək  qaydası  öyrədilir. 

Ümumiyytlə estetik  təlim və tərbiyə, əsasən iki formada təlim və dərsdənkənar proseslərdə həyata keçirilir, 

mədəniyyət və incəsənət müəssisələrində də estetik tərbiyə tədbirlərinə geniş yer verilir.  

Tərbiyənin  digər  tərkib  hissələri  kimi  estitik  tərbiyədə  də  baza  kimi  təlim  prosesi  götürülür. 

Məktəblərdə tədris edilən dərslərin, demək olar ki, hamısında estetik tərbiyə imkanı vardır. Bir sıra fənlər isə 

bilavsitə estetik tərbiyə və təliminə (musiqi, rəsm,  nəğmə və s.) xidmət edir. 

Məsələn,  ədəbiyyat  dərslərində  yeniyetmə  və  gənclər  bədii  əsərləri  öyrənirlər.  Bu  zaman  onlar  əsər 

qəhramanlarını təhlil edirlər,  ona  münasibət  bildirirlər:  Bu isə onları  həm  də  öz hərəkət  və  davranışlarına 

gözəllik ələmətləri daxil etməyə məcbur edir, onlarda gözəlliyə aid münasibətlər formalaşdırır.  

Ədəbiyyat  dərslərində  yeniyetmə  və  gənclər  zəngin  ədəbi  materiallar  xalq,  yaradıcılığı,  poeziya  ilə 

tanış olur, yaradıcı  təxəyyülləri  inkişaf etdirir.  

Tarix  dərslərində  uşaqlar  qəhrəman  keçmişimizlə  tanış  olur,  müxtəlif  tarixi  dövrlərdə  xalqımızın 

düşdüyü  çətinliklər,  keçdiyi  keşmə-keşli  mübarizə  yolları  ilə  tanış  olur,  azadlıq  uğrunda  vuruşan 

qəhramanlara rəğbət bəsləyirlər. Onlar istismardan uzaq olan yeni cəmiyyətin, qurulucularına minnətdarlıq 

hissi bəsləyirlər, bu isə estetik tərbiyəyə müsbət təsir göstərir.  

Bədən  tərbiyəsi  dərslərində  hərəkətlərin  bədii  şəkildə  icrası,  dərsin  musiqi  ilə  müşayiət  edilməsi, 

qamətin düzgün inkişafı kimi məsələlər estetik tərbiyə-nöqteyi nəzərindən çox faydalıdır. Təlim prosesində 

tərbiyə  olunmuş  bu  estetik  baxışlar,  hissələr  insanların  müstəqil  həyatı  və  fəaliyyəti  prosesində  daha  da 

möhkəmlənir  və  inkişaf  edir.  Həmçinin  bu  hisslər,  baxışlar  və  onlarda  tərbiyə  olunmuş,  formalaşdırılmış 

estetik  bacarıq  və  adətlər  əsasında  öz  həyatlarını,  iş  yerlərini  gözəllik  qanunları  əsasında  qurmağa  səy 

göstərirlər. Daha doğrusu səmərəli estetik tərbiyə estetik özünütərbiyəyə çevrilir.  

Rəsm dərsləri estetik tərbiyədə daha geniş imkanlara malikdir. Bu dərslər vasitəsilə tərbiyə olunanlarda 

rəssamlıq  və  onun  müxtəlif  sahələrinə  aid  biliklər,  anlayışlar  yaradılır,  zəruri  bacarıqlar  formalaşdırılır. 

Nəğmə dərsəlri də rəsm dərsləri kimi estetik tərbiyədə böyük əhəmiyyətə malikdir. Nəğmə dərslərində səs, 



musiqi,  onun  ahəngi  haqqında  məlumatlar  verilir,  musiqini  dinləmə,  dərk  etmə  qabiliyyət  və  bacarıqları 

formalaşdırılır.  İstər  nəğmə  istərsə  də  rəsm  dərslərində  məktəblilərin  bu  sahədə  xüsusi  qabiliyyətləri  üzə 

çıxırılır və inkişaf etdirilir. 

Estetik  tərbiyəni  yalnız  təlim  prsesi  ilə  məhdudlaşdırmaq  olmaz.  Dərsdə  binovrəsi  qoyulmuş  estetik 

tərbiyə    dərsdənkənar  tədbirlər  prosesində  və  məktəbdənkənar  tərbiyə  müəssisələrində  davam  etdirilir. 

Sinifdənkənar tədbirlər prosesində şagirdlərin təlim zamanı qazandıqları bilik, bacarıq və vərdişləri daha da 

inkişaf etdirilib təkmilləşdirilir. 

Təlim  prosesinə  nisbətən  sinifdənkənar  tədbirlər  məktəblilərin  fərdi  tələbatına,  arzu  və  istəklərinə, 

maraq və meyllərinə uyğun şəkildə təşkil edilir.  

Rəngarəng sinifdənkənar estetik tərbiyə işlərinə müxtəlif dərnəklər, kütləvi tədbirlər ekskursiyalar və s. 

daxildir.  

Mədəniyyət  müəssisələrində  təşkil  edilən  estetik  tərbiyə  məşğələlərində  də    inçəsənətin  müxtəlif 

sahələrinə  aid  bilik,  bacarıq  və    vərdişlər  formalaşdırılır.  Bu    məşqələlər  təlim  məşqələləri  olduğu  üçün 

təlimə    verilən  bütün  pedaqoci  tələblər    onlara  da  verilir.  Elmi  pedaqoci  yeniliklər  təlimin  bu  sahəsinə  də  

tətbiq edilir. Mədəniyyət  müəssisələrində təşkil edilən bu tip  məşğələlər  də təlim və  tərbiyə  məşğələləri 

hesab edilir və  şəxsiyyət  formalaşdırılması  məqsədlərinə xidmət edir. 

Estetik  tərbiyə  işində  bədii  yaradıcılıq  və  ya  incisənət  dərnəkləri  əhəmiyyətli  yer  tutur.  Bura    rəqs, 

dram,  ədəbiyyat,  xor,  rəsm,  bədii  tərtibat,  tikiş  və  s.  dərnəklər  daxildir.  Uşaqlar  və  gənclər  arasında  geniş 

yayılmış  incəsənət  növlərindən  biri  də  rəqsdir.  Uşaq  və  yeniyetmələr  bayram  təntənələrində,  müsamirə  və 

şənliklərdə həvəslə rəqs edirlər. Uşaqlar, yeniyetmələr və gənclər rəqs zamanı əylənir, sevinir və fərəh hissi 

keçirirlər.  Rəqs  zamanı  hər  kəs  öz  bacarıq  və  istedadlarını  səfərbərliyə  alır,  gördüklərini  yadda saxlamağa 

çalışır,  hərəkətləri  üzərində  düşünür.  Bu  isə  onlarda  həm  də  hafizə  və  təfəkkürü  inkişaf  etdirir. 

Məktəbdənkənar  və  mədəniyyət  müəssələrində  təşkil  edilən  rəqslər  yaşauyğun  təşkil  edilir.  Ona  görə  də 

dərnəklər eyni yaşlı, heç olmazsa yaşlarında az fərq olan insanları biləşdirir. Rəqs zamanı geyimlər də gözəl, 

milli və ya müasir olmalıdır.  

Yeniyetmə  və  gənclərin  estetik  tərbiyəsində  dram  dərnəkləri  də  böyük  əhəmiyyət  kəsb  edir.  Dram 

dərnəyində  aktyor  kimi  iştirak  edən  zaman  iştirakçı  özünü  əsərdə  göstərilən  aləmdə  hiss  edir,  rola  girir, 

personajın  hiss  və  görüşlərini  yaşamağa  çalışır.  Bu  proses  insanlarda  təxəyyül,  fantaziya,  yaradıcı  

qabiliyyətləri də inkişaf etdirir.  

Hazırlanan  tamaşa  yeniyetmə  və  gənclərin,    ümumiyyətlə  tərbiyə  olunanların  yaş  xüsusiyyətləri  və 

səviyyələrinə uyğün olmalıdır. Sinifdənkənar və məktəbdənkənar tərbiyə işlərində incəsənət əsərlərinə daha 

arqtıq fikir verilməlidir.  

Dərnək  işlərinin  müvəffəqiyyətinin  təmin  edilməsi  iştirakçılar  arasında  vəzifə  bölgüsünün  düzgün 

aparılması  və  s.  kimi  şərtlərdən  də  asılıdır.  Kütləvi  tədbirlər  də  estetik  tərbiyənin  mühüm  formalarından 

biridir.  Bura  incəsənətin    ayrı-ayrı  sahələrinə  həsr  olunmuş  məruzə,  müharizə  və  söhbətlər,  ədəbi-bədii 

gecələr, radio və televiziya verlişlərinin müzakirəsi, təbiətə və incəsənət muzeylərinə ekskursiyalar, teatr və 

kino tamaşalarına kollektiv gedişlər, mədəni əyləncələr, bədii albom, kütləvi oyunlar və s. daxildir.  Təbiət, 

cəmiyyət  və  incəsənətdəki  gözəllikləri  müşahidə  və  dərketdirmək  bu  əsasda  insanlarda  estetik  zövqü, 

mühakimə və baxışı formalaqşdırmaq nöqteyi-nəzərindən bütün bu tədbirlərin çox böyük əhəmiyyəti vardır. 

Misal üçün məlum olduğu kimi teatr və kino öz konkretliyi və bədii tərtibatı ilə, həmçinin musiqi və canlı 

söz  vasitəsilə  təsir  edrək  insana  gözəllikləri  dərk  etməyi  öyrədir,  insanın  bədii  zövqünü  və  estetik 

mühakiməsini inkişaf etdirir.  

İşin  müvəffəqiyyəti  əvvəlcədən  hazırlıq  aparılmasını  tələb  edir.  Bu  zaman  tərbiyə  olunanlara 

baxacaqları film və ya teatrın süjeti ideyası haqqında qısa məlumat verilir. Sonra isə baxılmış əsər müzakirə 

edilir, hər kəsin şəxsi fikri üzə çıxarılır.  

Tərbiyə  olunanların  incəsənət  muzeylərinə  ekskursiyaları  da  əhəmiyyətli  yer  tutur.  Bu  ekskursiyalar 

zamanı şagirdlər və tələbələr incsənət nümayəndələri və onların növləri ilə rəssamın, heykəltarışan, memarın 

yaratdığı xarüqələr ilə tanış olurlar.  

Təbiətə ekskursiyalar da tərbiyə olunanların estetik tərbiyəsində, doğma vətənimizin gözəlliklərini dərk 

edib,  sevməkdə  əhəmiyyətli  yeri  tutur.  Təbiətin  estetik  gücü  haqqında  K.  D.Uşinski  «Bəs  şəlalələr,  bəs 

təbiət, şəhərin gözəl ətrafı, bəs ətirli çəmənliklər və dalğalı səhralar, bəs güllü-çiçəkli bahar və qızıla bənzər 

payız bizim tərbiyəçilimiz olmayıblarmı? Mən həyat təəssuratımın dərin etiqadı nəticəsində bilirəm ki, gənc 

ruhun  tərəqqisində  gözəl  mənzərənin  tərbiyəvi  təsiri  o  qədər  böyükdür  ki,  müəllimin  təsiri  ona  rəqib  ola 

bilməz».


7

 

                                                           



7

 К.Д.Ушински. Сочинения, 1952, с.52. 

 



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə