Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi ci IL tarixi saylı əmri ilə təsdiq edilmişdir



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə19/51
tarix26.09.2017
ölçüsü1,28 Mb.
#1570
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   51

anlayışlar  yaradılır.  Məsələn  istehsal  əxlaqı,  pedaqoqa  verilən  (həm  orta  həm  də  ali  məktəb  pedaqoqları) 

əxlaqi tələblər, tələbələrə verilən əxlaqi tələblər, diplomatiya əxlaqi, biznes əxlaqı, mədəni fəaliyyət əxlaqı 

və s. Bunlar isə müvafiq təhsil və fəaliyyət  müəssisələrində köməkçi tərbiyəvi fəaliyyət vasitəsilə həyata 

keçirilir.  Məsələn  istehsalat  əxlaqı  istehsalat  müəssisələrindəki  mədəniyyət  müəssisələrində    keçirilən 

tərbiyə tədbirləri (əxlaqi söhbət, disput, ədəbi –bədii gecələr və s.) vasitəsilə  çatdırılır və s.  

Verilmiş  əxlaqi anlayışların insanlarda adətə çevrilməsi də  anlayışlar kimi zəruri və vacibdir. Əxlaqi 

adətlər  yaradılmasa  mənimsənilmiş,  dərk  edilmiş  anlayışlar  boş  və  əhəmiyyətsiz    söhbətə  çevrilər.  Təlim 

tərbiyə müəssisələrində anlayışların adətlərə dəfələrlə, məcburən təkrar etdirilən təmrinlərlə çevrilir. Bu isə 

nəticə etibarilə anlayışların insanların şəxsi əxlaqi keyfəyyətinə, xarakterinə, rəftarına çevrilməsi deməkdir. 

İstehsal, əxlaqı, ümumiyyətlə fəaliyyətin tələb etdiyi əxlaqi adətlər isə insanların müstəqil şüurlu fəaliyyəti 

zamanı özünətərbiyənin köməyi ilə həyata keçirilir. Bu prosesdə tərbiyənin  stimul və motivi də həll edici 

rol  oynayır.  Birinci  halda  insanlarda  əxlaqın    formalaşdırılması  təlim–tərbiyə  müəssisələrinin  vəzifəsi 

olduğu  halda  II  vəziyyətdə  bu  insanın  şəxsən  özünün  məcburi  həyati  vəzifəsinə,  borcuna  çevrilir.  Birinci 

halda  tərbiyə  olunanın  hərəkət  və  davranışına  təlim    müəssisəsi  və  tərbiyəçi  cavabdeh  olduğu  halda,  II 

vəziyyətdə hər kəs özüdür. I halda əxlaqi  nöqsanda, müəyyən mənada, tərbiyəçi də  məsuliyyət  daşıyırsa, II 

vəziyyətdə şəxsiyyət özü öz qeyri əxlaqi hərəkəti üçün  məsuliyyət daşıyır. 



Əxlaq tərbiyəsinin məzmunu.  

Əxlaq tərbiyəsinin məzmununa ümumbəşəri dəyərlərlə yanaşı cəmiyyətdə mövcud olan birgə yaşayış 

qaydaları, yeni sosial və məişət münasibətləri də  daxildir. Əxlaq ictimai şüur forması olduğuna görə onun 

məzmunu  da  cəmiyyətlə  bərabər  dəyişir,  hər  cəmiyyət  özünün  iqtisadi-ictimai  tələblərinə  uyğun  əxlaq 

normaları,  qaydaları  müəyyən  edir.  Bu  qaydalar  bütün  cəmiyyət  üzvləri  üçün  zəruri-məcburi,  hamı  üçün 

məqbul hesab edilən qaydalardır. Bu norma və qaydaların əksi, ona zidd hərəkətlər isə cəmiyyət üçün qeyri-

məqbul, hərəkətlər hesab olunub nə cəmiyyət, nə də ki, digər cəmiyyət üzvləri tərəfindən qəbul edilmir. 

Əxlaq  tərbiyəsinin  məzmununa  vətənpərvərlik,  dostluq  və  yoldaşlıq,  qarşılıqlı  yardım, 

beynəlmiləlçilik, fəaliyyətə şüurlu münasibət, intizam, məsuliyyət, düzlük, doğruçuluq, sadəlik tövazökarlıq 

insanlara humanist münasibət, onu əhatə edən  mühitə – təbiətə qayğılı münasibət və s. daxildir.  

Vətənpərvərlik  –  öz  doğma  vətəninə,  ölkəsinə,  diyarına  məhəbbət,  onun  düşmənlərinə  qarşı 

barışmazlıq ifadə olunan əxlaqı keyfiyyətlərdir. Bu aparıcı əxlaqi keyfiyyət olub digər əxlaqi keyfiyyətlərin 

əsasını qoyur. Belə ki hər bir  müsbət əxlaqi keyfiyyətin əsasını öz millətinə, vətəninə, xalqına, doğma, kiçik 

kəndinə  məhəbbət  təşkil  edir.  Bütün  müsbət  keyfiyyətləri  insanlara,  vətəninə  olan  müsbət  münasibətlər 

stimullaşdırır.  Vətənpərvərlik  tarixi  anlayışdır.  Xalqın,  insanların  vətənpərliyinin  əsasını  onların  yaşadığı, 

fəaliyyət göstərdiyi vətənə, onları qoruyan, müdafiə edən, maddi vəziyyətini  yaxşılaşdırmağa, fəaliyyətinin 

mədəni  səviyyəsini yüksəltməyə çalışan dövlətə, ictimai quruluşa məhəbbət, müsbət münasibət təşkil edir. 

Vətənpərvərlik  tərbiyəsi  insanın  yaşadığı  mikro  mühitdən,  doğma  ata  yurdunu,  kəndini,  gücə  və 

şəhərini  sevməkdən  başlayır.  Bu  məhəbbət  böyük  vətənə,  onu  qoruyan  dövlətə  yaradılacaq  məhəbbətin  

əsasını təşkil edir.  

Milli  vətənpərvərlik  tərbiyəsi    sistemli  təlim    müəssisələrində  təlim  və    dərsdənkənar    tədbirlər 

vasitəsilə  həyata    keçirilir.  Məsələn  tarix  dərslərindən  xalqın    keçdiyi  şərəfli  tarixi  yolu,  müharibələrdə 

qələbə və məğlubiyyətini, onların səbəblərini və s.  öyrənərkən  öyrənənlərdə doğma vətənlərinə məhəbbət, 

onun  suverenliyi, müstəqilliyi üğründa mübarizlik, düşmənlərinə qarşı nifrət, milli sayıqlıq hissləri tərbiyə 

olunur.  Kimya, biologiya, coğrafiya dərslərində ölkənin malik olduğu  təbii sərvətləri  öyrənməklə onlarda 

milli  iftixar hissi və s.  tərbiyə olunur.  

Sinifdənkənar və məktəbdənkənar tədbirlər isə dövrün aktual  vətənpərvərlik məsələləri, problemlərinə 

həsr olunur.  

Mədəniyyət    müəssisələri  və  müxtəlif    müəssisələr  də  əxlaq  tərbiyəsinin  digər  tərkib    hissələrinə 

nisbətən    vətənpərvərlik    tərbiyəsinə  aid  daha  çox  tədbirlər  keçirilir,  tərbiyə  işləri  aparılır.  Çünki    milli 

vətənpərvərlik  insanların  tərbiyə  münasibətlərinin  əsasını  təşkil  edir.  Şüurlu  fəaliyyət  prosesində  insanlar 

özlərinin  maddi  ehtiyacını  ödəməklə  yanaşı  həmçinin    yaşadığı  ölkənin  dövlətin  də  mənafeyini    müdafiə 

etdiyini dərk edirlər. Məsələn açılan hər bir zavod hər sahibkara mənfəət gətirməklə yanaşı həm də, çoxlu 

sayda  insanların işlə təmin olması, ölkənin  iqtisadi  potensialının  yüksəlməsi deməkdir. Hər bir  işçinin 

şüurlu  fəaliyyəti  həmin  işçinin  maddi  təminatı  ilə  yanaşı  əmək    məhsuldarlığını  artırır,  bu  isə  ölkədə 

istehsalın  inkişafına təkan verir.  Bu münasibətlər isə mədəniyyət müəssisələrində və həmçinin müxtəlif iş 

yerlərində, fəaliyyət sahələrində  aparılan mədəni–tərbiyəvi tədbirlər vasitəsilə, təlim xarakterli  məşğələlər  

vasitəsilə yaradılır. 

Vətənpərvərlik  tərbiyəsinin  əsaslı  qolunu  hərbi-  vətənpərvərlik    tərbiyəsi  təşkil    edir.  Hərbi 

vətənpərvərlik tərbiyəsi vasitəsilə gənclər vətənin  müdafiəsinə hər zaman  hazır olma, onun yolunda ölümə 

belə  getməyə  hazırolma  ruhunda  tərbiyə  olunurlar.  Hərbi  vətəpərvərlik  tərbiyəsi  orta  məktəblərdə  həm 



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə