Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi ci IL tarixi saylı əmri ilə təsdiq edilmişdir



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə16/51
tarix26.09.2017
ölçüsü1,28 Mb.
#1570
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   51

verən,  dövlət  və  şəxsi  hüquqları  haqqında  elmi  məlumata  malik,  onu  müdafiə  edə  bilən  mübariz  insanlar 

nəzərdə tutulur.  

Tərbiyənin  bu  məqsədinə  müvafiq  tərkib  hissələri  müəyyən  edilir.  Bunları  aşağıdakı  şəkildə 

qruplaşdırmaq olar: 

1.

 

Əqli təhsil və elmi dünyagörüş formalaşdırılması 



2.

 

Əxlaq tərbiyəsi 



3.

 

Əmək tərbiyəsi 



4.

 

Estetik tərbiyə 



5.

 

Fiziki tərbiyə  



6.

 

Hüquq tərbiyəsi  



7.

 

İdeya-siyasi tərbiyə 



8.

 

Ekoloji tərbiyə 



Əqli  təhsil  və  elmi  dünyagörüş  formalaşdırılması  böyüyən  nəslin,  ümumiyyətlə  insanların  təbiət, 

cəmiyyət və insan təfəkkürünün obyektiv inkişaf qanunları haqqındakı elmi məlumatlara yiyələnməni əhatə 

edir.  Bu  prosesdə  böyüyən  nəsil  sistemli  təhsil  müəssisələrində  müxtəlif  tədris  fənləri  vasitəsilə  zəruri 

biliklərə  yiyələndirilir  və  onlarda  bu  biliklərə  müvafiq  bacarıqlar,  vərdişlər  formalaşdırılır.  Mənimsədilən 

həmin  biliklər,  elmi  məlumatlar  əsasında  həyata    baxış  formalaşdırılır,  dünyagörüş  yaradılır.  Beləki, 

elmlərin əsasına yiyələndikcə tərbiyə olunanlarda təbiət hadisələrinə, təbii möcüzələrin əsaslarına aid elmi 

münasibət yaranır, bu isə onlarda düzgün obyektiv dünyagörüş yaranmasına səbəb olur. 

Böyüyən nəslin zəruri elmi biliklərə yiyələnməsi həm də ictimai-iqtisadi tələbdir. Bu tələb cəmiyyətin, 

ictimai-iqtisadi quruluşun pedaqoji proses qarşısında qoyduğu əsas vəzifədir. Ona görə də müxtəlif ictimai-

iqtisadi  quruluşlu  cəmiyyətlərdə  tərbiyə  məqsədi  də  müxtəlif  olmuşdur.  Buna  səbəb  həm  də  məhsuldar 

qüvvələrin inkişaf səviyyəsi, elmi-texniki tərəqqinin vəziyyəti olmuşdur. Müasir yüksək elmi-texniki inkişaf 

səviyyəli dövlətlərdə təhsilin müəyyən dövrü məcburidir. Bu insanların,  xüsusən də yeniyetmə və gənclərin 

yaşadığı cəmiyyətin əsas iqtisadi inkişaf səviyyəsinə cavab verə biləcək vəziyyətə hazır olması tələbindən 

irəli  gəlir.  Elmi  məlumatlara  yiyələnmə,  intellektual  inkişaf  hər  bir  şəxsə  həyatda,  quruculuq  işində  fəal 

iştirak etmə, təbiət və cəmiyyət hadisələrinə obyektiv qiymət vermə, əməyini  və həyatını düzgün qurma, öz 

yaradıcılıq  qabiliyyətlərini inkişaf etdirmə  və  s.  bu  kimi  imkanlar  verir.  İnsanlar  həyat  və  fəaliyyətlərinin 

müxtəlif  dövrlərində  elmi  məlumatlara  yiyələnmə  zəruriyyəti  qarşısında  qalırlar.  Bu  istehsalatın  və  xalq 

təsərrüfatının digər sahələrindəki elmi yeniliklərin tədbiqi ilə bağlı olur. 

Əmək  tərbiyəsi  və  politexnik  təhsil  böyüyən  nəslin,  ümumiyyətlə  insanların  əmək  fəaliyyətinə  həm 

nəzəri  həm  də  təcrübi  nöqteyi  nəzərdən  hazırlanmasını  əhatə  edir.  Əmək  tərbiyəsi  əməyin  elmi  əsasları, 

onun  elmi  təşkili  haqqında  sistemli  məlumatlar  verir,  zəruri  əmək  bacarıq  və  vərdişləri,  əməyə,  əmək 

adamlarına,  öz  əmək  fəaliyyətinə  münasibət  formalaşdırır.  Bu  proses  həm  xüsusi  dərslər,  müxtəlif  tip 

məşğələlər, həm də ayrı-ayrı fənlərin tədrisi vısitəsilə həyata keçirilir. Bu yolla insanlara onların yaşaması  

üçün  əmək  fəaliyyətinin  birinci  əsas  şərt  olduğu  dərk  etdirilir.  Bu  iş  məktəbdənkanar  tərbiyə 

müəssisələrində,  mədəniyyət  müəssisələri  və  digər  tərbiyə  müəssisələrində  müxtəlif  tipli  çalışmalar, 

tədbirlər, dərnəklər vasitəsilə də həyata keçirilir. Mədəniyyət müəssisələrində müxtəlif texniki dərnəklərdə 

istehsalatdakı  yeniliklər,  texniki  yeniliklərə  aid  elmi  məlumatlar  verilir.,  həm  də  yeni  əmək  bacarığı  və 

vərdişi  formalaşdırır.  Azərbaycan  mütəfəkkirlərinin  əsərlərində  əmək  tərbiyəsinə,  əməyin  insanın 

formalaşmasında  oynadığı  rola  yüksək  qiymət  verilmişdir.  Bu  Nizami  Gəncəvi  əsərlərində  xüsusilə  geniş 

verilmişdir.  Nizaminin  fəkrincə  «cəhənnəmdə  əməklə  məşğul  olmaq  cənnətdəki  əməksiz  həyatdan 

yaxşıdır». 

Politexnik təhsil böyüyən nəsli, təhsil alan şəxsləri istehsalın əsas prinsipləri ilə tanış edir, onlarda ən 

sadə  əmək  alətləri  ilə  rəftar  etmə  bacarığı  formalaşdırır.  Politexnik  təhsil  tərbiyə  olunanlara  şüurlu  peşə 

seçməyə, zehni bilikləri ilə əməli fəaliyyətlərini əlaqələndirməyə, peşələrini istədiyi vaxt dəyişməyə, elmi-

texniki  yenilikləri  işinə  tətbiq  etməyə  imkan  verir.  Politexnik  təhsil  sistemli  təhsil  müəssisələrində  ayrıca 

fənn  şəklində tədris edilmir.  O,  müxtəlif fənlərin  tədrisi  prosesində  həyata  keçirilir.  Politexnik  təhsil  peşə 

təhsili ilə də qarşılıqlı əlaqədədir.  

Peşə  təhsili  xüsusi  gimnaziya,  seminariyalar,  litseylər,  texnikum  və  s.  orta-ixtisas  müəssisələrində 

istehsal  və  xalq  təsərrüffatının  müxtəlif  sahələrində  çalışa  biləcək  şəxslər  formalaşdırır.  Ali  təhsil 

müəssisələrində isə yüksək ixtisaslı, ali hazırlıqlı, hərtərəfli inkişaf etmiş və müəyyən sahə üzrə formalaşmış 

yüksək ixtisaslı şəxslər hazırlanır. 

Əxlaq tərbiyəsi  böyüyən  nəslə  cəmiyyətdə  mövcud  olan  əxlaq  normaları,  davranış  qaydaları, onların 

mahiyyəti  haqqında  nəzəri  məlumatlar  vermək,  müvafiq  əxlaqi  adətlər  formalaşdırmaqdan  ibarət  uzun 

müddətli bir prosesdir. Əxlaq tərbiyəsi vasitəsilə böyüyən nəsil zəruri əxlaqi anlayışları mənimsəyir, əxlaqi 

keyfəyyətlərə  yiyələnir,  bəşəri  və  sosial  birgəyaşayış  normaları  ilə  tanış  olur.  Bu  prosesdə  onlarda 



cəmiyyətə, insanlara, ailəyə, hər kəsin özü-özünə münasibəti formalaşdırılır. Əxlaq tərbiyəsi demək olar ki, 

insanın  ömrünün  sonuna  qədər  davam  edir.  İnsan  həyatının  müəyən  dövründən  sonra  əxlaqi  keyfiyyətlər 

formalaşdırılması  işi  məktəbdənkanar  tərbiyə,  mədəniyyət  və  digər  müəssisələrdə  icra  edilir.  Bu 

müəssisələrdə aparılan tərbiyə tədbirləri cəmiyyətin aktual tərbiyə problemlərinə həsr edilir. 

Yəni ayrı-ayrı istehsal sahələrinin tələb etdiyi  zəruri əxlaqı münasibətlərin təcrübi cəhətdən mahiyyəti 

açılır,  insanlar  arasındakı    rəsmi  iş,  etik  və  s.  münasibətlərin  istehsala,  kollektivin  fəaliyyətinə  təsiri  izah 

edilir. Digər tərəfdən cəmiyyətdəki dəyişikliklərlə əlaqədar olan yeni münasibət, yeni vəziyyətdə işçilərin və 

digər  şəxslərin  riayət  etməli  olduqları  qayda  və  normalar  izah  edilir.  Məsələn,  sahibkarlığa  istinad  edən 

cəmiyyətdə yeni istehsal – iş münasibətləri meydana çıxır. Bu isə insanlardan fəaliyyətə yeni münasibətlə 

yanaşmağı  tələb  edir.  Belə  ki,  əvvəllər  sosial  yarışları  qarşılıqlı  yardım  və  köməyə  əsaslanırdısa  indiki 

istehsal rəqabətə istinad edir. Rəqabət isə hər bir işçi işini yaxşı, elmi əsaslarla, keyfiyyətli qurmağa, iş və 

kollektiv  daxili  normalara  ciddi  riayət  etməyə  məcbur  edir.  Əks  halda  işçi  işsiz  qala  bilər.  Bu  yeni  tələb 

təlim-tərbiyə  müəssisələri  ilə  yanaşı  mədəniyyət  və  incəsənət  müəssisələrində  də  insanlara  izah  edilir, 

mənimsədilir. 

Fiziki tərbiyə fiziki cəhətdən sağlam, bədəncə möhkəm, çevik, dözümlü, əmək qabiliyyətli şəxsiyyətlər 

yetişdirməyə xidmət edir. Fiziki tərbiyə vasitəsilə həmçinin insanlarda müsbət iradi keyffiyətlər də təşəkkül 

tapır.  Fiziki  tərbiyə  insanları  Vətəni  müdafiə  etməyə  hazırlayır.  Bunun  üçün  təlim  müəssisələri  xüsusi 

proqram əsasında fəaliyyət göstərir. Fiziki tərbiyə həmçinin əqli inkişaf vasitəsidir. Belə ki, fiziki cəhətdə 

zəif  və  nöqsanlı  insanların  əqli  inkişafında  da  çatışmamazlıq  və  ya  nöqsanlar  mövcud  olur.  Bu  nöqteyi 

nəzərdən H. Zərdabi fiziki tərbiyəni hərtərəfli və harmonik şəxsiyyət formalaşdırmanın əsas şərtlərindən biri 

hesab edirdi. Onun fikrincə, fiziki tərbiyə əqli və əxlaq tərbiyəsinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün 

mühüm əhəmiyyətə malikdir. 

Görkəmli  fransız  pedaqoqu  P.  F.  Lesqaft  da  fiziki  tərbiyəni  yüksək  qiymətləndirmiş,  onu  iradə  və 

xarakterin  formalaşmasında  əxlaq  tərbiyəsində  əqli  qabiliyyətləri,  fikri  fəallığın  bədii  zövqlərin 

yaranmasında, tərbiyəsində mühüm amil, vasitə hesab etmişdir.

5

  



Estetik  tərbiyə  insanları  gözəllik  aləminə  yaxınlaşdırır,  estetik  zövqlər  yaradır,  gözəlliyi  görmə, 

qavrama,  dərk  edərək  qiymətləndirmə  bacarığı  formalaşdırır,  yaradıcılıq  qabiliyyətlərini  inkişaf  etdirir. 

Estetik tərbiyə insanlarda gözəl hisslər yaratmaqla onları həyata gözəllik ünsürləri daxil etməyə təhrik edir. 

Tərbiyənin  digər  tərkib  hissələri  kimi  estetik  tərbiyə  də  əxlaq,  əqli,  fiziki,  əmək,  hüquq  və  s.  kimi 

keyfiyyətlərlə qarşılıqlı əlaqədədir.  

Hüquq  tərbiyəsi  də  tərbiyənin  tərkib  hissələrindən  biridir.  Hüquq  tərbiyəsi  vasitəsilə  insanlar  hüquqi 

biliklərə  yiyələnir  cəmiyyətdə  mövcud  olan  hüquq  normaları,  onların  mahiyyəti,  hüquqi  pozuntularının 

konkret  nəticəsini  öyrənirlər.  İnsanlar  cəmiyyətdə  vətəndaşın  hüquqları  haqqında  zəruri  biliklərə 

yiyələnirlər.  Hüquq  tərbiyəsi    vasitəsilə  tərbiyə  olunanlarda  cəmiyyətdə  mövcud  huquq  normalarına 

münasibət formalaşdırılır. 

İdeya  –  siyasi  tərbiyə  də  hərtərəfli  şəxsiyyət  formalaşdırılması  işinin  mühüm  cəhətlərindən  biridir. 

İdeya  siyasi  tərbiyə  vasitəsilə  ictimai-siyasi  hadisələrə  obyektiv  yanaşma  və  qiymətləndirmə  bacarığı 

formalaşdırılır.  

Bu  yolla  yeniyetmə  və  gənclərdə  düzgün  münasibət,  yüksək  əhval  ruhiyyə,  mübarizlik,  düzgün, 

obyektiv ictimai-siyasi mövqe tərbiyə olunur. İdeya siyasi tərbiyə təlim prosesində müxtəlif fənlərin tədrisi 

prosesində  həmçinin  sinifdən  və  məktəbdənkənar  tədbirlər  vasitəsilə  aşılanır.  İdeya  siyasi  tərbiyə  işində 

mədəniyyət müəssisələri, ədəbiyyat və incəsənət, kütləvi informasiya vasitələri əhəmiyyətli yer tutur. Həmin 

vasitələrlə insanlar mövcud ictimai-siyasi hadisələrin mahiyyəti ilə tanış olur, siyasi cərəyanlar, partiyaların 

yaranma şəraiti, səbəbi, məqsədi, prinsipləri ilə tanış olurlar. Siyasi hadisələrlə kortəbii və şüurmuz qoşulma 

hallarını  təhlil  edərək,  siyasi  siyasi  hadisələrin  mahiyyəti  haqqında  müqayisələr  apararaq,  həm  siyasi 

biliklərə  yiyələnirlər,  həm  də  bu  hadisələri  düzgün  qiymətləndirə  bilirlər.  Bu  isə    onlarda  fəal  həyat 

mövqeyi, şüurlu ictimai-siyasi münasibət formalaşdırır.  

Tərbiyənin tərkib hissələri bir-biri ilə qarşılıqlı əlaqədədir və bunlar eyni zamanda qarşılıqlı vəhdətdə 

həyata keçirilir, formalaşdırılır. 



          Müstəqil iş üçün  sual və tapşırıqlar: 

1. Tərbiyənin  ictimai – iqtisadi inkişafdan  asılılığı. 

2. Tərbiyə məqsədlərinə tarixi  yanaşma. 

3. Müasir  insanlara  verilən  tələblər. 

 

 

                                                           



5

 Педагоэика. Б., Азярняшр, 1964, с.386. 




Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə