Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07. 08. 2014-cü il tarixli 869 nömrəli əmri ilə təsdiq



Yüklə 43,05 Kb.
Pdf görüntüsü
səhifə37/70
tarix30.12.2017
ölçüsü43,05 Kb.
#18821
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   70

Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
Düzgün ifadələri seçin: 
1. Yastı qurdların bədəni iki hüceyrə qatından təşkil olunub. 
2. Yastı qurdlar ikitərəfli simmetriyalı bədən quruluşuna malikdir. 
3. Yastı qurdların nümayəndələri arasında parazit formalar var. 
4. Yastı qurdlarda hiss orqanları olmur. 
5. Yastı qurdlarda qan-damar sistemi meydana gəlir. 
6. Yastı qurdlar ayrıcinsiyyətlidir. 
7. Yastı qurdların həzm sistemində anal dəlik olur. 
8. Planarilər – yırtıcıdır. 
9. Yastı qurdlar bütün bədən səthi ilə tənəffüs edir. 
10. Yastı qurdların orqanlararası boşluğu parenxima ilə doludur.
31. Sap qurdlar tipi. 
Sap qurdların həyat fəaliyyəti
 “Yeməkdən qabaq mütləq əllərini yu!”, “Nə üçün meyvəni yumamış yedin?” 
– 
deyə anası dostum Fərhadı bu sözlərlə tez-tez məzəmmət edərdi.   Əvvəllər bu 
danlaqlar mənə qəribə gəlsə də, sonralar anasının nə qədər haqlı olduğunu başa 
düşdüm.
· Sizcə, nə üçün anası Fərhaddan əllərini və yeyərkən meyvəni  yumağı tələb edirdi?
Məqsəd: Sap qurdların quruluşu ilə tanışlıq. 
Təchizat: Mikroskop, hazır mikropreparatlar və ya tablolar.  
İşin gedişi:  1. Sap qurdların preparatına və ya tablosuna nəzər yetirin. Onların 
Sap  qurdlar.  Bədən  dəyirmi  və  buğumsuzdur.  Ön  və  arxa  hissədən 
sivriləşmişdir. Bunlarda içərisi maye ilə dolu ilk bədən boşluğu meydana 
gəlmişdir. Yastı qurdlardan fərqli olaraq, həzm sistemində ilk dəfə olaraq 
son ucu anal dəliklə qurtaran bağırsaq yaranmışdır. 
Əsl sap qurdlar sinfi. Nümayəndələri sərbəst yaşayır, bəziləri isə müx-
təlif orqanizmlərdə parazitlik edir. İnsan askaridi  uşaq bizquyruğu bu 
sinfin geniş yayılmış nümayəndələrindəndir.
Fäaliyyät – 
Fäaliyyät – 
Laboratoriya iåi. 
  
S
ap qurdların quruluş xüsusiyyətləri
İnsan askaridinin həyat fəaliyyəti
Bədən örtüyü. Askaridin bədəni xaricdən möhkəm kutikula ilə örtülmüşdür. 
Kutikula  həzm  şirələrinə  qarşı  davamlı  olub,  qurdu  kimyəvi  və  mexaniki 
təsirlərdən qoruyur. Bədən örtüyünə daxildən uzununa  istiqamətdə yerləşmiş 
saya  əzələlər  birləşmişdir.  Bunların  hamısı  birlikdə  dəri-əzələ  kisəsini  əmələ 
gətirir. 
Hərəkəti.  İnsan  askaridi  uzununa  əzələlərin  köməyi  ilə  bədənini  dalğavari 
hərəkət etdirir. Eninə əzələləri olmadığı üçün onu uzadıb-qısalda bilmir.
Həzm sistemi. Askaridin ön hissəsində üçdodaqlı ağız yerləşir.
 
Ağızdan daxil 
olan qida udlağa, qida borusuna, oradan bağırsağa daxil olur. Bağırsağın son 
ucu anal dəliklə qurtarır. Həzm olunmamış qida hissəcikləri bu dəlik vasitəsilə  
bədəndən xaric edilir.
Tənəffüsü.  Xüsusi  tənəffüs  orqanı  yoxdur.  Yetkin  fərd  oksigensiz  mühitdə 
yaşayır. 
İfrazat  sistemi.  İnsan  askaridinin  ifrazat  sistemi  bir  cüt  ifrazat  kanalından 
ibarətdir. Bu kanallar  bir-biri ilə birləşərək bədənin ön hissəsində tək axarla 
xaricə açılır. 
Sinir sistemi. İnsan askaridinin sinir sistemi ayrıca sinir düyünləri olmayan 
udlaqətrafı  sinir  həlqəsindən  və  bədənin  arxa  hissəsinə  doğru  gedən  sinir 
şaxələrindən ibarətdir. 
Hissiyyat orqanları. Parazit həyat tərzi ilə əlaqədar olaraq xüsusi hissiyyat 
orqanları inkişaf etməmişdir.
Cinsiyyət sistemi və çoxalması.İnsan askaridi ayrıcinslidir.  Dişilərdə bir cüt, 
erkəklərdə isə tək sapşəkilli cinsiyyət orqanları olur. 
İnsan askaridinin inkişafı. İnkişafında aralıq sahib iştirak etmir. İnsanın ba-
ğırsağında yaşayan yetkin askaridin yumurtaları  nəcis vasitəsilə  ətraf mühi-
tə düşür. Əlverişli temperatur, rütubət və oksigenli mühitdə inkişaf edən yu-
murtanın daxilində sürfələr əmələ gəlir. Bu dövrdə yumurtalar yoluxmaya ar-
tıq tam hazır vəziyyətdə olur.  İnsan çirklənmiş su və ya qida vasitəsilə bu yu-
murtaları udduqda onun nazik bağırsağında həzm şirələrinin təsirindən yu-
murtanın qabığı əriyir, sürfə azad olur və bağırsaq divarını dələrək qan vasitə-
İnsan askaridinin quruluşu
İnsan askaridi. Parazit həyat tərzi keçirir və yetkin halda insanların 
nazik  bağırsağında  yaşayır.  Uzunluğu  20-40  sm-ə  qədərdir.  Erkəkləri 
dişilərdən kiçik olur. Yastı qurdlardan fərqli olaraq, parazitlik edən sap 
qurdlarda yapışma orqanı yoxdur. 
bədən formasını müəyyən edin. 2. Tab-
loda  erkək  və  dişi  qurdların  oxşar  və 
fərqli cəhətlərini müəyyən edin. 3. Dişi 
və erkək   qurdların   şəkillərini dəftərə 
çəkin.
Nəticəni müzakirə edək:   Sap qurdlar 
yastı qurdlardan nə ilə fərqlənir?
3
3
73
72
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
 Birhüceyrəlilər və çoxhüceyrəlilər yarımaləmi


Aralıq 
sahib
Əsas
sahib
İlbizin bədənində 
olan sürfə mərhələsi
Sista
Kirpikli 
sürfə
Yumurta
Yetkin 
fərd
Quyruqlu
sürfə
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
1. Bədən eninə kəsiyində dəyirmidir. 2. Hermafrodit-
dir. 3. Sormacları yoxdur. 4. 
madadır. 
Bədən yastılaşmış for-
5. Bağırsağın son ucu kor qurtarır.
Uyğunluğu müəyyən edin:
A. Yastı qurdlar
B. Sap qurdlar
1. Düzgün variantı seçin:
2.  Suallara  cavab  verin: 
 
Sap  qurdların  əzələlərinin  quruluş  xüsusiyyətləri 
onların hərəkət qabiliyyətinə necə təsir edir? b)  Sap qurdların hiss orqanlarının 
zəif inkişaf etməsi nə ilə izah olunur? 
1. Sap qurdlar yastı qurdlardan anal dəliyin olmaması-
na/olmasına görə fərqlənir. 2.   Sap qurdlarda həlqəvi və uzununa /yalnız uzu-
nuna əzələlər olur. 3. Askarid insanın bağırsağında həzm olunmur, ona görə ki
bədəni kutikula ilə /kirpikciklərlə örtülmüşdür.
a) 
3
3
75
74
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
 Birhüceyrəlilər və çoxhüceyrəlilər yarımaləmi
silə ağciyərlərə gətirilir. O, ağciyərdə inkişafını tamamlayır və ağciyəri zədə-
ləyərək öskürək yaradır. İnsan öskürdükdə bəlğəmlə ağız boşluğuna gətirilir və 
təkrar udularaq bağırsağa düşür. Burada yetkin qurda çevrilir. 
İnsan askaridinin həyat dövranı 
Torpaq
Yumurta
Sürfəli yumurta
Cavan 
sürfə
Qan 
axarı
Yetkin 
sürfə
Sürfə 
ürəkdə
Sürfə 
ağciyərdə
Sürfə
traxeyada
Sürfəli yumurta insan 
tərəfindən udulur
Bağırsaqda 
cinsi yetkinliyə 
çatmış fərdlər
Udlaqda 
sürfə
Sürfənin 
ikinci dəfə  
udulması
Sürfə 
qaraciyərdə
Qaraciyər sorucusunun həyat dövranı
32. 
İnsan üçün təhlükəli olan qurd xəstəlikləri 
İnsanlarda ankilostomoz xəstəliyi törədən sap qurdların nümayəndəsi ankilos-
toma qurdudur.  Ankilostoma insanın nazik bağırsağında parazitlik edir. İnsan 
ya qurdun sürfələrini udmaqla, ya da sürfələrin dərini deşərək qana keçməsi 
nəticəsində bu xəstəliklə yoluxur. Xəstəlik bəzən ölümlə nəticələnir.  
·  Qurdlar  daha  hansı  orqanlarda  parazitlik  edə  bilər?  İnsan  özünü  parazit 
qurdlara yoluxmaqdan necə qoruya bilər?
Şəklə baxıb parazit-sahib cütlərini müəyyən edin: canlı orqanizmlərin adlarından 
və “əsas sahib”, “parazit”, “yastı qurd” anlayışlarından istifadə edərək verilən ha-
disəni əks etdirən cümlələr qurun. 
Fäaliyyät
Fäaliyyät
Qurdların insanda törətdiyi xəstəliklər. Bəzi parazit qurdlar insanlar-
da müxtəlif xəstəliklər törədir. Öküz soliterinin əsas sahibi – insan, aralıq 
sahibi  –  qaramaldır.  İnsan  bu  parazitlə  içərisində  parazitin  sürfəsi  olan 
yaxşı bişirilməmiş ət yeməklə yoluxur. Öküz soliterinin insanda törətdiyi 
xəstəlik  teniarinxoz  adlanır.  İnsanlarda  təhlükəli  exinokokkoz  xəstəliyi 
törədən lentşəkilli qurdların digər nümayəndəsi exinokokkdur. Onun əsas 
sahibi yırtıcılar (it, pişik, ayı, çaqqal, canavar və s.), aralıq sahibi isə qa-
ramal və ya insandır. İnsan bu qurdun yumurtalarını udmaqla (sahibsiz it 
və pişikləri sığalladıqda) xəstəliyə yoluxur. Yumurtadan çıxan sürfələr qan 
vasitəsilə aralıq sahibin ağciyərinə və ya digər daxili orqanlarına gətirilir. 
Burada içərisində qurdun başcıqları və boyuncuqları yerləşmiş iri qovuq-
lara (finnalara) çevrilir. 
Sap  qurdların  nümayəndəsi  olan  uşaq  bizquyruğu,  adətən,  uşaqların 
nazik bağırsağında parazitlik edir. Qurdun dişi fərdi bağırsaqdan çıxaraq 
– Parazitləri hansı ümumi xüsusiyyətlər birləşdirir? 
– Daha hansı parazit qurdları tanıyırsınız?


Yüklə 43,05 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə