Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24. 07. 2014-cü il tarixli 842 nömrəli əmri ilə təsdiq



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə25/60
tarix02.01.2018
ölçüsü0,71 Mb.
#19553
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   60

57
56
21. 
OKEAN DİBİNİN RELYEFİ
Quru səthində olduğu kimi, okean dibinin relyefi  də mürəkkəbdir. Okean 
dibinin öyrənilməsində ABŞ, İngiltərə, Yaponiya, Rusiya, Fransa və s. ölkələr 
daha  çox  nailiyyətlər  əldə  etmişdir.  Kosmik  tədqiqatlar  okean  dibinin  daha 
dəqiq öyrənilməsinə imkan verir. Məlum olmuşdur ki, orada külli miqdarda 
sönmüş və fəaliyyətdə olan vulkanlar, sıra dağlar, düzənliklər, çökəkliklər, də-
rələr var.
Dünyanın fiziki xəritəsinə əsasən müəyyən edin:
1. Şelf zonasının daha geniş yer tutduğu okeanı. 
2. Sakit okeanda Marian çökəkliyinin dərinliyini. 
3. Orta okean dağ silsiləsinin daha aydın göründüyü okeanı. 
4. Hind okeanında ən dərin çökəkliyi.
Öyrändìklärìnìzì tätbìq edìn
Fiziki xəritədə okeanlar göy rənglə təsvir edilmişdir. Bu rəng müxtəlif çalarlarla 
göstərilir.
· Sizcə, rəng çalarlarının müxtəlif olması nə ilə bağlıdır?
Uyğunluğu  müəyyən edin.
1. Üzərindəki su qatı maksimal qalınlığa malikdir.  
2. 1000-3000 metr dərinliklərdəki əraziləri əhatə edir. 
3. Çökmə süxurların ən çox toplandığı ərazidir.
4. Bəzi yerlərdə adalar şəklində okean səthinə çıxır.
5. Çökmə süxurların qalınlığı az olur.
6. Səthinin hamarlığına görə digər ərazilərdən fərqlənir.
A. Şelf
B. Materik yamacı
C. Materik ətəyi
D. Abissal düzənliklər
E. Orta okean dağ silsiləsi
F. Okean novu
Materiklərin sahil suları ilə örtülmüş kənar hissələri __ 
adlanır. Şelfin davamı __. Materiklə okean yerqabığı 
arasındakı  sərhəd  __  adlanır.  Okean  dibinin  böyük 
əraziləri  __  düzənliklərdir.  __  okeanda  ən  hündür 
relyef  formasıdır.  Okeanlarda  ensiz  və  dərin 
çökəkliklər __ adlanır.
Nä öyrändìnìz
AÇAR  SÖZLÄR
Materik ətəyi
Abissal düzənliklər
Orta okean dağ silsiləsi
Şelf
Materik yamacı
Okean novu
Öyrändìklärìnìzì yoxlayın
Öyrändìklärìnìzì yoxlayın
Fäaliyyät
Fäaliyyät
Cədvəli dəftərinizə çəkin. 
Dərinlik şkalasına əsasən 
işarələnmiş ərazilərin dərinlik-
lərini müəyyənləşdirib qeyd edin.                 
Müzakirə edək:  
Okean dibinin 
relyefi haqqında 
hansı fikirləri 
söyləmək olar? 

200  
2000   4000  
6000
Dərinlik şkalası (metrlə)
Ərazi
1
2
3
4
Dərinlik
1
3
4
2
1.  Materik  dayazlığı  və  ya  şelf  –  materikin  sualtı  davamında  200  metrə  qədər 
dərinlikdəki ərazini əhatə edir. Azmeyilli səthi qalın çökmə süxurlarla örtülmüş-
dür.   
2.  Materik  yamacı  –  200  metrdən  1500  metrədək  olan  dərinliklər  arasındadır. 
Meyilliliyi çox olduğundan çökmə süxur qatı nazikdir.
3. Materik ətəyi 1000 – 1500 metrdən 3000 metr dərinliyinə  qədər olan ərazilərdir. 
Bu ərazi materiklə okean yer qabığı arasındakı sərhəddir. 
4.  Okean  yatağı  və  ya  abissal  düzənliklər  –  okean  dərinliklərində  yerləşən 
düzənliklərdir. Səthi hamar olub, okean dibinin əsas hissəsini tutur. 
5.  Orta  okean  silsiləsi  –  okean  dibində  yerləşən  dağlardır.  Bəzən  bu  dağların 
zirvələri su səthindən yuxarı qalxaraq adalar yaradır. 
6. Okean novları – okean dibindəki ensiz və dərin çökəkliklərdir.
Materik 
dayazlığı 
(şelf)
Okean novları
Materik 
ətəyi
Okean yatağı 
(abissal düzənliklər)
Orta 
okean dağ 
silsiləsi
Materik
yamacı
Okean dibinin relyefi


59
58
22.  
YERALTI SƏRVƏTLƏR NECƏ PAYLANIB       
· 

Bu sərvətdən hansı məqsəd üçün istifadə olunur
Məhsulların hazırlanmasında hansı xammaldan  istifadə olunur?   
Məhsul                                       
İstifadə olunan təbii sərvətlər
Maşın istehsalı
Ev tikintisi
Enerji istehsalı
Müzakirə edək: 1. Məhsulların istehsalında  istifadə olunan təbii sərvətlər hansı 
xüsusiyyətinə görə bir-birindən fərqlənir? 2. Təbii sərvətlər necə əldə olunur?
Yada salın. 
Yada salın. 
Təbiətdə yayılmış süxurlar mənşəyinə görə maqmatik, çökmə, 
metamorfik olur.
İnsanların istifadə etdiyi  yeraltı sərvətlər faydalı qazıntılar və ya mineral 
ehtiyatlar adlanır. Mənşəyinə görə mineral ehtiyatlar üç yerə bölünür:
Filiz_Alüminium_Mis_Qalay_Faydalı_qazıntılar_Filiz_Qeyri-filiz_Yanar'>Filiz faydalı qazıntılar – maqmatik mənşəlidir. Onlara daha çox dağlarda və 
denudasion düzənliklərdə rast gəlinir. Zəngin dəmir filiz yataqları Ural, Skan-
dinaviya  dağlarında,  Braziliya,  Qərbi  Avstraliya  və  Dekan  yaylalarında 
yayılmışdır. Alüminiuma boksit, alunit və nefelin kimi mineralların tərkibində 
rast  gəlinir.  Ən  iri  boksit  yataqları  Braziliya,  Böyük  Çin,  Qərbi Avstraliya, 
Qviana yaylalarında və digər ərazilərdədir. Mis yataqları isə And dağları və 
Mərkəzi Afrikada  daha  çoxdur.  Cənub  Şərqi Asiya  qalay  və  volfram,  CAR 
(Cənubi Afrika Respublikası) və ABŞ  isə qızıl yataqları ilə seçilir. 
Qeyri-filiz'>Qeyri-filiz faydalı qazıntılar – Yer qabığında daha geniş yayılmışdır. Şimali 
Afrika, Florida, Şərqi Avropa və Böyük Çin apatit və fosforit yataqları ilə zən-
gindir.  
Yanar faydalı qazıntılar – çökmə mənşəlidir. Ovalıq və şelf zonalarında da-
ha çox rast gəlinir. Neft və təbii qazın ən mühüm yataqları İran körfəzi, Qərbi 
Sibir, Şimal dənizi, Xəzər dənizi, Qvineya körfəzi , Meksika körfəzi və s.-dir.
Daş kömürün əsas yataqları Appalaç, Şərqi Avropa düzənliyi, Orta Sibir 
yaylası, Cənubi Afrika, Şərqi Avstraliya və Böyük Çindədir.
Fäaliyyät
Fäaliyyät
Mineral  ehtiyatlar  tükənən  sərvətlərdir.  Onlardan  səmərəli  və    qənaətlə 
istifadə edilməlidir.
           Daş kömür
Dəmir filizi
Mərmər
Qızıl
Xörək duzu
 Neft
Təbii qaz
 
 
 
Kimya
xammalı
Tikinti  
materialları
Qiymətli
daşlar
Kükürd, apatit, 
fosforit, kalium 
duzu
Qeyri-
filiz
Əhəngdaşı,  
gips, mərmər,  
qum,  çınqıl  
Sapfir, yaqut, 
zümrüd, kəhrəba
Yanar 
faydalı 
qazıntılar
Neft,  daş kömür, 
təbii qaz, torf, 
yanar şist
Qara 
metal
Əlvan 
metal
Dəmir
Manqan
Xrom
Filiz
Alüminium
Mis
Qalay
Faydalı qazıntılar 
Filiz
Qeyri-filiz
Yanar
Sxemi dəftərinizə çəkin.  Əlaqəni qurun.
Fosforit
Daş kömür
Mərmər
Manqan
Filiz
Qeyri-filiz
Yanar
Təbii qaz
Qalay
Boksit
Torf
Öyrändìklärìnìzì tätbìq edìn
Nä öyrändìnìz
Yer qabığında rast gəlinən 
mineral sərvətlər __ adlanır. 
Dəmir, mis, qalay  __ ,  apatit,  
fosforit, mərmər __, neft, təbii 
qaz, daş kömür __ –  faydalı 
qazıntılardır.
AÇAR  SÖZLÄR
Filiz
Qeyri-filiz
Yanar faydalı qazıntı
Faydalı qazıntı
Ərazilərə uyğun gələn faydalı qazıntıları, müvafiq ölkələri və yerləşdikləri 
materikləri tapın.
Öyrändìklärìnìzì yoxlayın
Öyrändìklärìnìzì yoxlayın
Faydalı qazıntılar    
Ərazilər   
Ölkələr
Materiklər
Appalaç dağları
Qərbi Sibir ovalığı
Qərbi Avstraliya yaylası 
Ural dağları
Qviana yaylası


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə