______________Milli Kitabxana_____________
142
- Sev, mənim ağam, sev. Qadını sevən adam kədər və qəmi
yaddan çıxardır.
- Ey qul, mən qadın sevmək istəmirəm.
- Sevmə, mənim ağam, sevmə. Qadın ovçu üçün tələdir,
dərin quyu və yarğandır. Qadın adamın boğazını kəsən iti
xəncərdir.
- Ey qul, mənim xidmətimdə dayan.
- Bəli, mənim ağam, bəli.
- Mən ölkəmə xeyirxahlıq göstərmək istəyirəm.
- Göstər, mənim ağam, göstər. Özün də xeyirxahlıq
taparsan.
- Ey qul, mən xeyirxahlıq göstərmək istəmirəm.
- Göstərmə, mənim ağam, göstərmə. Qədim xarabalıqları
gəz və insan kəllələrinə nəzər sal. Tap görüm, onlardan kim şər
sahibi, kim xeyir sahibi olmuşdur.
- Ey qul, mən istəyirəm səni öldürüm və arxamca getməyə
məcbur edim.
- Mənim ağam məndən sonra həqiqətən üçcə gün
yaşayacaqdır.
«Müdrik Ahikar haqqında» hekayət arami dilində tərtib
olunmuş və e.ə. VII əsrin şəraitini əks etdirir. Ahikar Assur
hökmdarı Sinahheribin ali məmuru idi. Onun övladı yox idi. O,
allahdan oğul arzulayırdı. Arzusu boşa çıxdıqdan sonra Ahikat
qardaşı oğlu Nadanı oğulluğa götürüb onun tərbiyəsi ilə məşğul
olur. Povestdə dövlət xadimi Ahikarın Nadana yüzdən çox
nəsihəti əks olunmuşdur. Onlardan bir neçəsi o dövrün əxlaqi
qaydaları haqda təsəvvür yarada bilər:
- Sirri açma. Sarayda eşitdiyin hər bir söz qoy sənin
qəlbində çürüsün.
- Sakit danış, səsini ucaldıb səs-küylə danışma. Əgər səs-
küylə ev tikmək mümkün olsaydı, onda eşşək gündə iki ev tikərdi.
- Ağıllı adam ilə daş daşımaq, axmaq adam ilə şərab
içməkdən yaxşıdır.
- Həddindən artıq şirin olma, yoxsa səni udarlar. Həddindən
artıq acı da olma, yoxsa səni atarlar.
- Dilini yamanlıqdan saxla, əlini oğurluqdan.
______________Milli Kitabxana_____________
143
- Ağıllı adama qulaq asmaq, isti havada sərin su içməyə
bənzəyir.
- Heç kəsə ayağını basmağa imkan vermə, sonra boynuna
minə bilərlər.
- Bir sərçəni əldə tutmaq, min quşun göydə uçmasından
sərfəlidir.
- Nə zaman su yuxarı axsa, quş qanadsız uçsa, qarğa ağarsa,
acı bal kimi şirin olsa, o zaman axmaq da ağıllanar.
- Öz sahibini tərk edən və sənin dalınca düşən iti daşla qov.
- Başqasına gor qazan özü düşər.
Bu nəsihətlər müasir dövrün əxlaq və davranış qaydaları ilə
də səsləşir.
İkiçayarası ədəbiyyatının maraqlı nümunələrindən biri də
«Nippurlu yoxsulun nağılıdır» (e.ə. II minilliyin ortası). Nippurlu
yoxsulun heç nəyi yoxdur: nə qızılı, nə gümüşü, nə taxılı və əti, nə
də yaxşı geyimi və içməyə pivəsi. O, Nippur şəhər rəisinin
ziyafətində iştirak etmək istəyir, lakin hədiyyə aparmağa heç bir
şeyi yoxdur. Əlac ona qalır ki, paltarını satsın. Bir keçi alıb əli
dolu bayram ziyafətinə gedir. Şəhər rəisi yoxsulu məclisdə görüb
qəzəblənir. Onun göstərişi ilə yoxsulu bir kənarda oturdurlar, artıq
qalan yeməkdən qabağına qoyurlar, sonra da evdən qovurlar.
Yoxsul pərt olur. Orada-burada xəbər yayır ki, rəisdən intiqam
alacaqdır. Xəbər də rəisə çatır. Lakin «bunu eşidən rəis bütün
günü uğunmaqdan qarnını tutur». Yoxsul hiylə işlədir, gah elçi
paltarında, gah da həkim donunda üç dəfə rəisi aldadıb şəhərdən
kənara çıxardır və hər dəfə onu o möhkəm əzişdirir. Rəis
yarımcan şəhərə qayıdır.
Şumerlər həyat və məişət ilə əlaqədar müxtəlif məzmunlu
təmsillər yaratmışlar. Bu şifahi xalq yaradıcılığı nümunələri
Şumer məktəblərində yazıya köçürülürdü. Xalq yaradıcılığı
nümunələri (nəsihətlər, atalar sözü, zərbi-məsəllər və sairə)
«Məktəb (e-duba) mətnləri» kimi məlumdur. Şumer şifahi xalq
yaradıcılığı nümunələri, o cümlədən təmsilləri e.ə. II minilliyin
birinci yarısında yazılmışdır. Təmsillərin bir qismi heyvanlara
həsr olunmuşdur:
Ulaq (eşşək) çayda üzüaşağı üzürdü, it isə onun dalınca
______________Milli Kitabxana_____________
144
qaçır və öz-özünə deyinirdi:
- Görəsən o nə vaxt sahilə çıxacaq ki, mən onu yeyim.
İt ziyafətə gəldi, lakin sümük qalıqlarını görüb deyinərək
uzaqlaşdı:
- İndi mən gedəcəyim yerdə mənim üçün daha çox yem
tapılar.
Qancıq it iftixarla deyirdi:
- Mənim üçün fərqi yoxdur, balalarım (küçüklər) kürəndir,
yaxud xallı; onsuz da mən onların hamısını istəyirəm.
Doqquz canavar (qurd) və onuncu bir neçə qoyunu birgə
parçaladılar. Onuncu canavar tamahkar imiş. O, hiylə ilə dedi:
- Mən (cəmdəyi) sizin üçün bölüşdürürəm. Sizin sayınız
doqquzdur, qoy bir qoyun (cəmdəyi) sizin payınız olsun. Mən isə
təkəm, qoy doqquz qoyun (cəmdəyi) mənə çatsın, bu da mənim
payım olar.
Tülkü vəhşi öküzün dırnağını basdaladı və soruşdu:
- Səni çox incitmədim ki?
Tülkü özünə ev tikə bilmədi, buna görə dostunun evinə fateh
kimi gəldi.
Tülkü əlində ağac gəzişir və deyirdi:
- Görəsən, kimə ilişdirim?
Tülkü əlində rəsmi sənəd düşünürdü:
- Görəsən, nə tələb eləyim?
Tülkü Enlildən vəhşi öküz buynuzu arzuladı. Ona vəhşi
öküz buynuzu qoyuldu. Lakin külək qopdu, yağış yağdı, tülkü öz
yuvasına girə bilmədi. Səhərə yaxın soyuq şimal küləyi, qara
buludlar və leysan tülkünü yaxalayanda o dedi:
- Qoy səhər açılsın...
Pişik çox götür-qoy edir, manqusta isə fürsəti fövtə vermir.
Evdə olan yeməyi manqust udur. Mənə bir şey qalırsa, onu
da yadelli gəlib məhv edir.
Mənim manqustum ancaq piylənmiş yeyir, pivə, yaxud sarı
yağ üçün heç yerindən belə tərpənmir.
Ey şir, sıx cəngəllik sənin müttəfiqindir.
Şir cəngəllikdə donuzu yaxaladı və deyinə-deyinə onu
parçalamağa başladı: «Sənin ətini hələ heç dadmamışam, amma
Dostları ilə paylaş: |