______________Milli Kitabxana_____________
145
sənin cığ-cığın qulaqlarımı deşdi».
Şir bir keçini qamarladı. Keçi dedi: - «Məni burax, mən sənə
rəfiqələrimdən birini, qoyunu verərəm». Şir cavab verdi: - «Səni
buraxaram, ancaq adını mənə de görüm!». Keçi: - «Məgər sən
mənim adımı bilmirsən? Mənim adım «Sən aqilsən!-dir». Şir
arxaca çatanda mırıldadı: - «Artıq arxaca çatdım, səni buraxıram».
Keçi (azad olub) cavab verdi: - «Bəli, sən məni buraxdın. Məgər
sən aqilsən? Mən sənə nəinki qoyun verərəm, heç özüm də səninlə
qalmaram».
Fil öyünüb deyirdi: - «Dünyada mənə bənzər yoxdur».
Gicitkən (bunu eşidib) ona dedi:-»Axı mən də, nə qədər xırda
olsam belə, sənə bənzər yaradılmışdım».
Eşşək öz döşəməsini də yeyər.
Mənim eşşəyim sürətlə qaçmaq üçün yox, anqırmaq üçün
yaranıb.
Mən, eşşək kimi, üçyaşlıya evlənmərəm.
At üstündəki süvarinin yerə atıb dedi: - «Belə bir yükü
belimdə daimi gəzdirsəm, gücdən düşərəm ki!»
- Sən at kimi tərləyirsən - bu sən içdiyindir.
Ey qatır, səni kim tanıya bilər - atan, yaxud anan?
Kökəldilmiş donuzu kəsməyə hazırlaşırdılar, o dedi: «Bu
mən yediyim xörəyə görədir».
Qəssab donuzu kəsə-kəsə deyinir: - «Nə vız-vız salmısan?
Bu yol ilə sənin atan, babaların getmişdir, sən də onların arxasınca
gedəcəksən. Hələ səs-küy də salırsan!»
Təmsillər və hikmətli sözlər, yəqin ki, hər bir qədim xalqın
şifahi yaradıcılığında öz əksini tapırdı, lakin onların ən qədim
nümunələri bizə Şumer yazılarında gəlib çatmışdır.
Atalar sözü, ibarələr, ibrətli hekayələrin yazılı qeydləri
Misir qaynaqlarında, Tövrat dini kitabında da öz əksini tapmışdır.
Şumer hikmətli atalar sözləri və zərb-məsəlləri daha qədimdə
yazıya alınmışdı. Bunlar e.ə. II minilliyin birinci yarısında yazıya
köçürülmüşdü. Şumer zərb-məsəlləri müasir dövrlə səsləşir.
Şumerlər həyat və məişətin hər bir sahəsinə aid atalar
sözləri, zərb-məsəllər yaratmışlar. Yoxsulluq həyatın ən acı amili
kimi qəbul edilirdi, yoxsulun acınacaqlı halı zərb-məsəllərdə əks
______________Milli Kitabxana_____________
146
olunurdu:
«Kasıbın ölməsi yaşamasından yaxşıdır.
Onun çörəyi olanda duzu olmur,
Duzu olanda çörəyi olmur,
Əti olanda quzusu olmur,
Quzusu olanda əti olmur».
Yoxsulun ehtiyatı qurtaranda borca düşürdü: «Kasıb borc
etməklə öz qayğısını artırır». Lakin zərb-məsəllərdən aydın olur
ki, yoxsul təbəqələrdə ədalətsizliyə qarşı etiraz mövcud idi. Bu
aşağıdakı nümunədə daha aydın görünür: «Yoxsul ailələrin hamısı
heç də eyni dərəcədə itaətkar deyil».
Şumerlər var-dövlətə, varlı və yoxsula aid zərb-məsəllər də
yaratmışlar. Müvafiq atalar sözü aşağıdakılardan ibarətdir:
«Kimin çoxlu gümüşü varsa, bəlkə də o xoşbəxtdir. Kimin çoxlu
arpası varsa, bəlkə də o da xoşbəxtdir. Lakin kimin heç nəyi
yoxdursa, o, gecələri sakit yatır».
Şumerlər başa düşürdülər ki, hər bir peşə sahibi müvafiq işlə
məşğul olmalıdır. Deyirdilər: «Mən cins atam, lakin qatır ilə bir
boyunduruğa salıblar. Budur, arabanı çəkirəm, qamış və saman
daşıyıram». Xidmətçinin işi çox olurdu, üst-başına diqqət verə
bilmirdi. Eləsi haqda deyirdilər: «Xidmətçinin paltarı həmişə
çirkli olar». Şumerlər təmiz geyimə fikir verirdilər: «Yaxşı
geyimliyə hər yerdə şaddırlar» - deyirdilər.
Qədim İkiçayarası sakinlərinin arasında baş verən mülki
bərabərsizlik müvafiq surətdə atalar sözlərində öz əksini
tapmışdır: «Hələ (dünya) çox yaşayacaq, gəlin (var-dövlət)
toplayaq». Bunun əksinə olaraq dünya malına biganə baxanlar da
vardı: «Onsuz da öləcəyik, gəlin nəyimiz varsa xərcləyək».
Şumerlər səylə zəhmət çəkənləri yüksək qiymətləndirirdilər. Bir
atalar sözündə deyilir: «Əl üstə əl gəl - görürsən ev tikildi; qarın
üstə qarın gəl - görürsən ev söküldü» və yaxud: «Kim ağa kimi
tikirsə, qul kimi yaşayır. Kim qul kimi tikirsə, ağa kimi yaşayır».
Zəhmət adamı haqda şumerlər xoş zərb-məsəl yaratmışdılar:
«İşləyən adamın yuxusu şirin olar».
Şumerlərin, yəqin ki, tənbəl, mız-mız, daim öz taleyindən
şikayətlənən adamlardan zəhlələri gedərdi. Belə adamlar haqda da
______________Milli Kitabxana_____________
147
atalar sözləri vardır: məsələn, aciz, heç bir işə yaramayan adam
haqda deyirdilər: «Səni suya atsalar, su iylənər; səni bağçaya
buraxsalar, bütün meyvələr çürüyər». Daim sızıldayan adam
deyərmiş: «Mən uğursuz bir gündə anadan olmuşam».
Şumerlər biliyi, savadı yüksək qiymətləndirirdilər. Ana
dilini bilməyi üstün tuturdular. Hikmətli ibarədə deyilir: «Bu necə
mirzədir ki, şumer dilini bilmir!». Şumer dilini öyrənəni
tərifləyirdilər: - «Bax, bu xidmətçi şumer dilini öyrənmişdir» -
deyərdilər. Mirzə sənətini qiymətləndirir, yaxşı mirzəni pisdən
seçirdilər. Onların fikrincə, mirzə cəld olmalı idi: - «Əsl mirzə o
adamdır ki, əli ağzından geriyə qalmasın» - deyirmişlər.
Şumerlərin həyatında ailə məsələləri mühüm yer tuturdu.
Ailədə tənbəl kişi haqda zərb-məsəl yaratmışdılar. Ailə başçısı
deyinir: «Arvadım məbəddədir, anam çay kənarında, mən isə
(evdə) acından ölürəm». Bəzən kişilər yaxşı ailə qura
bilmədiklərindən evləndiklərinə peşman olurdular. Uğursuz nikah
halları üçün aşağıdakı
zərb-məsəl vardı: «Xoşbəxtlik
evlənməkdədir, lakin bir az fikirləşəndə ayrılmaqdadır».
Şumerlər ailə və övladların qədrini bilir və buna yüksək
qiymət verirdilər. Çox maraqlıdır ki, qaynanalar haqda atalar sözü
yaratmamışlar. Yəqin ki, onlar üzüyola olmuş, ailənin
bütövlüyünü qorumuşlar. Lakin gəlin qayınata üçün bəla imiş.
«Çöldə bardaq - kişi üçün həyatdır.
Ayaqqabı - kişi üçün göz bəbəyidir.
Arvad kişinin gələcəyidir.
Oğul - kişi üçün sığınacaq yeridir.
Qız - kişi üçün nicat yeridir.
Amma gəlin - kişi üçün lənətdir».
Şumerlərin fikrincə, ailə məhəbbət əsasında qurulmalıdır.
Qarşılıqlı istək olmayan nikah haqda deyərdilər: «Gəlinin ürəyi
fərəhlə doludur, bəyin ürəyi qəm-qüssə ilə». Xeyirli nikah güdən
qızlar haqda belə zərb-məsəl vardı: qız deyir: «Mən məhəbbətimi
kimə bəxş edim? Bəlkə hər şeyi bol olana, kifayət qədər varı
olana?»
Şumerlər ailə qurmağın müsbət və mənfi cəhətlərini
müşahidə etmiş, deyingən arvadlar haqda zərb-məsəl
Dostları ilə paylaş: |