______________Milli Kitabxana_____________
148
yaratmışdılar: - «Evdə deyingən arvad kədər üstünə azar gətirir».
Ailə saxlamağın çətinliyini başa düşürdülər: - «Kim arvad və uşaq
saxlamayıbsa, deməli o, burun deşiyində halqa gəzdirməyibdir» -
deyirdilər. Şumerlər dostluq və qohumluq haqda belə deyirmişlər:
- «Dostluq bir gün çəkir, qohumluq əbədi davam edir».
Şumerlər bilavasitə istismarçılara nifrətlə yanaşırdılar. Buna
belə zərb-məsəl qoşmuşdular: «Sənin hökmdarın ola bilər, sənin
şahın ola bilər, lakin, hər şeydən əvvəl, ağandan qorx!»
Şumerdə ara müharibələri, hakimiyyət uğrunda mübarizə,
düşmən basqınları tez-tez baş verirdi. Buna görə Şumer əhalisi
ölkənin təhlükəsizliyinin qorunması barədə də zərb-məsəl
yaratmışdılar. Məsələn, «Əgər ölkə pis silahlanıbsa, düşmən
həmişə (şəhər) darvazaları önündə dayanacaqdır». Bununla
bərabər, şumerlər müharibənin mənasız olmasını başa düşürdülər.
Buna uyğun atalar sözündə deyilir: «Sən gedirsən, düşmənin
torpağını zəbt edirsən, düşmən gəlir, sənin torpağını zəbt edir».
İkiçayarasının zəngin ədəbiyyatı Şərqin başqa xalqlarının
ədəbiyyatına (hetlərin, yəhudilərin, aramilərin və s.), antik dünya
ədəbiyyatına müəyyən təsir göstərmişdir.
İkiçayarasında təhsilin başlıca ocağı məktəb idi.
Məktəblərin mövcudluğu haqda ilk məlumatı arxeoloji materiallar
verir. Uruk şəhərində aparılan qazıntılar zamanı e.ə. IV minilliyin
sonuna və III minilliyin əvvəlinə aid söz siyahısından ibarət gil
kitabələr aşkar edilmişdir. Onların içərisində əzbərləmək üçün söz
siyahısı vardı. E.ə. III minilliyin ortalarında Şumerdə artıq məktəb
təhsili mövcud imiş. Şuruppak qazıntıları zamanı həmin dövrə aid
çoxlu «məktəb mətnləri» aşkar edilmişdi. Bunlar tarixdə ilk dərs
vəsaiti hesab olunur.
Şumer məktəblərində gələcək mirzələr hazırlayırdılar.
Məktəbdə mixi yazı sistemini və əsas riyazi bilikləri öyrənirdilər.
Şagird Şumer və Akkad dillərini yaxşı bilməli, ədəbi əsərlərin
üzünü köçürməyi bacarmalı idi. Eyni zamanda onlara ilahiyyat,
coğrafiya, nəbatat, zoologiya, təbabət sahəsində məhdud miqdarda
olsa da, savad verilirdi.
Məbəd və dövlət təsərrüfatının genişlənməsi ilə əlaqədar
olaraq çoxlu qeyd və hesablama sənədlərinin tərtib edilməsi
______________Milli Kitabxana_____________
149
zərurəti meydana gəlmişdi. Buna görə savadlı mirzələrə ehtiyac
artırdı. Bununla bağlı İkiçayarasında ilk məktəblər məbəd və saray
yanında yaranmışdı.
II minilliyin birinci yarısında İkiçayarası məktəbləri
aşağıdakı qaydada təşkil olunmuşdu. Şumer məktəbi edubba
«kitabələr evi» adlanırdı. Məktəbə «kitabələr evinin atası»
adlanan şəxs başçılıq edirdi. Eyni zamanda o, müəllim idi.
Müəllimə şagirdlər «böyük qardaş» deyirdilər. Şagirdlər
«kitabələr evinin övladları» adlanırdılar. Məktəbin nəzarətçisi
"qamçı tutan" adını daşıyırdı. Nəzarətçi şagirdlərin məktəbə
müntəzəm gəlməsini təmin edirdi.
Şumer məktəbində nizam-intizam sərt idi, təlimdə şallaq
sistemi tətbiq olunurdu. Tədris iki cürə qurulmuşdu. Burada
şagirdlər bir tərəfdən şumer yazı növünü öyrənir, digər tərəfdən
əsərləri əzbərləyir və üzünü köçürürdülər. Qazıntılar zamanı xeyli
belə nüsxə tapılmışdır. Təhsil şagirddən yaxşı yaddaş tələb edirdi.
Yəqin ki, bütün oxuyanlar güclü yaddaşa malik deyildilər. Buna
görə, yaxud başqa səbəbə görə bəzi şagirdlər dərsləri buraxıb, indi
necə deyərlər, «çətin tərbiyə olunan» uşaqlara çevrilirdilər.
Qədim şumer mətnlərinin birində, təxminən 4 min il bundan
əvvəl yazılmış mətndə belə çətin şagird haqda söhbət aparılır.
Ümumiyyətlə, həmin dövrdə məktəb həyatı haqda hekayələr
yaradılırdı. Belə hekayələrdən biri «Ata və fərsiz oğul» adlanır.
Hekayədə ata öz oğluna nəsihət verir, səylə oxumağı, məktəbə
vaxtında gedib-gəlməyi, küçələrdə veyllənməməyi tövsiyə edir.
Ata və oğul arasında belə bir söhbət başlayır:
Ata oğuldan soruşur: «Haraya getmişdin?»
Oğul cavab verir: «Mən heç yerə getməmişdim».
Ata deyir: «Əgər sən heç bir yerə getməmişdinsə, nə üçün
veyllənirsən? Dur, məktəbə get, «kitabələr evinin atası» qarşısında
dayan, tapşırılmış dərsi ona danış, məktəb çantasını aç, öz kitabəni
yaz, qoy sənin «böyük qardaşın» sənin üçün yeni tapşırıq kitabəsi
hazırlasın. Dərsi hazırlayandan sonra, onu müəllimə göstər,
mənim yanıma gəl, veyl-veyl gəzmə. Başa düşdünmü, mən sənə
nə dedim?»
Oğul: «Bəli, başa düşdüm və təkrar da edə bilərəm».
______________Milli Kitabxana_____________
150
Ata: «Onda təkrar et».
Oğul ata nəsihətini təkrar edir, lakin sonralar bu nəsihətə
əməl etmir.
Ata yenidən qəzəblənir.
«Qulaq as, adam ol! Meydançalarda dayanma, bağ-bağçanı
gəzmə. Məktəbə get, bu sənə xeyir gətirər. Mən öz qohumlarımıza
baxıram, onların arasında sənə oxşar adam tapa bilmirəm. Sən
mənim ürəyimi üzdün, sən məni qəbirə aparacaqsan. Mən heç
vaxt sənə iş buyurmamışam, torpaq şumlamağa göndərməmişəm,
torpaq toxalamağa göndərməmişəm. Başqa sənə oxşar uşaqlar
işləyirlər, valideynlərinə kömək edirlər. Onlar ataları üçün taxıl
yığıb çoxaldır, arpa, yağ və yunla təchiz edirlər. Sən isə onlarla
müqayisədə heç kişi deyilsən. Mən səni onlar kimi işləməyə
məcbur etməmişəm. Sən öz qardaşına, şagird yoldaşına bax. Nə
üçün sən onları ötüb keçmirsən? Heç olmasa öz böyük qardaşına,
kiçik qardaşına tay olmağa çalış.
Sənə görə mən gecə-gündüz əzab çəkirəm. Gecə və gündüzü
kef axtarmaqla puça verirsən, sən çoxlu cavahirat toplamısan,
yoğunlamısan, yekəlmisən, lovğa və güclü olmusan. Ancaq sənin
bütün nəslin səbirlə gözləyir ki, sənə bir bəla üz versin və onlar da
buna baxıb sevinsinlər, çünki sən adam olmağa can atmırsan».
Hekayədən gətirilmiş bu qısa mətn göstərir ki, qədim
zamanlarda savad almağa laqeyd olan övladlar valideynin
narahatlığına səbəb olurdular. Övladın biganəliyinə baxmayaraq,
ata allahlardan oğluna qayğı göstərməyi və başına ağıl qoymağı
diləyir.
Şumerlər təkcə oxumaqdan yayınanlar haqda hekayə
yaratmamışlar. Səylə çalışan məktəblinin gündəlik həyatı haqda
da hekayə vardı. Hekayə «Məktəblinin günü» adlanır. Onu da 4
min il əvvəl yaşamış naməlum müəllim yazmışdır.
Hekayədən göründüyü kimi, şumer məktəblisi dərsə
gecikməkdən qorxur, çünki «müəllim onu çubuqla döyə bilər».
Hər səhər anasını tələsdirir ki, ona səhər yeməyi hazırlasın.
Hekayənin mətni bilavasitə şagirdə yönəldilmiş sualdan başlayır:
- «Ey məktəbli, sən erkən uşaqlıqda haraya getmisən?»
Şagird cavab verir: - «Mən məktəbə getmişəm».
Dostları ilə paylaş: |