______________Milli Kitabxana_____________
184
hücumların qarşısını almaq üçün qalalar və qala-şəhərlər
tikilmişdi. Mannanın paytaxtı İzirtu və başqa şəhərlər əzəmətli
qala divarları ilə əhatə olunmuşdu. Həsənli qala-şəhərində iki-üç
mərtəbəli binalar, məbədlər tikilmişdi.
Arxeoloji qazıntılar zamanı tapılmış əşyalar üzərindəki şəkil
və naxışlar Manna təsviri sənətinin gözəl nümunələridir. Həsənli
qızıl camının üzərində çox maraqlı əfsanəvi səhnə təsvir
olunmuşdur.
Ziyiyənin qızıl və gümüş qədəhləri dağkeçisi, yaxud ceyran
başı formasında hazırlanmışdır. Müxtəlif əşyaların üzərində şiri
yaralayan hökmdar, dizi bükülmüş maral, dağqoçu, həyat ağacı
ətrafında keçi və qanadlı öküz təsvir edilmişdir.
Mannalılar allahlara sitayiş etmişlər. İbadət üçün tikilən
xüsusi binalarda-məbədlərdə allahların heykəli qoyulurdu.
Müxtəlif əşyalar üzərində Manna əfsanələri ilə bağlı səhnələr
təsvir olunmuşdur. Manna əsatirlərində müxtəlif əfsanəvi varlıqlar
(qrifon, buynuzvarı yay kimi əyilmiş qanadlı qoç, insan sifətli
öküz, qanadlı sfinks və s.) mühüm yer tuturdu.
Həsənlidən tapılmış qızıl camın üzərindəki təsvirlər
mannalıların dini görüşləri ilə bağlı idi. Camın yuxarı hissəsində
döyüş arabası üstündə üç allah təsvir olunmuşdur. Mannalılar dini
təsəvvürlərinə uyğun olaraq allahları qanadlı çəkmişlər.
Təsvirlərdə günəş, ay və külək-yağış allahlarını ayırd etmək
mümkün olur.
E.ə. III minillikdə Azərbaycanın cənubunda əhali mixi yazı
ilə tanış idi. Mannada yerli yazı növü də olmuşdur. Ziviyədən
tapılmış gümüş sini üzərində bir çox işarələr həkk edilmişdir. Bu
işarələr heroqlif yazı növünə aiddir. İşarələrin çoxluğu və
müxtəlifliyi göstərir ki, bunların müəyyən oxunuşu olmuşdur.
Mannada türk, hürri, İran və s. dillər işlənmişdir. Manna ilə
bağlı yer və şəxs adları burada qədim türk tayfalarının yaşadığına
dəlalət edir. Turukki adı türk tayfa adının ilkin forması hesab
edilir.
Manna hökmdarlarının adları da türk sözləri ilə izah olunur.
Aza adı türk mənşəli aca - “böyük qardaş” sözünü bildirir.
Ullusunu adı türk dillərində işlənən ul-lu-ulu- “böyük, ulu,
______________Milli Kitabxana_____________
185
əzəmətli” sözü və “sun” sifət şəkilçisinin birləşməsindən əmələ
gəlmişdir, “ən böyük”, “ən ulu”, yaxud “ulu adam” mənası
daşımışdır. Mannada əhalinin əsas dili ən qədim türk dili
olmuşdur. E.ə. II minillikdə Azərbaycanın ərazisində yerli
türkdilli etnoslar yaşamışlar. Bu etnoslar milli mədəniyyətin
inkişafına güclü təsir göstərmişlər.
______________Milli Kitabxana_____________
186
QƏDİM İRAN MƏDƏNİYYƏTİ
Mesopotamiyadan şərqdəki vadilərdə və dağlardakı
yaylalarda iranlı (fars) tayfaları köçəri həyat sürürdülər. Bu
ərazidə yaranmış İran dövlətinin əsasını Əhəmənilər sülaləsi
qoymuşdur. Farsların başçısı I Kambiz Midiyaya tabe idi. O,
Midiya çarı Astiaqın (584-550) qızı Mandanaya evlənmişdi.
Mandanadan olan Kir (e.ə. 558-530) inzibati və pul islahatı
keçirdi. Vahid pul sistemi yaratdı. Ölkə 20 satraplığa bölündü.
Satraplığa satrap başçılıq edirdi. Persepolla yanaşı, Babil, Suz,
Ekbatan şəhərləri də İranın paytaxtı idi. İran-yunan
müharibələrində (e.ə. 490-449) İran məğlub oldu.
Əhəmənilər dövründə mixi yazı əsasında qədim fars yazı
növü icad edildi. Farslar şəmsi-qəməri (günəş-ay) təqvimi tərtib
etmişlər. E.ə. zərdüştlük Əhəmənilərin rəsmi dini oldu. I Dara
Bisütun qayası üzərində ən məşhur kitabə həkk etdirmişdir.
Pasarqad şəhərinin ətrafında böyük qülləli bina və onun ətrafında
ibadət üçün binalar tikilmişdi. Farslar bu sahəni Təxti-Süleyman
adlandırırdılar. Persepol xarabalıqlarına orta əsrlərdə Təxti-
Cəmşid deyirdilər.
Əhəmənilər imperiyası e.ə. IV əsrin sonunda zəiflədi,
İsgəndər Persepol şəhərini tutdu, İranın sonuncu padşahı III Dara
öldürüldü. İran Əhəmənilər imperiyasına son qoyuldu.
Bir neçə əsrdir ki, elmi və bədii ədəbiyyatda İran və fars
dövləti anlayışları yanlış olaraq sinonim kimi işlədilir. Bunun
yanlış olmasının başlıca səbəbi İranda tarixən məskunlaşan
xalqların unudulması, nəzərdən qaçırılmasıdır. Nəticədə təqribən
3 min ildən çox bir müddət ərzində İran ərazisində yaraşan
mədəniyyət və digər mənəvi sərvətlər yanlış olaraq farsların adına
çıxarılır. Avropa və rus tarixçi və ədəbiyyatçılarının bir qismi
hətta ifrata vararaq bütövlükdə İranı Persida adlandırmışlar.
Bəzi tarixçilərin fikrincə, «İran» adı əslində coğrafi anlayış
olmaqla geniş bir əraziyə (yaylaya) şamil edilir. Bu coğrafi
anlayış bəzən İran dilləri qrupunu bildirən məfhum kimi də
işlədilir. İran dilləri qrupuna fars, puştu, tat, Mazandaran, tacik,
Gilan, kürd və başqaları daxildir.
______________Milli Kitabxana_____________
187
İran mətnləri qədim fars mətnlərində, eləcə də hələ də
mübahisəli olan «Avesta» mətnlərində təmsil olunmuşdur. Bir sıra
Azərbaycan alimləri Avesta dilinin fars dili ilə əlaqəsini qəbul
etmirlər. Sonralar Urartu mədəniyyətində məzdəkilik şəklində
özünü göstərən zərdüştiliyin əsl sahibi etnik cəhətdən türk
qəbilələrindən təşkil olunmuş midiyalılardır və Urartu
mədəniyyətinə indi sahib durmuş ermənilərə nəinki məzdəkizmin
və zərdüştiliyin, hətta etnik kökü etibarilə «onoqurlarla»-
»utiqurlarla», yəni türk tayfalarına bağlanan Urartu dövlətinin və
mədəniyyətinin də qətiyyən aidiyyəti yoxdur. Burada eyni
zamanda udin-kutilərin də tarixi adlarının təhrifindən danışılır,
sözlərin əslən yəhudi mənbələrində «Uqin» («Uquz») olduğu
təsdiq edilir ki, bu etnosların da qədim türklərə məxsusluğu
aydındır. Beləliklə, Avestanın bizə gəlib çıxmış kitabları qədim
Azərbaycan ədəbiyyatının əsərləridir.
Coğrafi anlayış kimi İranın əhatə etdiyi ərazi və orada
yaşayan müxtəlif xalqların nümayəndələri bu ölkəni özlərinin
doğma vətəni hesab etmişlər. Deməli, «İran» adı altında yalnız bir
xalqın - yəni farsların vətəni deyil, əksinə, bir sıra xalqların vətəni
başa düşülməlidir. Bunu «İran» mədəniyyəti anlayışı haqqında da
demək olar. Lakin «İran» mədəniyyətinin müxtəlif tarixi dövrlərin
məhsulu olduğu da unudulmamalıdır. Qədim İran mədəniyyəti
İran yaylasının və onunla həmsərhəd Orta Asiya vilayətləri
əhalisinin, çoxsaylı İran tayfa və xalqlarının yaratdığı
mədəniyyətdir. Həmin mədəniyyətin yaradılmasında Azərbaycan
xalqının inkaredilməz rolu olmuşdur.
Tarixçilərin fikrincə, e.ə. III-II minilliklərdə Urmiyyə gölü
hövzəsində kuti, lullubi, su (suv), turukki tayfaları yaşayırdılar.
Həmin tayfalar adları bizə məlum olmayan, lakin başqa (o
cümlədən Hurri, Qafqaz, Elam) dillərində danışan əhali ilə
ünsiyyətdə olmuşlar.
Eramızdan əvvəl I minillikdə İran ərazisində kuti və lullubi
etnosları ilə yanaşı, bir sıra başqa ad daşıyan tayfalar da
yaşamışlar. Urmiyyə gölü hövzəsində Manna dövləti yarandıqdan
sonra, onun ərazisi Assur mixi yazılarında «Mannaya ölkəsi»,
yəni «mannalıların ölkəsi» adlanırdı. Yəqin ki, «mannalı» anlayışı
Dostları ilə paylaş: |