______________Milli Kitabxana_____________
191
obrazları üstünlük təşkil etmişdir. Qədim İran mədəniyyət
nümunələrində isə mifoloji şahların təsvirinə daha çox yer
verilmişdir. Həmin şahları təsvir edən eposlar içərisində
Firdovsinin «Şahnamə»si mühüm yer tutur. Qədim yazılı
abidələrdə, o cümlədən «Şahnamə»də mifoloji şahlar həmçinin
mədəni qəhrəmanlar rolunda çıxış edir. «Şahnamə»də ilk mifoloji
şah kimi Kəyumərs təsvir olunur.
Kəyumərs paltarı kəşf edir, çiy ət yeməkdən bişmiş ət
yeməyə keçməkdən ötrü odu kəşf edir. Kəyumərs Əhrimənin
yaratdığı divlərlə mübarizə edir, bu yolda onun oğlu Siyamək
qurban gedir. Yalnız Siyaməkin oğlu, Kəyumərsin nəvəsi Huşəng
atasının intiqamını alır. Huşəng surəti bir mifoloji şah surəti kimi
mürəkkəb obrazdır. Qədim İran mifologiyasının mədəni
qəhrəmanları içərisində Huşəng özünəməxsus yer tutur.
«Pardaxta» titulunun Huşəngə aid olması ehtimalı mövcuddur.
«Avesta»da bu titul Huşəngin adı ilə yanaşı çəkilir. Sülalə anlayışı
verən «Pardaxta» əvvəllər Huşəngin adı olmuş, sonradan isə onun
tituluna çevrilmişdir, daha sonralar isə İranın bütün mifoloji və
əfsanəvi hakimlərinə, o cümlədən İranın əbədi düşmənləri olan
Əfrasiyaba, hətta Zöhhaka da aid edilmişdir.
Xaoşyanqa (Huşəng «Avesta»da belə adlanır) Pardaxta
Ahura Məzdanın göstərişi ilə 7 ölkəni idarə edən ilk insan
olmuşdur. (7 ölkə anlayışı iranlıların və qərbi türklərin xalq
yaradıcılığında «bütün dünya» kimi başa düşülür). Huşəng təkcə
adamlar üzərində deyil, həmçinin divlər və cadugərlər üzərində
ağalıq edirmiş. Huşəng divlərin qoşununu elə darmadağın etdi ki,
onlar birdəfəlik zülmətdə gizlənməli oldular. O, iki dəfə
Mazandaran divlərinə qalib gəlir, sonra Ahura Məzdaya böyük
qurban verir. Huşəng odu kəşf edir, balta, mişar icad edir,
adamlara torpağı əkib becərməyi öyrədir, oda sitayişin əsasım
qoyur. O, əlindəki daşı dağdakı vəhşi ilana atır, ilan daşdan
yayınır, lakin daş qayaya dəydikdən sonra oradan od çıxır.
Ağır zərbə aldı, qaya partladı,
Toxunduqda daşa od parladı,
İlan ölmədi, oldu bu sirr faş
Ki, od mənbəyidir təbiətdə daş.
______________Milli Kitabxana_____________
192
Çöküb diz, göyə açdı əl hökmdar,
Dedi, afərin, şükür, pərvərdigar.
Hədiyyə mənə vermisən böylə nur
Bu gündən belə xalqa qiblə odur.
Dedi: - Xalqın nurudur od, yəqin,
Cahanda pərəstiş oda eyləyin.
Hesab edirlər ki, adamları ovçuluğa da o, öyrətmişdir.
Yaşayış məskəni tikən, su üçün quyu qazdıran da odur. Huşəng
astronomiya elmi ilə tanış olmuşdur. Həmin sülalədən olan
Təhmurəz onun oğlu olmuşdur. O, qoyun yunundan libas, xalça,
palaz düzəltdirir, atı, eşşəyi, quşu, toyuğu, xoruzu əhliləşdirir. Ot,
arpa, saman topladır.
Dedi: - Qırxın, hər yerdə vardır qoyun,
Qoyunlar ki, qırxıldı, ayrıldı yun,
O yundan hazırlatdı xalça, libas,
Döşətdi yerə çoxlu xalça, palaz.
Atı, eşşəyi tutdu, ram eylədi
Ot, arpa, saman topladı, yemlədi.
Seçib vəhşi heyvanları birbəbir,
Tazıdan, tuladan götürdü xeyir.
Tutub onları dağda tədbir ilə,
Gətirdi o, ram etdi zəncir ilə,
Uçuşda baxıb yoxladı hər quşu,
Edib qırğını, şahini əl quşu.
Tutub verdi təlim, ova başladı,
Bu tədbirini aləm alqışladı.
Toyuqla, xoruzdan tutunca xəbər
Ki, xoş banlayırlar açılacaq səhər
Gətirdi, dedi: - Saxlayın bunları,
Toyuq saxlayan xalqın artar varı.
Əfsanəyə görə, Huşəng təkcə xalqına çox şey verən mifik
şah, mədəni qəhrəman deyil, həmçinin Zöhhakla birlikdə
iranlıların əcdadıdır.
İran imperiyası dünyanın ən iri, çoxsaylı etnoslarının
imperiyası olmuşdur. E.ə. 559-cu ildən başlayaraq 30 il ərzində
Əhəmənilər tərəfindən nəhəng imperiya maşını yaradıldı.
______________Milli Kitabxana_____________
193
Yunanıstandan başlayaraq Həbəşistana, Liviyadan başlayaraq
Hindistana qədər uzanan bu imperiya bir dildə, aramey dilində
danışırdı. Əhəmənilər sülaləsinin nümayəndələri Kir, Kambiz, I
Dara və başqaları müdrik dövlət müşavirləri vasitəsilə dövlət
idarəçiliyində böyük uğurlar qazanmışdılar. Midiyanı, Babilistanı
və Misiri işğal edərək həmin ölkələri öz hakimiyyəti altına
salmışdılar. Bu ölkədə Zərdüştlü kimi dualist dini hakim din idi.
Həmin dində xeyir allahı Ahuraməzda, şər allahı Əhrimən
arasında əbədi mübarizə gedir. Bu isə həm mədəniyyət və
incəsənətdə, habelə müqəddəs dini kitab olan «Avesta»da öz
əksini tapmışdır. Persepol şəhərinin saraylarındakı təsvirlər,
Bisütundakı yazılar diqqəti cəlb edir.
Məlum olduğu kimi, Qədim İran çoxallahlığın hökm
sürdüyü bir ölkə olmuşdur. Lakin Zərdüştlük təkallahlığa doğru
böyük addım hesab oluna bilər. Bu isə mifologiyada, şifahi və
yazılı ədəbiyyatda öz əksini tapmışdır.
Haxamanişlərin dövründə İranın cənubunda Pasarqad və
Persepol şəhərləri salınmışdı. Pasarqad şəhərinin tikilməsini II
Kuruşun adı ilə bağlayırlar. Pasarqal haxamanişlərin müqəddəs
şəhəri hesab edilirdi. Burada şahlara tacqoyma mərasimi
keçirilirdi. Şəhərdə gözəl şah sarayları tikilmişdi. Onu qala
divarları əhatə edirdi. Burada böyük bir sahəni tutan qülləli bina
inşa edilmişdi, yan-yörəsində ibadət üçün tikintilər vardı. Bu
sahəni farslar Təxti-Süleyman, qülləni isə Zendan-i Süleyman
adlandırırlar. Saray divarlarında dörd qanadlı heyvan təsvir
olunmuşdu, üstündə isə "Mən Kuruşam, Haxamaniş şahıyam"
yazılmışdı. Saraylardan aralı bir yerdə Kuruşun məqbərəsi
tikilmişdi. Saraylar qara və ağ daşdan bəzədilir, divarlara müxtəlif
mövzulu naxışlar vurulurdu.
Persepol Şirazdan 50 km aralı, şimalda yerləşirdi. Şəhərin
salınması I Daranın adı ilə bağlıdır. Persepolun xarabalığı orta
əsrlərdə Təxti-Cəmşid adlanırdı. Burada böyük saray dəsti
yaradılmışdı. Saraylar yaşayış binalarından və ziyafət otaqlarından
(apadana) ibarət idi. Sarayın özülünə 9.6 kq ağırlığında qızıl və
gümüş lövhələr qoyulmuşdu. Lövhələrdə üç dildə (Elam, Babil və
qədim fars) yazı həkk olunmuşdu. Divarlarda müxtəlif səhnələr
Dostları ilə paylaş: |