______________Milli Kitabxana_____________
10
Rudolf gölü ətrafında tapılmışdır. Gürcüstan və Azərbaycan
respublikalarının sərhədində olan Udabno kəndi yaxınlığında
insanabənzər meymunların qalıqları aşkar edilmişdir. İbtidai icma
quruluşu Daş, Tunc və Dəmir dövrlərinə bölünür.
Daş dövrü aşağıdakı dövrlərə bölünür:
1. Paleolit (Qədim daş) dövrü;
2. Mezolit (Orta daş) dövrü;
3. Neolit (Yeni daş) dövrü.
Paleolit (Qədim daş) dövrü e. ə. 12-ci minillikdə başa
çatmışdır. İnsanın əmələ gəlməsi və insan cəmiyyətinin təşəkkülü
2.6-3 milyon il bundan əvvəl başlanmışdır. İlk insanlar təbii
mağaralarda və açıq havada yaşamışlar. Alimlər ən qədim
insanların sümüklərinin qalıqlarına əsaslanaraq onların xarici
görkəmini müəyyən edə bilmişlər. Ən qədim insanlar iri meymuna
oxşayırdılar. Onların əlləri dizlərinə qədər uzanır, ayaq üstə gəzir,
ov edir, yem toplayır, müdafiə olunurdular. Onların alnı ensiz və
maili idi. Beyni müasir insan beynindən kiçik idi. İlk insanların
beyninin tutumu 600-700 sm
3
həcmində olmuşdur. İnsanın əmək
fəaliyyətinə başlaması onun beyninin inkişafına, nitqinin
yaranmasına, qamətinin düzəlməsinə kömək etmişdir. Paleolit
dövrünün ən qədim insan məskəni və insan qalığı Afrikada
(Tanzaniyada) Oldovay dərəsində tapılmışdır. İndoneziyada Yava
adasında Trinil şəhəri yaxınlığında pitekantrop, Çində sinantrop,
Almaniyada Heyderberq və Neandertal vadisində Neandertal,
Azərbaycan Respublikasının Füzuli şəhəri yaxınlığında, Quruçay
vadisinin sol yamacında Azıx mağarasında Azıxantrop adamının
qalıqları aşkar edilmişdir.
Qədim insanların vəhşi heyvanlar kimi iti caynaqları və
dişləri yox idi. Onlar vəhşi heyvanlardan qorunmaq üçün daş və
dəyənəklərdən istifadə edirdilər. İnsanın ilk əmək aləti sivri daş,
dəyənək və yerqazan çubuq olmuşdur. Əmək alətinin hazırlanması
nəticəsində insanın əmək fəaliyyəti başlandı. İnsanın tədricən,
ardıcıl əmək fəaliyyəti onun bütün orqanizminin dəyişməsinə
səbəb oldu. Ən çox insanın əli, onunla birlikdə beyni inkişaf etdi.
Alimlər əmək alətləri hazırlamaq bacarığı olan insanları “bacarıqlı
insan” adlandırırdılar.
______________Milli Kitabxana_____________
11
İnsanın ilk məşğuliyyəti yığıcılıq və ovçuluq idi. İnsanlar
meyvə və bitki köklərini və toxumlarını, quş yumurtalarını
toplamaqla məşğul olurdular. Bu məşğuliyyət yığıcılıq adlanır.
Qədim insanların yaşayışını təmin edən əsas vasitələrdən biri də
ovçuluq olmuşdur. Ovçuluq insanın əsas məşğuliyyət sahəsinə
çevrildikdən sonra yığıcılıq ikinci dərəcəli rol oynamağa başladı.
İnsanlar vəhşi heyvanlardan müdafiə olunmaq, birgə qida
əldə etmək üçün kollektivlərdə birləşdilər. İnsanların tarixi
birliyinin ilk forması olan ibtidai insan sürüsü meydana gəldi.
İbtidai insan sürüsü sabit deyildi. Onlar bir-biri ilə qarışır və
ayrılırdılar.
İnsanlar əmək prosesində topladıqları təcrübəni inkişaf
etdirərək, nəsildən nəslə ötürmüşlər. Onlar əvvəlki əmək alətlərini
təkmilləşdirir, hər il yeni-yeni əmək alətləri hazırlayırdılar. Bir
neçə yüz min il bundan əvvəl insanlar daşdan əl çapacağı, qaşov,
bıçaq, sümükdən biz, iynə hazırlamışdılar. İnsanlar 20-30 min il
bundan əvvəl harpun düzəltdilər. Alətlər içərisində üstünlüyü daş
alətlər tutduğuna görə bu dövr daş dövrü adlanır. Daş dövrü iki
milyon ildən artıq davam etmişdir.
Qədim insanın həyatında od böyük rol oynamışdır. İnsanlar
ildırımın çaxması, üzvü maddələrin qızışıb yanması nəticəsində
baş verən yanğından od əldə etmişlər. İnsan əmək fəaliyyəti
nəticəsində süni od əldə etməyi öyrəndi. İnsan daşı daşa vuranda
qızışıb qığılcım çıxmasını, ağacı deşəndə istinin yaranmasını
müşahidə etmişlər. Azıx mağarasında 700 min il yaşı olan ocaq
yeri aşkar olunmuşdur. Odun əldə edilməsi insanın heyvanlar
aləmindən ayrılmasını sürətləndirdi.
Mükəmməl əmək alətləri və oda yiyələnən insanlar daha
geniş ərazilərə yayılmağa başladılar. Afrika, Asiya və Avropada
məskən salmış insanlar sonralar Amerika və Avstraliyaya
yayılmışlar. Son tədqiqatlar təsdiq edir ki, Berinq boğazının
ayırdığı Uzaq Şərqlə Alyaska yarımadası əvvəllər bitişik olub.
Təqribən 11 min il bundan əvvəl Orta Asiyadan köçmüş insanlar
Amerikaya gedib çıxmışlar.
Təqribən 100 min il bundan əvvəl yer üzündə kəskin
soyuqlar düşdü və axırıncı buzlaşma başlandı. Qalınlığı 2 km-ə
______________Milli Kitabxana_____________
12
qədər olan buzlaqlar cənuba irəliləyirdi. Heyvanların bir qismi
cənuba çəkildi, bir qismi yeni iqlimə uyğunlaşdı, bir qismi isə
məhv oldu. İnsanlar tundranın və soyuq çöllərin iqliminə
uyğunlaşdılar. Bu dövrün insanları pusquda duraraq vəhşi
heyvanları üstü ağac budaqları ilə örtülmüş çuxura, ya da uçuruma
salıb ovlayırdılar.
İlk paltarı dəridən olan insan təbii mağaralarda
məskunlaşmışdı. Düzən yerlərdə mamont sümüyündən və dəridən
yurd tikirdilər. Milyon illər ərzində insanın şüuru və nitqi inkişaf
etdi. Paleolit dövrünün sonunda təqribən 40 min il bundan əvvəl
neandertal tipli insanlar müasir tipli insana çevrilməyə başladılar.
Alimlər bu insan tipini “ağıllı insan” (homo sapiyens)
adlandırdılar. “Ağıllı insanın” beyni “bacarıqlı insanın” beynindən
iki dəfə böyük idi, aydın nitqə malik idi, məntiqi düşünməyi
bacarırdı, düz qamətli, hündürboylu idi. Təbii şəraitdən asılı
olaraq, yəni isti, sərt küləklər, şaxtaların təsiri ilə “ağıllı insanın”
zahiri görünüşündə fərqlər yarandı, ağ irq (avropoid), qara irq
(neqroid), sarı irq (monqoloid) meydana gəldi. İbtidai insan
sürüləri tədricən qəbilə (nəsil) icmasına çevrildi. Təqribən 30 min
il bundan əvvəl nəsli icma və ya qəbilə meydana gəldi. Qan
qohumluğu ilə bir-birinə bağlı olan, əmlakı ümumi olan, birgə
yaşayan və birgə fəaliyyət göstərən insan kollektivinə qəbilə
deyilir. Qəbilə ibtidai insan sürüsünə nisbətən sabit idi. Qəbilədə
kişilər ov edir, balıq tutur, əmək aləti düzəldirdilər. Qadınlar uşaq
saxlayır, yeməli bitki yığır, dəridən paltar tikir, yemək hazırlayır
və s. işlər görürdülər. Qəbilədə əsas işləri qadınlar yerinə yetirirdi.
Ona görə də qohumluq ana xətti ilə müəyyən edilirdi. Qəbilənin
ilk dövründə ana nəsli (matriarxat) hökmran idi. Qəbiləni
ağsaqqallar idarə edirdi. Onlar əmək alətlərinin hazırlanması,
qidanın toplanması və bölüşdürülməsinə, gənclərə ovçuluğun
öyrədilməsinə rəhbərlik edirdilər.
Qədim insanların birlikdə çalışdıqları nə ümumi əmlaka
birlikdə sahib olduqları bu cür yaşayış qaydası ibtidai icma
quruluşu adlanırdı. İbtidai icma quruluşunda qədim insanlar kiçik
kollektivlərdə yaşayırdılar, birgə işləyir, ümumi əmlaka malik
idilər, istismar yox idi, əmək məhsulu bərabər bölüşdürülürdü. Bu
Dostları ilə paylaş: |