______________Milli Kitabxana_____________
16
barədə çoxlu misallar gətirə bilərik. Onlardan bir neçəsini
nəzərdən keçirək. «Qara pəncə» adlı hindu qəbiləsi qabaqcadan
baharın gəlişini öldürülmüş dişi bizonun (vəhşi öküzün)
bətnindəki rüşeymin inkişaf səviyyəsi ilə xəbər verə bilirdilər. Bu
cür qabaqcadan xəbərvermə adətən dəqiq olurdu. Yaxud da hindu
osaqa qəbiləsi vəhşi bitkilər-qarğıdalı və vəhşi öküzü ovsunda
birləşdirirdi. Bu çulğaşma aşağıdakı kimi izah olunurdu. Yayda
osaqa qəbiləsi çöldə qarğıdalı çiçəklənənə qədər vəhşi öküzü
ovlayırdı. Onlar yaxşı bilirdilər ki, qarğıdalı çiçək açdıqdan az
sonra yetişməyə başlayır. Bu o demək idi ki, qarğıdalı məhsulunu
yığmağa qayıtmaq vaxtı gəlib çatmışdır.
Üçüncü strategiya analogiyaya görə əqli nəticənin
çıxarılmasıdır. Animist təfəkkürün oxşar əlamətlərini ayırmaq
zərurəti buradan doğur. Animistik təfəkkür isə yer üzünü, təbiəti
ilahi qüvvələr, ruhlar və iblislərlə doldurur. Bu strategiyanı təsdiq
edən nümunələr çoxsaylıdır. Məlum olduğu kimi, piqmey
tayfalarının biri dişə bənzər çovdar mahmızı ilan vuran zamanı
çarə kimi tətbiq edirdilər. Yaxud da paleolit dövründə bəşəriyyətin
mədəni inkişafında böyük inqilab sayılan odu götürək. Bütün
xalqların mifologiya və əfsanələrində od əbədiyyət simvoludur.
Ona görə də əfsanələrdə od yaradılmamışdır, əksinə, allahlardan
oğurlanıb, insanlara verilmişdir.
İnsan xarakteri mürəkkəb olub, kosmik, bioloji, psixi, sosial
və mədəni aspektlərə malikdir. Bu baxımdan ibtidai mədəniyyət
dedikdə, böyük tarixə malik yığıcılıq və ovçuluq mədəniyyəti
nəzərdə tutulur. İbtidai mədəniyyətin spesifik xüsusiyyətlərindən
biri onun yekcinsliyidir. Müasir kulturologiyada sosial-mədəni
sistemlərin katerogen (qeyri-yekcins), qomagen (yekcins) və
qomeostatik tiplər kimi üç tipi göstərilir. Birincisi üçün aksioloji
(dəyər) plüralizmi; ikincisi üçün differensiyasiya edilmiş,
antaqonist maraqlara malik olan çoxsaylı sosial qrupların
mövcudluğu səciyyəvidir.
İbtidai-sosial-mədəni sistem öz inkişaf dinamikasına malik
olub, mövcud sistemli strukturun yenidən dirçəlməsinə imkan
verir. İbtidai mədəniyyətin digər xüsusiyyəti onun sinkretikliyidir
ki, bu da öz təcəssümünü totemizmdə tapmışdır. Onun üçüncü
______________Milli Kitabxana_____________
17
xüsusiyyəti isə tabu (qadağalar) mədəniyyətini təmsil etməsidir.
30 min il ərzində arxaik mədəniyyət aradan çıxmamış, bu
gün də yaşayır. «Əcdadlar kultu» formasında tarixi dünya anlamı
prinsipini insanlar çox qədim dövrlərdə dərk etmişlər. Onlar
yaxınlarının birdəfəlik bu həyatı tərk etməsinə inana bilmirdilər.
Belə hesab edirdilər ki, ölülər onlarla yanaşı yaşayır,
davranışlarını, adətlərə sədaqətlərini müşahidə edirlər. Deməli
indi ilə keçmiş arasında bir növ asılılıq, qırılmaz əlaqə
mövcuddur. Mədəniyyət elementləri bu cür yaranmışdır.
Müasir dövrdə biz onları «tarixi yaddaş», «məsuliyyət»,
«vətənpərvərlik», «vicdan», «ləyaqət», «borc» və s. Adlandırırıq.
Arxaik mədəniyyətin qalıqları saysız-hesabsız xırda şeylərlə
məsələn, kosmik gəmidəki həmail (gözmuncuğu), qaranlıqdan
qorxma, tatuirovka (bədənə şəkillər döydürülməsi) və s.
göstərmək olar. Bunlar yuxarıda qeyd etdiyimiz kimi, saysız-
hesabsızdır. Burada müəyyən qanunauyğunluğun olduğunu nəzərə
almaq lazımdır. Həyati situasiyalar (doğum, ölüm, dəfn, nikah,
xəstəlik və s.) əhəmiyyətli olduğu qədər də ibtidai mədəniyyət irsi,
onun mərasim, simvol, psixoloji qaydaları və stereotipləri də
mühüm yer tutur.
Bəzi tədqiqatçılara görə müasir cəmiyyətin mədəniyyətində
sivilizasiya təbəqəsi olduqca zəifdir və çətin situasiyalarda
(zorakılıq, aclıq, qorxu, sosial böhran və kütləvi psixoz) onlar tez
təzahür edir.
Bu zaman ibtidai şüurun güclü fantomları təzədən
dirçəldilir, müvafiq mədəni forma alır, müharibə təbilləri gurlayır,
insanlar təsəvvürlərində yaratdıqları düşmən cəsədləri üzərində
rəqs edir, onların məhv edilməsinə ürəkdən sevinirlər.
Sosial hipnoz (ibtidai cəmiyyətdə bu kollektiv rəqs və
nəğmə oxunması ilə təmin edilirdi) işi o yerə gətirir ki, insanlar
yalnız onlara təlqin edilən şeyləri görürlər, yerdə qalanlarmı isə
rədd edirlər. Bəşər mədəniyyətinin başlanğıc mərhələsinin
qanunauyğunluqlarının anlaşılmasında əsas problem onun öz
xarakteri ilə bağlıdır. Həqiqi arxaiklik bizdən minilliklərlə bir
məsafədə durur. Neolit dövrünün homo sapiyensinin şüuru,
birbaşa öyrənilməkdən çox fərziyyə predmeti kimi daha faydalı
______________Milli Kitabxana_____________
18
ola bilər. Hətta müasir dövrdə geridə qalmış qəbilələrin şüurunu
öyrənmək də çətindir. Çünki onlar bu və ya digər dərəcədə
sivilizasiyanın təsirini görə bilmişlər. İbtidai mədəniyyəti
anlamağın ikinci çətinliyi onun formalarının çoxsaylı və
rəngarəng olmasında, ümumiləşdirilməyin demək olar ki, qeyri-
mümkünlüyü ilə əlaqədardır.
On min illərlə bir dövrü əhatə edən ibtidai mədəniyyətdə
ümumi, bütöv olan bir şey tapmaq mümkündürmü? İbtidai
mədəniyyətin inkişafında çoxsaylı mərhələlərin olduğunu çox az
adam inkar edə bilər. Müasir Avstraliya aborigenləri, eskimoslar,
Cənubi Amerika ovçuları-hindularının mədəniyyətində ümumi
qanunauyğunluqlar tapmaq olduqca çətindir. Görəsən bizim
şüurumuzla ibtidai insanın şüuru arasında köklü fərqlər
olmuşdurmu? Bu sualın cavabının birinci variantını təkamül
məktəbinə daxil olanlar verir. Əsas müddəa budur: insan psixikası
cəmiyyətin inkişafının bütün mərhələlərində birtiplidir. Təfəkkür
qanunları universal və dəyişməzdir.
İbtidai insanların dinə qədərki fikirlərinə aid nəzəriyyələr
kifayət qədər əsaslandırılmamışdır, çünki ibtidai insanların dünya
haqqında təsəvvürlərinin müxtəlif formalarına aid materiallar daha
çoxdur. Əgər buraya ibtidai inkişaf mərhələsində yaşayan,
məsələn, Avstraliya aborigenlərini və b. həyat tərzinin
öyrənilməsini də daxil etsək, güclü və zəngin material əldə etmiş
olarıq. İlkin dini təsəvvürlər kompleksi çoxcəhətlidir. Lakin
onların əksəriyyəti son nəticədə təbiətdə insanın yeri və rolu,
insanın ətraf aləmlə əlaqələrinin öyrənilməsi baxımından bir sıra
forma və metodlara bölünür. Bu formalar totemizm, animizm,
magiya, fetişizm və mifologiyadan ibarətdir. Yuxarıdakı
formaların hamısı vacib olsa da, onların içərisində mifologiya
özünəməxsus yer tutur. Mifologiyada insanlara öz totem-əcdadları
ilə əlaqəsini, təbiətin bu və ya digər qüvvəsinin canlılaşdırılması,
fetişin və magiyanın sehrli gücünü izah edən material istənilən
qədərdir.
Müxtəlif xalqların rəngarəng miflərinin və müxtəlif adlar
altında çıxış edən allahları, qəhrəmanları və mifik hökmdarlarının
olmasına baxmayaraq, ən qədim dövrlərdə bəşər mədəniyyətinin
Dostları ilə paylaş: |