Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə100/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   96   97   98   99   100   101   102   103   ...   111

______________Milli Kitabxana_____________ 

 357


əsas kimi götürürdü. Pifaqor (e.ə. VI əsr) dünyanın ilkin səbəbi 

kimi sayı, rəqəmi götürürdü. Bu dövrdə Heraklit kimi filosof da 

yaşayıb yaratmışdır. Məşhur Hesiod (e.ə. VIII-VII əsr) 

«Teoqoniya», «Əməklər və illər»  əsərlərini yaratmışdır. Bu dövr 

ədəbiyyatında epos tədricən öz yerini lirik poeziyaya verir. İnsana, 

onun daxili aləminə diqqət müasiri olduqları  həyat hadisələrin 

xarakterinin təhlili Arxiloxun (e.ə. VII əsrin ikinci yarısı), 

Solonun (e.ə. 635-559), Alkeyin (VII əsrin sonu - VI əsrin birinci 

yarısı), Anakreontun (570-478) və s. yaradıcılığında öz əksini 

tapmışdır. Safonun (e.ə. V11-VI) poeziyası indi də gözəlliyini 

saxlamaqdadır. VIII-VII əsrlərdə Yunan tarixşünaslığı yaranır. 

Loqoqraflar ilk dəfə olaraq mifoloji süjetlərin real əsaslarını aşkar 

etməyə  cəhd edirdilər. Yunan xoru və teatrı yaranır. Dramatik 

tamaşalardan, xordan iştirakçı  şəxslərdən birinin ayrılması - 

aktyorun seçilməsi əlamətdar bir hadisə idi. 

Arxaik dövrdə incəsənət inandırıcı forma axtarışları  həm 

cismani, həm də ruhən gözəl olan estetik idealın-polis 

vətəndaşının təcəssümü mühüm yer tutmuşdur. Özünəməxsus 

arxaik yunan mədəniyyəti klassik mədəniyyətin çiçəklənməsi 

üçün təməl rolunu oynamışlar. Bu da öz növbəsində dünya 

sivilizasiyasının inkişafında böyük əhəmiyyətə malik olmuşdur. 

Yunan-İran müharibələri dövrü (500-449) ilə antik polisin - 

arxaik dövrün formalaşması başa çatır və klassik dövr başlanır. 

Yunanların qələbəsi, klassik quldarlığın tam formalaşması, polis 

demokratiyasının inkişafı Yunanıstanın iqtisadi, siyasi yüksəlişini 

şərtləndirmiş, mədəniyyətin çiçəklənmə  mərhələsinə daxil 

olmağına kömək etmişdir. Bu dövrdə, xüsusilə Periklin idarəçiliyi 

dövründə Yunan mədəniyyətinin mərkəzi Afina hesab olunurdu. 

İlk dəfə bölünməz hissəciklər-atomlar nəzəriyyəsini elmə 

Demokrit (e.ə. V əsr) gətirmişdi. O, belə hesab edirdi ki, dünyada 

atomlardan və boşluqdan başqa heç nə yoxdur. Əgər Demokrit 

idrakın obyektiv xarakterini etiraf edirdisə, sofistlərə görə  nə 

qədər həqiqət vardısa, o qədər də insanlar vardır. Sofistlərin  ən 

görkəmli nümayəndəsi Sokrata (469-399) görə mütləq həqiqət 

vardır, lakin bu yalnız allaha məxsusdur. 

E.ə.  ədəbiyyatda  əsas janr faciə olmuşdur. Klassik yunan 




______________Milli Kitabxana_____________ 

 358


faciəsinin yaradıcısı Esxilin (525-456) «Zəncirlənmiş Prometey» 

faciəsi çox məşhur olmuşdur. «Oresteya» trilogiyası da bu 

qəbildəndir. İkinci böyük faciə ustası Sofokl (497-406) olmuşdur. 

Ən məşhur faciəsi  əfsanəvi hökmdar Edip haqqındadır. Psixoloji 

dramın yaradıcısı Evripid (480-406) «Medeya» və «Fedra» 

əsərlərini yazmışdır. Bu dövrün ən böyük komediya ustası 

Aristofan (445-385) «Dünya», «Atlılar», «Lisistrat» kimi 

əsərlərində komediyaya siyasi ruh və gündəlik düşüncə  tərzi 

gətirmişdir. E.ə. V əsrdə tarixşünaslıq surətlə inkişaf edir. 

«Tarixin atası» Herodot (484-470) məşhur «Tarix» əsərini 

yazmışdır.  Əsas süjet Yunan-İran müharibələri olsa da dünyanın 

digər xalqları haqqında da xeyli məlumatı  həmin  əsərdə tapmaq 

mümkündür. İkinci böyük tarixçi Fukidid (460-400) «Pelopennes 

tarixi» adlı əsərində ilk dəfə olaraq elmi-tənqidi metoddan istifadə 

etmişdir. 

E.ə. V əsrdə güclü, enerjili, ləyaqətli, səmimi ruha malik 

insanın düzgün təsviri yunan incəsənətinin əsas vəzifəsinə çevrilir. 

Bu insan Yunan-İran müharibəsinin qalibi, polisin azad vətəndaşı 

olmalıdır. Bu dövrdə realist heykəltəraşlıq inkişaf etmişdir. Fidi 

həmin dövrün ən qüdrətli heykəltəraşı olmuşdur. «Döyüşçü 

Afina», «Afina Parfenos», Olimpdəki məbəd üçün «Zevs» və s. 

onun  əsərləri sırasında mühüm yer tutur. Heykəltəraş Miron 

«Diskobol», heykəltəraş Poliklet qızıl və fil sümüyündən 

hazırladığı Heranın heykəli, Dorifor «Nizə atan», «Yaralı 

amazonka» və s. əsərləri ilə çox şöhrət qazanmışdır. Təsviri 

sənətdə Poliqnot və Apollodor maraqlı  əsərləri ilə diqqəti cəlb 

edir. Məbəd tikintisi çiçəklənmə dövrünü yaşayır. Olimpdə Zevsin 

məbədi, Afinada baş  məbəd Parfenon diqqətəlayiqdir. Sonralar 

məşhur Afina Akropolu öz əzəməti ilə seçilməyə başlanmışdır. 

Çiçəklənmə dövründən sonra böhran, tənəzzül dövrü gəlir. 

Əslində e.ə. IV əsr Yunan tarixində polisin böhranı tarixidir. Bu 

böhranın ilkin əlamətləri hələ Afina ilə Sparta arasında gedən 

Pelopennes müharibələri (431-404) dövründə meydana çıxmışdır. 

Yunan polisinin böhranı qanunauyğun bir hal idi. Əmtəə-pul 

münasibətlərinin inkişafı torpaq üzərində xüsusi mülkiyyətin 

yaranmasına, antik mülkiyyət forması şəhərlərin iqtisadi bazasının 




______________Milli Kitabxana_____________ 

 359


ləğvinə gətirib çıxardı. Bu dövrdə Makedoniya II Filippin və onun 

oğlu  İsgəndərin dövründə güclənməyə başladı. Kinik fəlsəfi 

məktəbi - Antisfen (e.ə. 450-360) Sinodlu Biogen (e. 414-323) 

inkişaf edirdi. Kinliklərə görə insan cəhdinin son məqsədi 

xeyirxahlıqdır. Böhran dövründə iki dahi filosof Platon (e.ə. 427-

348) və Aristotel (e.ə. 384-322) yaşayıb yaratmışlar. Platon 

Sokratın  şagirdi idi və onun ölümündən sonra Afinada xüsusi 

məktəbini-Akademiyanı yaratmışdı. Dünyanı idealist mövqedən 

izah edən Platon cəmiyyəti üç təbəqəyə bölürdü: 

1. hakimlər-filosoflar; 

2. hərbçilər; 

3. kəndlilər, sənətkarlar, tacirlər. 

Platonun  şagirdi Aristotel müəllimi öldükdən sonra öz 

məktəbini - Likeyi yaratmışdır. O, siyasət, biologiya, fizika, 

mexanika, botanika, riyaziyyat və s. dair əsərlər yazmışdır. 

Aristotelin təlimində forma və materiyanın qarşılıqlı münasibəti 

əsas məsələsidir. Forma başlanğıcıdır. O, formasız, ölü materiyaya 

müəyyənlik verir. Bu dövrdə natiqlik sənəti inkişaf etmişdir. 

Onların başında Demosfen (e.ə. 384-322) dururdu. IV əsrin  ən 

görkəmli tarixçilərindən biri Ksenofont (e.ə. 430-354) olmuşdur. 

«Anabasis», «Yunan tarixi» əsərləri ilə  hələ sağlığında böyük 

şöhrət qazanmışdı. Bu dövrdə teatr, heykəltəraşlıq da yüksək 

inkişaf etmişdir. 

Makedoniyalı  İsgəndərin (356-323) Şərqə yürüşü ellinizm 

mədəniyyətinin inkişafına imkan yaratmışdır. Bu dövrdə Arximed 

(e.ə. 287-212), Evklid (e.ə. III əsr), Eratosfen (e.ə. 276-194), 

Samoslu Aristarx (e.ə. IV-III əsr, Yerin öz oxu ətrafında 

fırlandığını göstərmişdir),  İsgəndəriyyəli Hipparx (e.ə. 180-125) 

və Heron (e.ə. I əsr) böyük elmi kəşflər etmişlər. Bu dövrdə bir 

sıra  şəhərlərdə  məşhur kitabxanalar yaranırdı. Onlardan ən 

məşhuru İsgəndəriyyə və Perqam kitabxanaları idi. Realist məişət 

komediyası ustası Menandr (e.ə. 343-291), eposu diriltməyə cəhd 

edən Rodoslu Apolloni (e.ə. 295-215), poema, himn, lirik şeirlər 

müəllifi Kallimax (e.ə. 310-240), idilliyanın banisi Feokrit (e.ə. 

IV-III  əsrlər), tarixçi Polibi (e.ə. 200-120), filosof Epikur (e.ə. 

341-270), Zenon (e.ə. 336-264) və b. böyük şöhrət qazanmışdır. 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə