Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə98/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   94   95   96   97   98   99   100   101   ...   111

______________Milli Kitabxana_____________ 

 351


xalqların tarixi, adət-ənənəsi, mədəniyyəti, rəvayətləri və s. 

haqqında məlumat toplamışdı. “Tarix” əsərində  İran-yunan 

müharibəsində  iştirak edən bütün xalqlar haqqında tarixi, 

etnoqrafik materiallar şərh olunmuşdur. Midiya əfsanələrini ilk 

dəfə Herodot yazıya köçürmüşdü. Kitabda Azərbaycan ərazisində 

yaşayan xalqlar barədə maraqlı faktlar var. Siseron onu “tarixin 

atası” adlandırmışdı. 

Yunanlar e.ə. II minillikdə unutduqları öz yazılarına bir 

daha qayıtmadılar. Onlar Homer dövrünün sonlarında 

finikiyalıların əlifbasına saitlər əlavə edib 24 hərfdən ibarət yunan 

əlifbasını  tərtib etdilər. Onlar papirus, gil lövhə, üstünə mum 

çəkilmiş taxta parçası üzərində metaldan düzəldilmiş ucu şiş 

çubuqla yazırdılar. 

Yunan uşaqları 7 yaşından məktəbə gedirdilər. Sənətkar və 

kəndli uşaqları ibtidai məktəbdə, dövlətli uşaqları 18 yaşınadək 

gimnaziyada oxuyurdular. Onlar Homerin, Hesiodun və başqa 

yazıçıların  əsərlərini  əzbər bilirdilər.  Şagirdlər məktəbdə  şəkil 

çəkmək, rəqs etmək, oxumaq və lirada çalmağı öyrənirdilər. 

Qızlar və qullar oxumurdular. 

E.ə. VI əsrin sonu-V əsrdə Afinada açıq havada tamaşa 

göstərmək üçün ilk teatrlar tikildi. Yunan sözü olan “teatr” 

“tamaşa yeri” deməkdir. Xorun çıxış etdiyi yerə “orxestra”, 

aktyorların oynadığı yerə “skena” deyirdilər. Qədim Yunanıstanda 

şərab allahı Dionisin şərəfinə  təşkil edilmiş bayramlar, bu haqda 

əfsanələrin nümayiş etdirilməsi nəticəsində qədim yunan teatrının 

əsası qoyuldu. 

Yunanıstanda  əfsanələr  əsasında tragediyalar adlanan 

pyeslər yarandı. Tragediya “keçi mahnısı” deməkdir. Tragediyada 

qəhrəmanlar arasında gərgin mübarizə gedir, sonra isə 

qəhrəmanlar öz ideyaları  uğrunda həlak olurlar. Afinada 

tragediyanın banisi “Zəncirlənmiş Prometey” tragediyasının 

müəllifi Esxil olmuşdur. E.ə. V əsrdə yaşamış Sofokl “Antiqona” 

faciəsinin müəllifidir. 

Yunanıstanda komediyalar şən, məzəli və gülməli 

səhnəciklərdən ibarət olurdu. Komediya sözü “şən sakinlər 

mahnısı” deməkdir. Komediyalar adamları düşünməyə  məcbur 




______________Milli Kitabxana_____________ 

 352


edirdi. Aristofan (e.ə. 445-385) məşhur komediyalar müəllifi idi. 

O, “Quşlar”, “Buludlar”, “Atlılar”, “Barışıq”, “Qadınlar xalq 

yığıncağında” komediyalarının müəllifidir “Atlılar” 

komediyasında o, Afina demosunun başçısı Kleonu, “Buludlar” 

komediyasında isə Sokratı lağa qoyur. Onu “komediyanın atası” 

adlandırırdılar. 

E.ə. VI əsrdə  təmsil ustadı Ezop yaşayıb yaratmışdır. 

Rəvayətə görə o, sərsəm çolaq qul kimi təsvir edilir. Guya 

böhtanın qurbanı olmuş, günahsız edam edilmişdir. Antik dövrdən 

məlum olan təmsillərin az qala hamısını Ezopun adına çıxırlar. 

Fedr, Babri, Lafonten, Krılov və b. yaradıcılıqlarında onun 

mövzularından istifadə etmişlər.  

E.ə. VI-V əsrlərdə Yunanıstanda memarlıq, heykəltəraşlıq, 

və  rəssamlıq inkişaf edib özünün yüksək səviyyəsinə çatmışdı. 

Ölkədə çoxlu ictimai binalar tikilmişdi. Talvarlar-portiklər bir və 

bir neçə cərgə sütunlar üzərində tikilirdi. Yunanlar bu portiklərin 

kölgəsində istirahət edirdilər. E.ə. VI-V əsrlərdə Yunanıstanda iki 

növ sütun var idi. Dori sütunları sanki daş döşəmədən çıxan və 

yuxarıda adi sal daşla tamamlanan möhtəşəm sütunlar idi. Bəzəkli 

məbəd tikintisində sütunların yuxarısında  əyri qoç buynuzuna 

bənzər qıvrım naxışlar olurdu. Afinada ən məşhur məbəd Akropol 

idi. Akropol mərmər sütunlardan ibarət portiklərlə  əhatə 

olunmuşdu. Akropolun girəcəyində Fidi Afinanın heykəlini 

qoymuşdu. Burada Afinanın şərəfinə Parfenon məbədi tikilmişdi. 

Parfenonun qarşısında qurbanlar kəsilirdi. heykəllərlə  bəzədilən 

məbədlərdə xəzinə saxlanılırdı. 

Yunanlar heykəlləri ağacdan, tuncdan və  mərmərdən canlı 

və cazibədar düzəldirdilər. Heykəltəraşlar insan bədəninin 

hərəkətini də təsvir etməyi bacarırdılar. Heykəltəraş Miron e.ə. V 

əsrdə “Diskatan” heykəlini belə yaratmışdı. Allahların, 

qəhrəmanların və başqalarının heykəllərini yaradan Praksitel dahi 

yunan heykəltəraşı idi. 

Qədim Yunanıstanda vaza rəssamlığı və gil heykəllər geniş 

yayılmışdı. Rəssamlar vazalar üzərinlə yunanların həyatını, 

qəhrəmanları, Homerin əsərlərindən səhnələri təsvir edirdilər. E.ə. 

V  əsrdə ellin incəsənəti özünün yüksək mərhələsinə çatmışdı. 




______________Milli Kitabxana_____________ 

 353


İncəsənətin əsas mərkəzi Afina şəhəri idi. Fidi Afinada Akropolu 

inşa etmişdi. 

Olimpiya oyunları. Peloponnes vadisindəki Olimpdə 

keçirilirdi. Yunanlar əsas idman növləri üzrə 4 ildən bir keçirilən 

Olimpiya oyunlarında yarışırdılar. 4 at qoşulmuş arabada yarış 

daha təhlükəli idi. 12 dəfə dövrə vurmaq lazım gəlirdi. Hakimlər 

qalib idmançıları zeytun ağacının budaqlarından düzəldilmiş 

çələnglə mükafatlandırırdılar. Olimpiya oyunlarında ancaq varlılar 

iştirak edə bilirdilər, çünki yoxsulların bu yarışa hazırlaşmaq 

imkanları olmurdu. Spartalı qadınlar istisna olmaqla qadınlar 

yarışlarda iştirak etmirdilər. Olimpiya oyunlarına on minlərlə 

adam gəlirdi. Buraya koloniyalardan da tamaşaçılar və iştirakçılar 

gəlirdilər. Olimpiya oyunları keçirilən dövrdə Yunanıstanda 

müharibələr dayandırılırdı. 

Olimpiya yunanlar üçün müqəddəs yer idi. Onun 

mərkəzində Zevs məbədi, bu məbəddə Zevsin nəhəng heykəli 

yerləşirdi. Bu heykəl dünyanın 7 möcüzəsindən biri sayılırdı. İlk 

Olimpiya oyunları e.ə. 776-cı ildə keçirilmişdi. Yunanların il 

hesabı  həmin ildən başlanırdı. 1896-cı ildə Fransanın ictimai 

xadimi baron Pyer de Kubertenin (1863-1937) təşəbbüsü ilə 

Olimpiya oyunlarının keçirilməsi bərpa edildi. İndi hər dörd ildən 

bir Olimpiya oyunları keçirilir. Oyunların harada keçirilməsindən 

asılı olmayaraq onun məşəli Olimpiyada günəşdən yandırılmış 

alovla yandırılır. 

Yunan mədəniyyətinin müasir dövrümüz üçün misilsiz 

əhəmiyyəti var. Yunan əlifbası bir çox əlifbalar üçün əsas olmuş

onlar elmin inkişafında nailiyyətlər qazanmış, onların  əsərləri 

müasir dövrdə  əksər xalqların dillərinə  tərcümə edilmiş, onların 

yaratdıqları heykəllər və tikililər sonrakı dövr üçün nümunə 

olmuşdur. 

Quldarlıq demokratiyası azad yunanların elm və incəsənətlə 

məşğul olmasına  şərait yaratdı  və bu da dünyada elmin və 

incəsənətin tərəqqisinə təkan verdi. Yunanlar ellin mədəniyyətini 

yaratmaqla başqa xalqların da elm və  mədəniyyətini 

mənimsəyirdilər.  

Qədim Yunanıstan  ərazisində  ən qədim sivilizasiya Krit-




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə