Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə94/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   90   91   92   93   94   95   96   97   ...   111

______________Milli Kitabxana_____________ 

 330


 

 

 



ORTA ASİYA XALQLARI 

 

E.ə. I minilliyin ortalarında Orta Asiyada əkinçi və köçəri 



sak və massaget tayfaları yaşayırdı. Bu tayfalar haqqında fars və 

yunan mənbələri məlumat verir. Yunan tarixçisi Herodot 

massagetlərin Xəzər dənizi və Sırdərya çayı arasında, sakların isə 

Amudəryadan  şərqdə Pamir və Tyan-Şan dağlarına qədər olan 

ərazidə yaşadıqlarını qeyd edirdi. Onlar əsasən köçəri həyat 

keçirirdilər. Sak və massagetlərin həyat tərzi iskitlərin (skiflərin) 

həyat tərzinə yaxın idi. Onların bir hissəsi oturaq həyat tərzi 

keçirirdi. Bu xalqlarda dəmir alətlərin və suvarma sisteminin 

yaranması ilə sinifli cəmiyyət meydana gəldi. Artıq e.ə. VI-IV 

əsrlərdə Orta Asiyada Xarəzm, Baktriya, Margiana (Səmərqənd), 

Soqd, Parfiya və s. kimi dövlətlər yarandı. Bu dövrdə Orta Asiya 

İran (Əhəməni) dövlətinin hücumuna məruz qaldı. E.ə. 512-ci ildə 

I Dara Aral dənizinin  şimalında sakları  məğlub etdi. Əhali 

işğalçılara qarşı müqavimət göstərirdi.  Şirak adlı bir sak İran 

ordusunu susuz səhraya aparmış, özü və  İran ordusu məhv 

olmuşdu. 

Makedoniyalı  İsgəndər  İranı  məğlub edəndən sonra Orta 

Asiyaya hücum etdi. E.ə. 330-327-ci illərdə burada müharibə 

apardı. Soqd hökmdarı Spitamen kiçik dəstələrlə  İsgəndərin 

qoşununa hücum edib ona tələfat verirdi. Spitamen tutuldu, boynu 

vuruldu, başı  İsgəndəriyyəyə göndərildi. Soqd əyanı Oksiart 

alınmaz qalaya çəkildi. Lakin İsgəndərin 300 döyüşçüsü divarı 

aşıb qalaya daxil oldular. Oksiart məğlub oldu. İsgəndər onu 

Soqda satrap təyin etdi, onun gözəl qızı Roksana ilə evləndi. 

İsgəndərin ölümündən sonra Orta Asiya Selevkilər dövlətinə daxil 

oldu. E.ə. III əsrin ortalarında Baktriya və Parfiya Selevkilərdən 

ayrıldı. Yeni Yunan-Baktriya çarlığı yarandı. Buraya Baktriya, 

Soqd, Fərqanə və başqa ərazilər daxil oldu. Orta Asiya xalqlarının 

azadlıq mübarizəsi və köçərilərin hücumu nəticəsində e.ə. 140-

130-cu illərdə Yunan-Baktriya çarlığı dağıldı. 




______________Milli Kitabxana_____________ 

 331


 


______________Milli Kitabxana_____________ 

 332


  

 

 



 

 



______________Milli Kitabxana_____________ 

 333


İSKİTLƏR (SKİFLƏR) 

Yunan tarixçisi Herodotun məlumatına görə, iskitlər 

(skiflər) Dunay çayının dənizə töküldüyü yerdən Don çayına 

qədər bütün Şimali Qara dəniz sahillərində yaşayırdılar.  Şimali 

Qara dəniz sahillərində  və  şimali Qafqazda yaşayan xalqları 

yunanlar iskit (skif), Orta Asiya və Cənubi Qafqaz, Yaxın Şərqdə 

yaşayanları farslar saklar, assurlar aşquz, işquz adlandırmışlar. 

Skiflər e.ə. VII əsrdə kimmerləri məğlub edib Dunay çayından 

Don çayına qədər  ərazidə, yəni Qara dənizin  şimalında 

məskunlaşmış  və eramızın III əsrinə kimi burada yaşamışlar. 

Skiflər Dərbənd keçidi vasitəsilə Azərbaycana və Yaxın  Şərqə 

yayılmışlar. Onlar Kür və Araz çayları arasında skif çarlığı 

yaratmış, burada böyük siyasi qüvvəyə çevrilmişlər. Midiyalıları 

da öz hakimiyyətləri altına almışlar. Lakin 593-cü ildə Midiya 

hökmdarı Kiaksar onların ağalığına son qoydu. Onların bir hissəsi 

Şimali Qafqaza çəkildi, bir hissəsi isə yerli əhali ilə qaynayıb 

qarışdı. 

E.ə. 512-ci ildə  İran  şahı I Dara Qara dənizin  şimal 

sahillərində yaşayan iskitlərin (skiflərin) üzərinə hücum etdi. 

Onlar I Daranı aldadıb tələyə saldılar və onu məğlub etdilər. Bu 

qələbədən sonra iskitlərin (skiflərin) siyasi birliyi möhkəmləndi. 

E.ə. IV əsrin ortalarında Dunay çayından Don çayına qədər 

ərazidə hökmdar Ateyin başçılığı altında  İskit (skif) çarlığı 

yarandı. Atey dövlətin  ərazisini qərbə doğru genişləndirməyə 

başladı, nəticədə Makedoniya hökmdarı II Filipplə üz-üzə  gəldi. 

E.ə. 339-cu ildə baş vermiş döyüşdə skiflər məğlub oldular, 90 

yaşlı Atey öldürüldü. Makedoniyalı  İsgəndərin Frakiyadakı 

canişini Zopirion e.ə. 331-ci ildə Skif dövlətinə soxuldu, lakin 

skiflər onu məğlub etdilər. E.ə. II əsrdə sarmatlar skiflərə qalib 

gəldilər. Onlar Krıma sıxışdırıldılar. III əsrdə Ostqotlar Skif 

dövlətinin varlığına son qoydular. 

Skiflərin əsas məşğuliyyəti əkinçilik, maldarlıq, sənətkarlıq 

və ticarət olmuşdur.  Əkinçi skiflər taxıl  əkməklə  bərabər 

sarımsaq, sodan və s. becərirdilər. Onlar istehsal etdikləri taxılın 

bir hissəsini yunanlara satırdılar. Köçəri skiflər qoyun, keçi, 

donuz, qaramal, at və s. bəsləyirdilər. Evləri arabalarda yerləşirdi, 




______________Milli Kitabxana_____________ 

 334


qadın və  uşaqlar arabalarda yaşayırdılar. Skif kurqan qəbirləri 

zənginliyi ilə adamı heyran edir. Arxeoloji qazıntılar zamanı 

Küloba, Soloxa, Çertomlıq və s. kurqanlardan çoxlu döyüş 

ləvazimatı, mis, gümüş, qızıl qablar, zərgərlik məmulatı  və s. 

tapılmışdır. Böyük kurqanlarda çar, onun arvadları, xidmətçiləri 

dəfn olunmuş, oraya çoxlu döyüş  ləvazimatı, qiymətli  əşyalar 

qoyulmuşdur. Skiflər böyük ərazidə yayılmalarına baxmayaraq 

onların dəfn adətləri, dini inamları  və  mədəniyyətləri ümumi 

cəhətlərə malik idi. Onlarda çoxallahlılıq yayılmışdı. Onlar 

özlərinə  məxsus incəsənət nümunələri yaratmışlar. Skif 

kurqanlarından çoxlu incəsənət nümunələri tapılmışdır. “Skif-

Sibir” incəsənət nümunələri hesab edilən “heyvani üslubda” 

hazırlanmış fiqurları, rəsmləri, daşdan yonulmuş insan heykəlləri 

bu baxımdan daha çox maraqlıdır. Qara dəniz sahillərində yaşayan 

skiflərin mədəniyyətlərində yunanların təsiri duyulur. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə