Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə92/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   ...   111

______________Milli Kitabxana_____________ 

 324


«böyük hüdud haqqında» - in və yan qüvvələri haqqında, hətta 

dao təlimi öz mifoloji və qədim çinlilərin səma, torpaq haqqında 

bayağı dini baxışlarından götürür. 

Əsasında in və yan qüvvələri duran kosmoqonik 

müddəalarla yanaşı, «beş ilkin stixiya» ilə əlaqədar olan sadəlövh 

materialist konsepsiyalar da yaranıb inkişaf etmişdir. Təbiət 

qüvvələrinin canlı  şəkildə ilkin qavranılması  cəhdləri qədim Çin 

mütəfəkkirlərini bir-biri ilə qarşılıqlı  şəkildə  əlaqədar olan ilkin 

başlanğıclar - su, metal, torpaq, ağac kimi ünsürləri qəbul etməyə 

gətirib çıxarmışdır. Səma 5 ilkin başlanğıcı yaratmış, xalq onların 

hamısından istifadə edir. Onlardan biri məhv edilərsə, həyat qeyri 

- mümkün olar». 

«Şu Tszin» kitabının «Xun fan» («Böyük plan») fəslində 

deyilir: «Birinci başlanğıc - su, ikinci - od, üçüncü - ağac, 

dördüncü - metal və beşinci - torpaqdır. Su - yaş olub, üzü aşağı 

axmalıdır; od - yanmalı  və yuxarı yüksəlməlidir; ağac - əyilməli 

və düzəlməlidir; metal - xarici təsirə tabe olmalı və dəyişilməlidir. 

Torpaq o vaxt özünü təzahür etdirir ki, əkilir və məhsul verir. 

Yaş olub üzü aşağı axan duzu olanı yaradır. Yanan və yuxan 

qalxan acı yaradır;  əyilən və düzələn isə turş olam yaradır; tabe 

olan və  dəyişilən isə  kəskin (iti) olanı yaradır;  əkini qəbul edib 

məhsul verən isə şirin olanı yaradır». 

Əvvəllər in və yan qüvvələri və 5 ilk başlanğıc səma ilə 

(ruhlarla)  əlaqədar idi. Lakin xeyli müddətdən sonra Tszou Yan 

dini təsəvvürlərlə bağlı olan bu naturfəlsəfə sxemində  əlaqəni 

kəsir. Artıq bu zamanlar təbiət və  cəmiyyətdəki baş verən 

dəyişikliklərin müşahidəsi ümumi yaranma və dəyişilmə haqqında 

fikirlərin formalaşmasına  əsas vermişdir. Bu fikir olduqca dəqiq 

şəkildə  «İ-tszin» (e.ə. VIII-VII əsrlər) adlı  mətndə öz əksini 

tapmışdır. Kitabın adı da belə idi: «Dəyişikliklər haqqında traktat 

(kitab)». «İ-tszin» qrafik simvollardan və onların izahından 

ibarətdir. Onun əsasında 8 triqram durur. Tszian (səma), çen 

(dağ), li (od), çjen (ildırım), su-yun (külək, ağac), duy (nohur, 

hovuz), gün (torpaq), kan (su) həmin səkkizliyə daxil idi. Bu 

triqramlar  əslində o predmet və hadisələri ifadə edirdi ki, qədim 

çinlilər onlarla gündəlik praktikada rastlaşırdılar və xaosdan onları 




______________Milli Kitabxana_____________ 

 325


ayıra bilmək qabiliyyəti onların dünya baxışma xas idi. Nəticədə 

triqramın maksimum mümkün uyğunlaşdırılmış 64 heksaqram və 

64 qrafik simvolu yaranmışdır. Hər bir simvol və  hər bir 

heqsaqram müəyyən dərəcədə uzlaşdırılmış üfqi xətlərdən 

fasiləsiz - yan və fasiləsiz – in-dən ibarətdir. Məsələn, birinci 

heqsaqram tsayan (yaradıcılıq), ikinci heqsaqram gün (ifa edilmə) 

müxtəlif xətlərlə ifadə olunur. Hər bir heksaqram gerçəkliyin 

müəyyən vəziyyətinin ifadəsi, mahiyyəti heksaqramda aşkarlanan 

müəyyən həyat durumunun ifadəsidir. «Dəyişikliklər kitabı»nın 

nəzəriyyəsinə görə, bütün dünya vəziyyətlərin növbə ilə 

dəyişilməsindən ibarətdir. Bu dəyişilmə isə  işıq və qaranlıq 

qüvvələrinin qarşılıqlı təsirində meydana gəlir. 

«Dəyişikliklər kitabı»nın fikrincə, bir vəziyyətdən digərinə 

keçid varlığın dinamikasını açmalı idi. «Dəyişikliklər kitabı» Çin 

mədəniyyəti tarixində böyük bir hadisə olub, qədim  şamanlar, 

saray adamları və mirzələr dairəsində yaradılıb yayılmışdır. 

«Dəyişikliklər kitabı»nın məzmunu və əhəmiyyəti haqqında 

müxtəlif baxışlar mövcuddur. Bir qrup «Dəyişikliklər kitabı»nı 

romantik kitab hesab edir; ikinci qrup o qədər də  əsassız 

olmayaraq belə hesab edir ki, burada mühüm fəlsəfi fikirlər 

tapmaq mümkündür. Üçüncü qrup bu kitabı məntiq dərsliyi sayır, 

dördüncü qrup mənəviyyatsız kitab hesab edir, beşinci qrup isə 

bunu fallik kosmoqoniya hesab edir və s.  

E.ə. VI-III əsrlərdə qədim Çinin ideya həyatında keyfiyyətcə 

yeni hadisələr meydana gəlməyə başladı. Həmin dövrdə Çinin 

iqtisadi və ictimai həyatında mühüm dəyişikliklər baş vermişdir. 

Torpaq üzərində xüsusi mülkiyyət bərqərar olur, yeni sənət 

sahələri yaranır, kənd təsərrüfatında yeni dəmir alət və əşyalardan 

istifadə olunur. Torpaqdan istifadə edilməsi üsulları 

təkmilləşdirilir. 

O dövrdə siyasi həyatda da mürəkkəb hadisələr baş 

vermişdir. Tsin, Çu, Tsi, Vey, Tszin, Çjao, Xan dövlətləri arasında 

müharibələrin ardı-arası  kəsilmir, dövlətlərin öz daxilində sosial 

partlayışlar baş verir. Vahid Çjou dövləti faktiki olaraq dağılır və 

bir sıra yerli hakimlər özlərini müstəqil elan etməyə çalışdılar. 

Onlar özlərini müstəqil elan edib, çox vaxt mərkəzi hakimiyyəti 




______________Milli Kitabxana_____________ 

 326


tanımırdılar. 

Dərin sosial gərginlik və ziddiyyətlər güclü ideoloji 

mübarizə ilə müşayiət olunurdu. Elə buna görə  də sosial-siyasi 

çaxnaşmalar dövründə belə Çində  mədəniyyət və  fəlsəfənin 

inkişafı dayanmır, əksinə daha da tərəqqi edirdi. 

Zadəganlar və məmurlar «Səma», «Tale» ideyasını daha da 

inkişaf etdirməyə  cəhd edirdilər.  Bu  da  təsadüfi deyildir. Çünki 

həmin ideya onların hakimiyyətinin saxlanılması üçün zəmanət 

verirdi. 

Aristokratiyaya qarşı müxalifət kimi formalaşan yeni sosial 

qruplar öz baxışlarını irəli sürərək səmaya etiqad ideyasına qarşı 

çıxırdılar. Onlar səma ideyasına tamamilə yeni bir məna və 

məzmun verməyə çalışırdılar. Həmin təlimlərdə tarixi təcrübənin 

düzgün anlaşılmasına cəhd edilir, idarəçiliyin «ideal qanunu» 

axtarılır, müxtəlif sosial qruplar arasında qarşılıqlı münasibətlərin 

yeni qaydaları irəli sürülür, ayrı-ayrı adamların və ölkələrin 

dünyada yeri müəyyənləşdirilir, insanın təbiətlə, (səma ilə), 

dövlətlə  və digər adamlarla münasibətlərini aşkarlamağa səy 

göstərilirdi. 

«Şi Tszin», «Şu Tszin» kimi ədəbi-tarixi abidələrdə 

bilavasitə adamların  əmək və ictimai tarixi praktikasını 

ümumiləşdirən müəyyən fəlsəfi ideyalara rast gəlmək 

mümkündür. Lakin Çin fəlsəfəsi və mədəniyyətinin çiçəklənməsi 

e.ə. VI-III əsrlərə  təsadüf edir. Ona görə  də  həmin dövrün Çin 

fəlsəfəsinin «qızıl dövrü» adlanması tamamilə həqiqətə uyğundur. 

Əslində elə  həmin dövrdə  fəlsəfi və sosioloji fikir haqqında 

mühüm  əsərlər o cümlədən, «Dao-de tszin», «Lun yuy», «Mo-

tszı», «Men-tszı», «Çjuan-tszı», «Quan-tszı», «Li-Tszi» və s. 

əsərlər yaranmışdır. Elə  həmin dövrdə öz konsepsiyası  və 

ideyaları ilə Lao-tszı, Konfusi, Mo-tszı, Çjuan-tszı, Men-tszı, 

Syun-tszı,  Şan-Yan və Xan Feyt-tszı kimi mütəfəkkirlər yaşayıb 

yaratmışlar. Elə  həmin dövrdə Çin fəlsəfə  məktəbləri - daosizm, 

konfusiçilik, moizm, legizm, naturfilosoflar yaranıb inkişaf 

etmişlər. 

Qeyd etmək lazımdır ki, Şan və Çjou sülalələri dövründə 

siyasi sistem getdikcə daha da təkmilləşdirilmişdir. Quldarlıq 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə