Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə93/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   89   90   91   92   93   94   95   96   ...   111

______________Milli Kitabxana_____________ 

 327


quruluşu inkişaf etdikcə quldar-aristokratların tanınmış  nəsilləri 

daha da zənginləşirdi.  Şan sülaləsi dövründə Tszin nəsli həmin 

aristokrat-quldurların başında dururdusa, Çjou sülaləsi dövründə 

hakim Tszi nəsli başda dururdu. Şan və Çjou vanları ali hakimlər 

hesab olunurdular. «Şi-tszin»də deyilir: «Bütün səma altında elə 

bir yer yoxdur vana məxsus olmasın, yerin sonuna qədər elə bir 

adam yoxdur ki, vanın qulu olmasın». Bütün bunlar bir daha sübut 

edir ki, Şan və Çjou sülalələri dövründə quldarlıq quruluşunun 

əsası torpaq və qullar üzərində dövlət mülkiyyəti, daha doğrusu 

hakimin mülkiyyəti təşkil edirdi. Şan və Çjou sülalələri dövründə 

ictimai həyat  şəraiti fəlsəfədə iki kəskin xüsusiyyəti bir-birindən 

fərqlənirdi.  İlk növbədə ideologiya sahəsində başlıca yeri dini 

ideologiya tuturdu. Şan sülaləsi dövründə  hər  şeyi yaradan baş 

ilahi  Şan li (ali imperator) hesab olunurdusa, Çjou sülaləsi 

dövründə isə «səma iradəsi» təsəvvürü hakim oldu. Bu dini 

təsəvvürlər quldarlar tərəfindən ağalıqlarını möhkəmləndirmək 

üçün mənəvi silah kimi istifadə olunurdu. Fəlsəfə din formasında 

işlənir və inkişaf etdirilirdi. Dini baxışlar cəmiyyətdə  əsas yeri 

tutur. 

Fal sümüklərindəki yazılarda səma ancaq «di», yaxud da 



«şandi» (allah) kimi verilir. Burada «tyan» (səma, allah) termini 

göstərilmir. «Tyan» heroqlifi «da» (böyük) kimi göstərilir. O isə 

səmanı ifadə etmirdi. Ancaq «Şanşu» kitabının «Pan Gen» 

fəslində səma termini - yan «şandi» və həmçinin «tyan» mənasını 

verir. Lakin söhbət təkcə terminologiyada deyildir. Əsas məsələ 

dövrün mahiyyətini ifadə edən baxışların məzmunundadır. 

İkincisi, fəlsəfə  Şan və Çjou sülalələri dövründə siyasi və 

əxlaqi təsəvvürlərlə  sıx  şəkildə bağlı idi. Quldarlıq cəmiyyətində 

hakim təbəqələr allahın adı ilə öz iradəsini aşağı  təbəqələrə 

yeritməyə çalışırdılar. Öz ağalığını möhkəmləndirməkdən ötrü 

quldarlar təkcə siyasi qüvvələrə deyil, həmçinin  əxlaqi 

kateqoriyalara da ehtiyac hiss edirdilər. Həmin kateqoriyalarda 

insanların cəmiyyətdə hüquq və  vəzifələri, pis və yaxşı  əməlləri 

öz  əksini tapmışdır. «Çjuan-tszı»  əsərinin «Səma altı» fəslində 

göstərilirdi ki, fəlsəfə bu dövrdə  səmanı başlıca - müsbət 

məziyyətli əsas hesab edirdi. Bu isə real tarixi şəraitə uyğun gəlir. 




______________Milli Kitabxana_____________ 

 328


Həmin fikir bir daha sübut edirdi ki, söhbət gedən dövrdə fəlsəfə 

din və əxlaq bir-biri ilə qırılmaz tellərlə bağlı idi. 

İn hakimi Pan-gen xalqı  xəbərdar edirdi ki, mənim üçün 

yaxım və uzaq fikri yoxdur. Kim cinayət törədirsə, ölümə 

məhkum olunacaq, kim xeyirxahlıq (yaxşılıq) edərsə, öz əməlinə 

görə  şöhrətləndiriləcəkdir. Deməli, burada hakimlik, yüksək 

nəsildən olmaq, qohumluq və s. əsas yerdə durmur, əsas yerdə 

əxlaqi normalar durur. Bütün bunlar bir daha göstərir ki, Şan 

sülaləsi xüsusilə Çjou sülaləsi dövründə artıq ibtidai, siyasi, əxlaqi 

fəlsəfə yaranmağa başlamışdır ki, bu barədə  də Çin 

mifologiyasında material tapmaq mümkündür. Öz məzmununa 

görə quldarlıq sinfinin əxlaqi etik normaları sürətlə 

mürəkkəbləşməyə başladı. Nəticədə  həmin normalarda hakim 

sülalənin mənafeyi ön plana çıxarıldı. Yəni Pan-Genin və sonrakı 

bir sıra hökmdarların dedikləri tezliklə unudulmağa başladı. 

Həmin xüsusiyyətlər təkcə  Şan və Çjou dövrünün 

fəlsəfəsinə xas olan cəhət deyildir. Təxminən bütün qədim Çin 

fəlsəfəsi siyasi-əxlaqi baxışlarla sıx  əlaqədar olmuş, həmin  əlaqə 

nəsli-iyerarxiya sistemi ilə bağlı olmuşdur. Bu əlaqə  təkcə 

quldarlıq dövründə deyil, feodal münasibətlərin dövründə  də 

mövcud olmuşdur. Mifoloji bazaya əsaslanan qədim Çin fəlsəfəsi 

elə əvvəldən siyasi-əxlaqi xarakter daşımışdır. 

Qədim Çin mədəniyyəti  əski dövrlərdən yazılı  mənbələrlə 

zəngin olmuşdur. Hələ e.ə. XV əsrdə Çində heroqlifik yazı sistemi 

mövcud olmuşdur. Burada 2 min-dən çox heroqlifdən istifadə 

olunmuşdur. Çinlilər uzun əsrlər boyu ipək üzərində natural 

rənglərlə yazmışlar. Bizim eraya yaxın onlar mürəkkəb və kağızı 

kəşf etdilər. Bu dövrdə heroqliflərin sayı üç mini ötdü. Bizim 

eranın ikinci əsrində 10 minə, III əsrdə isə on səkkiz minə çatdı. 

Rəssamlıq, sənətkarlıq və s. geniş inkişaf etmişdir.  İki-üç 

mərtəbəli evlərin tikilişi, büllur qablar istehsalı  və s. bu 

qəbildəndir. Məbədlər və qəsrlərin tikilişi davam etdirildi. E.ə. III 

əsrdə Çində külli miqdarda imperator sarayı tikilmişdir. 

Riyaziyyat, astronomiya, ulduz kataloqu, təbabət, musiqi 

alətləri və s. böyük inkişaf yolu keçmişdir. Qədim çinlilər oxlu 

texniki kəşflər etmişlər. Maqnit cihazı, kompasın ilk nümunəsi, su 




______________Milli Kitabxana_____________ 

 329


dəyirmanı, maşın-nasos və seysmoqrafiya çinlilərin adı ilə 

bağlıdır. Ən böyük tarixçi çox cildlik «Tarixi qeydlər»in müəllifi 

də çinli Sıma Syandır. Məşhur «Böyük Çin səddi» də  ən böyük 

memarlıq nümunəsidir. Hindistan dünyanın qədim sivilizasiya 

mərkəzlərindən biridir. Qədim Hindistan sivilizasiyası Misirin, 

Mesopotamiya və Yunan sivilizasiyalarından fərqlənir. Onun 

ənənələri bizim günlərə  qədər saxlanılaraq,  əslində çox cüzi 

dəyişikliklərə  uğramışdır. Arxeoloji qazıntıların aparılmasına 

qədər Misir, yaxud İraq kəndliləri öz əcdadlarının mədəniyyətləri 

haqqında, demək olar ki, heç nə bilmirdilər. Yunan əhalisi isə 

Perikl zamanındakı Afinanın  şöhrəti haqqında dumanlı 

təsəvvürlərə malik idi. Çin mədəniyyəti güclü inkişaf səviyyəsinə 

qədəm qoyaraq bütün sivilizasiyalar üçün müsbət nümunə kimi 

bugün də xüsusi əhəmiyyət və maraq kəsb etməkdədir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə