Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə96/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   ...   111

______________Milli Kitabxana_____________ 

 345


susmağa məcbur edir. Yunanlar arasında Axilles, troyalılar 

arasında çar Priamın oğlu Hektor yaxşı döyüşçü sayılırdı. Onların 

təkbətək döyüşündə Axilles zəfər çalıb Hektoru öldürür. Döyüşdə 

Axillesin dostu Patrokl həlak olur, onun dəfn mərasimi təsvir 

olunur. Axillesin anası ilahə Fetida onu körpəlikdə dabanından 

tutub yeraltı Stiks çayının “sehrli” sularında çimizdirirmiş, 

nəticədə dabanından savayı bütün bədəni guya dişbatmaz olur. 

Parisin atdığı ox Axillesin dabanına sancılır. Yunanıstanın  ən 

məşhur qəhrəmanı  həlak olur. “Zəif yer” anlamını bildirən 

“Axillesin dabanı” ifadəsi buradan əmələ  gəlmişdir. Hiyləgər 

Odissey Troyanı tutmaq üçün taxtadan nəhəng at düzəltdirir və 

içərisində yunan döyüşçülərini yerləşdirir. Troyalılar atı  çəkib 

şəhərə aparırlar. Döyüşçülər gecə atdan çıxıb darvazaları açırlar, 

şəhərə soxulan yunanlar troyalıları  məğlub edirlər. “Troya atı” 

ifadəsi buradan meydana gəlmişdir. Bu isə, hədiyyənin qəbul edən 

üçün təhlükəli olması deməkdir. 

“Odisseya” poemasında Troyanın alınmasından sonra 

yunanların Odisseyin başçılığı altında vətənə dönmələri və yolda 

onların başına gələn hadisələr, Odisseyin öz doğma şəhəri İtakaya 

gəlməsi təsvir olunur. Odissey İtakaya gəlib evində  ağalıq edən 

əsilzadələri qırır və əvvəlki hakimiyyətini bərpa edir. Hər iki əsər 

dahi ədəbi əsər olmaqla yanaşı zəngin tarixi mənbədir. 

Homer dövründə (e.ə. XI IX əsrlər) yunanlar maldarlıq, 

əkinçilik, sənətkarlıq və ticarətlə məşğul olurdular. Onlar e.ə. IX 

əsrlə dəmir emal etməyə başladılar. Bu da əmək məhsuldarlığının 

artmasına səbəb oldu. Yunanıstanda torpaq bütün tayfaya məxsus 

idi. Hər bir ailənin torpağı, mal-qarası var idi. Adlı-sanlı adamlar 

torpağın yaxşısını özlərinə götürürdülər. Onlar əvvəllər torpağı 

özləri becərirdilər, sonradan günəmuzdçuları işlətdilər, daha sonra 

qullardan istifadə etdilər. Beləliklə, e.ə. XI-IX əsrlərdə ibtidai 

icma quruluşundan quldarlıq quruluşuna tədricən keçid başlandı. 

Dünyanın başqa xalqları kimi yunanlar da təbiət 

hadisələrinin səbəbini bilmir, ondan qorxurdular. Onlara görə 

təbiəti allahlar nə ilahələr idarə edirdilər. Rəvayətə görə baş allah 

Zevs, Poseydon və Aid dünyanı öz aralarında bölüşdürmüşdülər. 

Zevs yer və göyün, Poseydon dənizin, Aid isə yeraltı padşahlığın 




______________Milli Kitabxana_____________ 

 346


allahı olmuşdu. Zevsin iradəsi ilə  şimşək çaxıb yağış yağırdı. 

Dəniz allahı Poseydon üçbaşlı  əsası ilə  dənizdə  fırtına qoparır, 

gəmiləri batırırdı. Yeraltı padşahlığın allahı Aidin ayağı altında 

üçbaşlı köpək oturub, yerin altına gedənləri geriyə işıqlı dünyaya 

buraxmırdı. Nur və incəsənət allahı Apollon qızıl arabası ilə səfərə 

çıxandı gün başlanırdı. Aid münbitlik ilahəsi Demetranın qızı 

Pesefonanı  oğurlayır və anasının yanına buraxmır. Demetra 

kədərlənir, hər şey solur, təbiət təravətini itirir. Zevs Aiddən xahiş 

edir ki, Persefonanı bir neçə aylığa anasının yanına buraxsın. Qız 

anasının yanına gələndə yaz gəlir, yeraltı dünyaya gedəndə anası 

kədərləndiyinə görə qış gəlir. “Demetra və Persefona” əfsanəsi də 

buradan yaranmışdı. 

Yunanlar meşə allahlarını satirlər adlandırırdılar. Onlar keçi 

ayaqlı və qulaqlı adamlar kimi təsvir olunurdular. Bulaq ilahələri 

olan nimfalar gənc qız kimi təsvir olunurdular. Yunanlarda 

əkinçilik, maldarlıq, ovçuluq, sənətkarlıq və b. sahələr yarandıqca 

onları himayə edən allahlar da yaradılırdı. Şərabçılıq allahı Dionis 

idi. Onun şərəfinə yazda üzümlüklərdə  iş başlayanda, payızda 

şərab hazır olanda bayramlar təşkil edilirdi. Hefest dəmirçilik 

allahı idi. Yunanlar belə hesab edirdilər ki, vulkanlar onun 

dəmirçixanasının çıxış yollarıdır. Ticarət meydana gələndən sonra 

onu himayə edən Hesrmes meydana çıxdı. 

Yunanlar belə güman edirdilər ki, allahlar yüksək dağ olan 

Olimpdə yaşayırdılar. Onları Olimp allahları adlandırırdılar. 

Allahların həyatı adlı-sanlı adamların həyatına bənzəyirdi. 

Allahlar alovun sirrini insanlardan gizlədirdilər. Lakin cəsur titan 

Prometey odu oğurlayıb insanlara verir. Zevsin əmri ilə Hefest 

onu Qafqaz dağına zəncirləyir. Zevsin göndərdiyi qartal hər gün 

onun ciyərlərinin bir hissəsini qoparır. Hər səhər ciyər bərpa 

olunur. Prometey bu işgəncəyə dözür, lakin Zevsə boyun əymir. 

“Prometey” əfsanəsi də buradan yaranmışdı. 

Afinada quldarlıq quruluşu. Orta Yunanıstanın cənub-

şərqində Attika adlı böyük yarımada yerləşir. Burada geniş 

düzənliyin ortasında sıldırım təpədə e.ə. II minillikdə Afina şəhəri 

salınmışdır. Təpənin zirvəsində  ətrafına hasar çəkilmiş Akropol 

adlanan qala yerləşirdi. Afinalılar əsasən zeytun nə üzüm becərir, 




______________Milli Kitabxana_____________ 

 347


şərab və zeytun yağı və şərab saxlamaq və daşımaq üçün amfora 

adlanan küp qayırırdılar. Akropolun yaxınlığında bazar meydanı - 

aqora yerləşirdi. Burada dulusçuluq, toxuculuq və kənd təsərrüfatı 

məhsulları satılırdı. Attika yarımadasının cənubunda gümüş 

mədənləri var idi. Afinada gümüş sikkə kəsilməyə başladı. 

Afinada  əvvəllər varlılar torpaqlarını özləri becərirdilər. 

Sonra onlar günəmuzdçulardan, daha sonra isə qullardan istifadə 

etməyə başladılar. Afinada köləliyin  əsas mənbələri dəniz 

quldurluğu, müharibədə  əsir götürmək, borca görə adamları qul 

etmək, qul qadınlardan doğulan uşaqları qul etmək idi. Qullar 

bazarda satılır, onları 

əsasən mədənlərdə, sənətkar 

emalatxanalarında, kənd təsərrüfatı işlərində, ev işlərində xidmətçi 

kimi işlədirdilər. 

Afinada adlı-sanlı adamlar torpağın yaxşısını ələ keçirdilər. 

E.ə. VIII əsrdə onlar Afinanın bütün əhalisini özlərinə tabe etdilər. 

Adlı-sanlı yunanlar mövcud üsul idarəni aristokratiya, yəni 

“yaxşıların hakimiyyəti” adlandırırdılar. 

E.ə. VII əsrdə Afinada sənət və ticarət gur inkişaf etməyə 

başlayır. Evpatritlər (aristokratlar) düzən yerlərdə  məhsuldar 

torpaqları  ələ keçirib geomorları (icmanın sıravi üzvlərini) 

dağətəyi daşlıq torpaqlara sıxışdırırdılar. Evpatritlərin bir hissəsi 

artıq emalatxanalar açıb istehsalla məşğul olurdu, bir hissəsi 

ticarətə girişmişdi. Aristokratların bu təbəqəsinin maraqları 

demosun varlı  təbəqəsinin maraqları ilə üst-üstə düşürdü. E.ə. 

640-cı ildə Afinada olduqca məşhur olan, Olimpiya oyunlarının 

qalibi Kilon demosla aristokratlar arasında ziddiyətlərin 

gərginləşməsindən istifadə etdi. O, Zevsin şərəfinə keçirilən 

bayramda özünə  tərəfdar toplayıb Akpopolu tutdu. Lakin demos 

hələ aktiv fəaliyyətə hazır deyildi. Arxont Meqaklın qoşunu 

Akpopolu mühasirəyə alıb üsyançıları təslim olmağa məcbur etdi. 

Kilon qaçmağa müvəffəq oldu, onun tərəfdarları isə öldürüldülər. 

 Bir  müddətdən sonra aristokratlar demosun varlı 

təbəqəsinin təzyiqi altında güzəştə gedib külliyyat şəklində yazılı 

qeydiyyatına razılıq verdilər. Həm aristokratlar, həm də demos 

üçün ümumi olan qanunların qəbulu mütərəqqi hadisə idi. e.ə. 

621-ci ildə arxont-fesmofet Drakont tərəfindən sərt qanunlar 



Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə