Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə99/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   95   96   97   98   99   100   101   102   ...   111

______________Milli Kitabxana_____________ 

 354


Miken adı ilə tanınır. Onun mərkəzi Krit adası  və yunan 

materikindəki Miken şəhəri olmuşdur. Krit mədəniyyətinin (yaxud 

da Minos mədəniyyətinin) yaranması Kritin əfsanəvi hökmdarı 

Minosun adı ilə bağlıdır və e.ə. III-I minilliklərə  təsadüf edir. 

Yüksəliş və tənəzzül dövrü keçirən Krit mədəniyyəti təqribən e.ə. 

1200-cü ilə  qədər davam etmişdir. Kritdə bütün həyat saraylar 

adlanan binalar ətrafında cərəyan etmişdir. Arxeoloji qazıntılar 

nəticəsində Knosda (adanın mərkəzi hissəsində) Krit 

saraylarından birincisi, Minos sarayı tapılmışdır. Bu saraydan 

Minotavr - insan bədənli və öküz başlı canlı haqqında yunan 

mifində  təsvir olunan labirint başlanır.  Əslində Krit sarayları 

doğrudan da labirintə  bənzəyir. Bütün bunlara baxmayaraq 

saraylar vahid arxitektura ansamblı kimi qəbul olunur. Diqqəti 

çəkən budur ki, divarlarda olan rəsmlər olduqca zəngindir. 

Freskalarda heyvanlar, güllər, saray sakinlərinin həyatından 

səhnələr, əsas Minoy kultlarından biri olan allah-öküz kultuna aid 

olan «öküzlərlə oyunlar» rəsmi diqqəti daha çox çəkir. Allah-öküz 

kultları öküz obrazında təbiətin dağıdıcı qüvvələri öz təcəssümünü 

tapmışdır. Təbiətin  əbədi təzələnməsi, analıq, qadınlıq simvolu - 

Böyük ilahə Minoy allahlar panteonunda mərkəzi fiqurdur. Kritin 

həyatında din böyük rol oynamışdır. Kritdə hakimiyyətinin xüsusi 

forması-teokratiya yaranmışdı. Bu idarə formasında dini və 

dünyəvi rəhbərlik bir nəfərin  əlində olmuşdur. Çar sarayı 

universal funksiyanı yerinə yetirərək eyni zamanda həm dini, həm 

siyasi-inzibati, həm də  təsərrüfat mərkəzi  rolu  kimi  fəaliyyət 

göstərmişdir. 

Minoy mədəniyyətinin çiçəklənməsi e.ə. XVI əsr və XV 

əsrin birinci yarısına təsadüf edir. XV əsrin ortalarında bu 

mədəniyyət Fera (indiki Santorin) adasında püskürən vulkan

eləcə  də döyüşkən axey yunanların adaya soxulması  nəticəsində 

tamamilə dağıdılmışdır. Bundan sonra Krit mədəniyyəti  əvvəlki 

şöhrətini bərpa edə bilməmişdir. Sivilizasiyanın mərkəzi materik 

Yunanıstana keçmişdir. Hələ e.ə. 1700-cü ildə burada Miken 

(yaxud Axey) mədəniyyəti formalaşmağa başlamışdı. Əvvəllər bu 

mədəniyyət Krit sivilizasiyasının güclü təsiri altında olmuşdur. 

Onlardan bir sıra allahların adları, su kəməri, kanalizasiya, geyim 




______________Milli Kitabxana_____________ 

 355


fasonları, freska təsvirləri və s. mənimsənilmişdi. Lakin bütün 

bunlara baxmayaraq, Miken sivilizasiyasında da spesifik, yalnız 

onlara məxsus cəhətlər inkişaf etdirilmişdir. «Şaxta qəbirləri» bu 

mədəniyyətin  ən qədim abidələrindəndir. Qəbirlərdə ölülərin 

sümükləri ilə yanaşı bəzək şeyləri, qablar, paltarlar, silahlar, qızıl 

maskalar və s. də tapılmışdır. Burada da mədəniyyət mərkəzləri 

saraylarda cəmlənmişdi. Onlar Miken, Korinf, Pilos, Afina və s. 

şəhərlərdə olmuşdur. Krit saraylarından fərqli olaraq Miken-Axey 

sarayları möhkəmləndirilmiş saraylar idi. Onların möhtəşəm 

divarlarını sonrakı dövrlərdə görən yunanlar onları təkgöz nəhəng 

sikloplarla  əlaqələndirərək siklopik adlandırmışlar. Burada saray 

divarlarında külli sayda döyüş  səhnələri təsvir olunmuşdu. 

Axeylər e.ə. XV əsrdə Kriti tutaraq onlardan yazını mənimsədilər. 

E.ə. XIII əsrdə  şimali Balkan barbarları (onların içərisində dori 

yunan qəbilələri mühüm yer tuturdu) Yunanıstanı başdan-başa 

işğal etdi. Axeylərdən dəmir silahlarına görə üstünlüyə malik olan 

dorilər Krit-Miken mədəniyyətinə son qoydular, e.ə. XII-XI 

əsrlərdə Yunanıstanda dəmir əsrinin başlanğıcına təkan verdilər. 

Yunan tarixinin sonrakı dövrünü adətən Homer dövrü 

adlandırırlar. Homerin e.ə. VIII əsrdə yaratdığı  «İlliada» və 

«Odisseya» kimi gözəl poemaları  həmin dövr haqqında mühüm 

informasiya mənbəyidir. Lakin bu əsərlərdə daha qədim dövrlərin 

haqqında da məlumat  əldə etmək mümkündür. Homerin 

qəhrəmanları - çarlar, əyanlar çox vaxt Krit-Miken saraylarına 

bənzəməyən ağac evlərdə yaşayırdılar. 

Homer dövründən bizə az abidə gəlib çatmışdır. Əsas tikinti 

materialları - ağac və bişməmiş  kərpicdir. Monumental 

heykəltəraşlıqda da ağacdan istifadə edilmişdir. Həndəsi 

ornamentlə yazılmış vazalar, bişmiş gildən və bürüncdən 

hazırlanmış heykəlciklər parlaq incəsənət abidələridir. 

Homer dövrü mədəniyyəti yunan cəmiyyətinin arxaik və 

klassik dövrünün ilkin şərtlərini yaratmışdır. Yunan 

mədəniyyətinin və tarixinin arxaik dövrü e.ə. VIII-VI əsrləri əhatə 

edir. Bu dövr böyük müstəmləkəçilik dövrüdür. Yunanlar Qara 

dəniz, Aralıq dənizi və  Mərmərə  dənizi sahillərini öz təsir 

dairəsinə alırlar. Bu dövrdə yunanlar başqa xalqlardan çox şey 




______________Milli Kitabxana_____________ 

 356


öyrənmişlər. Lidiyalılardan pul kəsməyi öyrənmiş, finikiyalılardan 

əlifbanı götürmüş, sonralar onu təkmilləşdirmişlər. Yunanlarda 

elmin, xüsusilə astronomiya və  həndəsənin inkişafı Misir və 

Babilistanın təsiri altında olmuşdur. Yunan incəsənətinə Misir və 

Yaxın Şərq memarlıq və heykəltəraşlığı böyük təsir göstərmişdir. 

Arxaik dövrdə ibtidai icma cəmiyyəti dağılmış, antik polis "şəhər-

dövlətləri" yaranmışdır. Vətəndaş icması-şəhərətrafı  kənd 

təsərrüfatı ərazisi ona aiddir. Bu dövrdə ən böyük polislər Afina, 

Sparta, Korinf, Arqos, Fivada yaranmışdı. Bütün yunan dünyası 

Ellada adlanırdı. Qədim  Şərq dinləri kimi Yunanıstanda da 

politeizm-çoxallahlılıq hökm sürürdü. Yunanlara görə  əvvəllər 

əbədi, hüdudsuz, qaranlıq, xaos mövcud idi. Dünyanın həyat 

mənbəyi onda idi. Hər şey-bütün dünya və ölməz allahlar xaosdan 

yarandı. Yer ilahəsi Geya da xaosdan yaranmışdır. Həyat mənbəyi 

olan xaosdan qüdrətli, hər  şeyi canlandıran məhəbbət - Eros 

yüksəlmişdir. Hüdudsuz xaos əbədi qaranlıq - Erebi və qaranlıq 

gecə - Nyuktu doğurmuşdur. Gecə və qaranlıqdan isə əbədi İşıq-

Efir və  şən işıqlı Gün - Gemera yaranmışdır. Qüdrətli, bərəkətli 

torpaq (Yer), hüdudsuz, mavi səma - Uran yaranmış və səma Yer 

üzünü örtmüşdür. Geyadan yeraltı dünya Tərtər, səma (Uran) 

doğulmuşdur. Allahların ikinci nəsli Geya və Uranın uşaqları-

titanlar olmuşdur. Uşaqlarının onun əlindən hakimiyyəti 

alacaqlarından qorxan Uran titanları yerin altında saxlamışdır. 

Lakin titanlar azad ola bilmiş, atalarmı devirmiş, onlardan biri 

Kron dünya üzərində  ağalıq etməyə başlamışdır. Onun özünü də 

kiçik oğlu Zevs devirmişdir. Onun qardaşı Poseydon dəniz allahı, 

Aid - yeraltı dünyanın allahı, işıq və poeziya allahı Apollon (onu 

doqquz muza-incəsənət və elmin hamisi müşayiət edir), Afrodita - 

gözəllik allahı, od və  dəmirçilik allahı Hefest, Ares müharibə 

allahı, Afina-müdriklik allahı, Demetr - əkinçilik hamisi, Afina-

toxuculuq hamisi, üzümçülük hamisi - Dionisi, ticarət hamisi 

Hermes və s. idi. 776 - cı ildən başlayaraq hər dörd ildən bir 

Zevsin  şərəfinə Olimpiya oyunları keçirilirdi. Antik dövrün ilk 

fəlsəfi sistemi - naturfəlsəfə  həmin dövrdə yaranmışdır. Həmin 

sistemin filosoflarından Fales suyu bütün şeylərin  əsası, 

Anaksimandr - apeyronu ilk materiya, Anaksimen - havanı ilkin 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə