Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə97/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   93   94   95   96   97   98   99   100   ...   111

______________Milli Kitabxana_____________ 

 348


toplusu tərtib edilmişdi. Buna “Drakont qanunları” deyirdilər. Bu 

qanuna görə hətta bir salxım üzüm dərənə ölüm cəzası verilirdi. 

Afinada kənlilər aristokratlardan borc və ya faizlə pul 

alırdılar. Aristokratlar verdiyi borcu kəndlinin tarlasının kənarında 

borc daşına yazırdılar. Buraya borcun miqdarı, faizi, verildiyi və 

qaytarıldığı müddət qeyd edilirdi. E.ə. VII əsrdə demək olar, 

bütün kəndlilər borca düşdülər. 

Afinada kəndlilər, sənətkarlar, günəmuzdçular, dənizçilər 

demos, yəni xalq adlanırdılar. E.ə. VII əsrdə demosun bir hissəsi 

varlanmışdı. Onlar yenə  də aristokratların hakimiyyəti altında 

idilər. Beləliklə, e.ə. VIII-VII əsrlərdə Afinada quldarlıq quruluşu 

və dövlət təşəkkül tapırdı. 

Sparta quldarlıq dövləti. Yunanıstanın cənubunda 

Peloponnes yarımadasının cənub-şərqində Lakonika, cənub-

qərbində isə Messeniya vilayəti yerləşirdi. Bu ərazinin torpağı çox 

münbit idi. E.ə. II minillikdə dorilər hücum edib Lakonikanı 

tutdular, Sparta şəhərinin  əsasını qoydular. Doriləri spartalılar 

adlandırırdılar. Spartalılar messeniyalıları tabe etmək uzun 

müddət müharibələr aparmışdılar. E.ə. VII əsrdə spartalılar 

messeniyalılara qalib gəldilər. Messeniyalılar dağlara çəkildilər. 

Üç gün danam edən vuruşmadan sonra spartalılar müharibəni 

dayandırdılar və onlara ölkədən çıxıb getməyə icazə verdilər 

Spartalılar yerli əhalinin  əksəriyyətini qula çevirdilər. Qulları 

ilotlar adlandırırdılar. Azad adamlar kimi qalmış perieklər 

spartalılara vergi verirdilər. Spartalılar xalq yığıncaqlarında ahıl 

adamlardan ağsaqqallar şurası seçirdilər. Dövləti 60 yaşına çatmış 

28 ağsaqqal və 30 yaşı tamam olmuş 2 çarın daxil olduğu gerusiya 

idarə edirdi. Spartalılar ancaq hərbi işlə  məşğul idilər Qanun 

onların başqa işlə  məşğul olmasına icazə vermirdi. Döyüş vaxtı 

onlar bir cərgəyə düzülüb nizələrini qabağa uzadır, irəli 

yeriyirdilər. Sanki divar hərəkət edirdi. Belə düzülüş falanqa 

adlanırdı. 

Spartalılar uşaq yaşlarından sərt tərbiyə alırdılar. Yeni 

doğulmuş körpənin taleyini gerusiya müəyyən edirdi. Zəif və 

xəstə görünən uşaqlar məhv edilirdi, sağlam uşaq 7 yaşına qədər 

ailəsində  tərbiyə alır, sonra hərbi məktəbdə  təlim keçirdi. E. IV 




______________Milli Kitabxana_____________ 

 349


əsrdə Sparta Peloponnes ittifaqına daxil oldu. 30 il davam edən 

Peloponnes müharibəsində (e.ə. 431-404) qalib gəlmiş, bütün 

Yunanıstana hakim olmuşdu. E.ə. 146-cı ildə Romadan asılı 

vəziyyətə düşdü. 

Yunan koloniyalari. Yunan şəhərlərində  sənətkarlıq və 

ticarət inkişaf edirdi Tacirlər sənətkarlıq məmulatlarını Aralıq 

dənizi və ona bitişik olan dənizlərin sahillərində satırdılar. Kiçik 

Asiyadakı Milet şəhərində yun parça, Korinf şəhərində  ən yaxşı 

silah, Afinada əla dulusçuluq məhsulu istehsal olunurdu. Yunanlar 

keyfiyyətli şərab və zeytun hazırlayır və xaricə göndərirdilər. 

Yunanıstanda demosun artması ilə aristokratlarla demos 

arasında mübarizə gücləndi. Aristokratlar qalib gəldikdə demos, 

demos qalib gəldikdə aristokratlar ölkədən qovulurdu. Qovulmuş 

aristokrat demişdi: “Mən öz dəbdəbəli evimi qaçqın gəmisinə 

dəyişdim”. Yunanıstanın ticarət  şəhərləri Aralıq dənizi və Qara 

dəniz sahillərində daimi koloniyalarını yaratdılar. Hər bir şəhər öz 

koloniyalarına hərbi və ticarət gəmilərindən ibarət donanma 

göndərirdi. Köçüb gələnlər Yunanıstanın müxtəlif vilayətlərindən 

idilər, onlar kolonistlər adlanırdılar. Koloniyalara tacirlər, 

sənətkarlar, doğma yerlərini tərk edən, adamlar gəlirdilər. Qara 

dəniz sahillərində Pantikapey, Olviya, Xersones, Feodosiya, Fasis, 

Sinop və başqa yunan şəhər-dövlətləri yarandı. Onlar yerli əhali 

ilə alver edir, bəzən onları qula çevirir, qulların bir hissəsini 

Yunanıstana göndərirdilər. Beləliklə, e.ə. VIII-VI əsrlərdə 

Qafqazdan tutmuş  İspaniyaya qədər dəniz sahillərində çoxlu 

yunan koloniyaları əmələ cəldi. Bu koloniyalar yunan şəhərləri ilə 

əlaqə yaradır və  əlaqə saxladıqları  həmin  şəhərləri ana şəhər 

adlandırırdılar. 

Koloniyalarla ticarət Yunanıstanda sənətkarlıq və ticarətin 

inkişafına təkan verdi. E.ə. VIII-VI əsrlərdə Yunanıstanın bütün 

şəhərlərində və koloniyalarında şəhər quldarlıq dövlətləri yarandı, 

Hər bir şəhər-dövlətinin qoşunu, hökuməti, xəzinəsi, pulu var idi. 

Onların bəzisini demos, bəzisini isə aristokratlar idarə edirdilər. 

Qədim yunanlar yad ölkələrdə  məskunlaşsalar da, özlərini 

vahid xalq hesab edirdilər. Onlar özlərini ellinlər, vətənlərini 

Ellada adlandırırdılar. Harada yaşadıqlarından asılı olmayaraq, 




______________Milli Kitabxana_____________ 

 350


ellinləri ümumi dil, adət-ənənələr, qədim  əfsanələr, din və vahid 

yazı birləşdirirdi. 

Qədim yunanlar özlərinə qədər şərqdə yaranmış elmlə tanış 

olur, təbiət üzərində müşahidələr aparırdılar. Bir çox ölkələrə 

səyahət etdilər və təbiət haqqında elmi inkişaf etdirdilər. E.ə. VII 

əsrdə Milet şəhəri nə Egey dənizinin  şərqində yerləşən  İoniya 

vilayətinin  şəhərləri elmin mərkəzi idi. İoniya alimləri təbiət 

hadisələri üzərində müşahidələr aparır, onları izah etməyə, onların 

səbəblərini aşkar etməyə çalışırdılar.  İoniya alimləri dünyanın 

mənşəyini də izah etməyə  cəhd göstərirdilər. Bir qrup alimlər 

təbiətin başlanğıcını suda, bəziləri havada, torpaqda, digərləri 

odda görürdülər. 

E.ə. V əsrdə yunan elminin mərkəzi Afina oldu. Burada 

İoniya alimlərinin işini Demokrit (e.ə. 460-370) davam etdirdi. O, 

belə bir fikir söyləmişdir ki, bütün dünya ən xırda zərrəciklərdən-

atomlardan ibarətdir. Demokrit insanlarda ruhun ölməzliyini inkar 

edirdi. Dinin yaranmasını insanların təbiətin qorxunc hadisələri 

qarşısında aciz qalmaları  və qorxusu ilə izah edirdi. Demokrit 

materialist olduğuna görə onu cəzalandırmaq istəyirdilər. 

Demokritin ardıcılı Hippokrat (e.ə. 460-377) olmuşdur. 

Onun fikrincə  həkim xəstənin bədənindən xəstəliyi qovmamalı, 

bədənin xəstəliyə qarşı müqavimətini artırmalıdır. Onun tibb 

elminin inkişafında böyük xidməti olmuşdur. Həkimin mənəvi 

davranışı normaları olan “Hippokrat andı” onun adı ilə bağlıdır. 

Aristotel (e.ə. 384-322) qeyri adi biliyə malik alim idi. 

İsgəndərin müəllimi olmuşdur.  Şərqdə Aristotelə  Ərəstun 

deyirdilər. O, bütün bilikləri ayrı-ayrı sahələrə böldü, elmlərə ad 

verdi. Botanika yunanca “bitki”, fizika - təbiət, politika - dovlət 

sözlərindən götürülmüşdür. E.ə. IV əsrdə Aristotel qabaqcıl 

alimlərlə birlikdə belə hesab edirdi ki, Yer kürə  şəklindədir, 

dünyanın mərkəzində yerləşir, Günəş  və ulduzlar isə onun 

ətrafında fırlanır. 

E.ə. V əsrdə Yunanıstanda tarix elminin əsası qoyulmuşdur. 

həmin dövrdə yunan tarixçisi Herodot (e.ə. təqribən 490-425) 

“Tarix” əsərini yazmış, Plateya savaşına qədər olan dövr haqqında 

məlumat verir O, bir çox ölkələri gəzmiş,  əsərində müxtəlif 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə