Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə91/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   ...   111

______________Milli Kitabxana_____________ 

 321


bürcü barədə  məlumat verilmişdir. Planetlər üzərində müşa-

hidələr aparılırdı. E.ə. 104-cü ildə ilin davamiyyəti hesablandı. İl 

365.25 günə  bərabərləşdirildi. Bu yeni təqvim 85-ci ilə  qədər 

tətbiq olundu. Bu təqvimə görə il 12 aydan ibarət idi. Təbabət 

inkişaf edirdi. Hələ e.ə. IV-III əsrlərdən iynəbatırma ilə müalicə 

metodundan istifadə edirdilər. Təbabətə aid əlyazmaların birində 

52 xəstəliyin (məsələn, qıcolma,  əsəb pozğunluğu, qızdırma, 

yırtıq, qadın və  uşaq xəstəlikləri və s.) 280 müalicə üsulu 

göstərilirdi. Çin qədim tarixi, mədəniyyəti, fəlsəfəsi olan bir 

ölkədir. Hələ e.ə.  Şan-in dövlətində  təsərrüfatda quldarlıq 

münasibətləri hökm sürürdü. Döyüşlərdə  əsir tutulan qul 

əməyindən  əsasən maldarlıqda, müəyyən qədər  əkinçilikdə, 

həmçinin ev təsərrüfatında və tikintidə istifadə olunurdu. Həmin 

dövrdə  əkinçilikdə qan qohumluğuna  əsaslanan icmalar 

(patronimiya) mühüm rol oynayırdı.  Şan-İn dövründə  və onun 

yerinə  gələn Çjou sülaləsi dövründə dini-mifoloji dünyagörüşü 

hökm sürürdü. Artıq qeyd etdiyimiz kimi, Çin miflərinin 

fərqləndirici cəhətlərindən biri oradakı allahların və ruhların 

zoomorf xarakteri idi. Ona görə  də  qədim Çin allahları 

heyvanlar, quşlar, balıqlar ilə çox oxşar idi və əksəriyyəti yarım 

heyvan və yarım insan şəklində  təsvir olunurdu. Həmin 

panteonda əsas yeri Şan-Di tuturdu. Bütün allahlar və ruhlar ona 

tabe idi. Onun iradəsi qarşısında külək, yağış, bulud və  şimşək 

ruhları aciz hesab olunurdular. Lakin Şan-di təkcə baş allah 

olmayıb, qədim çinlilərin təsəvvürünə görə onların əcdadları və 

hamiləri idi. Miflərə görə İn tayfasının əcdadı Şan-di olmuşdur. 

Çox vaxt Şan-di obrazında səmanın  şəxsləndirilmiş ilahi 

qüvvəsi təcəssüm tapırdı. Qədim çinlilər belə hesab edirdilər ki, 

dünyada hər  şey Səmanın iradəsindən asılıdır və eyni zamanda 

«səmanın iradəsi» fala baxmaq və digər  əlamətlərlə müəyyən 

edilir. Dini-mifoloji təsəvvürlər icma əyanlarının ağalığı sistemini 

təbliğ edirdi. Hakim öz təbəələri qarşısında səma oğlu kimi 

tanınırdı. Qədim çin dinlərində  əcdadlara, qəhrəmanlara etiqad 

mühüm yer tuturdu. İnsanların ruhlarla və  əcdadlarla «əlaqəsi» 

çox ciddi şəkildə nizamlanaraq nəzarət altında saxlanılırdı. 

İnsanlarla allahlar və ruhlar arasında birinci vasitəçi hökmdar özü 




______________Milli Kitabxana_____________ 

 322


idi. 

Miflərdə  əcdadlar kultunda və totemizmdə  cəmiyyətin 

qəbilə-tayfa təşkilinin əlaqələri öz əksini tapmışdır. Mifologiyada 

dünyanın, təbiətin yaranmasının öz izahı, şərhi mövcud olmuşdur. 

Ən qədim dövrlərdə, nə  səmanın, nə  də yerin olmadığı dövrdə 

kainat formasız qaranlıq xaos kimi təsəvvür edilirdi. Bir mifə 

görə, həmin formasız qaranlıqda iki ruh (yaxud allah) - İn və Yan 

yarandı və onlar dünyanı qaydaya salmağa başladılar. Sonralar, bu 

ruhlar bir-birindən ayrıldılar. Yan ruhu səmanı,  İn ruhu isə yeri 

idarə etməyə başladı. Belə hesab edilir ki, onlar qaranlığın kobud 

hissəciklərindən heyvanları, quşları, balıqları  və digər canlıları, 

yüngül hissəciklərdən isə insanları yaratmışlar. Digər mifə görə 

isə insanlar allah Fu-si ilahə Nyuyva tərəfindən yaradılmışdır. 

Üçüncü bir mifə görə isə ilk mifik insan Panqu balta ilə qaranlığa 

zərbə endirir və  nəticədə bütün yüngül və  təmiz olanlar yuxarı 

qalxan səmanı yaradırlar, ağır və çirkli şeylər isə aşağı enərək yeri 

yaradır. 

Kainatın mənşəyi haqqımda miflərdə naturfəlsəfənin ilk, 

qaranlıq və bəsit də olsa belə rüşeymləri görünür. Hakim mifoloji 

şüur (təfəkkür) e.ə. birinci minilliyə qədər hökm sürmüşdür. 

İbtidai icma cəmiyyətinin dağılıb öz yerini yeni bir 

cəmiyyətə verməsi nəticəsində belə miflər aradan çıxmadı. Bir 

sıra miflər qədim Çin kosmoqonik konsepsiyalarının tərkib 

hissəsinə çevrilmişdir. Bu, hər şeydən əvvəl, İn və Yan ruhlarına  

dair yayılmış miflərə aiddir. Artıq  İn və Yan kainatın yaranması 

və inkişafında mühüm rol oynayan qüvvələrə çevrilirlər. 

Bir sıra mifoloji obrazların sonrakı  fəlsəfi traktatlarda 

mühüm yer tutması heç də  təsadüfi deyildir. E.ə. V-III əsrlərdə 

yaşayan filosoflar tez-tez miflərə müraciət edirdilər. Onlar həqiqi 

idarəçilik və insanın düzgün davranış normaları haqqında öz 

konsepsiyalarmı yaratmaq üçün miflərdən istifadə edirdilər. 

Bununla yanaşı, konfusiçilər miflərin tarixiləşməsini həyata 

keçirirlər. Buraya qədim miflərin süjet və obrazlarım mifdən azad 

edib, tarixi don geydirmək də daxildir. «Qədim Çin mifləri» 

kitabının müəllifi Yuan Ke yazırdı ki, konfusiçilərin əsas məqsədi 

bütün mifoloji personajların hərəkətlərini insaniləşdirmək idi ki, 




______________Milli Kitabxana_____________ 

 323


bu da miflərin tarixiləşməsi kimi başa düşülməlidir. Mifoloji 

əfsanələri öz təlimlərinə uyğunlaşdırmağa cəhd edən konfusiçilər 

ruhların insanlara çevrilməsinə çox səylə girişmiş, miflərin və 

əfsanələrin rasional izahı üçün də az iş görməmişlər. 

Burada miflər  ənənəvi tarixin bir hissəsinə çevrilmişdir. 

Bambuk lövhələrə mifləri köçürərkən onun ilkin mənası  təhrif 

edildiyindən, insanlar ancaq yazılanlara inanmağa başladılar. 

Tədricən isə ağızdan-ağıza keçən miflər unudulmağa başladı.  

Nəticədə səmərələşdirilmiş miflər fəlsəfi ideya və təlimlərin 

tərkib hissəsinə çevrilmiş, miflərin personajları isə konfusi 

təlimlərinin təbliğində istifadə edilən tarixi şəxsiyyətlər kimi çıxış 

etmişlər. Xüsusilə mifik padşahlar Yao Şun, Yuy qədim dövrün 

ideal hakimlərinə çevrildilər. Onların hakimlik dövrü isə Çin 

tarixinin «Qızıl əsri» elan edildi. Amansız və qəddar hökmdarlar 

Tsze, Çjou obrazları da uyğun  şəkildəyişməyə  məruz qalıbdır. 

Onlar Yao, Şun və Yuyun antipoduna - tiranlara çevrilmişlər. 

Bütün bunlar miflərdə öz əksini tapmış, xalq ənənələrindən hakim 

sinfin mənafeyinə uyğun şəkildə istifadə etmək məqsədinə xidmət 

etmişdir. Qədim dövrün bütün fəlsəfələrinin tarixi sübut edir ki

qəbilə-tayfa quruluşunun mifoloji baxışları elmi biliklərin 

yaranması prosesinə böyük təsir göstərmişdir. Fəlsəfə öz 

bünövrəsini mifoloji təsəvvürlər zəminindən götürmüş, onun 

materialından  əsaslı  şəkildə istifadə etmişdir. Bu mənada qədim 

Çin fəlsəfəsi Çin mifologiyasından geniş  şəkildə  bəhrələnmişdir. 

Başqa xalqların fəlsəfəsi kimi mifologiya ilə  sıx bağlı olan Çin 

fəlsəfəsi bir sıra spesifik xüsusiyyətlərə malik olmuşdur. Bu 

spesifik xüsusiyyətlər Çin mifologiyasının öz spesifikasından 

doğur. Çünki Çin mifləri, hər  şeydən  əvvəl, keçmiş sülalələr 

haqqında, «Qızıl  əsr» haqqında tarixi əfsanələrin məcmusundan 

ibarətdir. «Şi tszin» «Dəyişikliklər kitabı», «Şi tszin» «Nəğmələr 

kitabı», «Şu tszin» «Tarix kitabı» və s. əksər hissələri qədim 

miflərə  əsaslanır. Bu əsaslanma isə bir sıra kitablar «Şi tszin»  

sübutu üçün ən nüfuzlu arqumentlər hesab olunur. Çin mifləri 

qədim çinlilərin dünya baxışmı  əks etdirən materiallarla o qədər 

də  zəngin deyildir. Ona görə Çin fəlsəfəsində naturfəlsəfə 

ideyaları mühüm yer tutmamışdır. Lakin başlanğıc haqqında, 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə