Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə89/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   111

______________Milli Kitabxana_____________ 

 315


digər dərəcədə əksini tapsa da, brəhmənizmdə daha geniş şəkildə 

əks olunmuşdur. 

Bu din öyrədirdi ki, vedizm dini allahları ilə yanaşı  ən ali 

mütləq olan yaradıcı Brəhmən allahı mövcuddur. Onun 

hissələrindən ibarət olan bütün canlı varlıqların ölməz ruhları 

onunla qovuşmağa can atmalıdır. Bu məqsədə çatmaq üçün ruhun 

köçürülməsinin sonsuz sırası durur. Bu ruh da bitkilərdən və 

heyvanlardan tutmuş brəhmənlərə, padşahlara və  hətta səma 

sakinlərinə qədər müxtəlif formalarda zühur edə bilər. Ruhun hər 

bir yeni doğulmasının forması insanın özündən, onun sağlığındakı 

əməllərindən (karma qanunu), onun möminliyinin dərəcəsindən 

asılıdır. Brəhmənlərə sözsüz tabeçilik, hakimiyyətin 

ilahiləşdirilməsi, öz varnasının drahmasını yerinə yetirmək, bu 

varna tərəfindən müəyyən edilmiş ayinlərə  əməl edilməsi 

brəhmənizmə görə,  ən mühüm fəzilətlər, xeyirxahlıqlar hesab 

olunurdu. Bu göstərişlərin yerinə yetirilməsi guya ruhun yeni, 

daha yaxşı köçürülməsinə  səbəb olur, dharmanın tələblərinin 

pozulması isə yeni bədbəxt hadisələrə, pozulmalara gətirib 

çıxarmışdır. Brəhmənlərin təlimi onların müqəddəs varlıqlar 

sifətində  qəbul edilərək hakim təbəqə mövqeyini qoruyub 

saxlamağa xidmət etmişdir. Bütövlükdə isə hinduizm mifologiyası 

brəhmənizm mifologiyasından bəhrələnmişdir. Brəhmənizm isə 

özlüyündə Vedlərdən qidalanmışdır. Vedlər dini, yaxud Vedizm 

Hindistan  əhalisinin xeyli hissəsinin e.ə. II-I minilliyin 

əvvəllərində  təşəkkül tapmış  və müqəddəs mətnlər külliyyatları 

olan Vedlərdə (hərfi - bilik) yazılı  şəkildə  tərtib olunmuş dini 

etiqad və ayinlərdir. Vedlər  ən qədim himnlərdən, dualardan, 

qurbanlıq qaydalarından və cadularından ibarət olan 4 

külliyyatdan (samhidlərdən) - Riqveda, Yacurveda, Samaveda və 

Atharvavedadan ibarətdir. Vedizm dininin allahları ilk vaxtlar 

təbiət qüvvələrinin və hadisələrinin antropomorf şəkildə 

canlandırılmasından ibarətdir. Aqni - od allahı,  İndra - atmosfer, 

yağış və tufan allahı, Surya - Günəş allahı, Dyaus (Varuna) - göy 

allahı, Soma - Ay və məstedici içki allahı, Vritra - quraqlıq allahı 

və s. İbtidai cəmiyyətin dağılması, sinfi cəmiyyətə keçid, 

dövlətlərin meydana gəlməsi ilə adları  çəkilən allahların da 




______________Milli Kitabxana_____________ 

 316


funksiyaları mürəkkəbləşir.  İndra müharibə allahına, allahların 

padşahına və Yer allahının hamisinə, Varuna allah hakiminə 

çevrilir və s. Ayinin əsası qurbanvermə  mərasimlərindən ibarət 

idi. Bununla da təsəvvür edilirdi ki, qurbanvermə yer üzərindəki 

həyatda insanlara allahın köməyini, ölənlərin ruhlarının isə  səma 

səltənətində (cənnətdə) dirilməsini təmin edir. Qurban verilməsinə 

əvvəllər tayfaların, icmaların, ailələrin başçıları, sonralar isə 

peşəkar kahinlər-brəhmənlər rəhbərlik edirdilər. 

Hind mifologiyasının üç əsas sistemində mifoloji 

personajların hər biri özünün müstəqilliyi və böyük fərqləri ilə bir-

birindən seçilir. Vedizm mifologiyası Şimal-Qərbi Hindistanda ari 

tayfaları arasında e. I-ı minilliklərdə formalaşmışdır. Vedizm 

mifologiyasının  əsas cəhəti çoxallahlılıq-politeizmdir. Hinduizm 

mifologiyası sonralar, ari tayfalarının kütləvi surətdə  Cənub və 

Şərqə doğru hərəkət etməsi şəraitində formalaşmışdır. Onlar yerli 

mədəniyyətlərə  əhəmiyyətli təsir göstərməklə yanaşı, həmin 

mədəniyyətlərdən çox şeyi mənimsəmişdilər. Vedizm 

mifologiyasının davamçısı  və transformasiyası olan hinduizm 

mifologiyası kedlərin ali bilik mənbəyi nüfuzu qəbul etmişdilər. 

Lakin bununla yanaşı onlar monoteist təsəvvürlərə doğru böyük 

təkamülə  uğramışdılar. Bunlar isə bütün varlığın ilk yaradıcısı 

ideyasının aktuallaşdırılmasında, qaydaya salınmış ilahi üçlüyün 

yaradılmasında, universallıq iddiasında olan böyük dinlərə xas 

cizgilərin işlənib hazırlanmasında özünü göstərirdi. Vedizm 

mifologiyası sadəcə olaraq hinduizm mifologiyasına 

transformasiya edilməmişdir. O, müəyyən dərəcədə hinduizm 

mifologiyası ilə yanaşı mövcud olmuş, bir sıra mərasimlərdə öz 

mövqeyini saxlamışdır. Müqəddəs hesab edilən «Riqedada», 

«Yacurveda» və s. mətnlərindən isə özünü müdafiə kimi istifadə 

etmişdir. Qədim Vedizm və hinduizm mifologiyasının bir çox 

cəhətləri  Şimalda deyil, dravid Cənubda daha yaxşı 

saxlanılmışdır. 

Ortodoksal, brəhməniləşdirilmiş vedizm və hinduizm 

miologiyasından fərqli olaraq e.ə. VI əsrdə Hindistanın  Şimal-

Şərq vilayətlərində yaranan buddist mifologiyası brəhmən 

mahiyyətindən uzaq olub, həm sanskrit, həm də yerli orta 




______________Milli Kitabxana_____________ 

 317


Hindistan dialektlərini birləşdirən dilə malik olub əhalinin daha 

geniş  təbəqələrini  əhatə edir. Cəmiyyətin bu təbəqələri sosial 

mülkiyyət və etnik münasibət cəhətdən bir-birindən köklü surətdə 

fərqlənən təbəqələr olmuşdur. Vedizm və hinduizm mifologiyaları 

bir sıra personajları və süjetləri götürən, mənimsəyən Buddizm öz 

dini-fəlsəfi prinsiplərinə müvafiq olaraq mifologiyaya məhdud, 

ikinci dərəcəli yer vermiş, öz tərkibinə mifoloji təbəqəni daxil 

etməyə isə yüksək nəzəriyyə  və xalq etiqadları arasında bir növ 

kompromis kimi baxmışdır. 

Hind mifologiyasının səciyyəvi cəhətlərindən biri onun 

müxtəlif təcəssümlərinin (vedizm, hinduizm, brəhmənizm, 

buddizm və s.) olmasında deyil, onların məkan və zamanda yanaşı 

mövcudluğu və mifoloji sistemlərin üzvi şəkildə varisliyindədir. 

Çox zaman Hind mifologiyası vahid mifoloji sistem kimi təqdim 

olunur və onun komponentlərinin mövcudluğu ikinci dərəcəli bir 

hal kimi verilir. 

Ən qədim dövrlərdən Hindistanda zəngin və spesifik elm 

inkişaf etmişdir. Hələ e.ə. III minilliyin ortalarında yazı meydana 

çıxmışdır. Metalın işlənməsi, təbabət, həndəsə, şahmatın kəşfi və 

s. Hindistanda mədəniyyətin tarixi qədimliyini bir daha sübut edir. 

Bu dövrdə Hind alimləri onluq hesab sistemini kəşf etmişdir. 

Triqonometriya, hesab, cəbrin nailiyyətləri, yerin şar  şəklində 

olması, ayların 12, ayın 30 gün və s. kəşflər də hindlilərə 

məxsusdur. 

II-I minilliklərdə Ved ədəbiyyatı, «Mahabharata» 

ensiklopedik  əsəri, qədim Hind dramaturgiyası «Kalidasa», dini 

ədəbiyyat, Buddanın həyatının «təsviri» geniş yayılmışdır. Musiqi 

Hindistanın mədəniyyətinin ayrılmaz bir hissəsidir. Rəssamlıq, 

məbədlərin tikintisi, təsviri sənət, din fəlsəfəsi, fəlsəfi məktəblər 

də Qədim Hind mədəniyyətinin mühüm elementləridir. 

Qədim Hindistanın maddi və  mənəvi mədəniyyəti dünya 

sivilizasiyası tarixində mühüm yer tutur. 

 

 

 



 


Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə