Dərslik dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə117/125
tarix27.10.2017
ölçüsü2,37 Mb.
#6897
növüDərs
1   ...   113   114   115   116   117   118   119   120   ...   125

 

371


Ulu  öndərimiz H. Əliyev Azərbaycan Respublikası  

Gənclərinin I forumunun bir illiyi ilə  əlaqədar bir qrup 

forum nümayəndələri ilə  görüşdə demişdir: «Gənclər 

xalqımızın milli ənənələri, milli mənəvi dəyərləri  əsasında 

tərbiyələnməlidirlər. Eyni zamanda gənclərin tərbiyə 

edilməsində, təhsillənməsində ümumbəşəri dəyərlərdən geniş 

istifadə olunmalıdır. Milli mənəvi, ümumbəşəri dəyərlərinin 

hamısı bilikdə  bütün vətəndaşlarımızın və  xüsusən 

gənclərimizin mənəvi kodeksini təşkil etməlidir. Gənclər 

arasında aparılan iş bu istiqamətdə olmalıdır».

1

 

Fəal həyat mövqeyinin  üçüncü komponenti uşaq və 



yeniyetmələrin ideya-siyasi hazırlığıdır. İdeya-siyasi hazırlıq 

nə qədər yüksək olsa, insanın həyat mövqeyi bir o qədər də 

möhkəmlənər. Fəal həyat mövqeyinin mühüm komponent-

lərindən biri də    şəxsiyyətin  özünü  dərk etməsidir.  Özünü 

dərk edən, özünün nəyə qadir olduğunu bilən insan həyatda 

fəal mövqe tutmağı bacarır.  Özünü yaxından tanıyır,  öz 

nöqsanlarını görür, özünün mənəvi dünyasını təkmilləşdirir, 

kamilləşdirir. Yeniyetmə özünü dərk etməklə, həyat zirvəsini 

müəyyən etməklə həyatda fəal mövqe tuta bilər. Özünü dərk 

edən yeniyetmə,  özünə  və başqalarına səmimi və mehriban 

yanaşır,  ədalət və doğruluq mövqeyindən  çıxış edir.Nəticə 

olaraq demək mümkündür ki, elm, dünyagörüşü bu qənaətə 

gəlib ki, insanın, şəxsiyyətin mənəvi mövqeyi olması üçün ilk 

növbədə gərək onun mənəvi mədəniyyəti olsun. Azərbaycan 

xalqı qədim və zəngin mənəvi mədəniyyətə malikdir. Mənəvi 

mədəniyyət  şəxsiyyətin sosial yetkinliyini göstərən  əlamət 

olmaqla bilik və hisslərin ahəngdarlığında,  əqidə ilə 

hərəkətlərin sözlə  işin vəhdətində, məqsədlərin və onların 

həyata keçirilməsi vasitələrinin 

əlaqələndirilməsində, 

                                                 

1

 Azərbaycan Respublikası Prezidentinin gənclərlə görüşü, Bakı, 1997 



«Sabah» nəşriyyatı, səh. 14. 


 

372


davranış tərzinin ardıcıllığında öz ifadəsini tapır. 

Şəxsiyyətin həyat mövqeyinin tam və  fəal olması 

mənəvi mədəniyyətin mühüm komponentidir. Bundan 

bəhrələnən mənəvi mövqe isə insanın hadisələrə, ictimai 

hallara,  əməllərə prinsipial münasibəti deməkdir. Mənəvi 

mövqe həyatın aydın dərk edilməsi ilə,  şəxsiyyətin fikir və 

hərəkətləri ilə  səciyyələnir. Mənəvi mövqe  insan xarakte-

rinin  еля bir keyfiyyət vəziyyətidir ki, onun sosial və  əxlaqi 

möhkəmliyini müəyyən edir. Mənəvi mövqedə şəxsiyyətin bu 

tam xassəsi həyat mətinliyi, ardıcıllığı,  öz  əməllərinə 

cavabdeh olaraq, mürəkkəb həyat faciələrinə davam 

gətirmək, müxtəlif münaqişəli hallarda öz nöqteyi-nəzərini 

müdafiə etmək qabiliyyəti üçün təminatdır. 

Mənəvi mövqeyin idealları  və  təcrübəni  əlaqələn-

dirmək, yabançı meyllərə, mənfi təsirlərə müqavimət göstər-

məyi bacarmaq, müxtəlif həyat problemlərinin və ziddiyyət-

lərin həlli zamanı düzgün yollar tapmaq deməkdir. 

İnsanın  əqidəsi mənəvi mövqeyin  ən mühüm 

göstəricisidir. Biliklər və  həyat təcrübəsi  əqidədə  öz  əksini 

üzvü surətdə tapmalıdır.  Əqidənin yetkinliyi, sabitliyi belə 

bir inam oyadır ki, insan hər cür vəziyyətdə öz prinsiplərinə 

sadiq olaraq, onlara xilaf çıxmayacaq, təzyiqə davam 

gətirəcək, geri çəkilməyəcəkdir. Möhkəm mənəvi  əqidəni 

«bərkdən-boşdan  çıxmış» hisslərin, münasibətlərin,  əməl-

lərin süzgəcindən keçmiş bilik də adlandırmaq olar. 

Uşaq və yeniyetmələrin turizm fəaliyyətinə  cəlb 

olunmasında, turizmə maraq oyatmaqda valideynlərin də 

fəaliyyətini unutmaq olmaz. Vətənimizin tarixinə aid 

məşhur səyyahların, görkəmli elm və  mədəniyyət 

xadimlərinin xatirələrini gənc nəsilə  çatdırılması da faydalı 

ola bilər.  İstirahət günlərində  müxtəlif muzeylərə,  тарихи 

abidələrin olduğu yerlərə, sərgilərə, şəhərin görməli yerlərinə 

ekskursiyalara və ya gəzintilərə aparmaq məqsədəuyğun-



 

373


dur. Belə ekskursiyalar, gəzintilər zamanı yalnız uşaqlar 

deyil, valideynlər də vətənimizin qəhrəman keçmişi və tarixi, 

onun inqilabi ənənələri və abidələri, vətənimizin bugünkü 

nailiyyətləri, gözəllikləri ilə tanış olur, iftixar hissi duyurlar. 

Belə  gəzintilər zamanı  uşaqlar  şəhərimizi, vətənimizi daha 

dərindən sevir, onun adamlarına, xalqımıza hörmət  вя 

мящяббят щисси ашылайырлар. 

Müstəqilliyini yenidən bərpa etmiş  gənc  ölkənin 

turizm siyasəti dövlət siyasətinin  əsas tərkib hissələrindən 

biridir. Respublikamızda son zamanlar müşahidə olunan 

sosial-iqtisadi nailiyyətlər  ölkəmizdə turizm fəaliyyətinin 

daha sürətli inkişafına zəmin yaradır.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

374


XÜLASƏ 

 

«Turizmin əsasları» adlı fundamental dərslik Azərbay-



canda  ölkədaxili  və beynəlxalq  turizmin inkişafı ilə bağlı 

olaraq meydana gəlmişdir. Milli-mənəvi dəyərlərə əsaslanan 

bu dərslik mədəniyyət və turizmin inkişafına müsbət təsir 

göstərə biləcək bir çox sahələri kulturoloji baxımdan özündə 

əks etdirə bilmişdir. Dərsliyin hazırlanması prosesində 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 

professor və  müəllim heyətinin turizm elmi  sahəsində 

apardığı tədqiqatlar xüsusi əhəmiyyət kəsb etmişdir. Keçmiş 

təcrübəyə müasirlik baxımından yanaşılmış, müxtəlif fəsil və 

bölmələr fundamental və 

tətbiqi kulturologiyanın 

beynəlxalq tələbləri əsasında işlənilmişdir. 

     «Turizmin əsasları» dərsliyinin mövzuları müəyyən-

ləşdirilərkən müvafiq fənn proqramında nəzərdə tutulan 

spesifik xüsusiyyətlər nəzərə alınmış, turizm sahəsinin idarə 

olunması sistemindəki yeniliklər 

əsas amil kimi 

götürülmüşdür.  

    Məlumdur ki, Azərbaycan dövlət müstəqilliyini 

əldə etdikdən sonra mədəniyyət və turizm müəssisələrinin 

fəaliyyət istiqamətləri də yeniləşmiş,  bütün idarəetmə 

sistemi  bazar iqtisadiyyatı  şəraitinə uyğunlaşdırılmışdır. 

Sözsüz ki, belə  vəziyyətdə  «Turizmin əsasları» dərsliyinin 

həyat gerçəkliklərinə  uyğunlaşdırılması  zərurəti meydana 

çıxmışdır. Turizm elmi zamanın  öz məhsuludur. Bu sahə 

sosial mədəni fəaliyyətə qoşulan konkret şəxsiyyətlə mənəvi 

həyatın inteqral təzahürü hesab olunan mədəniyyət arasında 

bir körpüdür. Bu körpü  şəxsiyyətin yaradıcı potensialının 

maksimal inkişafının yeni metodları ilə formalaşaraq, onun 

şəxsi keyfiyyətləri və 

zəkasının zənginəşməsi ilə 

möhkəmlənir. Bu elmin prinsipial xüsusiyyətlərindən  ən 

başlıcası odur ki, o öz tədqiqində idealı yox, məhz müasir 

dünyanın obyektiv reallığını seçir və  ümumbəşəri mənəvi 

dəyərlərə istinad edir. Turizm inkişaf etdikcə o, insana 



Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə