Dərslik dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə115/125
tarix27.10.2017
ölçüsü2,37 Mb.
#6897
növüDərs
1   ...   111   112   113   114   115   116   117   118   ...   125

 

365


Yerindən boylanan günəş öz ilıq suları ilə çiçəkləri oxşayır, 

onlara sevinc verir. Həmin güllərin arasında qönçəsinin 

böyüklüyü  və  gözəlliyi ilə    fərqlənən ağ  rəngli bir çiçək 

Günəşi rəfiqələrinin hamısından çox sevirmiş. Lakin Günəş 

bütün çiçəklərə eyni gözlə baxır, nəvaziş göstərirmiş. Günəş 

onu daha çox görsün deyə, həmin  çiçək sarmaşıq kimi 

ağaclara, kollara dolaşır, həsrətlə  göylərə  dırmaşırmış, 

ancaq sevgilisi onun məhəbbətinə biganə qalır, başqa güllərə 

də meyl göstərirmiş. Bu həmin  çiçəyi bərk sarsıdır. O, and 

içir ki, ömrü boyu bir daha daş  qəlbli sevgilisinə 

baxmayacaq,  üzünü ona çevirməyəcəkdir.  Çiçək  əhdinə 

sadiq qalır. Günəş  həmin  çiçəyi bir daha görə bilmir. 

Küskün çiçək öz səadətini qaranlıqda axtarır. Bu xəbəri Ay 

eşidir. O, öz gümüşü nuru ilə həmin çiçəyi oxşayır, sevgisini 

ona açır. Beləliklə, onlar bir-birini sevirlər. O gündən 

etibarən  çiçək, ancaq axşamlar açır, səhər Günəş doğanda 

isə  ləçəklərini yumur, Günəşdən gizlənir. O zamandan 

insanlar təbiətin bu incə qızına «Ay çiçəyi» adı vermişlər.  

Gümüşü yanaqlı qovağın kölgəsində istirahət edər-

kən uşaqlar bülbülün qəmli nəğməsini eşidirlər. Bülbülün 

qəmli nəğməsi uşaqların diqqətini cəlb edir. Onlardan biri-

nin «nə üçün bülbül qəmli oxuyur?» - suallına müəllim bül-

bülün qəmli nəğməsi haqqında eşitdiyi  əfsanəni danışır: - 

Bülbül güllərin şahı olan qızıl gülə aşiq olur, gül də bülbülün 

məhəbbətinə biganə qalmır, onu sevir. Qızıl gül sübh tezdən 

açıldığına görə onlar hər gün səhərlər görüşərlərmiş, lakin bu 

xoş günlər uzun sürmür. Xar adlı nankor bülbülün səadətinə 

əngəl törədir, onları bir-birinə qovuşmağa qoy-mur. Xar öz 

qollarını  ilan  kimi  gülün bədəninə dolayır. Bülbül Xarı 

döyüşə çağırır, lakin Xar namərdlik edir, təkliflə razılaşmır. 

Bülbül gülə dolaşan Xara hücum edir. Hər  şığıyanda gülün 

tikanları onun köksünü deşir. O zamandan bülbül gülün eşqi 

ilə yanır, gecə-gündüz sevgili-sini düşmənin  əlindən 



 

366


qurtarmağa  çalışır. Bülbül məhəbbə-tinin həsrətindən və 

köksünün ağrısından həmişə qəmli nəğmələr oxuyur. 

Deyirlər ki, elə buna görə  də  ən yaxşı  şairlər, 

müğənnilər  ürəkdən sevənləri bülbülə  bənzədir, ona nəğmə 

qoşurlar. Doğrudan da təbiətin bu zərif varlığının necə 

maraqlı macəraları vardır. Xalq həmişə  bülbülü sevmiş, 

onun taleyi ilə maraqlanmışdır. 

Bülbülə qoşulmuş xalq mahnılarının birində deyilir: 

 

Bülbül, sənin işin qandı, 



Aşiqlər oduna yandı. 

Nədən hər yerin al-əlvandı, 

Köksün altı Sarı bülbül. 

 

Hazırda respublikamızın müxtəlif bölgələrində, o 



cümlədən təbiətinin gözəlliyi ilə seçilən, Azərbaycanın dilbər 

guşələrindən biri olan, füsunkar təbiəti ilə  fərqlənən

uzunömürlülər diyarı Lerik rayonunda da turizm fəaliyyəti  

günü-gündən geniş vüsət almaqdadır. Doğma diyarın fauna 

və florasını  öyrənmək, canlı  təbiətə ekskursiyalar təşkil 

etmək sahəsində Lerik məktəbləri xeyli təcrübə toplamışlar. 

Bu ekskursiyalarda uşaqlar hər  çiçəyin iyini, qoxusunu, 

zərifliyini, insanın sağlamlığında onların  əhəmiyyətini 

öyrənir, nümunələr götürürlər. Belə ekskursiyaların 

müvəffəqiyyətli keçməsində  müəllimlərlə  bərabər Lerikin 

uzunömürlü insanlarının köməyi də qiymətlidir. Baharın ilk 

günlərində insanların baxışlarını  özünə  cəlb edən «Nərgiz» 

çiçəyi  haqqında əfsanənin öyrənilməsi də belə ekskursiyalar 

zamanı  açıqlanmışdır. Yunan mifologiyasında  ən  çox yayı-

lmış versiyaya görə Narsis yunan çay allahı Kefiss

 

və su 



ilahəsi Yiriopanın oğludur. Uşaq dünyaya gələndən sonra 

valideynləri Ziresdən (gələcəyi görən) uşağın taleyini 

öyrənilər. O deyir ki, bu uşaq çox yaşayacaq, bu şərtlə ki, öz 



 

367


sifətini görməsin. Oğlan qeyri-adi gözəl kimi böyüyür, bütün 

qadınlar ona vurulsa da heç kimə meyl etmir. Hətta ən gözəl 

pəri Exo ona vurulur. Narsis bu məhəbbəti də  rədd edir. 

Qüssədən Exo elə quruyur ki, onun bircə  səsi qalır. Exo 

ifadəsi həmin pərinin  əks-sədasıdır. Bütün rədd olun-muş 

qadınlar  ədalət ilahəsi Mimisidaya şikayət edir, oğlan-dan 

qisas almağı xahiş edirlər. Mimisida onların xahişini nəzərə 

alır. Bir dəfə o ovdan qayıdanda oğlan bulaqdan su içərkən 

öz  şəklini görür və  özünə vurulur. Şəkildən ayrıla bilməyən 

oğlan qüssədən  və  özünə olan vurğunluqdan məhv olur. 

Onun öldüyü yerdə isə həmin Nərgiz çiçəyi bitir. Bu çiçəyə o 

vaxtdan «Nərgiz» deyirlər. Roma şairi Publi Ovidi Nazon 

(e.  ə. 43-cü il – b. e. 18-ci il) bu versiyaya maraqlı  əsər 

yazmışdır.    

Təcrübə  göstərir ki, uşaq və yeniyetmələrlə turizm 

fəaliyyətində texniki vasitələrdən, video materiallardan 

istifadə etməklə onların təbiətə  məhəbbətini daha da 

artırmaq olur. Müxtəlif ölkələrin fauna və florası ilə tanışlıq, 

qiyabi ekskursiyalar təşkil etmək baxımından texniki 

vasitələr çox əhəmiyyətlidir. Təcrübə göstərir ki, təbiət mavi 

ekrandan daha cəlbedicidir,  çünki orada çiçəklər, böcəklər

müxtəlif heyvanlar var, başqa sözlə  həyat var. Təbiətə 

səyahətlər, turizm fəaliyyəti sistemli, məqsədli aparıldıqda 

təbiətin sirlərinə addım-addım yiyələnən uşaqlar və 

yeniyetmələr ana torpağı, onun gözəlliklərini sevir, onun 

qorunmasında fəallıq göstərirlər. 

Turizm fəaliyyəti uşaqların mənəvi cəhətdən kamil-

ləşməsinə imkan verdiyi kimi onların fiziki sağlamlığına da 

müsbət təsir göstərir. Bəşəriyyətin  ən dəyərli sərvəti 

insandır.Bir həqiqəti unutmamalıyıq ki, texniki nailiyyətlər 

heç vaxt insanların səhhətinin qorunması  və  möhkəm-

ləndirilməsi ilə müqayisə edilə bilməz. İnsan sağlamlığı hələ 

Hippokrat (e. ə. 460-370) dövründən müdrik insanların 



Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə