Dərslik dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə116/125
tarix27.10.2017
ölçüsü2,37 Mb.
#6897
növüDərs
1   ...   112   113   114   115   116   117   118   119   ...   125

 

368


diqqətini cəlb etmiş, yunan xalqı Sokratın (e. ə. 470-399)  

məşhur kəlamının  əsasında «sağlam bədəndə sağlam ruh 

olar» məsələni yaratmışlar. Qədim Elladanın nəhəng 

qayalarından biri üzərində bu sözlər həkk olunmuşdur: 

«Güclü olmaq istəyirsənsə qaç, sağlam olmaq istəyirsənsə 

qaç, gözəl olmaq istəyirsənsə qaç».

1

 Turizm fəaliyyətində də 



bu və ya digər formada qaçış  və  hərəkət vardır. Böyük 

Roma şairi Kvint Horasi Flakk (e. ə. 65-ci il – b. e. 8-ci il) 

qədim Elladanın Daş kitabəsini bəyənmiş, adamlara öz 

sağlamlıqları naminə qaçmağı məsləhət görmüş və demişdir 

ki, «sağlam ikən qaçmasan, xəstələnəndən sonra qaçmalı 

olacaqsan». Antik dövrün böyük filosofu Platon (e. ə. 428-

348)  sağlamlığı insan üçün birinci xoşbəxtlik hesab edir. 

Qədiм yunan tarixçisi Plutarx (e. ə. təx. 45-127) isə deyirdi 

ki, gimnastika təbiətin  şəfaverici hissəsidir. «Qanunlar» 

əsəri-nin müəllifi xalq arasında Loğman adı ilə tanınan Əbu 

Əli ibn Sina (təx. 980-1037) deyirdi: 

 

      Vərzişlə (idmanla) yaxşıca olsan aşinə 



                      Çatarsan fərəhlə sən yüz yaşına. 

Bəlkə də daha çox yaşayarsan bil, 

Həb və toz dərdinə dərman deyil, 

Bütün dərdlərinə bax budur dava

Təbiət - su, günəş və təmiz hava.

2

 



 

Makedoniyalı  İsgəndər (e. ə. 356-323)  bədən 

tərbiyəsi ilə  müntəzəm məşğul olduğuna görə Bosfor 

boğazını hələ uşaq ikən üzüb keçmiş, yeniyetmə ikən - Vəhşi 

atı Busefalı ram etmişdir. Alman filosofu İmmanuil Kant 

(1724-1804) həyatının ilk dövründə  sısqa,  çəlimsiz bir uşaq 

                                                 

1

 T. Əkbərov “Estetika və təbiət”. Bakı , 1977,  “Gənclik”, səh. 19. 



2

 “Ədəbiyyat və incəsənət” qəzeti, 03.10.1980. 




 

369


olmasına baxmayaraq, bədən tərbiyəsi və idmanla məşğul 

olmuş qeyri-adi dəqiqliklə  həyat sürmüş, 80 il yaşamışdır. 

Köniqsberq  əhalisi saatını onun gəzintiyə  çıxması ilə 

yoxlarmış. Görkəmli ingilis şairi  Bayron (1788-1824) 

idmanla müntəzəm məşğul olmaqla, anadangəlmə ayaq 

qüsurunu nisbətən aradan qaldırmış, dövrünün məşhur 

idmançılarından biri kimi tanınmışdır. Böyük rus sərkərdəsi 

A. V. Suvorov (1730-1800) bədəncə zəif olduğuna görə, onu 

hərbi xidmətə  götürmək istəməmişlər. Lakin o idmanla 

məşğul olmaqla nəinki hərbi xidmətə getmiş, hətta dövrünün 

ən dözümlü hərbi sərkərdələrdən biri olmuşdur. 

Sağlamlığı  mühafizə edən, möhkəmləndirən mühüm 

amillərdən biri turizm fəaliyyətidir.  Bu təbiidir. Çünki bütün 

canlı varlıqlarda fiziki hərəkət etmək tələbatı vardır. 

Hərəkət etmək tələbatının  ödənilməsi  üçün insan qaçmalı, 

hoppanmalı, müxtəlif fiziki hərəkətləri icra etməlidir. 

Hərəkət orqanizmin həyat fəaliyyəti, onun ayrı-ayrı  üzvləri 

və sistemlərinin zəruri təbii stumuludur. Turizm fəaliyyəti 

uşaq və yeniyetmələrin sağlam və  möhkəm böyüməsini 

təmin edir, onlara həyatda zəruri olan hərəkət, bacarıq və 

vərdişləri (düzgün yerimək, qaçmaq,  üzmək və s.) aşılayır, 

onları  əmək fəaliyyətinə hazırlayır, ləyaqətli vətəndaş kimi 

yetişdirir. 

Ekskursiyalar, turizmin müxtəlif növləri, sağlamlığı 

təmin edən təbii və gigiyenik amillər turizm fəaliyyətində 

mühüm yer tutur. Gimnastikadan fərqli olaraq oyunlar 

bütövlükdə orqanizmə  təsir edir, hərəkət elementləri 

kompleks inkişafa kömək edir. Oyunların dinamikası 

uşaqlara təşəbbüskar olmağı, müstəqil hərəkət etməyi 

öyrədir. Oyunlar uşaqların həyatında mühüm yer tutur.  

Uşaqların fiziki və  mədəni inkişafında turizmin 

imkanları tükənməzdir. O çətin şəraitdə necə hərəkət etməyi, 

dözümlülük, iradəli olmaq, çətinlikləri dəf etmək bacarığı, 



 

370


müşahidəçilik, məsuliyyət, təbiətə qayğılı  münasibət və s. 

tərbiyə edir. 

Uşaq və yeniyetmələr turizm fəaliyyətinin müxtəlif 

yolları  və  növləri ilə  məşğul olarkən gördükləri maddi və 

mənəvi dəyərləri, təbiətə, incəsənətə aid elmi bilikləri təhlil 

edir, nəticə  çıxarır, həyatda  öz yerləri,  öz mövqeləri,  öz 

vəzifələri  haqqında düşünürlər. Bu gün torpaqlarımızın 20 

%-nin erməni işğalçıları tərəfindən zəbt olunması, Kəlbəcər, 

Qubadlı, Füzuli, Laçın, Zəngilan, Ağdam, 

Şuşa  


rayonlarının əhalisinin öz doğma yurdlarına qayıtmaları bizi 

hər gün düşündürməlidir.Onlar torpaqlarımızın azad 

olunması, qaçqın və köçgünlərin öz  el - obalarına qayıtması 

problemlərində bir məqsədə: daha elmli, daha güclü olmağa 

çalışmalıdırlar. 

Əsrlər boyu bilik - işıq, biliksizlik - zülmət hesab 

edilmişdir. Bu baxımdan bəşər övladı öz idrakının inkişaf və 

təkmilləşməsinə  görə elmə, biliyə borcludur. Elmi, əxlaqi-

etik, estetik biliklərə yiyələnmiş    uşaq və yeniyetmələrin 

həyat mövqeyi möhkəm olur. Hadisələrin dərinliyinə  nüfuz 

etmək və onların mahiyyətini dərk etmək dövrümüzün 

tələbədir. Erməni qəsbkarlarının heç bir əsası olmadan 

torpaq iddiasında olmalarının mahiyyətini dərk edən uşaq 

və yeniyetmələr məsələyə tarixi və elmi baxımdan 

yanaşdıqda müstəqil dövlətimizin müasir şəraitdə dövlətçilik 

siyasətinin fəal müdafiəçisinə çevrilirlər. 

Fəal həyat mövqeyinin ikinci komponenti mənəvi 

şüurla adətlərin, hərəkətlərin vəhdətinin təmin edilməsidir. 

Sözlə  işin bir- birinə uyğun gəlməsi fəal həyat mövqeyi 

tərbiyəsinin  əsasıdır. Müstəqil dövlətimizin inkişafı, onun 

dövlətçilik quruluşunun möhkəmlənməsinə  sözlə  əməlin 

birliyinə  təminat verən tədbirlərdə  fəallıq göstərmək, 

populist çıxışlardan  uzaqlaşmaq, birbaşa işə keçmək, uşaq 

və yeniyetmələrin həyat amalı olmalıdır. 




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə