Dərslik dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə120/125
tarix27.10.2017
ölçüsü2,37 Mb.
#6897
növüDərs
1   ...   117   118   119   120   121   122   123   124   125

 

382


Daxili turizm – Azərbaycan Respublikasında yaşayan 

vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan 

Respublikasının hüdudları daxilində səyahətləri; 

Xarici turizm – Azərbaycan Respublikasında yaşayan 

vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin başqa ölkəyə 

səyahəti; 

Gəlmə turizm – Azərbaycan Respublikasında yaşama-

yan vətəndaşların və  vətəndaşlığı olmayan şəxslərin 

Azərbaycan Respublikasının hüdudları daxilində 

səyahətləri; 

Sosial turizm – sosial ehtiyaclar üçün dövlətin ayırdığı 

vəsaitdən yardımlanan səyahət: 

Özfəaliyyət turizmi – yerdəyişmənin aktiv üsullarından 

istifadə olunmaqla turistlər tərəfindən sərbəst təşkil edilən 

səyahətlər; 

Turizm ehtiyatları – səfər edilən  ölkənin (yerin) təbii, 

mədəni, tarixi, sağlamlaşdırma obyektləri və turistlərin ayrı-

ayrılıqda və ya kompleks halında tələb və ehtiyaclarını 

təmin edə bilən, onların fiziki və  mənəvi qüvvələrinin 

bərpası  və inkişafına kömək edə bilən digər obyektlər 

məcmusu; 

Turizm infrastrukturu – turizm məhsulu istehsalı 

təşkilinin kompleksi sistemi və yaxud mehmanxana və digər 

yerləşdirilmə,  yerdəyişmə, nəqliyyat vasitələrinin, ictimai 

iaşə,  əyləncə obyektləri vasitələrinin tanış olma idrakı, iş-

peşə, sağlamlaşdırma, idman və digər təyinatlı obyektlərin, 

turoperator və turagent fəaliyyətini həyata keçirən 

ixtisaslaş-dırılmış  müəssisə  və  təşkilatların, həmçinin 

ekskursiya və bələdçi (bələdçi-tərcüməçi) xidmətləri göstərən 

təşkilatların məcmusu; 

Turizm məhsulunun hərəkətə  gətirilməsi – turizm 

məhsulunun satışına yönəldilmiş  tədbirlər kompleksi 

(reklam, ixtisaslaşdırılmış  sərgilər, yarmarkalarda iştirak, 



 

383


turizm məhsulunun satışı  üzrə turizm informasiya 

mərkəzlərinin təşkili, kataloqların, bukletlərin və s. nəşri). 

 

Maddə 2. Turizm haqqında qanunvericilik 

 

Turizm haqqında qanunvericilik Azərbaycan Respub-

likası Konstitusiyasına  əsaslanır və bu qanundan 

Azərbaycan Respublikasının digər normativ hüquqi 

aktlarından və  tərəfdar  çıxdığı beynəlxalq müqavilələrdən 

ibarətdir. 

 

Maddə 3. Turizm fəaliyyətinin dövlət tənzimlənməsi 

 

1. Dövlət turizm sahəsində turizm fəaliyyətinə kömək edir və 

onun inkişafı üçün əlverişli şərait yaradır;  

-turizm fəaliyyətinin  üstün istiqamətlərini müəyyən edir və 

onun həyata keçirilməsinə kömək edir;  

 Azərbaycan Respublikası haqqında turizm üçün 

əhəmiyyətli bir ölkə kimi təsəvvür formalaşdırır. 

2. Turizm  fəaliyyətinin  tənzimlənməsinin   əsas   məqsədləri  

aşağıdakılardır: 

-turistlərin  səyahətləri  zamanı    istirahət,  yerdəyişmə  

azadlığı  və  digər hüquqlarını təmin etmək;  

-ətraf mühiti (təbiəti) qorumaq,  

-turistlərin səyahətləri zamanı onların tələbatlarını  təmin 

edən turizmin inkişaf strukturunu inkişaf etdirmək, yeni iş 

yerləri yaratmaq, dövlətin və onun vətəndaşlarının gəlirlərini 

artırmaq;  

-beynəlxalq  əlaqələri inkişaf etdirmək, turizm baxış 

obyektlərini qoruyub saxlamaq, təbii, tarixi və  mədəni 

irsdən səmərəli surətdə istifadə etmək. 

3.  Turizm  fəaliyyətinin dövlət  tənzimlənməsinin  üsulları 

aşağıdakılardır: 



 

384


-turizm infrastrukturu sahəsində  münasibətlərin təkmilləş-

məsinə yönəldilmiş normativ hüquqi aktların qəbul edilməsi; 

-daxili və  dünya turizm bazarlarında turizm məhsullarının 

hərəkətə gətirilməsinə kömək göstərilməsi; 

-turistlərin hüququ və maraqlarını  müdafiə etmək, onların 

təhlükəsizliyinin təmin edilməsi; 

-turizm infrastrukturu sahəsində  xüsusi razılığın verilməsi, 

standartlaşdırılma və turizm məhsulunun sertifikatlaş-

dırılması: 

-turizmin inkişaf etdirilməsi  üzrə  məqsədli dövlət 

proqramlarının işlənib hazırlanması: 

-turizm infrastrukturuna investisiya qoyuluşu, o cümlədən 

xarici investorların cəlb olunması  üçün  əlverişli  şərait 

yaradılması: 

-turizm fəaliyyəti sahəsində elmi tədqiqatların inkişaf 

etdirilməsi; 

-turizm infrastrukturu sahəsində elmi tədqiqatların inkişaf 

etdirilməsi; 

Azərbaycan turistlərinin, turoperatorlarının, turagent-

lərinin və onların birliklərinin beynəlxalq turizm 

proqramında iştirakına şərait yaradılması; 

Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  

olunmuş digər üsullar. 

 

Maddə 4. Turizm sahəsində dövlətin vəzifələri 



 

1.Turizm sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 

-turizmin inkişafına dair dövlət proqramı  işləyib 

hazırlamaq; 

-turizm sahəsində dövlət siyasətinin əsaslarını və bu sahənin 

əsas istiqamətlərini müəyyənləşdirmək; 

-turizmin normativ bazasını işləyib hazırlamaq; 



 

385


-turizmdə sahələr arası  və regionlar arası  fəaliyyəti 

əlaqələndirmək; 

Azərbaycan  Respublikasını xaricdə  əhəmiyyətli turizm 

ölkəsi kimi tanıtmaq məqsədi ilə informasiya şəbəkəsi 

yaratmaq; 

-beynəlxalq turizm təşkilatlarında Azərbaycan Respubli-

kasının nümayəndəliyini təşkil etmək, turizmin inkişafına 

dair beynəlxalq proqramın işlənib hazırlanmasında iştirak 

etmək, turizm sahəsində  əməkdaşlıq  üzrə  müqavilələr 

bağlamaq və onların həyata keçirilməsi mexanizmini işləyib 

hazırlamaq; 

-ərazi turizm ehtiyatları kimi qəbul edilmiş obyektlərin 

qurulmasını və fəaliyyətini təşkil etmək; 

-turizm sahəsində peşə-ixtisas təhsili  üzrə istiqamətləri və 

ixtisasların siyahısını müəyyən etmək; 

-turizm qanunvericiliyinin icrasına nəzarət etmək; 

-turizm sahəsində standartlaşdırma və sertifikatlaşdırma 

qaydalarını hazırlamaq; 

-turizm təşkilatlarının reyestrini aparmaq; 

-mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, 

turizm fəaliyyəti ilə məşğul olan və turistlərə xidmət göstərən 

bütün müəssisələrdə xidmətlərin dövlət standartlarına riayət 

olunmasına nəzarət etmək. 

 

Maddə 5. Turizm sahəsində xüsusi razılığın verilməsi, 



standartlaşdırma və turizm məhsulunun sertifikatlaşdırılması 

 

1.Turizm fəaliyyəti sahəsində standartlaşdırmaya aşağı-

dakılar аиддир: 

-turizm müəssisələrinin və  turizm məhsullarının təsnifatı; 

turizm məhsullarının təhlükəsizliyinin və keyfiyyətinin təmin 

edilməsi; 




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə