Dərslik dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə121/125
tarix27.10.2017
ölçüsü2,37 Mb.
#6897
növüDərs
1   ...   117   118   119   120   121   122   123   124   125

 

386


-turizm məhsullarının turist tələbatına uyğunluq 

parametrlərinin müəyyənləşdirilməsi;  

-turizm müəssisələrinin işçilərinə verilən ixtisas tələbləri; 

-turizm müəssisələrinin ofislərinə verilən tələblər. 

2. Turizm fəaliyyəti sahəsində standartlaşdırma obyektləri 

müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

3. Turizm  fəaliyyəti sahəsində sertifikatlaşdırma turizm 

məhsulunun turistlərin tələbatını  təmin edən, onların  əmla-

kını qoruyan ətraf mühiti mühafizə edən qanunlara və digər 

normativ aktlara uyğunluğunu müəyyən etməkdir. 

4. Turoperatorların və ya turagentin turizm məhsulunun 

məcburi sertifikatlaşdırılmasından imtina etməsi, turizm 

məhsulunun sertifikatlaşdırılmasının, mənfi nəticəsi, habelə 

sertifikatın ləğv olunması turizm fəaliyyətinin həyata keçiril-

məsi  üçün verilmiş  xüsusi razılığın qüvvəдян  дцшмяси  və ya 

ləğvi ilə nəticələnir.        

 

 5. Turizm sahəsində  xüsusi razılığın verilməsi, standart-



laşdırma və turizm məhsulunun sertifikatlaşdırılması 

qanunvericiliyə uyğun olaraq həyata keçirilir. 

 

Maddə 6. Turistin hüquqları 

 

1. Turist səyahətə hazırlaşarkən habelə, tranzit dя daxil 

olmaqla bütün səyahət müddətində  aşağıdakı  hüquqlara 

malikdir;  

Nəzərdə tutulan proqrama müvafiq getdiyi ölkəyə (yerə) 

daxil olma; oрada qalma qaydaları. yerli əhalinin adətləri, 

dini mərasimlər, müqəddəs yerlər, xüsusi mühafizədə olan 

təbiət, tarix, mədəniyyət abidələri və digər turizm obyektləri, 

ətraf mühitin vəziyyəti, barədə zəruri və dürüst informasiya 

almaq; 



 

387


getdiyi  ölkədə (yerdə) mövcud olan məhdudiyyət tələbləri 

nəzərə alınmaqla hərəkət-yerdəyişmə  hüqu-qundan, turizm  

ehtiyatlarından sərbəst istifadə etmək; 

həyatının və sağlamlığının qorunması  üçün təxirəsalınmaz 

tibbi yardım alınması hüququna malik olmaq;   

turizm məhsulunun pərakəndə alqı-satqı  müqaviləsi 

şərtlərinin turoperator və ya turagent tərəfindən yerinə 

yetirilmədiyi hallarda ona dəymiş maddi və  mənəvi зийанын 

əvəzini Azərbaycan Respublikasının qanunvericiliyi ilə 

müəyyən olunmuş qaydada ödənilməsini tələb etmək; 

getdiyi ölkənin (yerin) hakimiyyəti və təxirəsalınmaz yardım 

növləri göstərilməsində kömək 

 

almaq.         



  

Maddə 7 . Turistin vəzifələri 

 

1. Azərbaycan Respublikasından xarici ölkəyə gedən turistin 

tranzit də daxil olmaqla, səyahət vaxtı  aşağıdakı  vəzifələri 

var: 


getdiyi ölkənin (yerin) qanunlarına riayət etmək, onun sosial 

quruluşuna, adətinə,  ənənələrinə, dini etiqadlarına hörmət 

etmək: 

müvəqqəti olduğu  ölkədə (yerdə)  ətraf mühitin mühafizə 



qaydalarına riayət etmək, təbiət, tarix və  mədəniyyət 

abidələrinə qayğı ilə yanaşmaq; 

müvəqqəti getdiyi ölkədə (yerdə), habelə yolboyu keçdiyi 

ölkələrdə gəlmə, getmə qaydalarına riayət etmək; 

səyahət zamanı şəxsi təhlükəsizlik qaydalarına riayət etmək. 

2. Azərbaycan Respublikasına gəlmiş turist yuxarıdakı 

maddələrə 

əməl etməklə 

bərabər Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə  müəyyən edilmiş  ölkəyə 

(müvəqqəti olduğu yerə) gəlmə  və  ölkədən (müvəqqəti 

olduğu yerdən) getmə, habelə orada qalma qaydalarına 

riayət etməlidir. 



 

388


 

Maddə 8. Turizm məhsullarının formalaşdırılması 

və hərəkətə gətirilməsi 

 

Turizm məhsulu turizm bazarının vəziyyəti ilə əlaqədar 

olaraq və yaxud da turistin konkret sifarişi  üzrə 

formalaşdırılır. 

Turoperator ayrı-ayrı xidmətlər göstərən və yaxud tura 

daxil olan bütün xidmət növlərini təmin edən turist qəbulu 

üzrə turoperatorla müqavilələr  əsasında tura daxil olan 

xidmətlər  üzərində  hüquqlara malik olur. Turoperatorlar 

turizm məhsulunu formalaşdırır (hazırlayır), göndərir və 

onun satışını birbaşa və ya turagent vasitəsi ilə  həyata 

keçirir. 

Turizm məhsulu haqqında yazılı informasiyada 

müqavilənin Azərbaycan Respublikasının Mülki 

Məcəlləsində, həmçinin bu qanunda nəzərdə tutulmuş bütün 

vacib  şərtləri varsa və turoperatorun və ya turagentin 

təklifdə göstərilmiş şərtlərlə müqavilə bağlamaq iradəsi ifadə 

olunarsa, belə təklif kimi qəbul olunur. 

 

Maddə 9. Turizm məhsulu satışının təşkili qaydaları 

 

1. Turizm  məhsulunun satışı  müqavilə  əsasında həyata 

keçirilir. Müqavilə yazılı formada bağlanır və o, Azərbaycan 

Respublikasının qanunvericiliyinə, o cümlədən, 

istehlakçıların hüquqlarının müdafiəsi sahəsində 

qanunvericiliyə uyğun olmalıdır. 

2. Müqavilənin vacib şərtləri aşağıdakılardır: 

turizm fəaliyyətinin həyata keçirilməsi  üçün verilmiş 

lisenziya barədə  məlumatlar göstərilməklə turoperator 

haqqında informasiya, onun hüquqi  ünvanı  və bank 

rekvizitləri; 



 

389


turist (alıcı) haqqında turizm məhsulunun satışı üçün zəruri 

olan həcmdə məlumat; 

turizm fəaliyyətinin həyata keçirilməsi  üçün verilmiş  xüsusi 

razılıq barədə  məlumatlar göstərilməklə turagent (satıcı) 

haqqında informasiya. onun hüquqi  ünvanı  və bank 

rekvizitləri; 

səyahətin proqramı  və marşrutu barədə  məlumat 

göstərilməklə turizm məhsulunun istehlak xassələri

turistlərin təhlükəsizlik  şərtləri, turizm məhsulunun 

sertifikatlaşdırılmasının  nəticələri haqqında düzgün 

məlumat; 

səyahətin hazırlanmasının və qurtarmasının tarixi və vaxtı, 

onun müddəti; 

turistlərin qarşılanması, yola salınması  və  müşayiət 

olunması qaydası; 

tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti; 

turizm məhsulunun pərakəndə qiyməti və onun ödəniş 

qaydası; 

qrupda turistlərin minimal sayı, qrup üzvlərinin çatışmazlığı 

üzündən səyahətin olmayacağı barədə turistin 

məlumatlandırılması müddəti; 

müqavilənin dəyişdirilməsi və pozulması  şərtləri, bununla 

əlaqədar  əmələ  gəlmiş  mübahisələrin tənzimlənməsi və 

tərəflərə dəymiş ziyanların ödənilməsi qaydası. 

3. Müqavilənin digər  şərtləri tərəflərin razılığı ilə  müəyyən 

edilir. Turistin turoperatordan və ya turagentdən tura daxil 

olan bütün xidmətlərin göstərilməsini tələb etmək hüququ 

var. 


4. Tərəflərin hər birinin, səyahət vaxtı  şəraitin  əsaslı 

dəyişikliyi ilə əlaqədar olaraq, müqaviləni dəyişdirməyi və ya 

onu pozmağı tələb etmək hüququ var. 

5. Şəraitin əsaslı dəyişikliyinə aşağıdakılar aiddir: 




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə