Dərslik dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə122/125
tarix27.10.2017
ölçüsü2,37 Mb.
#6897
növüDərs
1   ...   117   118   119   120   121   122   123   124   125

 

390


səyahətin  şərtlərinin pisləşməsi, səyahətin müddətində 

dəyişiklik; 

səyahətin baş tutması  üçün müqavilədə  göstərilmiş qrupda 

turistlərin minimal sayının natamamlığı; 

nəqliyyat tariflərinin gözlənilmədən artması; 

turoperatorun və ya turagentin maliyyə  vəziyyətini kəskin 

pisləşdirən yeni vergi və vergitutma qaydalarının tətbiqi və 

ya mövcud olanların artırılması;  

milli valyuta kursunun kəskin dəyişilməsi. 

6.  Müqavilə pozulduqda, zərərin  ödənilməsi tərəflərin 

çəkdikləri faktiki xərclərə uyğun surətdə  həyata keçirilir. 

Zərərin  əvəzi kimi ödənilən məbləğ turizm məhsulunun 

dəyərinin iki mislindən artıq ola bilməz. 

7.  Səyahətin konkret şərtləri, turizm məhsulunun 

pərakəndə qiyməti turist turoperator və ya turagent 

tərəfindən verilən turizm yollayışında göstərilir. 

 Turizm  yollayışı  müqavilənin ayrılmaz hissəsi olmaqla, 

turoperatorun və ya turagentin turizm məhsulunun satışına 

yazılı razılıq və onun satıldığı faktını  təsdiqləyən ilkin 

hesabat sənədidir. 

8. Turist  göndərən turoperatorla və ya turagentlə turist 

qəbul edən turoperator və ya tura daxil olan konkret 

xidmətləri təklif edən  şəxslər arasında qarşılıqlı  ödəmələr 

turizm vauçeri əsasında həyata keçirilir. 

 

Maddə 10. Turoperatorların, turagentlərin 

və turistlərin birlikləri 

 

1.  Turoperatorlar  və ya turagentlər  özlərinin sahibkarlıq 

fəaliyyətinin  əlaqələndirilməsi, həmçinin  ümumi  əmlak 

maraqlarının təmsili və  müdafiəsi məqsədilə Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə  müəyyən olunmuş 

qaydada birliklər yarada bilərlər. 




 

391


2.  Turizm birliklərinə turizm sahəsinə aid olan təşkilatlar və 

müəssisələr daxil ola bilərlər. 

3.  Turistlər, səyahət vaxtı istirahət, hərəkət-yerdəyişmə 

azadlığı  hüquqlarını  həyata keçirmək məqsədilə maraq 

birliyi əsasında Azərbaycan Respublikasının qanunvericiliyi 

ilə  müəyyən olunmuş qaydada ictimai birliklər yarada 

bilərlər. 

4.  Turistlərin birliyinin fəaliyyəti turizmin və  özfəaliyyət 

turizminin təşkilinə və inkişafına, əhalinin turizm sahəsində 

maarifləndirilməsi, turistlərin hüquq və marağının 

müdafiəsi, turizmin infrastrukturu sahəsində  təşkilatların 

fəaliyyəti barədə ictimai rəyin formalaşdırılması  və digər 

vəzifələrin həllinə kömək etməyə yönəldə bilər. 

 

Maddə 11. Azərbaycan Respublikasının 



 turizm ehtiyatları 

 

Azərbaycan Respublikasının turizm ehtiyatlarının 



təsnifatı  və qiymətləndirilməsi, onların mühafizəsi rejimi, 

Azərbaycan Respublikasının turizm ehtiyatlarının bütövlü-

yünün saxlanılması  və onların bərpası  üzrə  tədbirlər,  ətraf 

mühitə yol verilə bilən təsirin həddi nəzərə alınmaqla, turizm 

ehtiyatlarından istifadə qaydaları Azərbaycan Respublika-

sının qanunvericiliyinə müvafiq olaraq müəyyənləşdirilir. 

 

Maddə 12. Turistlərin təhlükəsizliyinin 

 təmin edilməsi 

 

Turistlərin təhlükəsizliyi - səyahət müddətində 

turistlərin  şəxsi təhlükəsizliyi və onların  əmlakının 

qorunmasıdır. 

Turistlərin sığortalanması Azərbaycan Respublikasının 

qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 




 

392


Turizm sahəsində  müvafiq icra hakimiyyəti orqanı 

turistlərin getdikləri  ölkədə (müvəqqəti olacaqları yerdə) 

onların həyatını  təhlükə altında qoya biləcək hər bir amil 

haqqında turoperatorlara, turagentlərə  və  turistlərə 

məlumat və təlimat verir. 

Təsisçiləri dövlət orqanları olan kütləvi informasiya 

vasitələri turizm sahəsində  müvafiq icra hakimiyyəti 

orqanına turistlərin həyatı  üçün təhlükə qorxusu barədə 

təcili məlumat verməyə imkan yaradırlar. 

Turoperatorlar və turagentlər turistlərə  səyahətlərin 

xüsusiyyətləri, habelə  səyahət zamanı onların rast gələ 

biləcəkləri təhlükələr barədə  müfəssəl məlumat verməyə, 

qabaqcadan turistlərin təhlükəsizliyinin təmin edilməsinə 

yönəldilmiş tədbirlər görməyə borcludurlar. 

Turoperatorlar və turagentlər səyahət zamanı 

turistlərin qatlaşdığı  (üzləşdiyi) fövqəladə hadisələr, 

həmçinin səyahətdən qayıtmamış turistlər barədə  müvafiq 

icra hakimiyyəti orqanına və turizm fəaliyyəti ilə bilavasitə 

bağlı olan şəxslərə təxirə salmadan məlumat verməlidirlər. 

Yoluxucu xəstəliklər təhlükəsi olan ölkəyə (yerə) 

göndərilən turistlər beynəlxalq tibbi tələbatlara müvafiq 

surətdə lazımi tibbi yoxlamadan keçməli və  təhlükəli 

yoluxucu xəstəliklərə qarşı peyvənd olunmalıdırlar. 

Turist qruplarını  müşayiət edən  şəxslərin proqram 

əsasında minimum tibbi hazırlığı, tibbi ləvazimatı  və ilkin 

yardım üçün tibb çantası olmalıdır. Sayı 100 nəfərdən artıq 

olan turist qrupları ixtisaslaşdırılmış  həkim tərəfindən 

müşayiət olunmalıdır. 

 

Maddə 13. Turistlərin sığortalanması 

 

Turistlərin getdiyi, müvəqqəti olacaq ölkənin (yerin) 

qanunvericiliyi ilə  həmin  ölkədə  müvəqqəti olan şəxslərə 



 

393


göstərilən yardım  üçün xərcin  ödənilməsinə  zəmanət 

verilməsi tələbi müəyyən edilmişdirsə, turoperator (turagent) 

belə  zəmanətləri verməlidir. Turistlərin qəflətən xəstələn-

məkdən və  bədbəxt hadisələrdən sığortalanması belə 

zəmanətlərin əsas formasıdır. 

Sığorta 


şəhadətnaməsindən turistlərin getdiyi, 

müvəqqəti olacağı  ölkədə (yerdə) sığorta hadisəsi olduqda, 

onlara tibbi yardım xərclərinin və bu hadisə ilə bağlı digər 

xərclərin ödənilməsi nəzərdə tutulmalıdır. 

Sığorta  şəhadətnaməsi Azərbaycan dilində  və 

turistlərin gəldiyi ölkənin və ya ölkələrin dövlət dilində tərtib 

olunur. 

Turistlərin tələbi ilə turoperator (turagent) səyahətin 

keçirilməsi ilə bağlı digər hallar (nəqliyyatın ləngiməsi, şəxsi 

əmlakın itirilməsi, izafi xərclər və s.) üzrə sığorta xidmətləri 

göstərilməsinə kömək edir. 

 

Maddə 14. Turistlərin təhlükəsizliyinin təmin edilməsi 



 üzrə ixtisaslaşdırılmış xidmətlər 

 

Azərbaycan Respublikası ərazisində bədbəxt hadisələrə 

uğramış turistlərə axtarış-xilasetmə xidməti lazımi yardım 

göstərir və onların təhlükəsizliyini təmin edir. Axtarış-

xilasetmə xidməti yerli icra hakimiyyəti, səhiyyə, rabitə, 

daxili icra orqanları, meşə  təsərrüfatı, hidrometeorologiya, 

mülki aviasiya və s. xidməti idarələri ilə  müvafiq qaydada 

qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərir. 

 

Maddə 15. Azərbaycan Respublikasının hüdudlarından 

kənarda fövqəladə vəziyyət yarandığı hallarda 

 Azərbaycan turistlərinin maraqlarının müdafiəsi 

 



Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə