49
görə də «daha böyük uğurlar» qazandıra-qazandıra ədəbiyyat öz obrazlarının çoxunu saxtalaşdırmışdı, obrazlı
təfəkkür biçimi olan bədii söz sənəti müəyyən mənada təfəkkür faktını yox, hay-küy,
kampaniya siyasətinə
çevrilmişdi.
Ədəbi aləmdə ustalıqla yaradılmış əhvalatlar, bədii təxəyyül məhsulu olan maraqlı hadisələr az deyil.
Qalın-qalın istehsalat romanları, kənd romanları, ailə-məişət romanları yaradılıb. Əlbəttə, onların mədəni,
mənəvi mühitdə heç bir əhəmiyyəti olmadığını və lazımi rol oynamadığını da söyləmək olmaz. Bununla belə,
demək olmaz ki, yaradılan bədii əsərlərin, ədəbi qəhrəmanların hamısı dövrün və zamanın tələblərindən doğmuş
və oxujunun daim artan tələbatını ödəmişdir.
1
Üç böyük tarixi mərhələnin (rus, türk, İran inqilabları, Oktyabr və Aprel çevrilişləri, sovet sayağı sosia-
lizm dövrləri) narahat sənətkarı olan Javid öz əbədi tanrı, harmoniya və həqiqət axtarışları ilə birlikdə bizim
epoxamıza da daxil olur və azad müstəqil suverən milli şüuru bu gün yenidən düşündürməkdə davam edir. Əsrin
əvvəlinin inqilab və intibah dövrünün bədii düşünjəsi və fəlsəfi ovqatı olan bu şer
bir də ona görə indi də bu
qədər müasir səslənə bilir ki, məhz əsrin sonunda tarix əsrin əvvəlinə sanki yenidən qayıdır və bizi də Javidə
yenidən qaytarır. Ehkam və həqiqət, xeyir və şər, xaos və harmoniya,
müharibə, ədəbiyyat və ölüm, - İblis, Al-
lah, mələk, planet, kainat miqyası və ölçüləri müasirlərimizi dərindən narahat etməyə başlayır və o bu «əbədi»
suallara javabları yenə də ən yeni çağdaş bədii prosesdə yox, Javidin irsində tapır. Mədəniyyət və əxlaq, vijdan
və zəka öz mənəvi böhranını da, pərvazını da həmişə sənətdə yaşayır və məhz sənət günümüzün təzadlarını sona
qədər dərk etməkdə bizə də kömək edir.
Qeyd etmək lazımdır ki, artıq özünə bəraət və qiymət qazanmış, görkəmli bədii əsərlərlə yanaşı, tənqidçi və
ədəbiyyatşünas diqqətindən kənarda qalan, nəzəri jəlb etmədən daha çox kütləviliklə yayılan,
orta səviyyəli
«əsərlərin» təhlükəsindən çox deyilmişdir. Nəzəriyyəçilər bunu kütləviliyin doğurduğu ötəri hal kimi qeyd
etdiklərindən ədəbiyyatçılar isə onu «jansıxıjı mətbuatda» nisbətən bədii zövqə meylin təzahürü hesab
etdiklərindən, o qədər də əhəmiyyət verməmişlər. Lakin bu «əhəmiyyətsiz» əsərlər sovet hakimiyyəti illərində
ardı-arası kəsilmədən yaranmış, yayılmış və müəyyən mənada öz təsirli rolunu da oynamışdır. Keçən əsrin
əvvəllərində ədəbi irsin öz plana çıxması, xüsusilə satirik publisistikanın döyüşkənlik ənənələri sonrakı dövrlərdə
jiddi təqib və təsirlərə uğradığından güjdən düşmüşdür. Bədii irsin fakt yükü onun təsir vasitələri jəbbəxanasında
başlıja faktorlardandır. Hayıflar olsun ki, ijtimavi proseslər və bu proseslərin insan psixologiyasına təsiri,
mənəvi-
əxlaqi mühitdə doğurduğu duyğular o zamanlar kifayət qədər ədəbi fakt materialına çevrilməmişdir.
Nəzəri jəhətdən tam əsaslandırılmamış, praktikada sınanmamış və özünü doğruldajağına tam əminlik ha-
sil olmadan 20-30-ju illərdə dövlət, xalq haqqında əsassız təriflər verilmiş və sonrakı illərdə bu təriflərin təsiri
altında, zorla, tapşırıqla həyat faktları yaratmağa çalışmışlar. Bu baxımdan, millətlərin inkişaf edərək bir-birnə
qaynayıb qarışmaqla silinib getməsi, yox olması fikri geniş yayılaraq, beynəlmiləlçilik adı altında ədəbiyyat və
obrazlar vasitəsi ilə xalqlara sırınmışdı. Deməli, çox yerlərdə milli məktəblər bağlanmış,
milli ənənələrə və
köklərə ögeylik, soyuqluq aşılanmışdı. Bu isə yavaş-yavaş milli dillərin sıxışdırılmasına, milli kadrlara
inamsızlıq yaranmasına, müəyyən mənada kosmopolit insan obrazlarının zühur etməsinə gətirib çıxarmışdı.
Milli mədəniyyətə, adət-ənənəyə qeyri-elmi, qərəzli münasibət inamsızlıqla yanaşı, ədəbi elmi və siyasi
mühitdə əjaib varlıqlar formaşmasına səbəb olmuşdur.
İjtimai-siyasi mühitdə yaranan bu jür qeyri-mütənasiblik xətti ədəbi aləmə də öz damğasını basmışdır. Uy-
durma nəzəriyyələrə əsasən bunlara, hətta qanuni hal kimi baxılmış, 30-ju illərdə «xalq düşməni» adı ilə sadə
adamlara və qabaqjıl ziyalılara vurulan damğalar eyni zamanda ədəbi obrazlara da «yapışdırılmışdır».
XX əsrin 30-ju illərində ölkənin türkdilli xalqlarının yeni əlifbalarının latın qrafikası əsasında
formalaşdırıldığı bir dövrdə təkrar əlifba dəyişikliyi bu xalqların milli mədəniyyət və inkişafına
jidd zərbə
vurmuşdur. İndiyədək nə elmi, nə də ədəbi və publisistik əsələrdə ərəb əlifbasının ləğv edilməsinin səbəbləri
aydın şərh edilməmişdir. «İslam əlifbası», «dini əlifba» hesab edilən ərəb qrafıkasını ləğv edənlərin fikrinjə,
guya əlifbanın dəyişilməsi bu millətlərin elmi və mədəni inkişafını sürətləndirmişdir. Latın qrafikasının
dəyişməsini təşkil edənlər isə Stalinin bədnam tərifindən qorxaraq, haçansa əlifba, dil birliyinə nail olajaq
xalqların sonradan ərazi və siyasi birlik qazana biləjəkləri iddiasına əsaslanmış və qohum xalqları bu yolla
Türkiyədən, İrandan və bütövlükdə Şərq ölkələrindən uzaqlaşdırmağa çalışmışlar.
2
Çox çəkmədi ki, bu «zəmin», bünövrə dövlət
siyasəti səviyyəsində real, hakim rəsmi ideologiyasının
özünə çevrildi. Dünya təjrübəsinə hər hansı meyl kosmopolitizm, milli ənənələrə güvənmək isə millətçilik kimi
damğalandı. Milli dillər, milli əlifbalar, milli yaddaş sürəkli və zorakı represiyaya məruz qaldı.
Tarixdə misl görünməmiş miqyasda və kütləvilikdə ifrat totalitar hadisə sənətin və ədəbiyyatın büsbütün
siyasi-ideoloci stereotipə, mütləq,
dəmir normativə, bürokrata, dəftərxanaya tabe tutulması kimi paradoks baş
verdi. Milli-mənəvi özgələşmə bədii düşünjənin özündə, strukturunda və tərzində onun təşkilinin sxemində və
modelində başladı.
1
Исмайыл Вялийев. Эюстярилян ясяри. с.287-288
2
Исмайыл Вялийев. Эюстярилян ясяри. с.289-290