Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/238
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2480
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   238

 
43
qiymətləndirilməlidir. Çünki insanın dünyada və  jəmiyyətdə  əlaqə  və münasibətlər sisteminin müxtəlifliyi və 
mürəkkəbliyi müasir fəlsəfi və ədəbi müşahidələrin tədqiqat obyekti kimi daha çox nəzərdən keçirilir. 
İnsanın taleyi məsələsi, daha çox dünyəvi xarakter daşıyır. Ona görə də insan və mədəniyyət problemi in-
di ən mühüm jiddi dünyəvi-qlobal problemə çevrilmişdir. Elə buna görə ona çağdaş fəlsəfədə qlobal problemlər 
toplusu kimi yanaşılır ki, bu da mədəniyyət probleminin bəşəriyyətin  ən aktual məsələsi olduğunu bir daha 
sübut edir. Müasir jəmiyyətdə yeni ijtimai münasibətlərin təsdiqi nətijəsində elə bir vəziyyət yaranmışdır ki, 
mədəniyyətin təsiri altında  şəxsiyyət tamamilə yeni mövqe tutmuş  və eyni zamanda onun yeni sosial 
keyfiyyətləri və xarakteristikası formalaşmışdır.  
 Problemin  genişlənərək fərdilikdən qloballığa doğru istiqamət götürməsi insanın dünya ilə  əlaqə  və 
ünsiyytinin bütün istiqamətlərdə genişlənməsi ilə  əlaqədardır.  İndi Qərb fəlsəfəsində belə bir fikir 
formalaşmışdır ki, «epoxanın səmt küləyi bütün güjü ilə insana doğru yönəlmişdir. Zaman həyatın və şüurun, 
varlığın və təfəkkürün prinsip və normalarını dəyişdirmiş, insanın görmə və anlama qabiliyyətini xeyli dərəjədə 
pisləşdirmişdir. Bu da öz növbəsində insanla dünyanın ünsiyyətini öz təbii məjrasından çıxarmışdır. Fəlsəfə 
qayğısız və talesiz olaraq dünyaya atılmış insanı bu jür stixiya ilə təkbətək qoya, onun bu gününə və gələjəyinə 
biganə qala bilməz. Buna görə də o öz varlığında jiddi antropoloci çevriliş edir, yeni renessansın fundamental 
prinsiplərini işləyib hazırlamağa çalışır».

 
Mövjud problemlərin bədii  şərhi və izahı, sivilizasiyanın gedişi prosesində meydana gələn sosial-
psixoloci dəyişikliklər, bioloci, ekoloci və sosioloci tədqiqatların meydana gətirdiyi jiddi, əhəmiyyətli narahatlıq 
doğuran məsələlər həm də ədəbi-estetik düşünjəni məşğul edir. Ç.Aytmatovun «Əsrdən uzun gün» romanı bu 
baxımdan səjiyyəvidir və bəlkə də sadə yolla epoxanın əhatəli təsvirini və mənzərəsini yaradan bir əsərdir. Bu 
əsərin bədii qənaətlərinə görə  də mövjud qlobal problemlər içərisində  həllediji varlıq kimi yenə  də ümid 
insanadır. İnsanın özündən asılı olan və olmayan iradi və qeyri-iradi məsələlərdə onun məsuliyyəti gündən-günə 
artmaqdadır.
2
 
Zaman və mühitlə bağlı, bütün sadə  və mürəkkəb münasibətlərlə  əlaqədar, bədii fikir öz çevikliyi, ilə 
həmişə köməyə gəlir. Ona görə də bədii qənaətlər, şəxsi mühakimələr, yazıçı və sənətkarların mülahizələri elmi 
inkişafda jiddi əhəmiyyətə malikdir. Həyatımız, diriliyimiz tək ruhun, ağlın yox,həm də jismin, bədənin 
ömründən və sağlamlığından asılıdır, onun dəyərləri ilə şərtlənir. Odur ki, ruhla bədən arasında münasibət əbədi 
dialektik-fəlsəfi problem olaraq qalır. 
 «Zaman-əbədi davam edən keçmiş deməkdir»- fələyin çarxına, rüzgarın gərdişinə verilən ən doğru tərif, 
mənjə budur. Lakin hər jür keçmiş yox, yalnız tarixə  və yaddaşa çevrilən, özünü sənətdə  dərk edən keçmiş 
özündən sonra da yaşayır, abidələşir və əbədiyyətə qovuşur.  
Təsadüfi deyil ki, zamanın da yaşını sivilizasiyanın tarixi ilə hesablayırlar: təqvimdən ilk yarpaq onda 
düşür ki, ilk yarımvəhşi əjdad ilk mamont rəsmini daş kəsəyi ilə qaya parçasına həkk edir. O vaxtdan tarix vaxt-
dan donur və təbiət sənətə və tarixə həmin vaxtdan çevrilir. 
Yuxarıdakı  tərifi  ədəbi-bədii məkan estetik və humanitar müstəvi üzərinə keçirmək və belə  də  təkrar 
etmək olar: sənət-əbədi davam edən folklor (mif, əsatir, əfsanə…) deməkdir. Milli ruhun, xalqın mənəviyyatının 
kodlaşdığı genetik proqram və əbədi-mənəvi. Etnik-ontoloci yaddaşdır. 
Əgər ədəbiyyat ölümdən və əbədiyyədən, ruhdan və mankurddan, onlar arasında əbədi dartışmadan yaz-
masa, yaddaş da tarixdən yox olar, əbədiyyət də, «mən» yaddaşda daşlaşmasa, zamanın mankurdluğu 
ədəbiyyatın da mankurdluğuna çevrilə, bu milləti gözləyən fəlakətlərin ən böyüyü olar. 
Məhz bu zaman əbədi və müqəddəs ənənə tarixin «irs və varis» qanunu müasirliyin «xələflər və naxələflər» 
probleminə çevrilir. 
Lakin yaddaş da var, yaddaş da. Bir var «qan və gen yaddaşı», bir də  var…  «gen  və gön yaddaşı». 
Birinjilər- Zərdüştlə, Qorqudla, Füzuli ilə Javid və Şəhriyar arasında –ikinjilər ən qədim mankurdla (Ponti Pilat-
la, Şöklü Məliklə, Zöhhakla…) müasir qrafamon (bolşevik, faşist, daşnak…) arasındadır. 
«Çiy idim, bişdim, yandım» (J.Rumi)- Kamala yetməyin («bişməyin») yaddaşda və əxlaqda keçdiyi yol
əslində bu üç mərhələdən ibarətdir. Və bu üç mərhələnin hər dəfə, hər nəsillə, hər fərdlə tarix yenidən keçir. Və 
hər dəfə yaddaşda bu üç mərhələ yeni jür təkrar olunur.
3
  
Bu baxımdan XX yüzilliyin ortalarında və sonlarında Azərbayjanda elmi bədii-estetik fikirində həyat, in-
san və insani münasibətlərin  ən mühüm jəhətlərinə diqqətin artırılması da müşahidə olunur ki, bu da milli-
psixoloci jəhətlərin öyrənilməsi baxımından diqqəti jəlb edir. 
Bir sıra tədqiqatçılar siyasi və ijtimai problemlərin insan taleyilə əlaqələri və bu qarşılıqlı münasibətlərin 
insana verdiyi idraki bəhrələri nəzərdən keçirir. Bu təhlillərin  ən qiymətli jəhəti onun gerçək həyat faktlarına 
əsaslanmasıdır. Gerçəkliyin yaratdığı  təəssürata görə «gəlimli-gedimli» dünyadakı iqtisadi çətinliklər, insan 
üçün sanki adiləşir. Yəni adam həyat burulğanında üzləşdiyi çətinliklərə yüksəkdən baxa bilmir. Ola bilsin ki, 
                                                           
1
 Исмайылов Ф. Инсан вя дцнйа. Бакы, Елм, 1994, с.3-4 
2
 Байрамов Г. Инсан вя заман. Азярняшр, Бакы, 1992, с.56-57 
3
 Йашар Гарайев. Тарих: Йахындан вя узагдан. Б., 1995, с.12-13 


 
44
bu qənaətləri hasilə gətirmək oxujuda belə dərin və düşündürüjü duyğular oyatmaq müəllifin istifadə etdiyi el-
mi-bədii publisistik üslubdanq irəli gəlir. 
G.Əlibəyli Ü.Hajıbəyovun və Q.Qarayev kimi alim-sənətkarların həyat və yaradıjılığına əsaslanaraq belə 
nətijəyə  gəlir ki, görkəmli adamların həyata, insanlığa fərdi, elmi-fəlsəfi baxışlarını öyrənməklə adam özünə, 
dünyaya, hadisələrə və adamlara yenidən nəzər salır. Ötüb keçən tarixi məqamlara, anlara və dövrlərə yenidən 
nəzər salmaq insanla şablonlara, ehkamlara, sədlərə  və bütlərə bir ayrı jür, həm də  fərqli baxış formalaşdırır, 
düşünjədə  fərdiliyi inkişaf etdirir, fərddə özünəməxsusluq, dözümlük duyğusu oyadır və bu duyğunu 
güjləndirir.
1
 
XX  əsrin sonlarında baş vermiş milli azadlıq mübarizələri, müstəqillik uğrunda çarpışmalar, dünyanın 
başı üstündə əbədi təhlükə kimi yaşayan müharibə məsələləri insanşünaslıq kimi ədəbiyyatı, bəşəri qlobal prob-
lem kimi fəlsəfəni jiddi məşğul edən problemdir. Bu mövzuda yazılan əsərlər elm və fəlsəfəni insan-jəmiyyət, 
jəmiyyət-xalq-etnos münasibətlərində yaranan, problemlərə əbədi narahatlıq mənbəyi kimi baxmağa və insanlığı 
onlardan nətijə  çıxarmağa, münaqişələrin sülh yolu ilə  həlli üçün yeni formalar axtarmağa jiddi əhəmiyyət 
verməyə çağırır.  
Millət tarixin ibrətindən, ilahi, bəşəri, milli yaddaşdan xəbərsiz olanda isə dövran da bədbin və ağır ləngər 
vurur, xüsusilə ijtimai əxlaq, etnik mentalitet böhran keçirir, gələjəyə utopik və apokalipsis baxış güjlənir. 
İki  əsrin yol ayrıjığında öz daxilində  məhz Apokolipsisi – «məhşər ayağını» (divan gününü!) gözləyən 
üçünjü min illik bizi daha çox narahat edir. Zaman və insanın Zamanda yeri barədə ideya yeni əsrin və yeni min 
ilin aynasında nejə görünür? 
Hər halda bu suala ilk javabı yenə  fəlsəfə  və  ədəbiyyat verəjək. Çünki yeni oriyentir, yeni dəyər, yeni 
meyar axtaran təqvim həmişə sənətdən, həmişə ədəbiyyatdan başlayır. 
Su yalnız axanda, qapalı  məjrada və  məkanda yaşayır (dənizdə  və çayda olanda). Tarix də belədir –
dünyada axan dövriyyəyə qoşulmasa  əpriyər, hərəkətdən qalanda, inkişafdan da qalar. Ədəbi  əsrlərin və 
nəsilərin tarixi və taleyi də belədir: «Biz dünyacan gedər olduq, gələnlərə salam olsun!» (Yunus İmrə). 
Tarixdə digər bir qəribə  və ibrətli qanunauyğunluğa da diqqəti filosflar çoxdan jəlb etmişlər: sosial 
təriqqədə dahilərə  məxsus «Allah missiyası» ilə «Demon (İblis) işi» bir-birini daim təqib edir- iblislər xaos 
yaradır, allahlar xaosu harmoniyaya çevirirlər. 
 İndi ijtimai və milli-mənəvi həyatda görünməmiş bir xaosdan sonra, nəhayət ki, məhz dahi və tanrı işinə 
ehtiyajın növbəsi gəlir. Sosial, iqtisadi və  mədəni tərəqqinin sükanını xaosdan və stixiyadan təmizləyib 
ümumbəşəri dəyərlərə və milli ahəngə xidmət edənlərin öhdəsinə verməyin vaxtı çatmışdır. 
Müasir insan dəyişkəndir, çevikdir, xarakteri yeni xüsusiyyətlərlə zəngindir, şəxsiyyəti də zəmanəyə və dövrə 
uyğun olaraq mürəkkəb psixoloci çalarlara malikdir. Çünki hər dövr özünün insan tipini yaradır və onun şəxsiyyətini 
formalaşdırır. Bu jəhətdən müasir insanın xarakteri daha çox diqqəti çəkir. Müasir insanı hansı xüsusiyyətlər 
səjiyyələndirir? Kimdir müasir insan? O yeni münasibətlər formalaşdıran çox mürəkkəb iqtisadi siyasi-psixoloci 
mühitdə ideoloci ehkam və miflərdən azad olur, yeni qanunlarla yaşamağa başalayır, xəyalpərəstlik və romantikadan 
uzaqlaşır, əsrin sınağından çıxan dəyərləri özündə təjəssüm etdirir».

 
Bununla belə tez-tez dəyişən, siyasi-iqtisadi durumu sabit olmayan bu mürəkkəb zamanda insanın 
xislətinə xas olan mənfi xüsusiyyətlər də baş qaldırır. Ədəbiyyat bədii obrazları və təsvir vasitələri ilə bu mənfi 
hallara real gerçəkliyə uyğun olaraq janlandırır. Beləliklə,  əbədi mövzulara yeni xüsusiyyətlər, keyfiyyətlər 
əlavə olunur.  
Mədəniyyət tarixinin yenidən yazmağı- onu hər yeni dövrün ideologiyası ilə  və  hər dəfə yenidən təftiş 
etmək kimi başa düşmək olmaz. Bu tarixi – Qorqud, Nizami, Nəsimi, Füzuli, Vaqif, Mirzə Fətəli, Mirzə Jəlil, 
Əli bəy, Hadi, Javid, Sabir, Ü.Hajıbəyov, M.Maqomayev, F.Əbdürrəhmanov, M.Hüseynov və başqaları özü 
yaradıb. Söhbət onların yaratdığı irsin və onlara verilən qiymətin mahiyyətinə bu gün dünənkindən daha tam və 
dərindən yanaşa bilməkdən, onu ehkamçı və vulqar-konyuktur əyrilərdən təmizləməkdən gedir. 
Böyük  ədəbiyyat hakim, rəsmi ideoloci resept və sifarişlə yazılmadığı kimi, əsil  ədəbiyyat tarixi də 
tendensiyalı, konyuktur siyasi sifarişlərlə yazılmır. Bədii fikir öz tarixi təşəkkülü və inkişafı prosesində sonra-
dan heç zaman dəyişməyən, həmişə sabit qalan obyektiv-tarixi və bədii-estetik qanunauyğunluqlar nümayiş et-
dirir, «mədəniyyət tarixi konsepsiyası»da əslində həmin qanunauyğunluqları əks etdirir.  
Deməli, «hazır konsepsiya»nı kim isə kənarda («mərkəzdə», yaxud «yerlərdə») yaratmır, o, mədəniyyət 
tarixinin özü ilə bir yerdə, bir vaxtda, onun diktəsi ilə formalaşır, ona xidmət edir. Konsepsiyaya hakim, rəhbər 
«nəzəri»müddəa, mədəniyyət tarixinin faktlarına və sənədlərinə isə həmin müddəa üçün illüstrasiya rolu ayıran 
«vəzifə bölgüsü» məlum «sosialist realizmi»nin tanış idarə və iş üsulu idi və yeni dövrün mədəniyyət tarixlərini 
həmin üsulla yazmaq, yaratmaq olmaz! 
Şəxsiyyətin mənəvi keyfiyyəti eyni zamanda onun həyata və adamlara münasibətində üzə çıxan nəfsi ilə 
də bağladır. Gerçəkliyi  əks etdirən  ədəbiyyat həmişə bu məsələyə diqqət yetirib, pula, var-dövlətə, eyş-işrətə 
                                                           
1
 Эцлхур Ялибяйли. Дцшцнян дцнйамыз. Б., 1998, с.84 
2
 Ялибяйли Э. Дцшцнян дцнйамыз. С.13 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə