Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/238
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2480
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   238

 
39
atır, sərsəm milli xülyalar meydana çıxır, qarşısı alınmadıqda isə ekstremist iddialara çevrilir. Daha təhlükəlisi 
odur ki, başqa xalqların milli heysiyyatına, milli duyğularına məhəl qoyulmur, düşmənçilik, qarşıdurma ehtiras-
ları süni surətdə qızışdırılır. Bu jür kütləvi psixoz halı insanın fikir və qərarını əlindən alır, onda qeyri- bəşəri 
duyğuların, antihumanist niyyətlərin yaranmasına imkan verir. 
Deməli, bəşərilik milli jəhətlərin forma rəngarəngliyini qavrayaraq milli proseslərin məzmunja 
dolğunlaşmasına kömək edir. Nətijə etibarilə ijtimai hadisə  və proseslərin məzmununda bu qarşılıqlı dialektik 
vəhdəti əks etdirən yeni- yeni jəhətlər yaranıb ortaya çıxır. Həmin prosesdə mədəniyyətdə milli münasibətlərin real 
praktikasını, onun çoxjəhətli xüsusiyyətlərini daha hərtərəfli və  rəngarəng surətdə  əks etdirmək imkanına malik 
olur. Bu baxımdan millilik özündə  bəşərililiyin həqiqi rəngarəngliyini sintezləşdirərək xalq həyatının ayrılmaz 
hissəsinə çevrilir, həm milli proseslərə, həm də sivilizasiyanın inkişafına mütərəqqi təsir göstərir. 
Sivilizasiyalı jəhətlərin milli münasibətlərdə yüksək təsir güjü özünü bir də onda göstərir ki, ümummilli 
psixologiyanın, millətin bütün dəstələri üçün olan psixi keyfiyyətlərin formalaşması mahiyyətjə qeyri- 
mütərəqqi olan bəzi milli- əlahiddəlik və zehniyyət nümunələrinin aradan qalxması ilə birgə müşayiət olunur. 
Bu prosesdə əyalətçilik, yerliçilik təzahürləri tədrijən aradan qalxır, millətin vahid mənəvi simasının ayrı- ayrı 
çalarları yaranıb formalaşır. Bu isə millətin ümumbəşəri proseslərə daxil olması  və orada özünə layiq yer 
tutması işini xeyli yüngülləşdirir. 
Məlum olduğu kimi Azərbayjanın zəngin təbiəti, bol fauna və florası, məhsuldar torpağı, habelə belə tor-
paqlarda məskunlaşan insanların yaradıjılıq təxəyyülü  ən qədim dövrlərdən başlayaraq burada müxtəlif peşə 
sahələrinin yaranmasına səbəb olmuşdur. Bu peşə əhalinin bir çoxunu bilavasitə istehsalçıların məişət tələbatını 
ödəməyə xidmət edirdisə, bir hissəsi də sənətkarlıq obyektlərinə çevrilməklə əmtəə xarakteri kəsb edir və daxili 
habelə xariji bazarlara çıxarılırdı. Belə sənətkarlıq məhsulları Azərbayjandan çox- çox uzaqlara yayılaraq dünya 
şöhrəti qazanırdı.
1
 
Çağdaş etnik qruplararası, millətlərarası qarşılıqlı təsirləri öyrənərkən millətlərə, etnik qruplara xas olan 
ən xırda proseslərə konkret şəkildə, sosioloci bilik sisteminin bütün səviyyələrində- həm empirik 
ümumiləşdirmə, həm də sosioloci tədqiqatlar səviyyəsində yanaşmaq vajibdir. Belə bir vəziyyətdə ayrı- ayrı 
sosial mühit və  şəraitlərdə milli proseslərin, millət və xalqların mənəvi həyat fəaliyyətinin xüsusi və ümumi 
qanunauyğunluqları, bunların mədəniyyət və ümumi qanunauyğunluqları, sivilizasiya ilə bağlılığı daha qabarıq 
şəkildə özünü göstərir. 
Beləliklə, milli müəyyənlik  şəxsiyyətin sosial qiymətliliyinin, onun jəmiyyətlə sosial- emosional 
əlaqəsinin mühüm şərti kimi sivilizasiyalı proseslərin inkişafında böyük rol oynayır. Milli hisslərin fəaliyyəti 
orbitinə  jəlb olunan insan millətin, xalqın, son nətijədə isə  bəşəriyyətin adı ilə bağdı böyük mətləblərin, ali 
duyğuların dünyasına çıxa bilir. 
Bütün bu deyilənlər bir daha təsdiq edir ki, milli müəyyənlik hissi heç də genetik xassə deyildir, millətin 
və xalqın həyat tərzinin, yaşayış  şəraitinin, bir sözlə milləti  əhatə edən sosial- mədəni mühitin təsiri altında 
formalaşan, daima təkmilləşən və zənginləşən mürəkkəb təbiətli sosial hissdir. Əgər, o bəzən sosial istiqamətini 
dəyişirsə, ümumbəşəri sərvətlərin qavranılmasına yönəlirsə, bu sadəjə olaraq onun zənginləşmək, inkişaf etmək 
tələbatından doğur. Ümumbəşəri sərvətlərə yönəlmə xalqda, millətdə tələbatın yeni formasını formalaşdırır, xalq 
öz mənəvi sərvətlərinin məhdud sərhədlərinə qapanıb qalmır, dünya sivilizasiyasının injilərinə qovuşmağa 
çalışır. İnsan o zaman mənəvi ujalıq hiss edir ki, təkjə öz eli- obası ilə deyil, bütün bəşəriyyətin adı ilə bağlı 
böyük bir ünvanla əlaqəsini tam məsuliyyətlə duyub başa düşür. Şəxsiyyət – vətəndaş, şəxsiyyət vətənpərvər, 
nəhayət sözün tam mənasında bəşər övladı bu jür yaranıb irəliləyir. 
Millət və xalqların mədəniyyətində  həmişə  nə isə ömrünü başa vurur və köhnəlir, nə isə yeni, daha 
mütərəqqi jəhət meydana gəlir. Mədəniyyətin milli formaları təkmilləşir və köhnəlmiş olan, yeni həyat şəraitinə 
zidd gələn hər şeydən xilas olaraq, öz aralarında bir- biri ilə yaxınlaşırlar. Məlum olduğu kimi millət insanların 
sabit birliyi olub, ümumi dillə, ümumi ərazi ilə, iqtisadi həyat birliyi ilə və müəyyən xalqın mədəniyyətinə xas 
olub onun mədəniyyətini başqa xalqların mədəniyyətindən fərqləndirən spesifik jəhətlərdə təsbit olunmuş ijti-
mai psixologiyanın bəzi xüsusiyyətlərinin birliyi ilə bağlıdır. 
Milli müəyyənliyin bütün atributlarını qidalandıran, onlara qol- qanad verən amillər içərisində 
mədəniyyətin xüsusi mövqeyi vardır. Çünki mədəniyyət hər bir tarixi mərhələnin, hər bir dövrün 
əyaniləşdirilmiş ifadəsi kimi özündə zamanın sosial və mənəvi proseslərini, mürəkkəb tarixi dəyişiklikləri, həyat 
tərzi ünsürlərini, insanların düşünjə və idrak nümunələrini jəmləşdirir. Sosial- mənəvi proseslərin və insanların 
konkret maddi- hissi fəaliyyətlərinin məjmuusu olduğundan mədəniyyət haqqında ijtimai münasibətlərin 
mühüm tərəfi kimi də mülahizə yürütmək mümkündür. Məhz bunun sayəsində  mədəniyyət nümunələrində, 
habelə xalqların mənəvi ünsiyyətlərində hər bir dövrün tarixi meylini, hadisə və proseslərin ijtimai mahiyyətini 
və bütövlükdə sivilizasiyanın inkişaf mexanizmini daha dəqiq surətdə başa düşmək asanlaşır. 
Əslində mədəniyyətin yüksək tənzimləyiji rolu, xüsusilə də milli həyatın bütün sahələrinə fəal təsiri özünü 
aydın göstərə bilir. Məsələn, mədəniyyət həm insan yaşayışının tarixi birlik formaları ilə sıx əlaqədə olduğun-
                                                           
1
 Апдин Ялизадя. Милли мядяниййятдя тарихилик. Б., 2000, с.39. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə