Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/238
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2480
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   238

 
40
dan, həm də milli müəyyənliyin formalaşmasını şərtləndirən mühüm amil olduğundan millətin mənəvi simasının 
bütün xüsusiyyətlərini toplu halında özündə ifadə edir. Bu jəhət milli həyatın bütün jəhətlərində- milli psixolo-
giya və milli xasiyyətdə, milli mənlik  şüuru və milli qürur hissində, bir sözlə, milləti və xalqı sivilizasiya ilə 
bağlayan nə varsa, hamısında özünü göstərə bilir. 
Ümumiyyətlə, mədəniyyət və onun nailiyyətləri sivilizasiyanın mühüm tərəfi olan milli- mənəvi 
sərvətlərin yaradılmasına, saxlanmasına, yayılmasına və  mənimsənilməsinə, habelə insanların maraq və 
təkliflərinin ödənilməsinə istiqamət götürür. Bu vəziyyət həm insanın sivilizasiya ilə  təması, həm də ondan 
bəhrələnməsi prosesidir. Müxtəlif jəmiyyətlərdə  mədəniyyətin rolu ondan ibarətdir ki, o, jəmiyyətin mənəvi 
həyatını yeni- yeni «materiallarla» təjhiz etməklə mühüm tarixi dəyişikliklər və irəliliyişlər prosesinə böyük 
yardımçı olur. Mədəniyyətin belə  fəal dəyişdiriji rolu onun milli həyatın müxtəlif sahələrinə  təsirində daha 
aydın özünü göstərə bilir. 
Doğma joğrafi mühitlə, təbiətlə, torpaqla insan arasında təbii ünsiyyətin qırılması nə deməkdirsə, millətlə 
fərdiyyət arasında milli ünsiyyətin qırılması da o deməkdir. Millilik nəinki «çiçəklənmə» və «yüksəliş» 
dövründə  əriyib- itmir, heç tənəzzül və böhran, istila və köləlilk dövründə  də (faşist düşərgəsində, partizan 
dəstəsində, yadelli düşmən arxasında da) silinib aradan qalxmır, Vətənindən, təbiətindən, xalqından ayrı 
düşəndə  də  fərd («mən») milliliyi özündə qoruyub saxlaya bilir: Adriatik sahilində Mehdi Hüseynzadə kimi, 
fransız müqavimət hərəkatı sıralarında Jeyran xanım kimi! Yalnız ölülərin fərdiliyi və milliliyi də dərhal «ölür», 
dirilərin hərəsinin bir adı var, öləndən sonra isə hamıya (Əhmədə  də Serqoya da, Karapetə  də hamısına) 
«mərhum» deyirlər. Eyni şeyi bədii obraza aid eləyib dübarə təkrar etmək olar: diridirsə, demək millidir! Sənət, 
şəxsiyyət və millət- hər üçü həm süqut, həm də dirilik və pərvaz çağlarını eyni vaxtda keçirir.
1
 
Qeyd etmək lazımdır ki, mədəniyyətin tərəqqisi obyektiv bir proses, ədəbi, janlı və dinamik bir hadisədir. 
Eyni zamanda mədəniyyətin tərəqqisi ijtimai həyatın bütün sahələrinin, o jümlədən də milli həyatın inkişafı və 
təkmilləşməsi ilə sıx əlaqədə baş verir. Çünki jəmiyyətin və şəxsiyyətin həm inkişaf səviyyəsi, həm də normal 
fəaliyyəti orada mədəniyyətin inkişaf səviyyəsi ilə sıx bağlıdır. Mədəniyyətin yüksək nümunələrini əxz etmiş, 
onu  şəxsiyyətin təkmilləşməsinə istiqamətləndirmiş  jəmiyyət sivilizasiyasının yüksək zirvələrini fəth etməklə 
yanaşı, vətənpərvərlik hisslərinin hərtərəfli və  məzmunlu təzahürünə, insanların hiss və duyğularının 
məqsədyönlü tənzimlənməsinə geniş və əlverişli şərait yaradar. 
Mədəniyyətin yaranıb formalaşması ilə bağlı  səjiyyəvi jəhətlər elə millətin və xalqın formalaşmasının 
bütün xüsusiyyətlərini özündə ehtiva edir. Eyni zamanda, millət və xalqlar (bütövlükdə isə etnik qruplar) 
mədəniyyət vasitəsilə ijtimai münasibətlərə, son nətijədə isə sivilizasiyaya daxil olur, ona öz töhfəsini verir, 
həmçinin onun nailiyyətlərindən istifadə edirlər. 
Mədəniyyət vasitəsilə etnik birliyin sivilizasiyada oynadığı çevik və dinamik rol daha aşkar meydana çıxır. 
Çünki sivilizasiya ayrı- ayrı  fərdlər və sosial qruplar arasında  ən ümumi əlaqə  şəklində  təzahür etdiyindən, bu 
əlaqələrin müəyyən sosial mütəşəkkilliyinin və tamlığının təmin edilməsində mədəniyyətin tənzimləyiji rolu misil-
sizdir.
2
 Özü də bu tənzimləyijilik milli amillərin ijtimai münasibətlər sistemindəki yerini daha mütəşəkkil və sis-
temli edir, milli proseslərə məqsədyönlülük və şüurluluq ünsürləri aşılayır. Məsələn, mili müəyyənlik ilə qırılmaz 
vəhdətdə olan milli mənlik  şüuru mədəniyyətin jiddi təsirinə  məruz qaldıqda, onun məzmun və forma rəgna-
rəgnliyini, inkişaf dialektikasını özündə əks etdirir. Milli mənlik şüurunun timsalında millət və xalq özünün milli 
sərvtələrinin, mənəvi nailiyyətlərinin qiymətini, dünya sivilizasiyasındakı yerini dərk edir, ona fəal dəyişdiriji 
münasibət bəsləmək ruhunda tərbiyə edilir. Həmin vəziyyət sosial- etnik xüsuisyyətlərə  də  təsir göstərir. Məhz 
sosial- mədəni özünəməxsusluq, tarixi mənşə ümumiliyi mədəniyyət nümunələri vasitəsilə milli həyata möhkəm 
daxil olur, həmçinin milli müəyyənliyin inkişafında və formalaşmasında özünün funksiyasına əməl edir. Məsələn, 
xalqımızın milli qürur obyekti olan «Kitabı Dədə Qorqud» dastanı kökümüzün, soyumuzun aydınlaşdırılmasında, 
milli özünəqayıdış  və milli özünüdərkdə az iş görmür. Etnik mənsubiyyətimiz, milli ləyaqət və heysiyyatımızla 
bağlı dastanda qaldırılan bir çox məsələlər məhz bu gün də hisslərimizi və duyğularımızı juşə gətirir, mili müəy-
yənliklə bağlı xarakter keyfiyyətləri aşılayır. 
Yeni təfəkkür özü ilə millət və xalqların roluna əvvəlkindən  əsaslı surətdə  fərqlənən yeni baxış  gətirir, 
onların ümumbəşəri dünya mədəniyyətinə  və insanlar arasında mənəvi avtoritetə  gətirdiyi zənginliyə yenidən 
nəzər salır.  İndi elə bir vaxt gəlib çatıb ki, gərək birbaşa və  qəti javab verək: millətin ləyaqətinə  hər  şeydən 
əvvəl nə dəlalət edir? 
Millətin mənəvi qüruru üçün əsas əhəmiyyət kəsb edən injəsənətdir və mədəniyyətin humanitar tərəfidir
millətin özünün onlara münasibətidir, adamların öz tarixinə, öz keçmişinə münasibətidir. Ona görə  də 
mədəniyyət və tarix abidələrinin vəziyyəti, kitabxana və müzeylərin vəziyyəti, davranış  mədəniyyəti, mərifət 
(bu söz indi tamam unudulub!)- bütün bunlar başqa xalqların da millətə münasibətini təyin edir.
3
 
                                                           
1
 Гарайев Йашар. Мейар- шяхсиййятдир. Б., 1988, с.120. 
2
 Ерасов Б.С. Относительно динамики культуры и цивилизации в историческом процессе на Востоке. Цивилизации и 
исторический процесс. М., 1983, с.67. 
3
 Д.Лихачов. «Правда» гязети, 13 май 1988-ъи ил. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə