Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/238
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2480
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   238

 
38
da ülviləşir, onun sosial duyumu daha da güjlənir, jəmiyyət və xalq, son dərəjədə isə bütün bəşəriyyət qarşısın-
dakı məsuliyyətini daha aydın şəkildə müəyyənləşdirə bilir. 
Mədəniyyətin səjiyyəvi jəhəti kimi xalqların sosial hafizəsində millətlərarası münasibətin, 
mədəniyyətlərarası inteqrasiyanın olduqja humanist formaları, yəni millətləri mehriban qonşuluğa,  əmək 
yoldaşlığına, beynəlmiləl duyğulara səsləyən fomralar mövjud olur. Bu yaddaş, dil, sosial- psixoloci, etnik və 
dini fərqləri çox vaxt üstələyir, mövhumatın, zehniyyətin yaratdığı maneələri aradan qaldırmağa kömək 
etməklə, müxtəlif sivilizasiyaların inteqrasiyasını mümkün edir. Bu jəhət ayrı- ayrı etnik qurpların qarışıq 
yaşadığı regionlarda daha qabarıq surətdə özünü göstərir. Müxtəlif millətlərdən olan adamlar və ailələr arasında 
dostluq və  hətta qohumluq əlaqələrinin olması bu məsələlərdə  tənzimləyiji rol oynayır. Bu jəhətlər insan 
münasibətlərinin milli jəhətlərlə bağlı olan sahəsində sivilizasiyalı mənəviyyatı, millətlərarası əlaqələrdə sağlam 
düşünjəni bərqərar edir, bu istiqamətdə toplanmış sosial tarixi təjrübəni həm qoruyub saxlayır, həm də onu yeni 
keyfiyyətlərlə  zənginləşirdirir. Qeyd edilənlər həm də sivilizasiyanın inkişafını  təmin edən mühüm ehtiyat 
mənbələrindən birinə çevrilir. 
Həmin jəhətlər isə adamların milli vəzifələrlə bağlı fəaliyyətini jəmiyyət və sivilizasiya qarşısında duran 
mühüm ijtimai vəzifələrin həllinə yönəltməkdə mühüm iş görür. 
Milli müəyyənlik özündə millətin tarixi inkişafının bütün jəhətlərini əks etdirdiyindən zəngin məzmuna 
malikdir, həm də bu zənginlik mahiyyətjə milli sərhədləri aşıb- keçir, bu prosesdə onun sivilizasiya ilə əlaqəsi 
xeyli aydınlaşır. Milli gerçəkliyə, millətin adı ilə bağlı olan müəyyənliklərə nəzər yetirsək sırf milli- əlahiddə 
keyfiyyətlərlə yanaşı, digər millət və xalqların, ümumiyyətlə sivilizasiyanın tarixi inkişaf təjrübəsindən  əxz 
edilmiş çoxlu nümunələrlə rastlaşarıq. Çünki millət, xalq və etnik qrup bütün ətraf aləmdən, digər etnik qruplar-
dan təjrid edilmiş deyildir, hər bir millət bəşər adlı ijtimai orqanizmin və bütövlükdə  mədəniyyətin ayrılmaz 
tərkib hissəsi olduğundan ümumbəşəri amillər milli jəhətlərin inkişafında öz işini görə bilir. Adətən milli 
müəyyənliyi yalnız milli jəhətlərin daşıyıjısı kimi qələmə verib, onun məzmununda ümumbəşəri məqamları in-
kar etmək istəyirlər. Anjaq belə bir faktdan yan keçmək olmaz ki, millətə, onun mənəviyyatına, milli xarakter və 
milli simaya həmçinin ümumbəşəri xarakterli hadisələr də müəyyən dərəjədə təsir edir. Digər tərəfdən, millət və 
xalq məhz ümumbəşəri jəhətlər vasitəsilə mədəniyyətə daxil olur, oradan mühüm sosial təjrübəni əldə edərək 
yüksək səviyyəyə çatır.
1
 
Beləliklə, milli müəyyənliyin məzmununda milli və ümumbəşəri jəhətlər ahəngdar surətdə bir- birlərini 
tamamlayıb qarşılıqlı dialektik vəhdət təşkil etdikdə millət və xalqı sivilizasiyalı proseslərə qoşmaqda fəaliyyət 
göstərirlər. Bu mənada milli mənsiyybət hissinin məzmununda ayrı- ayrı millət və xalqlara aid olan milli 
jəhətlərin ümumbəşəri jəhətlərlə nisbətin təkjə ilə ümuminin nisbəti kimidir. Dialektikanın qanunlarından aydın 
olduğu kimi, təkjənin (millinin) ayrı- ayrı jəhətləri toplanaraq ümumidə (ümumbəşəridə) təzahür edib, ümumi 
(ümumbəşəri) təkjənin (millinin) inkişafına yeni məzmun, yeni mahiyyət verir. 
Son zamanlar, milli şüurun kəskin surətdə oyanışı milli amilin rolunu hədsiz dərəjədə artırmışdır. Millət 
və xalqlar milli özünəməxsusluq üzərində daha çox əsməyə, etnik proseslərin milli məqamlarına daha çox 
diqqət yetirməyə həssaslıqla yanaşmağa çalışırlar. Etnik partlayışlar kimi qiymətləndirilə biləjək bu dəyişikliklər 
həm milli müəyyənliyə, həm də onun inkişaf meylinə güjlü təsir göstərir. Lakin bu dalğada milli jəhətlərə hədsiz 
uyub ümumbəşəri jəhətlərə lazımi  əhəmiyyət verilməməsi son nətijədə milli mənsubiyyət hissinin fəaliyyətin 
dar bir sahəyə münjər edilməsinə gətirib çıxara bilər. Yalnız milli ənənələr ruhunda tərbiyə edilib ümumbəşəri 
əxlaq normalarından bəhrələnməyən milli mənsubiyyət hissi mühafizəkar millətçiliyə  gətirib çıxarar, milli 
tərəqqi üçün o qədər də imkanlı perspektivlər vəd edə bilməz. 
Milli jəhətlər millətin sosial portretini, sosial orqanizm kimi birliyin səjiyyəvi  əlamətlərini özündə 
birləşdirir. Tarixi inkişaf prosesi, habelə millətin tarixi inkişaf təjrübəsi və digər sosial məqamlar bu portretin 
ayrı- ayrı jizgilərini yaradır. Millət və xalq bu ölçülər daxilində dərk edilir. Əgər ayrıja bir milləti səjiyyələn-
dirən müəyyənliyin obyektlərini ilk növbədə milli əlahiddə jəhətlər- xalq həyatı ilə, onun etnik xüsusiyyətləri və 
tarixən yaranıb formalaşmış düşünjə  tərzi, adət və  ənənələrlə bağlı ünsürlər təşkil edirsə, onun ümumbəşəri 
tərəflərini bütün bəşəriyyətin adı ilə əlaqəli, qlobal əhəmiyyət kəsb edən motivlər qidalandırır. Həm də bu za-
man ijtimai- siyasi inkişafda mühüm rol oynayan ümumbəşəri faktlar milli əlamətlərin məzmununu ümumbəşəri 
proseslərlə varislik əlaqələri ilə zənginləşdirir.
2
 
Mədəniyyətin ümumbəşəri jəhətlərini milli jəhətlərin sadəjə toplusu kimi təsəvvür etmək olmaz. Bu di-
alektik sintezdir, millinin ən yaxşı  jəhətlərini  əxz etmiş, onlara yeni məzmun və görkəm vermiş dialektik 
seçmədir. Ümumbəşərinin miqyas genişliyi, əhatəliyi bu yolla təmin edilir. Bu prosesdə milli təfəkkürün hüdud-
ları daha da genişlənir, milli müəyyənlik özünün arxaik, məhdud jəhətlərindən azad olunur, daha demokratik, 
humanist və sivilizasiyalı  məzmun alır. Çünki milli jəhətlər öz qınına qapanıb qalarsa, millət və xalqların 
mənəvi simalarının mütərəqqi nailiyyətlərindən bəhrələnməzsə, belə halda milli lovğalıq, milli xudbinlik boy 
                                                           
1
 Рогачев П.М. и Свердлин М.А. Патриотизм и общественный прогресс, М., Политиздат, 1977, с.26. 
2
 Давыдов В.П. Обшечеловеческое и классовое при переходе к рыночным отношениям. Социально- политические 
науки, 1991,  №6, с.10. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə