Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/238
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2480
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   238

 
34
Son variantda isə həmin misralar bu jür alınmışdı. «Mən zaman və özüm haqqında danışıram». Rəsul Həmzətov 
da öz Dağıstanı haqqında söz salmağa başlayarkən həm özü, həm də öz dövrü haqqında – müasir bəşəriyyət 
haqqında danışır. Təkjənin, xüsusinin və ən ümuminin dialektikası injəsənətdə belə həyatiləşir. Sabir Rüstəm-
xanlının «Ömür kitabı»  əsərində  də bir milli- azərbayjanlı kimi görünür. həmin «Mən», bütün dünyada 
azərbayjanlı obrazının müsbət, qəhrəmanlıqla müşayiət olunan təjəssümüdür. 
Rəsul Həmzətovun «Mənim Dağıstanım» kitabı  təkjə kiçik dağlı xalqının  şərəfinə söylənmiş alqış 
mahnısı deyil, həm də onun bəşəriyyətə qovuşması haqqında poemadır. Müəllif özünün bu dünyadakı borjunu 
da məhz xalqını bəşəriyyətlə qovuşdurmaqda, bəşəriyyəti öz xalqı ilə tanış etməkdə görür. Həmin bağlılıqda isə 
injəsətənin  ən mühüm funksiyalarından birinin- xalqların qarşılıqlı  bədii ünsiyyəti və qarşılıqlı estetik 
zənginləşməsi vasitəsinin mahiyyəti və mənası görünür. 
Bədii yaradıjılığın estetik özülünün əsasında milliliyin və ümumbəşəriliyin dialektikası durur. Burada 
estetikanın gözəllik kimi əsaslı bir kateqoriyasının injəsənət üçün ən ümumi və  hərətərfli  əhəmiyyəti nəzərdə 
tutulur. Sənətkar dünyanı gözəllik qanunlarıyla mənimsəyir. Gözəllik hər bir həqiqi  əsərin zəruri estetik 
keyfiyyətidir. Deməli, injəsənətdə  hər  şey gözəlliklə münasibtədə olur, gözəllik baxımından qiymətləndirilir. 
Əsərdə verilən sima əslində gözəl olmaya da bilər, lakin o gözəl təsvir olunmalıdır. Gözəlliksiz və göəzllikdən 
kənar heç bir bədii hadisə yoxdur, bəs bu gözəllik özü nə olan şeydir? Gözəllik – insanlıq üçün ən yüksək 
ümumbəşəri estetik dəyərdir, predmetin bir varlıq kimi bəşəriyyət üçün ən geniş miqyaslı əhəmiyyətidir. 
Gözəllik real və obyektiv varlıqdır. O, jansız və janlı təbiətin öz xidmətidir. Biz maddi aləmi, mühiti dərk 
etdiyimiz kimi, gözəllik duyğusu da həyatdakı gözəlliyin inikasıdır. Öz dövrünün dərəjəsindən asılı olaraq hamı 
gözəlliyi duyur. Bu duyğu predmetlərə  və hadisələrə qarşı bizim xoş  və müsbət münasibətimizi bildirir. 
Gözəlliyin sadə və bəsit əlamətlərini insanların əksəriyyəti müşahidə edə bilir. Bu əlamətlər qayda, səliqə, uyğ-
unluq, yaraşıq,  əvəzləmə, tənlik (simmetriya) və  tənasüb (proporsiya) elementlərindən, rənglərin və  səslərin 
ahəngindən, hisslərin qarşılıqlı əlaqəsindən vəhdət və bütünlük təsirindən ibarətdir. Lakin gözəllik anlayışı bu 
əlamətlərlə  məhdud deyil, çünki gözəllik yalnız  şəkil və forma deyil. O, anjaq zahiri görsənişdən ibarət ola 
bilməz. Əsil gözəllik mənalı və mündərijəli olur.
1
 
Dünyanı gözəllik qanunlarıyla mənimsəyən sənətkar onları istər- istəməz bəşəriyyətlə münasibətləri, bəşər 
nəsli üçün əhəmiyyəti baxımından qiymətləndirir. Belə ümumbəşəri  əsaslar, ümumiyyətlə, immanent 
humanistliyə və beynəlmiləlçiliyə malik olan bədii yaradıjılığın bu fundamental özülü təkjə beynəlmiləl deyil, 
həm də milli və sinfi əsaslardan da ibarətdir, çünki ümumbəşəri dəyərlərin özünün dərk edilməsi tarixi, sinfi və 
milli jəhətdən  şərtləndirilmişdir. Və milli görüm nə  qədər bənzərsizdirsə, o, bədii informasiyanın və 
münasibətlər təjrübəsinin bir o qədər də qiymətli, təkrarsız dəyərliliyinə malik olur. Eyni zamanda onun dəyər 
və əhəmiyyəti ümumbəşərilik və beynəlmiləlçiliklə, sinfilik və milli bənzərsizliklə nə qədər sıx qovuşarsa, bir o 
qədər də artar. Elə buna görə də əsərin yüksək bədiiliyinin mühüm şərtlərindən biri, onun klassik səviyyədə və 
ümumdünya səviyyəsində səslənə bilməsi üçün zəruri imkana malik olmasıdır. 
Bədii  əsər, ümumbəşərilik və beynəlmiləçilik ilə hadisələrə tarixi, milli və sinfi jəhətdən  şərtlənən bir 
yanaşma və qiymət vermə tərzini özündə birləşdirir. 
Belə olduğu halda injəsənətdə milli başlanğıjın mahiyyəti nədədir? Milliliyin bir estetik kateqoriya kimi 
daha tam və dəqiq tərifini N.V.Qoqol verib. Həmin tərif injəsənətdə milli ilkinliyin təbiətinin dərk olunmasına 
kömək edə bilər: «…əsil millilik sarafanın təsvirində deyil, xalq ruhunun özündədir. Şair hətta tamam yad aləmə 
özünün milli stixiyası ilə, öz xalqının gözü ilə baxıb, təsvir edəndə də, onun duyduqlarında və düşündüklərində 
həmvətənləri sanki özlərinin duyğularını və düşünjələrini hiss edəndə də milli ola bilər».
2
 
İnjəsənətin milli spesifikası müəllifin bədii təfəkkürünün özünəməxsusluğunda daha tam şəkildə təjəssüm 
olunur. Burada injəsənətin bənzərsizliyinin kəşfi üçün açar var. Bədii yaradıjılığın milli özünəməxsusluğu 
sənətkar fərdiyyətinin xüsusiyyətləri vasitəsilə həyata keçirilir. 
Dil və din, mental və yaddaş, əxlaqi dəyərlər, sənətdə və fəlsəfədə, hətta relyefdə və iqlimdə artıq mənəvi 
məkan hamısı bir düyündə, bir yumruqda (bir blokda) jəm olanda (yalnız onda!) bəşəriyyət adlı tamın, bütövün 
komponenti- Azərbayjan  əmələ  gəlir. Azərbayjançılıq- məhz bu məqamda, bu mərtəbədə  həmin adın, həmin 
ünvanın  ən ali rəsmi hüquq, qanun səviyyəsində sertifikatıdır. Milli özünüdərkin, etnik şüur intibahının 
fəlsəfədə, elmdə, ideyada ifadəsidir. Lakin bu ideya, bu fəlsəfə də nəzəriyyədən təjrübəyə, milli ideyadan milli 
şüura tam halda yalnız o zaman çevrilir ki, ayrı-ayrı ziyalılar, təklər yox, kütlələr  əməldə, işdə ona sahiblik
şüuru nümayiş etdirirlər. 
Millət- Azərbayjan, milli ideya, dövlətçiliyin sivil ideya modeli- Azərbayjançılıqdır!  İki  əsrlik nəzəri 
ideoloci fikrimizin yekunu, sonu, qənaəti bu gün iki düsturla formulə edilir. 
Milli ideologiya milli-ijtimai fikrin ayrıja bir problemi səviyyəsində sosial düşünjəni XIX yüzilin 
ortalarından jəlb etməyə başlayıb. Lakin bizəqədərki «azərbayjançıların» ideya irsi də öz renessanssını 
çağımızda yaşayır. Nizaminin, Füzulinin təbiətlə,  əxlaq və ekologiya ilə  həmahənglik, harmoniya axtarışları, 
                                                           
1
 Мещди Мяммядов. Естетика щаггында сющбятляр. С.31-32 
2
 Гоголь Н.В. Собр. Соч., в шести томах. Т.6, М., 1953, с.34. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə