Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/238
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2480
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   238

 
31
payına təbii tələbat duyur. Həqiqətən də yaxşı  təşkil olunan, düzgün normalaşdırılan, növləri növbələşən
istirahətlə əvəzlənən azad əmək insanın yaradıjı mənəvi və fiziki qüvvəsinin əsas təzahür və inkişaf formasına çe-
vrilir. Əməyin birinji həyati tələbata çevrilməsi əməkdə estetik başlanğıjla əlaqədardır. Mədəni və mənəvi tələbatın 
ödənilməsinə yönəldilmiş əmək özü tələbata çevriləndə insana layiq olur, bu tələbatın sərbəstliklə təmin edilməsi 
insana rəssamın sənət əsəri yaradarkən aldığı qədər zövq verir. 
Tarixin bütün dövrlərində mövjud jəmiyyətlərdə müxtəlif ideallar- siyasi, əxlaqi, dini, estetik və s. ideal-
lar toplanmışdır.ideallar bu və ya digər qrupun, xalqın və ya bütövlükdə jəmiyyətin içərisində yaranan həsrət, 
ümid və arzular toplusu halında ifadə olunmuşdur. 
Məlum olduğu kimi idealın  əsası insanların beynində, onların təxəyyülündə, fantaziyalarında deyil, 
həyatın iqtisadi şəraitinin inkişafındadır. Varlıqla  şüurun münasibəti mürəkkəbdir.  İdeallar tarixi tərəqqinin 
səbəbi deyil, nətijəsidir. 
Estetik ideal jəmiyyət tərəfindən onun əxlaqi və fiziki inkişafında  əldə edilmiş  ən yüksək nailiyyətin 
təjəssümüdür. Etsteik idealda dərin tarixi məzmun vardır və öz təbiətinə görə  həyatın real təzahürləri ilə  sıx 
əlaqədardır. Estetik ideallar gələjəyi yalnız onun hal- hazırda artıq mövjud olduğu elementlər şəklində ifadə edir.  
Həyatda və injəsənətdə estetik ideal fövqəladə  dərəjədə mürəkkəb bir hadisədir.  İdeal haqqındakı 
təsəvvürlər anadangəlmə deyildir. Bu ideallar adamlarda onların həyati və etsetik təjrübəsi sayəsində yaranır. 
Estetik mədəniyyət fərdin qarşısında nəinki sərvətlər dəsti kimi həm də jəmiyyətin sosial strukturuna dax-
il edilmiş  və onun tərəfindən  şərtləndirilmiş müəyyən sistem kimi durur. Estetik mədəniyyətin sosial 
oriyentasiyası birinji növbədə, sosial təsisatlar (kitabxanalar, muzeylər, teatrlar, kütləvi mədəni kommunikasiya 
vasitələri) vasitəsilə  bədii sərvətlərin seçilməsi və onların ijtimai inkişafın aktual vəzifələrinə uyğun olaraq 
interpretasiyası ilə  həyata keçirilir. Bu jür seçilmiş  və interpretasiya edilmiş  bədii sərvətlər sistemdə 
təmərküzləşir. Bu sistemin təşkilinin  əsasını ijtimai ideal təşkil edir. Müasir jəmiyyətdə dövlət estetik mə-
dəniyyəti bütün xalqın mənafeyinə tabe teməyə çalışır, birinji növbədə sərvətlər istehsal olunan injəsənətə təsir 
göstərir. İnjəsənətin kapitala oriyentasiyasının onun üçün ziyanlılığı birinji növbədə, ondan ibarətdir ki, o, Hege-
lin sözü ilə desək, əsl həqiqilik və həyatilik xarakterini itirir və gerçəklik aləmində öz əvvəlki yüksək mövqeyini 
bərpa edə bilmir. Bu tezis müasir keçid jəmiyyətində geniş rezonans almış  və injəsənətin yox olması 
konsepsiyasında öz əksini tapmışdır. 
Adətən, yazıçıları, artistləri, recissorları, rəssamları, bəstəkarları, memarları, bir sözlə, injəsənətə aid olan 
hamını, bədii  əsərlər və obrazlar yaradan hər kəsi sənətkar adlandırırlar. Lakin bu sözü daha geniş  mənada 
işlətmək mümkündür. Öz sənətinə yaradıjı surətdə yanaşan hər kəsin öz işinin sənətkarı adlandırılmağa haqqı 
çatıp. 
Sənətkar bütün hallarda yaradıjı sözünün sinonimi kimi işlədilə bilər. Bədii münasibət insanın  ən ali 
yaradıjılıq vəziyyətidir. 
Qeyd etmək lazımdır ki, gözəllik, kamillik- məhdudluq və birtərəfliliklə bir yerə sığmır. Gözəllik həyatın 
dolğun olduğu yerdə fiziki inkişafla zehni inkişafın həmahəng olduğu yerdə meydana gəlir. İnsanın gözəlliyə, 
kamilliyə jəhdi fəal, yaradıjı olmalıdır. Estetik tərbiyənin məqsədi və mənası təkjə gözəlliyə heyran olmaqdan 
ibarət deyil, həm də onu təsdiq etməkdən, həyata gətirməkdən ibarətdir. Əgər estetik tərbiyənin mahiyyətini bir 
neçə sözlə ifadə etmək istəsək, həyat sənətkarlarını oyatmalı  və inkişaf etdirmək lazımdır.  İnjəsənətin  əsas 
vəzifəsi xüsusilə bundan ibarətdir.

 
Tədqiqatçılar keçmiş jəmiyyətlər şəraitində injəsənətin taleyinə bu bədbin münasibətə şərik deyillər. Bu 
estetik mədəniyyətin bütün əhali təbəqələrini ona jəlb etmək, bədii və estetik fəaliyyəti hərtərəfli 
stimullaşdırmaq yolu ilə qeyri- məhdud inkişafı üçün imkan yaradır. 
Estetik mədəniyyətin kulturoloci aspektləri mədəniyyətə verilən müxtəlif təriflərdə özünü göstərir. Bu 
təriflər artıq qeyd etdiyimiz kimi çoxdur və onları qruplaşdırsaq aşağıdakı ümumi növləri almaq mümkündür. 
Təsviri növ- burada mədəniyyətin təzahürü və ayrı- ayrı elementləri (adətlər, etiqadlar, fəaliyyət növləri) sadəjə 
olaraq sadalanır. 
Antropoloci növ – qeyd edir ki, mədəniyyət təbiətə qarşı duran («ikinji təbiət») insan fəaliyyətinin məhsulları, 
şeylər dünyasıdır. 
Dəyər növü – mədəniyyəti maddi və mənəvi dəyərlərin məjmuu kimi şərh edir. 
Normativ növ – təsdiq edir ki, mədəniyyətin məzmunu insan həyatını nizamlayan norma və qaydaların 
məjmuudur. 
Adaptiv növ – insanları  təbii  şəraitə uyğunlaşdıran fəaliyyətin xüsusi növü olan mədəniyyəti insanlara 
xas tələbatların ödənilməsi üsulu kimi şərh edir.  
Tarixi növ – qeyd edir ki, mədəniyyət jəmiyyətin tarixinin məhsuludur və insanın əldə etdiyi təjrübəsinin 
nəsildən nəslə ötürülməsi yolu ilə inkişaf edir. 
                                                           
1
 Скатершиков В.К. Эстетическая культура советского человека. М., «Советская Россия», 1964, с.17. 


 
32
Funksional növ – mədəniyyəti jəmiyyətdə oynadığı funksiyalar vasitəsilə  səjiyyələndirir və onun 
funksiyalarını vəhdətdə götürür.  
Semiotik növ – mədəniyyətə jəmiyyətin istifadə etdiyi işarələr sistemi kimi baxır. 
Simvolik növ – mədəniyyətdə simvollardan istifadə edilməsinə daha çox diqqət yetirir. 
Hermenevtiv növ - mədəniyyəti insanların dərk edib şərhinə xeyli yer verdiyi çoxlu mətn kimi təsəvvür 
edir. 
İdeatsion növ – mədəniyyəti jəmiyyətin mənəvi həyatı kimi, mənəvi yaradıjılığın sosial yaddaşda 
toplanması ideyalar axını və digər dəyərlər kimi başa düşür. 
Psixoloci növ – mədəniyyətlə insanların davranış psixologiyası arasında  əlaqəni qeyd edir və insan 
psixikasının xüsusiyyətlərinin sosial jəhətdən şərtləndiyini təsdiq edir. 
Didaktik növ- mədəniyyətə (genetik jəhətdən irsi alınmayan) insanın öyrəndiyi bir fenomen kimi baxır. 
Sosioloci növ- mədəniyyətə insanların kollektiv fəaliyyətini təmin edən ideya, prinsip, sosial institutların 
məjmusu, ijtimai həyatın təşkili amili kimi baxır.

Eyni zamanda mədəniyyətin bir ümumi bölgüsü- maddi və mənəvi mədəniyyətlərə bölgüsü də mövjud-
dur. 
Maddi mədəniyyətə istehsal vasitələri  əmək alətləri, tələbat vasitələri, istehsal və  tələbat vasitələrinin 
yaradılmasında istifadə olunan praktiki fəaliyyət üsulları, istehsal münasibətləri daxildir. Geniş mənada maddi 
mədəniyyət mənəvi mədəniyyətin maddiləşməsidir. Estetik mədəniyyət həm maddi, həm də mənəvi mədəniyyət 
sahələrini əhatə etməklə özünü üniversal mədəniyyət kimi göstərir. 
Estetik mədəniyyət büiövlüyü, tamlığı ifadə edir. Eyni zamanda onun nisbi müstəqilliyə malik müxtəlif 
sahələri jəmiyyətin sosial strukturu ilə şərtlənən vahid sistemdə birləşir. Yuxarıda qeyd etdiyimiz kimi estetik 
mədəniyyətin sosial istiqamətlərin ifadəsini estetik ideal təşkil edir. Öz məzmununa görə estetik ideal ijtimai 
idealın ifadəsidir. Yalnız injsənət  əldə edilmiş idealı  təqdim edə bilər.  İnsanın birbaşa emosional hissləri 
sisteminə üzvi olaraq qoşulan konkret obrazlı nümunələrini (variantlarını) verə bilər. Tədqiqatçıların fikrinjə, 
fərd estetik ideal vasitəsilə sosial əhəmiyyətli normaları  və  sərvətləri mənimsəyir,  şəxsiyyət həmin ideal 
sayəsində sosiallaşır. 
Estetik mədəniyyətin sturkturunda onun sistemli elementi olan estetik tərbiyə olduqja mühüm rol 
oynayır. Hər bir jəmiyyətdə estetik tərbiyə formalaşdırma funksiyasını yerinə yetirir. Estetik tərbiyə sistemi 
özündə estetik mədəniyyətin sosial- fəlsəfi istiqamətini jəmləşdirir. Estetik tərbiyənin başlıja məqsədi- hərtərəfli 
harmonik və deməli, estetik jəhətdən inkişaf etmiş insan şəxsiyyəti yetirməkdir. Estetik tərbiyənin başlıja 
məqsədini reallaşdırmaqdan ötəri iki qrup vəzifəni yerinə yetirmək lazımdır.  
Birinji qrup- hər bir insanı inkişaf etmiş, estetik mədəniyyətin yararlı obyekti olmaq, estetik jəhətdən 
təhsilli, tərbiyəli, estetik – bədii dəyərlərin tələbkar olmağı- tərbiyə etməklə əlaqədardır. İkinji qrup isə hər bir 
insanı estetik mədəniyyətin subyektinə çevirmək, onun bədii- estetik yaradıjılıqda iştirakına şərait yaratması ilə 
əlaqədardır. Hər iki qrup bir- birilə qarşılıqlı surətdə  əlaqədardır. Estetik mədəniyyətin formalaşması  təkjə 
insanların bədii- estetik dəyərlərə yiyələnməsi üçün iqtisadi və sosial şəraitin yaradılması deyil, həm də onların 
gözəlliyi başa düşən estetik jəhətdən tərbiyəli olmasına dair proqramın tətbiq edilməsidir.  İnsanların estetik 
şüurunun səviyyəsini yüksəltmək- estetik tərbiyənin başlıja vəzifələrindən biridir. Burada estetik idealın 
yaranması da mühüm yer tutur. Estetik ideal həyatın dolğunluq və kamillik ifadəsi kimi insan nəslinin hər birinə 
mütləq görünür. Buradan da estetik idealın ümumiliyi də üzə  çıxır. Lakin müasir dövrdə estetik mədəniyyət 
təkmilləşdikjə daha dəqiq desək, o ideala yaxınlaşdıqja, sərhəd  əvvəlki hüdudlarından kənara çıxır. Buradan 
çıxan əsas nətijə budur ki, estetik ideal yeni məzmunla zənginləşir, daha dərin və  əhatəli şəklə düşür. Estetik 
mədəniyyət estetik fəaliyyətin və ijtimai şüurun xüsusi formasıdır. Dünyanın obrazlı  şəkildə qavranılmasıdır, 
gözəllik qanunları üzrə  təsviridir. Obrazlı inikas (bədii obraz) vasitəsilə  hər bir sənətkar hadisələrin həyat 
şəraitinin, sosial münasibətlərin adamların xarakterlərinin və  həyəjanlarının (bunların bilavasitə real həyatdan 
götürülüb götürülməməsindən və ya fantaziyasından, onun bədii uydurmanın məhsulu olmasından asılı olmaya-
raq) mahiyyətini aşkara çıxartmaqla həyat həqiqətinin obrazlı kəşfini verir. Estetik bilik, vərdiş, qavrayış, hisslər 
və s. estetik mədəniyyətin tərkib hissəsi kimi çıxış edir. 
 
 
1.11.Milli müəyyənlik və estetik mədəniyyət 
 
Keçmiş SSRİ xalqlarının siyasi müstəqillik  əldə etməsi ilə  əlaqədar milli şüurununun oyanması müasir 
dövrün  ən  əlamətdar hadisəsi hesab olunur. Həmin tarixi hadisə strateci jəhətdən sosial- iqtisadi, intellektual, 
mədəni həyat və dövlət idarəçiliyinin bütün sahələrində  dərin demokratik dəyişikliklərlə müşayiət olunmuşdur. 
Əslində bu hadisə öz mahiyyətinə görə bir tərəfdən xalqın varlığının bütün həyat sahələrində tarixən keçiji ol-
mayan təkrarsız milliliyin intibahına, digər tərəfdən (təkrarsız fərdiliyin aşkarlanması ilə) xalqlar arasında inteqra-
                                                           
1
 Культурология. Ростов н/д. «Феникс», 2001, с.10-11. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə