Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/238
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2480
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   238

 
29
Azərbayjan nağıl və  əfsanələrində insandan başqa, çoxlu janlı  iştirak edir: ilan, qurd, simurq quşu, at, 
əcdaha, div və s. bu obrazlarda təbiət və insan bir- birinə keçir, həm də bu obrazlarda insan öz düşünjəsini 
rəmzləşdidir.  İlan xeyirxahlığın, div şərin rəmzidir.  İnsana məxsus hərəkət və keyfiyyətlərin janlılar və  təbiət 
üzərinə keçirilməsit təbiətin özünə dini- mənəvi, hətta sirli- magik münasibətdir. Təbiət, onun hadisə və janlıları 
insaniləşdirilir, rəmzləşdirilir. 
İnsan təbiətə münasibətdə daima öz janlılığı  və  fəallığı ilə  fərqlənir. Bu münasibət yaradıjı xarakter 
daşıyır. Bu jür yaradıjı praktiki münasibət konkret gerçəkliyini  əməkdə tapmışdır. Adətən, nağıl və 
əfsanələrdəki şər qüvvələr daxilən eybəjər olmaqla yanaşı çox kobud və eybəjərdirlər. Məsələn, div, güpəgirən 
qarı, zalım, xəsis və  qəddar kosa, ədalətsiz padşah və bu kimi şər qüvvələrit təmsil edən obrazların zahiri 
formaları onların məzmununu ifadə edirdi. Eybəjər sifət, yöndəmsiz bədən, pis gülüş, bij, kəmfürsətlik, jır- 
jındır geyim və bu kimi əlamətlər qabaqjadan xarakterik keyfiyyət kimi çıxış edir. Deməli, estetik 
mədəniyyətinin yaranışının ilk anından belə məzmun və forma vəhdəti əsas keyfiyyət kimi özünü göstərir. 
Qeyd etdiyimiz kimi, həm bədii mədəniyyətin, həm də bütövlükdə estetik mədəniyyətin  ən yüksəklik 
dərəjəsi xalq injəsənətidir. Onun əsas növləri bunlardır: maddi- təsviri, mərasim- oyun və  şifahi- poetik, 
injəsənət, yaxud folklor. Xalq injəsənətində bəşəriyyətin qəbilə kollektiv təjrübəsi ümumiləşdirilmiş rəmzi for-
mada akkumulyasiya olur və onun ətraf təbii mühitlə, torpaqla əzəli və qədim əlaqəsi şəraitində inkişaf edir.
1
 
Xalq injəsənətinin estetik sərvətlərinin ümumbəşəriliyi də bundadır. Eyni zamanda insanın torpaqla əlaqəsini 
bilavasitə- sadədil formada ifadə edən xalq injəsənəti onun regional- etnik təjrübəsi ilə bitir. Bu təjrübə onun 
obrazlı quruluşundan, dilində, simvolikasında saxlanılır və milli spesifikasının xüsusiyyətlərini müəyyənləşdirir. 
Xalq injəsənətinin mənəvi sərvətlərinin qarşılıqlı  təsiri və mübadilə edilməsi hazırda dünya xalqlarının 
əlaqəsinin, qarşılıqlı anlaşmasının onların mədəniyyətlərinin qarşılıqlı  zənginləşməsinin çox mühüm 
kanallarıdır. Xalq injəsənəti xalqın həyat ənənələrinin və ideallarının qoruyujusu və tükənməz mənbəyidir (Biz 
bu barədə sonrakı fəsillərdə daha ətraflı danışajağıq). 
Professional sənətin mühüm xüsusiyyət təşkil edən əlavəsi bədii özfəaliyyətdir. O, eyni zamanda estetik 
mədəniyyətin müstəqil funksional elementidir. Estetik mədəniyyət sistemində  bədii özfəaliyyət iki funksiya 
yerinə yetirir. O, bir tərəfdən insanların yüksək professonal sənətə jəlb edilməsinin mühüm vasitəsidir. Təsadüfi 
deyil ki, özfəaliyyət kollektivlərinin repertuarına çox vaxt hətta professional kollektivlərin heç də həmişə jürət 
etmədikləri yüksək klassik əsərlər salınır. Bədii özfəaliyyət xalq sənəti ilə professional sənətin arasında əlaqə 
funksiyasını yerinə yetirir. O, professonal injəsənət üçün xalq istedadlarının mənbəyidir və eyni zamanda pro-
fessional sənətdən ötrü injəsənəti başa düşən və ondan zövq alan adamlar formalaşdırır. 
Bədii özfəaliyyətin ənənəvi formalarına hazırda injəsənətin texniki növləri ilə əlaqədar özfəaliyyət (kino 
həvəskarları, foto həvəskarları və s.) getdikjə genişlənir. 
Dünyanın estetik jəhətdən qavranılması  əşya və insanın mürəkkəb qarşılıqlı  əlaqəsindən ibarətdir. 
Əşyadan alınan estetik hiss olmadan gerçəkliyi hərtərəfl dərk etmək qeyri- mümkün olur. Yalnız zövqlə, sakit 
və xoş bir nəşə ilə müəyyən etmək olur ki, əşya gözəldir. 
İnkişaf edən jəmiyyətin estetik mədəniyyətinin mühüm ünsürü vahid estetik tərbiyə sisteminin 
mövjudluğudur. Hər hansı bir estetik mədəniyyətin subyekti olmazdan əvvəl insan estetik tərbiyə, ənənə, yaranmış 
ijtimai fikir sistemi vasitəsilə reallaşan, daha dəqiq desək, həyata keçirilən təsir obyekti olur. Azərbayjan jə-
miyyətinin estetik mədəniyyəti böyük tərbiyəvi  əhəmiyyətə malik olduğunu sübut etməkdən məhrumdur. Bunu 
injəsənətin əksər növlərində müşahidə etmək mümkündür. Bu vəziyyətin aradan qaldırılması olduqja vajibdir. La-
kin insanların estetik mədəniyyətinin formalaşması mütəşəkkil və məqsədyönlü prosesdir. Eyni zamanda onu da 
qeyd etmək lazımdır ki, estetik tərbiyəni mədəni- maarif vəzifələri isə məhdudlaşdırmaq həmçinin normal, mədəni 
inkişaf etmiş şəxsiyyətin formalaşmasında onun rolunu mütəlqləşdirmək ağlabatan olmazdı. İdeya- siyasi, əmək, 
mənəvi, estetik və fiziki tərbiyə və bütün təhsil sisteminin fəaliyyəti bu ümumi məqsədə yönəldilməlidir. Bizdə isə 
çox vaxt hər işi tərsinə edirlər. Ali məktəb proqramlarından estetika, kulturologiya dərsləri çıxarılır, humanitar 
fənnlərin yükü azaldılır. Nətijədə isə uduzan gənj nəsil olur. Ümumiyyətlə, tərbiyənin digər tərəfləri ilə üzvi 
surətdə bağlı olan estetik tərbiyə insanın ideya- mənəvi yüksəlişinə, onda yüksək mənəvi keyfiyyətlərin inkişafına 
kömək edir. 
İnsanların dünyaya olan estetik münasibətləri onların ağlı ilə əlaqədar olsa da, hər şeydən əvvəl, emosion-
al münasibətlərdir. Estetik münasibətlər məhz bu jəhətdən fəlsəfi, praktiki, elmi və s. münasibətlərdən fərqlənir. 
Həm varlığın gerçək hadisələri, həm də bizim onlardan zövq almağımızın xarakteri gözəllik sahəsində böyük rol 
oynayır. Gözəllik haqqındakı mühakimə qavrayışın obyektiv və subyektiv tərəflərinin iştirak etməsi nətijəsində 
yaranır. Əşyanın insana və insanın əşyaya münasibətindən ibarət olan bu vəhdətdən xarijdə gözəlliyin nə demək 
olduğunu başa düşmək olmaz. Bu məsələnin, müxtəlif tərəflərinin bütün mürəkkəb dialektik əlaqəsini nəzərə 
almadan birtərəfli izah edilməsi jəhdləri bəsitliyə və əsassız nətijələrə səbəb olmuşdur. 
                                                           
1
 Бах: Некрасова М.А. Народное искусство как часть культуры М., 1983. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə