Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/238
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2480
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   238

 
24
dəyişdirildiyi üçün təbii halından çıxmış və estetik mədəniyyət kontekstinə daxil edilmiş təbiət hadisələri ola bilər. 
Estetik jəhətdən neytral olan, dəyəri fəaliyyət prosesində aktuallaşıdırlan yaxud təsbit edilən halların da estetik 
fəaliyyəti predmeti olması tamamilə ağlabatandır. 
Estetik fəaliyyətin xüsusi maraq sahəsi həmişə insan aləmi olmuş, indi də insan aləmidir. Ona ijtimai- ta-
rixi proses, adamların ijtimai həyatı, onların sosial davranışı  və  mənəvi aləmi aiddir. Dünya mədəniyyəti və 
injəsənəti göstərir ki, elə bir təbiət və ya sosial gerçəklik halı yoxdur ki, o, öz təbiəti etibarı ilə estetik fəaliyyətin 
predmeti kimi çıxış etməsin. Səməd Vurğun Fizuli poeziyasına marağının genişliyindən heyranlıqla danışmışdır. 
Fizuli qəzəlləri elə bir dünyadır ki, ondan doymaq olmaz: 
 
Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir, 
Mən kiməm, saqi olan kimdir, meyi, səhba nədir. 
 
Gərçi janandan dili- şeyda üçün kam istərəm 
Sorsa anan bilməzəm kami- dili- şeyda nədir. 
Vəsldən jün aşiqi müstəğini eylər bir vüsal 
Aşiqə məşuqdan hərdəm bir istiğna nədir? 
 
Hikməti dünyavü mafiha bilən arif deyil, 
Arif olur, bilməyə dünyəvü mafiha nədir. 
 
Ahu fəryadın, Füzuli, injidibdir aləmi
Gər bəlayi- eşq ilə xoşnud isən qovğa nədir?
1
 
 
Məhəbbət bu poeziyanın predmeti olmuş və heç bir şey istisna təşkil etməmişdir. Təfəkkür məhəbbətin 
qüdrəti qarşısında susur. Hər  şey onu heyrətə  gətirib. Hər  şey onun poeziyasının predmetidir. İnsanın daxili 
aləmində onun ali və böyük xüsusiyyətlərindən tutmuş onu utandıran ən kiçijik jəhətlərə qədər hər şeyə təbiətdə 
görünən və zahirən nə varsa hamısına eyni dərəjədə öz münasibətini bildirmişdir. 
Fizuli ümumiyyətlə, sözə, dilə ruhani, sakral münasibət bəsləyir, onu «uja dərgahdan» gələn feyz hesab 
edir: «Aləm sədəfində insandan qiymətli bir gövhər görmədim və insan gövhərində isə sözdən şərəfli bir jövhər 
tapmadım». Söz haqqında bu sözlər söz olub qalmır. «Leyli və  Məjnun»un, «Divan»ın semantik stixiyası 
doğrudan da ilahi, sirli, təhtəlşüur bir aləmdən xəbər verir. Şübhəsiz, Fizuli xalis simvolist şair və sürrealist 
mütəfəkkir deyil. Həm sakral, həm də realist və romantik üslubi əda burada vahid bədii məkan – «Fizuli univer-
sumu» təşkil edir və ən azı üç bədii yozuma şərhə, açıma fəlsəfi açar verir. Elə ona görə hər Fizuli beyti də az 
qala hər müqəddəs surə qədər izah və təfsiz tələb edir. 
Buna nail olmaq üçün şair həmişə mənanı da dərinlikdə ilahilik və sehir səviyyəsinə bədii, biçimi, üslubu, 
dili və vəzni də gözəllikdə nazənin, məşuqə və mələk səviyyəsinə qaldırır, sözü diriliyin, insanın («jan»ın) özü 
ilə bərabər tutur. 
Jan sözdür əgər bilirsə insan, 
Sözdür ki, deyirlər özgədir jan… 
Fizulinin qədim türk dünyasında məhz sözlə, yenidən yaratdığı vahid bədii məkan indi də davam edir. 
Bütün Qafqazda və Orta Asiyada, Balkanlarda və Kiçik Asiyada türkün nəfəs aldığı  hər yerdə mahnıdan, 
musiqidən, dini mərasimdən tutmuş məktəb dərsliyinə, məişətə, məsjidə, meyxanaya qədər bu sabit dil məkanı 
hiss olunur, yaşayır, boy verir.
2
 
Fizuli – vahid, bölünməz, bütöv məkanı yalnız tarixlər, mədəniyyətlər, rüzgarlar arasında yox, həm də göylərlə 
yerlər arasında yaradır. Şairin sözdən jisim kəsb edən «jan evi»nə nə fələklər və insanlar, millətlər, dinlər və təriqətlər 
hamısı eyni vaxtda sığışmır. Ona görə ki, Fizuli həm bizimlə, həm də göylərlə vahid məkanda yaşayır və özünü tanrı, 
dünya və təbiətlə vəhdətdə dərk edir
.3 
Əşya pratkik fəaliyyətdən fərqli olaraq estetik fəaliyyət, Hegelin qeyd etdiyi kimi, öz əşyasını onun təbii 
mövjudluğundan məhrum etmir. O, yalnız əşyanı öz şəxsi məntiqi və potensial inkişaf imkanlarına uyğun olaraq 
obrazda tamamlayır və ideala qədər ujaldır. Daha doğrusu arzu edilən və mümkün olan təsəvvür səviyyəsinə 
qaldırır. Estetik baxımdan dəyişdirilmiş  şey bəşər mədəniyyəti aləminə daxil edilir, orada o, öz oricinal 
xüsusiyyətini saxlayaraq, insan üçün dəyərli olur. Burada estetik predmet insanın obyektiv (təbii və sosial) aləmi 
ilə subyektiv aləmi arasında vasitəli vəsilə kimi çıxış edir. 
Müasir tədqiqatçılar keçmiş dövr mütəfəkkirlərinin (Aristotel, Kant və başqalarının) məhdudluqlarını ara-
dan qaldıraraq dialektik əsasda estetik jəhətdən gözəl ideyaların, bütövlükdə estetik mədəniyyətin  şəxsiyyətin 
                                                           
1
 Физули. Ясярляри, 5-ъилддя, II ъилд, Б., 1958, с.204. 
2
 Йашар Гарайев, Тарих. Йахындан вя Узагдан. Б., 1995, с.183-184. 
3
 Йеня орада, с.187. 


 
25
təkmilləşməsinə kömək etdiyini xüsusi qeyd etmişdir. Gerçəkliyə etsteik münasibətin metodoloci mahiyyətini 
açaraq tədqiqatçılar estetik mədəniyyətin inkişafının əsasını göstərmişlər. Onlar aydınlaşdırdılar ki,  
- gerçəkliyin dərk edilməsi onun hissi qavrayışı ilə başlanır, bununla bərabər idrak prosesi hissi və 
rasionallığın vəhdətidir; 
- estetik hisslərin əmələ gəlməsi və inkişafının əsasında fəaliyyət durur; 
- şəxsiyyətin estetik fəaliyyətinin əsasını insanların maddi həyat şəraiti təşkil edir; 
- estetiklik insanların öz ideyalarına uyğun olaraq gerçəkliyin insan tərəfindən dəyişdirilməsinin məqsəd və 
şəraitinə daxildir; 
- estetiklik ümumbəşəri xarakteri ilə özünü göstərir; 
- gerçəkliyə emosional hissi münasibət insanda müxtəlif qurujuluq məsələlərinə dərin maraq oyadır; 
- estetiklik, bütövlükdə insanın mənəvi formalaşması kimi, həm praktiki problemlərlə, həm də digər 
probelmlərlə əlaqədardır.
1
 
Estetik predmet özünə subyektin müəyyən münasibətini, onun baxışlarını və iştirakını daxil edir. Bunlar 
obyektiv keyfiyyətlərlə yanaşı onun dəyərini müəyyənləşdirir. «Subyekt» anlayışının fərdin obyektə qarşı fəallı-
ğı onun bu fəallığının xarakterinə uyğun olaraq əhvali- ruhiyyəsini, məqsədini qeydə alır. Eyni bir adam 
müxtəlif növ fəaliyyətin subyekti ola bilər. Estetik subyekti razılıq- narazılıq hissi ilə möhkəmləndirilmiş emo-
sional- obrazlı təfəkkür, səmərəli mülahizə, anlamaq qabiliyyəti fərqləndirir. Bu qabiliyyət inkişaf etmiş olanda 
predmeti onun tam halında anlamağa, onun həyata keçməmiş, inkişaf imkanlarını götür- qoy etməyə, onu ideala 
müvafiq surətdə tamamlanmış təsəvvür etməyə imkan verir. 
Estetikanın çağdaş inkişafı onun predmetini üç əsas aspektdə müəyyənləşdirməyə yardımçı olur. Estetika 
gerçəkliyin özündə olan estetiklik haqqında elmdir: o həm də insanın dərk edən, yaradan, dəyişən estetik 
fəaliyyətini öyrənir, bundan başqa estetika injəsənətin əsas qanunlarını ümumiləşdirir. 
Estetikliyin təbiətinin obyektivliyi problemi estetik düşünjənin qaynaqları ilə  sıx bağlıdır (duyğu, həzz, 
qiymət). Estetik düşünjənin, dərkin və qavrayışın qaynağı təkjə dünya ilə insan arasındakı münasibət deyildir. 
Ən  əsası obyektiv gerçəkliyin özüdür, onun təbiətidir. Məhz buna görə  də estetik praktika təkjə insanın 
mahiyyətinin injəsənətdə özünüifadəsi deyil, o həm də estetik düşünjə də idrak vasitəsi kimi çıxış edir, dünyanın 
obyektiv mövjudluğunun mahiyyətini açır. Buna görə  də  özünüifadə  bütövlükdə estetik praktika deyil, anjaq 
dünyanın obyektiv estetikliyinin dərkinin müəyyən konkret janıdır. Deməli, estetik münasibət anjaq 
gerçəklikdəki estetikliyin müəyyən, bir elementi olmaqla idrak obyektinin, yəni bütövün tərkib hissəsidir. 
Estetik fəaliyyətin və mədəniyyətin subyekti abstarkt fərd deyil, ijtimai varlıqdır. O meydana çıxan kimi 
nəinki hazır sosial münasibətlərlə, eləjə də müəyyən maddi və mənəvi nailiyyətlərlə, o jümlədən, əvvəlki inkişaf 
nətijəsində yaranmış estetik dəyərlərlə rastlaşmalı olur. Bu dəyər insan varlığının obyektiv şərtləri olur və este-
tik fəaliyyəti üçün əsas rolunu oynayır. Sosial baxımdan qarşılıqlı  təsir prosesində  və  məqsədyönlü tərbiyə 
nətijəsində  jəmiyyətin mənimsənilən estetik dəyərləri onun özünün gerçəkliyə estetik münasibtələrinin 
istiqaməti kimi çıxış edir, estetik qiymətinin meyarı və eyni zamanda onun estetik fəaliyyətini təşkil etməyə im-
kan verən əsasa çevrilir. 
Bədii mədəniyyətdə müəyyən olunmuş ijtimai əhəmiyyətli norma və  sərvətlərin mövjudluğu estetik 
fəaliyyəti subyektiv eqoizm elementlərindən azad edir. 
Subyekt özünü estetik jəhətdən nə qədər sərbəst və oricinal ifadə edirsə, onun «ən böyük sərvət olan digər 
adama ehtiyajı»
2
 bir o qədər güjlənir. Digər adamla (adamlarla) ünsiyyətdə  jəmiyyətin estetik mədəniyyəti 
formalaşır, fərdin bilavasitə  həyəjanının estetik dəyəri yoxlanılır, onun gerçəkliyə estetik münasibətinin 
oricinallığı  və spesifikliyi ümumi sərvət kimi təsbit olunur. Fəaliyyət və informasiyanın qarşılıqlı mübadiləsi 
əsasında həm də gerçəkliyə, yeni dəyər sistemlərinə estetik münasibətlərin yeni prisipləri formalaşır. 
Keçmiş jəmiyyətlərdə estetik subyektin ijtimai təbiəti həm mədəniyyətə münasibətdə və həm də dəyərlərə 
istiqamət yönümündə müəyyən xarakter daşıyır. Subyektin sərvətlərə oriyentasiyasının müəyyən xarakteri 
N.Ç.Çernışevskinin qeyd etdiyi kimi, hətta təbiət obyektlərinə münasibətində təzahür edir. İjtimai hadisələr və 
proseslərə münasibətdə estetik qiymətləndirmənin sosial şərtlənməsi onun məzmunu üçün vajib və əhəmiyyətli 
jəhətdir. 
K.Marks qeyd etmişdir ki, ijtimai praktika «predmet fəaliyyəti» kimi mövjuddur, yəni o (predmet) 
«insanın hissi fəaliyyəti» (Feyerbax haqqında birinji tezis) kimi mövjud olduğu zaman özünün «ikinji təbiətin» 
yaradır və bununla da müstəqil mövjudluq tapır və etsteik idrakın obyektinə çevrilir.
3
 
Problemin əsas çətinliyi ondan ibarətdir ki, burada praktikanın yaradıjı mahiyyətinin düzgün anlaşılması 
tələb olunur. İnsan praktikada gözəllik yaradırmı, yoxsa onun praktik fəaliyyəti sadəjə olaraq gerçəkliyin obyek-
tiv mövjud xassəsini açmağa yönəlmişdir? 
                                                           
1
 Бах: Липский В.Н. Эстетическая культура и личность. М., 1987, с.28. 
2
 Маркс К., Енгелс Ф. Сочинение, т.2, с.125. 
3
 Бах: К.Маркс вя Ф.Енэелс. Сечилмиш ясярляри. Цч ъилддя, I ъилд, Б., 1978, с.1. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə