Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/238
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2480
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   238

 
35
Xətayinin dövlət və dil konsepsiyası, Mirzə  Fətəlinin  əlifba təlimi,  Əli bəyin, Mirzə  Jəlilin,  Ələkbər Sabirin 
«Vətən, vətən, vətən», «millət, millət, millət» çağırışı… 
Dövlət dilinin tətbiqi, latın qrafikinə keçid, mənəvi-əxlaqi dəyərlərə qayıdış, Qorqud və Füzuli yubileyləri, 
repressiya və deportasiya fajiələri, azərbayjanlıların dünya forumu ilə bağlı qərar və fərmanlar, bu siyasətin jari 
sənədləri, son illərdə dövlət başçısının dövlətçilik və  mədəniyyət qurujuluğu ilə bağlı bütün məruzələrində, 
xüsusən «Yeni yüz il və yeni min ilin qovşağında Azərbayjan xalqına mürajiət» işində əksini tapan ideyalar isə 
milli ideoloci prosesə rəhbərlik qlobal, strateci xəttin əsas konsepsiyası oldu. 
Milli həyati- tarixi və  bədii təjrübə öz təkrarlılığında da təkrarsızdır. O, təkrarlıdır, çünki bütün xalqlar 
vahid ijtimai qanunlar üzrə yaşayıb- yaradır. Təkrarsızdır, ona görə ki, bütün qanunlar hər bir xalqın tarixində 
fərdi- özünəməxsus təzahürünü tapır. Hər bir xalqın injəsənəti millilik və beynəlmiləlçiliyin, fərdilik, sinfilik və 
ümumbəşəriliyin bu dialektikasını yaradır. 
Bəs injəsənətdəki ümumbəşərilik nədir? Bu anlayışa nejə tərif vermək olar? 
Yuxarıda deyilənlərə əsaslansaq və injəsənətdəki millilik haqqında Qoqol formuluna istinad etsək, bu nətijələrə 
gəlmək olar: 
Ümumbəşəriliyin əsası injəsənətin öz bünövrəsində olur və tələb edir ki, sənətkar vasitəsilə hər bir hadisə 
təkjə fərdi və milli təjrübə ilə əlaqələndirilməsin, həm də həmin hadisələr estetik dəyər kimi qiymətləndirilərək 
bəşəri təjrübə ilə yan- yana qoyulsun və ümumbəşəri əhəmiyyət qazansın. 
Obyektivlik və subyektivliyin vəhdəti olan bədii obrazın öz strukturunda sinfi, milli və beynəlmiləl 
əsasların birləşdirilməsi zərurəti vardır, çünki sənəkarın öz şəxsiyyəti təkjə sinfi, tarixi və milli xüsusiyyətlərə 
malik deyil, həm də şairdə «özünün bəşər qardaşını» (V.Belinski) görməsi üçün hər kəsə imkan verən ümumbə-
şəri məzmuna malikdir. 
Son zamanlar bütün dünyada kəskinləşən milli münasibətlər milli həyatın bütün sahələrinə yeni tərzdə 
yanaşmağı, milli probelmləri yeni bujaq altında qiymətləndirməyi, köhnə  qəlib və sxemlərdən jəsarətlə azad 
olmağı  tələb edir. xüsusilə ona görə ki, sivilizasiyanın indiki səviyyəsi ijtimai münasibətlərin milli 
münasibətlərlə bağlı olan sahələrini xeyli fəallaşdırmış, dünənə  qədər adi qayğılarla yaşayan insanı çevik 
mövqelər orbitinə  jəlb etmişdir. Bu vəziyyət sivilizasiyanın milli münasibətlərlə dialektikasını  əks etdirən 
tədqiqatlara marağı xeyli güjləndirmişdir.
1
 Özü də, bu tədqiqatlarda sivilizasiyanın inkişaf qanunauyğunluqları 
milli inkişaf xüsusiyyətləri ilə sıx vəhdətdə aparılır, milli prosesləri müasir sivilizasiya ilə bağlayan məqamların 
işıqlandırılmasına xüsusi diqqət yetirilir.  
Hamletin dediyi «Dünyanın bağları  qırılıb»- kəlamı elə lap bizim halın ifadəsidir. Mənəvi, milli, əxlaqi 
bütövlük, parçalanıb, meyar itib, ünsiyyət, ülfət, təmas iflası baş verib. Hərənin ağzından bir avaz gəlir, adını 
qoymuşuq- pluralizm. Hər jür bütövlük, vəhdət, konsensus əleyhinə çevrilən belə pluralizm bizə lazım deyil! 
Bəli, müstəbidi həmişə stixiya taxta gətirir. Qarşıdurma ya konsensus tarix həmişə onlardan ikinjisinin 
xeyrinə  səs verir. Birinji halda göndələn, çapraz düzülmüş tünellərdən, heç birində  işıq uju görünmür, məhz 
konsensusun oxunda, məhvərində, orbitində yaranan paralel, yaxud ardıjıl düzülüşdə isə  sınmayan və qapan-
mayan işığın uju, səfi, hətta dövriyyəsi görünür. Məhz işığın, hava və ideyaların baş tutan dövriyyəsində bu gün 
fırlanmaq, nəfəs almaq, jiyər və sinə dolusu nəfəs almaq olar. Yoxsa, gəlib düşdüyümüz yer altından, qaranlıq 
quyudan ayrı jür çıxmaq qeyri- mümkündür. 
Kəndiri kəsmək vaxtı deyil, qardaşlardan heç biri digərinə xəyanət etməsin gərək, yoxsa heç Ağ qoç da, 
Simurq quşu da hayımıza çatmaz, əbədi qara dünyada qalarıq. 
Azərbayjançılıq ideyasının inteqrasiya rolu və təlqin elədiyi ideoloci fəallıq bu gün xüsusi əhəmiyyət kəsb 
edir.
2
 
Sivilizasiyanın müasir inkişaf səviyyəsi özünün nailiyyətləri ilə bütün sərhədləri bir növ yarıb keçir, 
müxtəlif sahələrdə, o jümlədən də milli həyatın inkişafı ilə bağlı sahələrdə qarşılıqlı təjrübə mübadiləsi və təsiri 
xeyli güjləndirir. Bu gün sivilizasiyanın ən kövrək sahələri məhz milli münasibətlər sahəsində sınaqdan keçir. 
Bir tərəfdən, milli həyatın, milli varlığın inkişafı üçün geniş imkanlar yaranmışdırsa, digər tərəfdən, millət və 
xalqların öz müqəddəratını təyin etmək, milli- dövlət qurumuna malik olmaq istəkləri daha da genişlənmişdir. 
Bu vəziyyəti doğuran faktlardan biri də odur ki, müstəqil milli- dövlət qurumuna malik olmayan xalqların 
mübarizəsi daha da güjlənmişdir. Bir fakta diqqət yetirək: «Dünyada 2 mindən çox millət və xalq vardır, lakin 
onlardan yalnız 181-i müstəqil dövlət qurumuna malikdirlər. Bundan başqa 100-ə  qədər etnik qrupun iri 
dövlətlər daxilində muxtar və mədəni qurumlkarı vardır. Bu zəmində ayrı- ayrı dövlətlər daxilində mərkəzdən-
qaçma meylləri artıb güjlənir, etnik qrupların müstəqil dövlətlər yaratmaq jəhdləri milli şüurun, milli hisslərin 
fəallaşması, milli özünüdərkin dərinləşməsi ilə birgə müşayiət olunur. Bununla birlikdə milli müəyyənliyin, mil-
li mənsubiyyətin bir çox çalarlarının sivilizasiyada oynadığı rol daha da artır. Özü də milli proseslərin 
inkişafında belə bir meyl müasir sivilizasiyanın taleyində etnik amilin əhəmiyyəti ilə üzvi surətdə  şərtlənir. 
                                                           
1
 Бах: Калайков И. Цивилизация и адаптация. М., 1984, Молчанов М.А. Этнополитический фактор в развитии ци-
вилизации. Философская и социологическая мысль. 1991, №5 вя с. 
2
 Йашар Гарайев. Тарих: йахындан вя узагдан. С.677-678. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə