Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/238
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2480
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   238

 
33
tiv proseslərin inkişafına  şərait yaratmışdır. Burada söhbət millətin tarixin subyekti və dünya sivilizasiyasına 
mühüm töhvəsini verən müstəqil yaradıjı qüvvə kimi ağıllı özünütəsdiqinin yolları haqqında gedir. Haqqında 
danışdığımız meyllər mövjud mənəvi dəyərlərin yenidən qiymətləndirilməsini zəruri etmişdir. Lakin onu da qeyd 
etmək lazımdır ki, hazırda dəyərlərin qiymətləndirilməsi heç də həmişə ağıllı kriteriyalara müvafiq gəlmir və bura-
da çox vaxt dramatik- fajiəvi, kortəbii- anarxist özbaşınalıq prinsipləri hökm sürür. Bu baxımdan bütöv regionları 
əhatə edən qarşıdurma, xalqlar arasında hələ də davam edən müharibə qətiyyən heç bir məntiqə sığmır. Çünki arzu 
edilən ədalətli quruluşa dağıdıjı ölüm vasitələri ilə çatmaq qeyri-mümkündür. Yalnız xalqın yaradıjı qüvvələrini 
inkişaf etdirməklə zəngin spesifik «Mən»in beynəlmiləl- ümumbəşəri məzmunla zənginləşməsi ilə mütərəqqi milli 
inkişafı  həyata keçirmək mümkündür. Millətin yaradıjı potensialının özünü realizə edə bilmək səviyyəsi 
jəmiyyətin bütün sosial simasına mühüm təsir göstərən sivilizasiyasının xarakterindən çox asılıdır. 
Hər bir xalqın daxili azadlığının dərəjəsi  əqli, ruhi, mənəvi həyatının inkişafı ilə  sıx bağlıdır. Həmin 
bünövrədə onun milli birliyi- vəhdəti yaranır və inkişaf edir. Burada onun şüuru öz fərdi xüsusiyyətlərini, öz 
subyektiv başlanğıjının mənbəyini götürür ki, daxilən zəngin olduqja, bir o qədər də azad, məzmunlu olur və 
özünü daha parlaq təzahür etdirə bilir. Deməli, sosial həyat birliyinin dərin əsaslarını bir-birinə bağlayan mənəvi 
mədəniyyətin mahiyyəti mədəniyyətin məzmununa uyğun olur. Hazırda sivilizasiyalı milli demokratik 
quruluşun yaradılması ijtimai münasibətlər sisteminin humanistləşdirməyə imkan verən müvafiq mədəniyyəti 
inkişaf etdirmək zərurəti ilə qarşılaşır. Sosial həyatın humanistləşməsi jəmiyyətin həqiqi demokratikləşməsinin 
zəruri tələbidir.  Əsil demokratiya yüksək  şüur mədəniyyəti, mənəvi yetkinlik deməkdir. Ümumiyyətlə, milli 
intibah, milli münasibətlərin inkişaf etdirilməsi vəzifələri baxımından mədəniyyət problemi daha çox aktuallıq 
kəsb edir. Yəni bu problem müasir ijtimai inkişafın məntiqindən irəli gəlir. 
Mövjud mədəni dəyərlərin meylliyi ziddiyyətlər içərisində boğulan jəmiyyət  şəraitində  hər bir milli 
mədəniyyətdə iki mədəniyyətin olmasının nətijəsidir. Milli jəhətdən injəsənətin özünəməxsusluğu həmişə bu və 
ya digər sinfin maraqlarını, görüşlərini, ideologiya və psixologiyasını ifadə edir. Məsələn, XX əsrin əvvəllərində 
rus  ədəbiyyatında L.Tolstoyun yaradıjılığı patriarxal kəndlilərin görüşlərini, M.Qorkinin yaradıjılığı 
proletariatın, Mereckoski və Z.Qippiusunku isə dvoryanlıq və burcuaziyanın görüşlərini ifadə edirdi. Bu da 
təsadüfi deyildi. 
Milli ilkinlik əslən yüksək injəsənətdə təkjə sinifliklə deyil, həm də ümumbəşəriliklə dialektik vəhdətdə 
meydana çıxır. 
Əgər injəsətəni Leninin göstərdiyi üç ölçülü vəhdətin- ayrıjanın, xüsusinin və ümuminin birliyi 
baxımından qiymətləndirsək, onda injəsəntədki fərdilik, millilik və beynəlmiləlçiliyin dialektikasına da diqqət 
verməliyik. 
XVII  əsr ingilis şairi Jon Donn yazırdı: «Hər bir insanın ölümü məni  də azaldır, axı  mən bütün 
bəşəriyyətin bir parçasıyam, elə buna görə  də heç vaxt soruşma ki, zəng (kilsədə matəm zəngi- A.Ə.) kimin 
üçün səslənir: o, sənin üçün səslənir». 
Təsadüfi deyildir ki, E.Heminquey bu sözləri özünün «Zəng kimin üçün səslənir» romanına epiqraf kimi 
götürmüşdür. Alman işğalçıları ilə mübarizədə  hər bir döyüşçünün ölümü bütün bəşəriyyətin itkisi təsiri 
bağışlayır. Bu aforistik  epiqrafda  şəxsiyyət bəşəriyyətlə yanaşı qoyulur, təkjənin və  ən ümuminin dialektik 
əlaqəsi yaradılır. Heminquey döyüşçü- antifaşistin  şəxsiyyətini bəşəriyyətlə yanaşı qoymaqla, ispanların, 
amerikalı Robert Jordanın və rus curnalisti Karkovun parlaq milli xarakterlərini yaradır. Məsələn, Robert Jordan 
«bütün məzlum dünya uğrunda» döyüşə gedir, onun şəxsiyyəti bəşəriyyətə qovuşur, lakni bu jəhət onun 
obrazını amerikalının aydın milli əlamətlərindən ayırmır. 
Şəxsiyyət- millət- bəşəriyyət jəmiyyətdə mövjud olan ziddiyyətlərin  şərtləndirdiyi bu üç konkret tarixi 
əsas arasında dialektik qarşılıqlı  təsir obrazlı  təfəkkürün strukturunu müəyyənləşdirir. Həmin  əsasların bədii 
əsərdə nejə qovuşması  və qarşılıqlı  şəkildə bir- birinə nüfuz etməsi Rəsul Həmzətovun «Mənim Dağıstanım» 
povestində yaxşı göstərilir. Müəllif öz atası – avar xalq şairi Həmzət Sadasadan aldığı öyüdləri bir- bir təsvir 
edir: «Sənin üslubun, sənin deyim tərzin, daha doğrusu, xasiyyətin və xarakterini ortaya qoymalısan. Hər şeydən 
əvvəl, sən dağlısan, avarsan və yalnız bundan sonra Rəsul Həmzətovsan. Əgər sənin şerlərin dağlı ruhuna, dağlı 
xarakterinə yad olajaqsa, onda sənin deyim tərzin şıltaqlığa çevrilijək, sənin şerlərin qəşəng, hərçənd, ola bilsin 
ki, hətta əyləndiriji oyunjağa dönəjəkdir. Əgər bulud dolmasa – yağış hardan yağar? Əgər səma olmasa, qar har-
dan yağar? Əgər Avarıstan və avar xalqı olmasa, Rəsul Həmzətov hardan peyda olajaq?»
1
 
Lakin bütün varlığtı ilə öz xalqına sadiq olan şair milli çərçivəyə qapanıb qalmır, bütün bəşəriyyətə yol 
açır. «Mən dünyanın bütün təzahürlərini öz daxmamda, öz aulumda, öz Dağıstanımda, öz vətən hissimdə axtar-
maq istəmirəm.  Əskinə, mən vətən hissini dünyanın bütün təzahürlərində, onun bütün ujqarlarında axtarıram. 
Elə bu mənada da mənim mövzum- bütün dünyadır».
2
 
«Mən özüm haqda danışıram»- V.Mayakovskinin «Var səsimlə» poemasının ilk variantındakı 
misralarından biri belədir. Müəllif özü haqqında danışmağa başlayarkən, zaman haqqında düşünjələrə keçirdi. 
                                                           
1
 Гамзатов Р. Собр. соч., в трех томах, т.3., М., 1969, с.141. 
2
 Гамзатов Р. Собр. соч., в трех томах, т.3., М., 1969, с.68. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə